Məhkəmə qərarları › İş №2(102)-5088/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5088/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5088/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)-2119/2020 saylı qətnaməsindən Cavabdeh2 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(003)-2584/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.X.Bəhrəmzadə) iddiaçı X2 Cavabdeh2 və digərlərinə qarşı “bağ sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən verilmiş Çıxarışın ləğv edilməsi və bağ sahəsindən çıxarılma” barədə iddiası qismən təmin edilərək, Reyestr Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 429 saylı (0,19 ha torpaq sahəsi və 155,5 kv.metr bağ evinə) bağ evinə dair Cavabdeh2 adına xx xxxx 2017-ci il tarixdə verilmiş Çıxarışın ləğv edilməsi, Cavabdeh2 həmin bağ evindən çıxarılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Cavabdeh2 qətnamədən apelyasiya şikayəti vermişdər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)-2119/2020 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apelyasiya şikayəti təmi n edilmədən, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 qətnamədən kasasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, ünvan 1 bağ sahəsinə dair onun nümayəndəsi Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinə Cavabdeh2 adına verilmiş xx xxxx 2017-ci il tarixli Çıxarışın ləğv edilməsi və Cavabdeh2 həmin bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırı lmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh2, vəkili Vəkil, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX -nin 01 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri, 22 və 35 saylı Notariat Kontorları məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın qismən əsaslı olmasına, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəlləsinin 5.3, 139-1.1.3, 144.1-ci maddələrinin və digər maddi, prosessul hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəm əsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhər X1 və İstismarı Birliyi ilə istifadəçi İddiaçı arasında bağlanmış xx xxx 2006-cı il tarixli müqaviləyə əsasən Birliyin Əzizbəyov rayonu, Türkan ərazisində 0,19 ha torpaq sahəsi olan 429 saylı bağ sahəsini istifadəçi İddiaçı verməyi, sonuncu isə müqavilədən irəli öhdəliklərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Satıcı İddiaçıla alıcı Cavabdeh2 arasında b ağlanmış xx xxxxxx 2015-ci il tarixli ilkin müqaviləsinə əsasən, satıcı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən 0.19 hektar torpaq sahəsində olan 429 saylı bağ evini 40.000 manata satmağı, alıcı Cavabdeh2 isə həmin məbləğin 35.000 manatını depozit vasitəsi ilə, qalan 5.000 manatını isə sənədləşmə işi başa çatdıqdan sonra ödəməyi öhdəsinə götürmüşdür. Mədaxil kassa orderinin təsdiq edilmiş surətinə əsasən, Cavabdeh2 tərəfindən 35.000 manat 35 saylı Notariat Kontorunun hesabına köçürülmüşdür. Eyni zamanda işə əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli notariat kontorunda təsdiq edilmiş etibarnaməyə əsasən, İddiaçı tərəfindən Cavabdeh1in adına faktiki sahibliyində olan X1 və İstismarı Birliyi tərəfindən verilmiş “bağın istifadəyə verilməsi haqqında” müqaviləyə ə sasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən 0.19 hektar torpaq sahəsində olan 429 saylı bağ sahəsini özəlləşdirməyi, həmin bağ sahəsinə dair Çıxarış almağı və sair hərəkətlərin edilməsinə dair etibarnamə verilmişdir. Reyestr Xidmətinin xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 429 saylı bağ evi xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx xxxx 2017-ci il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır. Satıcı İddiaçı nümayəndəsi Cavabdeh1la alıcı Cavabdeh2 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı xx xxxx 2016-cı il tarixli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanda, 0.19 ha torpaq sahəsində y erləşən bağ evini alıcı Cavabdeh2 mülkiyyətinə verməyi, sonuncu isə həmin bağ evinin dəyiri olan 60.000 manat pulu satıcı İddiaçı verməyi öhdəsinə götürmüş və həmin müqavilə Bakı şəhəri, 22 saylı notariat kontorunda qeydə alınmaqla təsdiq edilmişdir. xx xxxx 2017-ci il tarixli Çıxarışa əsasən sözügedən bağ sahəsi mülkiyyət hüququ üzrə alıcı Cavabdeh2 adına qeydə alınmışdır. ünvan 2 ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli məktubuna əsasən, satıcı İddiaçı nümayəndəsi Cavabdeh1la Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 429 saylı bağ evinə dair Bakı şəhəri, 22 saytı notariat ofisində xx xxxx 2017-ci il tarixdə alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir və bununla əlaqədar olaraq sənədlərin məhkəməyə göndərilməsi mümkün deyil. Hazırki iş üzrə Cavabdeh2 tərə findən Bakı şəhəri, Xətai rayon məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli iddia ərizəsindən görünür ki, Cavabdeh2 məhkəmədə İddiaçı qarşı iddia qaldıraraq, ilkin müqavilə üzrə alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin İddiaçı üzərinə qoyulması haqqında iddia tələbi qaldırmışdır. Eyni zamanda ünvan 4 ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, 35 saylı X4 Məmmədovla Cavabdeh2 arasında xx xxxxxx 2015-ci il tarixdə ilkin müqavilə bağlanmış və məhkəməyə həmin müqavilənin əsli və xx xxxxxx 2015-ci il tarixli etibarnamənin verilməsinə əsas olmuş sənədlərin surəti Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsi sadalanan sübutları araşdırıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb ha qlı olaraq qeyd etmişdir ki, iddia tələbini ünvan 1 bağ sahəsinə dair bağlanmış xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, əqdlərin etibarlı olması üçün əqdin subyekt tərkibinə aid edilən şərtlər, əqdin məzmununa aid edilə şərtlər, əqddə iradə və iradənin ifadə edilməsinə aid edilən şərtlər və əqdin formasına aid edilən şərtlər mövcud olmalıdır. Əqdin etibarlı olması üçün qeyd edilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarlı olmasını istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 139-1.1.3-cü madd əsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsasdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 394-cü maddəsinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiq edilməlidir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırki halda iddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın alqı-satqısına dair müqavilədə əqdin formasına aid tələblərə riayət edilməmişdir (notariat qaydasında təsdiqlənməmiş). Belə olan halda həmin müqavilə heç bir hüquqi nəticəyə səbəb olmur. Buna görə də, hazırki əqd əhəmiy yətsiz olmaqla etibarlı əqdin doğura biləcəyi hüquqi nəticəyə səbəb olmadığından məhkəmə qaydasında mübahisə predmetinə çevrilə bilməz və özlüyündə etibarsızdır. Cavabdeh2 tərəfindən İddiaçı qarşı ilkin müqavilə üzrə alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin sonuncunun üzərinə qoyulması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi verməsi də, İddiaçı hazırki xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddia tələbi ilə razı olduğunu ifadə edir. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 429 saylı bağ sahəsinə dair Cavabdeh2 adına Reyestr Xidməti tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli Çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə təmin etməklə birinci instansiya məhkəməsi dü zgün nəticəyə gəlmişdir. Belə ki, hazırki əqd əhəmiyyətsiz olmaqla etibarlı əqdin doğura biləcəyi hüquqi nəticəyə səbəb olmadığı halda, Reyestr Xidməti həmin əqdi əsas götürməklə iş üzrə Cavabdeh2 adına qeyd edilən bağ sahəsinə dair Çıxarış verməklə mülkiyyət hüququnu qeydə almışdır ki, bu da qanunvericiliyin tələblərinə görə yolverilməzdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə müvafiq hər hansı hüquqi əsas olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə Cavabdeh2 adına Çıxarışın verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Yəni göstərilən halda İddiaçı mülkiyyət hüququndan hər hansı bir əsas olmadan məhrum edilir ki, bu da yolverilməzdir. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi ha qlı olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, belə bir müqavilə notarius tərəfindən rəsmiləşdirilmədiyindən nə elektron formada informasiya sistemləri vasitəsilə, nə də təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərilməsi mümkün ola bilməzdi. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tərəfindən də, göstərilən halın mövcudluğu müəyyən edildiyi halda mülkiyyət hüququnun qeydə alınmas ı aparıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Məcəllənin 144.3-cü maddəsinə əsasən, notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesb edilir. Həmin Qanunun 5.6-cı maddəsinə əsasən, daşınmaz əmlak obyektinə sərəncam verənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsviri, bu əmlak üz ərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən real vaxt rejimində əldə edilməsi, eləcə də notariat qaydasında təsdiqlənmiş müqavilənin elektron formada dərhal dövlət reyestrinə ötürülməsi məqsədilə elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsi təmin olunur. İddia tələbinin Cavabdeh2 bağ sahəsindən çıxarılması hissəsinə münasibətdə apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən bağ evinə dair Cavabdeh2 adına xx xxxx 2017-ci il tarixdə verilmış Çıxarış ləğv edildiyindən, eləcə də Cavabdeh2 həmin bağ evində yaşaması iş üzrə tərəflərin izahatları il ə müəyyən edildiyindən, Cavabdeh2 həmin bağ evindən də çıxarılmalıdır və birinci instansiya məhkəməsi iddianı bu hissədə də düzgün olaraq təmin etmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prose ssual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)2119/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar