Məhkəmə qərarları › İş №2(102)-5088/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5088/2021

11.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5088/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 15 saylı Ərazi X1rşı “məktəb direktoru vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Ə zizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(106)400/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 12 yanvar 2004-ci ildə Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbinə müəllim vəzifəsinə təyin olunmuş, Cavabdeh 01 noyabr 2018-ci il tarixli, 177 nömrəli əmri ilə ona Astara şəhəri, Z.Bünyadov adına 2 saylı tam orta məktəbinin direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilmişdir. Cavabdeh 27 yanvar 2020-ci il tarixli təhsilyanı şura iclasının protokolu ilə Asta ra şəhəri Z.Bünyadov adına 2 saylı tam orta məktəbin fəaliyyətinin idarə edilməsində, perspektiv və cari planları hazırlamaqda, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilində yol verilən nöqsanlara, əmək qanunvericiliyinə və daxili nizamintizam qaydalarına uyğun işçilərin vəzifə səlahiyyətlərini müəyyənləşdirmədiyindən, pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji mühiti yaradılması üzrə iş aparmadığından, məktəbdə təlim-tərbiyə prosesinə rəhbərlik və nəzarətin təşkilində yol verilən nöqsanlara, verilən intizam tənbehindən nəticə çıxarmadığından İddiaçı müvəqqəti həvalə edilmiş məktəb direktorunun vəzifə səlahiyyətləri Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən geri alınması və ona müvəqqəti həvalə edilmiş direktor vəzifəsinə görə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin Cavabdeh müdiri Rəşad Həsənova tapşırılması qərara alınmışdır. Astara şəhəri 2 saylı tam orta məktəbində məktəb ilk həmkarlar təşkilatının 28 yanvar 2020-ci il tarixli, 11 saylı protokoluna əsasən Azərbaycan Təhsil İşçilərinin X2 Astara rayon Komitəsinin göndərdiyi 28 yanvar 2020-ci il tarixli 04 saylı məktubu barədə məlumatı və komitə üzvlərinin çıxışları nəzərə alınmaqla, Astara şəhər 2 saylı tam orta məktəbin direktorluq vəzifəsinə həvalə olunmuş İddiaçı əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. Azərbaycan Təhsil İşçiləri Azad X3 Rayon Komitəsinin Rəyasət Heyətinin 29 yanvar 2020-ci il tarixli 01 saylı protokoluna əsasən 27 yanvar 2020-ci il tarixdə Cavabdeh Şura iclasının Astara şəhər Z.Bünyadov adına 2 saylı tam orta məkt əbin fəaliyyətinin idarə edilməsində, perspektiv və cari planlar hazırlamaqda, müəssisənin və pedaqoji işçilərin fəaliyyətinin ardıcıl və sistemli təhlilində yol verilən nöqsanlara, əmək qanunvericiliyinə və daxili nizam-intizam qaydalarına uyğun işçilərin vəzifə səlahiyyətlərini müəyyənləşdirmədiyindən, pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji mühitin yaradılması üzrə iş aparmadığından verilən intizam tənbehindən nəticə çıxartmadığından, İddiaçı müvəqqəti həvalə edilmiş direktor səlahiyyətlərinin icrası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən geri alınması və onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi barədə qərarı məqsədəmüvafiq hesab edilmişdir. Cavabdeh 29 yanvar 2020-ci il tarixli 34 nömrəli əmri ilə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-c i maddəsinin “ç” bəndinə əsasən, yəni ona həvalə olunmuş Astara şəhər Z.Bünyadov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsi ilə bağlı əmək funksiyalarını, eyni zamanda onunla Cavabdeh arasında bağlanmış müvəqqəti əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə, İddiaçı ilə məktəb direktorunun vəzifə səlahiyyətlərinin müvəqqəti icrası ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 saylı Ərazi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 yanvar 2020-ci il tarixli, 34 saylı əmrinin ləğv edilməsi, iddiaçının Astara şəhəri Z.Bünyadov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 01 noyabr 2018-ci il tarixli 177 saylı əmri ilə Astara şəhər Z.Bünyadov adına 2 saylı tam orta məktəbinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yeni direktor təyin edilənədək, direktor vəzifəsinin icrası müvəqqəti olaraq iddiaçıya həvalə edilmişdir. Həmin vaxtdan sonra iddiaçı vakant direktor vəzifəsinə iki dəfə imtahan vermiş, lakin imtahanın nəticəsi barədə ona məlumat verilməmişdir. Cavabdeh 34 saylı 29 yanvar 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı Astara şəhər Z.Bünyadov adına 2 sa ylı tam orta məktəbin müvəqqəti həvalə olunmuş direktor vəzifəsinin səlahiyyətlərinin icrasına xitam verilmişdir. Həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçının direktor vəzifəsi səlahiyyətlərinin icrasına xitam verilməsi iki əmr ilə rəsmiləşmişdir. Astara Təhsil Şöbəsinin 31 yanvar 2020-ci il tarixli 48 saylı məktubuna görə direktor vəzifəsinin səlahiyyətlərinin icrasına 27 yanvar 2020-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi xxx imza etdiyi 10 fevral 2020-ci il tarixli məktubunda, Astara RTŞ-nin 27 yanvar 2020-ci il tarixli 34 nömrəli əmri ilə məktəb direktoru vəzifəsinin müvəqqəti icra səlahiyyətləri ondan alınaraq, onunla vəzifə səlahiyyətlərinin müvəqqəti icrası ilə bağlanmış əmək müqav iləsinə xitam verilmişdir. Azərbaycan Təhsil İşçiləri Azad X3 rayon Komitəsi Rəyasət Heyətinin 29 yanvar 2020-ci il tarixli iclasının protokol qərarı qanunsuzdur. Belə ki, eyni tarixdə həm Azərbaycan Təhsil İşçiləri Azad X3 rayon Komitəsi Rəyasət Heyətinin iclası keçirilmiş, həm də Astara Təhsil şöbəsinin müdiri tərəfindən barəsində əmr verilmişdir. Bunlar Cavabdeh 34 saylı 29 yanvar 2020-ci il tarixli əmrinin qanuniliyini şübhə altına alır. Astara Təhsil şöbəsinin müdiri 27 yanvar 2020-ci il tarixdə Azərbaycan Təhsil İşçiləri Azad X3 rayon Komitəsi Rəyasət Heyətinin sədrinə ərizə ilə müraciət etməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərini pozmuşdur. Qanunda işəgötürənin müraciətinin adı təqdimat kimi göstərilsə də, Astara Təhsil şöbəsinin müdiri xxxqanu nun tələbinə əməl etməmiş, bu məsələ ilə bağlı Təhsil İşçiləri Azad X3 rayon Komitəsi Rəyasət Heyətinə müraciət etmişdir. Təhsil İşçiləri Azad X3 rayon Komitəsi Rəyasət Heyəti faktiki iclas keçirilməmiş, heç bir araşdırma aparmadan Cavabdeh müdirinin müraciətini təmin etmişdir. İddiaçı, onun barəsində əmr verilən tarixlərdə xəstə olmuşdur. Cavabdeh 29 yanvar 2020-ci il tarixli əmrində göstərilmiş hallar, onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən məktəb direktoru vəzifəsindən azad edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Əmrdə iddiaçının hansı əmək funksiyasının və ya əmək müqaviləsi üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirməməsi, yaxud da Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hansı hala yol verməsi göstərilməmişdir. Bundan əlav ə Əmək Məcəlləsinin 71ci maddəsinin 2-ci hissəsində sadalanan hallara iddiaçı tərəfindən ümumiyyətlə yol verilməmiş, digər tərəfdən isə mübahisəli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Həmçinin, ondan yazılı izahat ümumiyyətlə tələb edilməmişdir. Astara Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2(018)-731/2020 nömrəli qətnaməsi ilə (hakim Z.V.İbrahimov) iddia təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi İddiaçı öhdəsinə düşən vəzifəsini layiqincə yerinə yetirməməsini, orta məktəbin fəaliyyətinin idarə edilməsində, perspektiv və cari planları hazırlamaqda, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilində yol verilən nöqsanlara, əmək qanunvericiliyinə və daxili nizam-intizam qaydalarına uyğun işçilərin vəzifə səlahiyyətlərini müəyyənləşdirmədiyindən, pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji mühiti yaradılması üzrə iş aparmadığından, məktəbdə təlim-tərbiyə prosesinə rəhbərlik və nəzarətin təşkilində işlədiyi iş yerində əmək funksiyalarını yerinə yetirməməsini, məktəbin nizamnaməsinə, işəgötürənlə bağladığı əmək müqaviləsinə əməl etməməsini onun əmək funksiyalarını kobud şəkildə pozması, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhv və əmək funksiyalarını yerinə yetirməməsi nəticəsində tədris müəssisəsinin mənafeyinə xələl gəlməsi kimi qiymətləndirmiş və iddia tələbinin rədd edilməsinin qanuni əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin və 71-ci maddəsinin 2-ci hissəsinin olması qərarına gəlmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2(018)-731/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(106)-400/2021 nömrəli qətnaməsi ilə (hakim T.S.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər T.X.Heydərovdan və İ.H.Əhmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2(018)-731/2020 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrarlamış və əlavə olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 11 mart 2016-cı il t arixli 143 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə Qaydalar”ın 1.2, 1.3, 1.8-ci bəndlərinə istinad etməklə göstərmişdir ki, İddiaçı direktor vəzifəsini müvəqqəti icra etdiyi müddət ərzində yeni qaydalara uyğun olaraq direktor vəzifəsinə təyin olunması üçün Təhsil Nazirliyinin təşkil etdiyi mərkəzləşdirilmiş müsabiqəyə qatılmış, lakin müvəffəqiyyət əldə edə bilməmişdir. Məhkəmə həmçinin göstərmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin v əzifəyə keçirilməli, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılmalı, ya da boş vəzifəyə yeni işçi götürülməlidir. Lakin yuxarıda qeyd edilən qaydalara müvafiq olaraq tabelik üzrə idarəetmə orqanının belə bir səlahiyyətləri yoxdur. Hazırki halda iddiaçı “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə Qaydalar”ına müvafiq olaraq daimi əsaslarla direktor vəzifəsinə təyin edilməməsinə, həmin vəzifəni müvəqqəti olaraq icra etməsinə rəğmən, məktəbin direktoru vəzifəsinə bərpa olunması tələbini irəli sürmüşdür ki, iddianın bu formada təmin olunması ümumiyyətlə yolverilməzdir. Müvəqqəti əsaslarla icra etdiyi vəzifə üzrə əmək müqaviləsinə xitam verilməsinin əsaslılığına isə məhkəmə kollegiyası tərəfindən artıq qiymət verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(106)-400/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilənlərə istinad edilməklə, kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməmiş, əsassız olaraq Təhsil Nazirinin 11 m art 2016-cı il tarixli əmri ilə təsdiq olunmuş Qaydalara istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə yazılı etiraz verərək, həmin şikayətin dəlillərinin əsassız olduğunu göstərmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və üçüncü şəxs vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbə r tutaraq işə həmin tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunm ası ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarına riayət olunmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş halla r istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 7-ci maddəsinin 2-3.5-ci bəndinə əsasən tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. 61-ci maddəsinin 2-ci bəndinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirir sə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. 61-ci maddəsinin 3-cü bəndinə əsasən boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilmə sinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddə sinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. L akin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun ak tı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən müəyyən olunur ki, həmin məhkəmə iddiaçı barəsində qəbul olunmuş əmrin əsaslı olması ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla yanaşı, eyni zamanda hesab etmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada məktəb direktoru vəzifəsinə təyin olunmasında müvəffəq olmadığından, onun həmin vəzifəyə bərpa olunması qeyrimümkündür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ziddiyyətli olmaqla, iş üzrə müəyyən e dilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Yuxarıda qeyd olunduğu kimi, iddia 3 tələbdən ibarət olmuşdur:

1. Cavabdeh 29 yanvar 2020-ci il tarixli, 34 saylı əmrinin ləğv edilməsi, 2. iddiaçının Astara şəhəri Z.Bünyadov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, 3. məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi. Müəyyən olunur ki, 1-ci tələbdə mübahisələndirilən əmrlə İddiaçı ilə məktəb direktorunun vəzifə səlahiyyətlərinin müvəqqəti icrası ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin iş materiallarında iddiaçı və cavabdeh arasında “məktəb direktorunun vəzifə səlahiyyətlərinin müvəqqəti icrası ilə bağlı” əmək müqaviləsinin bağlanması müəyyən olunmur. Onunla əmək müqaviləsinə məktəb müəllimi vəzifəsinə qəbu lla bağlı bağlanmış, sonradan Cavabdeh 01 noyabr 2018-c il tarixli əmri ilə yeni direktor təyin edilənədək iddiaçıya məktəbin direktoru vəzifəsinin icrası həvalə olunmuşdur. Məhz bu halı nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının ikinci tələbinin təmin olunmasının mümkünsüzlüyünü qeyd etmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi məhz əmək müqaviləsinin xitamının əsaslarından biridir. Lakin apellyasiya instansiyası məhkəməsi müvəqqəti olaraq həvalə olunmuş vəzifəni işçinin üzərindən götürülməsi üçün əmək müqaviləsinə xitam verilməsi əsasların hər hansı birinə istinad olunmasının qanuniliyinə hüquqi qiymət verməmişdir. Halbuki, müvəqqəti həvalə olunmuş vəzifənin icrasının işçinin üzərindən götürülməsindən ötrü barəsində Məcəllən in 70-ci maddəsinin “ç” bəndi ilə əmrin qəbul edilməsi, onun əmək hüquqlarının pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi iddiaçının onunla bağlanmış əmək müqaviləsi ilə üzərinə qoyulmuş əsas vəzifələrinin (müəllim vəzifəsinin) icrasının davam edib-etməməsi, mübahisələndirilən əmrlə həmin vəzifə səlahiyyətlərinə də xitam verilib-verilməməsi məsələlərinə hüquqi qiymət verilmədən, iddiaçının barəsində qəbul edilmiş əmri qanuni hesab etməklə, Əmək Məcəlləsinin 61 və 70-ci maddələrini səhv təfsir etmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçini n arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(106)-400/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar