Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5087/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5087/21 (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, ekspert rəyi) Bakı şəhəri, 18 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı, onun vəkili Yusifli Şəhriyar Qulam oğlunun, Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərəri n əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-354/2021 nömrəli,13 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları
1. İddiaçı 18 fevral 2020-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi “Mersedes Benz C 230” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Neftçala rayonu, Qaravəlli kəndinin ərazisində Neftçala-Salyan avtomobil yolunun 8-ci km-də Salyan rayonu istiqamətində saatda 70-80 kilometr sürətlə hərəkətdə olarkən yolun sağ istiqamətində hərəkətdə olarkən yola çıxan bir baş inəyi vurmuşdur.
2. Hadisə nəticəsində iddiaçının idarə etdiyi avtomobilin qabaq h issəsi tam əzilmişdir.
3. Neftçala Rayon Polis X9 Polisi Bölməsi heyvanı özbaşına buraxdığına görə X3 barəsində 18 fevral 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib etmişdir. Neftçala Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə olunmuşdur.
4. Avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında mübahisə yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, avtomobilinə vurulmuş ziyana görə 2548 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Mersedes Benz C-230” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə 2.548 manat məbləğində maddi zərər dəymişdir.
7. İddiaçı cavabdehdən avtomobilinə vurulmuş zərərin əvəzini ödəməsini tələb etsə də, cavabdeh dəyən ziyanı ödəməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.2 və 1108.1-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh iddiaya etiraz edib. Etirazın dəlilləri: - hadisə nəticəsində cavabdehin də təxminən 2000 manat dəyərində olan inəyi ölüb; - cavabdeh həmin məbləği iddiaçıdan istəmədiyi halda, iddiaçının ziyan tələb etməsi düz deyil.
10. Birinci instans iya məhkəməsi dəymiş ziyanının məbləğin müəyyən etmək məqsədilə 10 iyun 2020-ci il tarixli qərardadla iş üzrə əmtəəşünaslıq ekspertizası təyin etmişdir.
11. Məhkəmə Ekspertizası Mərkəzinin 9/2116 saylı, 06 avqust 2020-ci il tarixli rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan qüsur aktındakı məlumatlara uyğun olaraq avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “Mercedes-Benz C230” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 2468 manatdır.
12. Nefçala Rayon Məhkəməsinin 2(053)-1319/2020 nömrəli, 28 avqust 2020-ci il tarixli, qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X2 2468 manat məbləğində və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2498 (iki min dörd yüz doxsan səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, cavabdeh X2 ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Xanlar Fərhadov)
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, cavabdeh X5 özünə məxsus olan bir baş iri buynuzlu heyvanı nəzarətsiz qoyması səbəbindən 18 fevral 2020-ci il tarixdə İddiaçı idarə etdiyi “Mercedes Benz C 230” markalı minik markalı ** MA *** dövlət qeydiyyatı nişanlı avtomobili ilə toqquşmuş, hadisə nəticəsində inək ölmüş, avtomobilə ümümilikdə 2468 manat ziyan dəymişdir. X1 Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmiş və cavabdeh həmin qərarı mübahisələndirməmişdir.
14. Dəymiş zərərin məbləğini isə birinci instansiya məhkəməsi ekspert rəyinə sasən müəyyən etmişdir.
15. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1, 1110-cu maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.
17. Apellyasiya şikayətinin dəlillər: - iddiaçının təqsirli olmasını göstərən sübütedici faktlar qeyri-müəyyən səbəblərə görə nəzərə alınmamışdır. İş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edən hallar və faktlar düzgün araşdırılmamışdır; - hadisə zamanı təqsirin iddiaçıda olduğunu bir hal da tam sübut edir ki, yolun həmin hərəkət hissəsində quraşdırılmış yol nişanı da yolun təhlükəli hissəsinə yaxınlaşma barədə sürücülərə məlumat verir. Hadisənin baş verdiyi sahədə “mal-qaranın yolun bu hissəsindən ötürülməsi (keçməsi)”ni göstərən yol nişanı mövcud olmuşdur. Sürücü xəbərdaredici nişanlara məhəl qoymamışdır; - 18 fevral 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar ekspert qarşısında qoyulmuş suallar əhatəli və tam olmamış, hadisə tam təfərrüatı ilə aydınlaşdırılmamışdır. Qoyulmuş suallar iddiaçının şəxsi məqsədlərini güdsə də, əsl zərərçəkən kimi cavabdehin hüquqlarına xələl gətirməsi ilə nəticələnmişdir. Eyni zamanda məhkəmə prosesində verilən etirazlar da əsassız o laraq qəbul edilməmişdir; - iddiaçı qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehə xeyli miqdarda maddi ziyan vurmuşdur. Həmin ziyanın ödənilməsi üçün qarşılıqlı iddia ərizəsi vermək hüququ cavabdehə izah ediləmişdir. Nəticədə maddi ziyan çəkən tərəf olduğu halda, ziyan vuranın xeyrinə 2.498 manatın ondan tutulması barədə yanlış və əsassız qətnamə qəbul edilmişdir. Cavabdehin zərərçəkən şəxs kimi hüquqları məhkəmə tərəfindən müdafiə olunmamışdır; - iddiaçının qanunsuz hərəkəti nəticəsində gündə 6-7 litr süd verən inəyi qəza nəticəsində öldürüldükdən sonra inəyin südəmər balası da südsüz qalaraq tələf olmuşdur. Cavabdehin ailəsinə 3.500 manatdan çox maddi zərər dəymişdir.
18. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-354/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qət naməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 2(053)-319/2020 saylı, 28 avqust 2020-ci il tarixli, qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi), Nüsrət Mirzəyev, Qəzənfər Kərimov)
19. Apellyasiya məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini işin faktiki halları, tərəflərin izahatları və işdə olan digər sübutlar əsasında iddiaçıya məxsus avtomobilə ziyanın cavabdehin təqsirli hərəkəti nəticəsində dəyməsi ilə əlaqələndirmişdir.
20. Apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüqu qi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
21. İddianın predmetini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq apellyasiya məhkəməsi hesab edib ki, ilk öncə iddia üzrə iddiaçının dəlilləri araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə cavabdehin iddianın əsassızlığı ilə bağlı göstərdiyi hallar və apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla əsaslı olması yoxlanılaraq hüquqi qiymət verilməlidir. İddia tələbinin bu cür qiymətləndirilməsi mübahisəli hüquq münasibətlər i üzrə gəlinən hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
22. Apellyasiya məhkəməsi qeyd edib ki, apellyasiya şikayətinin dəlilləri nəzərə alnmaqla iddia tələbinə hüquqi qiiymət verilməlidir. Bunun üçün iddiaçıya maddi ziyanın cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində dəyib-dəyməməsi, dəymişdirsə, bunun nədə ifadə olunması və hansı məbləğdə ziyan dəyməsi, eləcə də cavabdehin dəlillərinin iddia tələbinin rədd edilməsi üçün əsas olub-olmaması müəyyən edilməlidir.
23. Apellyasiya məhkəməsi qeyd edilən hər bir hal üzrə ayrıca araşdırma apararaq belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Belə ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya ziyan dəym işdir. Cavabdehin təqsirli hərəkəti Neftçala Rayon Məhkəməsinin 3(053)-45/2020 saylı, 05 mart 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə təsdiq olunur. Bununla əlaqədar olaraq işin ikinci halı ilə bağlı əlavə araşdırma aparılmasına zərurət qalmır.
24. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini – hadisə ilə bağlı iddiaçının ona məxsus inəyi öldürməkdə təqsirli olması, hadisənin baş verdiyi ərazidə “mal-qara keçidi” xəbərdaredici yol nişanının olması, habelə birinci inistansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması – əsassız saymış və bunu onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən bu halların təsdiqi ilə əlaqədar nə birinci inistansiya məhkəməsinə, nə də apelyasiya icraatı zamanı heç bir sübut təqdim olunmamışd ır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh Mirmahmud Hadiyev (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları
27. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında X6 və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər.
29. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Yusifli Şəhriyar Qulam oğlu kassasiya şikayəti nə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər he yvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda if adə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məh kəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallar ı araşdırması kimi qiymətləndirilməməlidir
31. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
34. Apellyasiya məhkəməsi kassasiya şikayət inin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
35. İddia tələbi mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi barədədir. Belə olan halda, iddianın təmin olunması üçün törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.
36. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından da görünür ki, iddiaçıya ziyan vurulmasında cavabdehin əməli hüquqa zidd olub, cavabdehin əməli (hərəkətsizlik) nəticəsində iddiaçıya zərər dəyib və bu zərərlə cavabdehin hüquqa zidd əməli arasında səbəbli əlaqə olub. Cavabdehin təqsirli hə rəkəti Neftçala Rayon Məhkəməsinin 3(053)45/2020 saylı, 05 mart 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə təsdiq olunub.
37. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normaları işin hallarına uyğun omuşdur. Çünki həmin normaların dispozitiv şərtləri iddianın təmini üçün əsas vermişdir.
38. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 19-24-cü bəndlərində əks edilən mövqeyi ilə razılaşır və bu səbəbdən kassasiya şikayətində göstərilən həmin dəlillərə əlavə qiymət verməyə zərurət görmür.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəy işdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-354/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.