Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5089/2019 18.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsindənTovuz rayonu Əyyublu kənd 1 saylı tam orta məktəbinin direktorunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(62)4725/2017, hakim N.Q.Mustafayev) İddiaçı cavabdeh Tovuz rayonu Əyyublu kənd 1 saylı tam orta məktəbinin direktoru X2 qarşı iddiası təmin edilmiş, Tovuz rayonu Əyyublu kənd 1 saylı tam orta məktəbi direktorunun 14 sentyabr 2017-ci il tarixli 94 saylı əmri ləğv edilərək iddiaçının əvvəlki işinə, yəni ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(104)-1347/2018, hakimlər Ə.İ.Məmmədov, Ş.M.Əliyeva, R.Ş.Muradov) Tovuz rayonu Əyyublu kənd 1 saylı tam orta məktəbinin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-5593/2018, hakimlər İ.R.Xələfov, Q.Ə.Allahverdiyev, Ə.Ə.Şadiyev)iddiaçınınk assasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(104)-1135/2018, hakimlər F.Ə.Mehtiyev, L.S.Süleymanov, A.V.Bayramov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı 1982-ci ildən Tovuz rayonunun Əyyublu kənd orta məktəbində sinif müəllimi işləmiş və məktəb direktorunun 14 sentyabr 2017-ci il tarixli 94 saylı əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06 sent yabr 2017-ci il tarixli məktubuna, 2016-2017-ci tədris ilində ümumtəhsil məktəblərinin tədris planına əsasən 14 sentyabr 2017-ci il tarixli 1 saylı Pedaqoji Şuranın qərarına uyğun olaraq məktəbin ibtidai sinif müəllimi İddiaçı mərkəzləşdirilmiş test imtahanlarında az bal (ixtisas üzrə 17, metodika üzrə 10 bal) topladığı üçün onun apardığı İİİs sinfi ondan alınaraq çox bal toplayan (ixtisas üzrə 26, metodika üzrə 15 bal) ibtidai sinif müəllimi X1 verilmiş, İddiaçı dərs yükü də nəzərə alınmaqla 7 saat yığma dərs verilmişdir. 24.04.2017-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məktəb direktorunun onun 37 illik müəllimlik stajının, məktəbin 3-cü sinfinin dərs ilinin əvvəlindən ona verilməsini nəzərə almadan diaqnostik qiymətləndirilmə zamanı az bal toplaması əsas götür ülməklə dərs yükünün onun razılığı olmadan birtərəfli qaydada azaldılmasını və bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57, 59-cu maddələrinin tələblərinin pozulmasını əsas göstərməklə 14 sentyabr 2017-ci il tarixli 94 saylı əmrin ləğv edilməsi və onun əvvəlki işinə bərpa olunmaqla məcburi işburaxmaya görə ödəncin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qətnamə qəbul edilənə qədər İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 14 sentyabr 2017-ci il tarixli əmrin ləğv edilməsi və onun əvvəlki iş həcminə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştira k edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mərkəzləşdirilmiş test imtahanında ixtisas fənni üzrə 17 bal, metodika üzrə isə 10 bal toplamışdır. İddiaçı mərkəzləşdirilmiş test imtahanında az bal toplaması ilə əlaqədar onun apardığı sinif yükü və və sinif rəhbərliyi ondan alınaraq test imtahanında daha yüksək naiiliyyət əldə edərək ondan çox bal toplayan başqa ibtidai sinif müəlliminə verilmişdir. Məktəb direktoru həmin əmri qəbul edərkən Azərbaycan Respublikası Təhsil Nazirinin 07.102.105-ci il tarixli əmri ilə təsdiq edilmiş ümumtəhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydalarının tələblərinə əməl etmişdir. İddiaçı işdən azad edilməmiş, onunla bağlanmış əmək müqaviləsinə hər han sı dəyişiklik edilməmiş, mərkəzləşdirilmiş test imtahanından topladığı qiymətləndirmə balına uyğun olaraq o, dərs yükü ilə təmin edilmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinin 3cü bəndinin tələblərinin pozulması barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd olunan maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apel lyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə iş ə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Prosessual qanunvericiliyin tələblərinə görə kassasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərarı özü-özlüyündə yenidən işə baxan apellyasiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən kollektiv müqavilərlərdə nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. İddiaçı işçi kimi hüquqlarının işəgötürən tərəfindən pozulduğuna istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Tovuz r ayonu Əyyublu kənd 1 saylı tam orta məktəbinin 14 sentyabr 2017-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06 sentyabr 2017-ci il tarixli məktubuna, 20162017-ci tədris ilində ümumtəhsil məktəblərinin tədris planına əsasən 14 sentyabr 2017-ci il tarixli 1 saylı Pedaqoji Şuranın qərarına uyğun olaraq məktəbin ibtidai sinif müəllimi İddiaçı mərkəzləşdirilmiş test imtahanlarında az bal (ixtisas üzrə 17, metodika üzrə 10 bal) topladığı üçün onun apardığı İİİs sinfi ondan alınaraq çox bal toplayan (ixtisas üzrə 26, metodika üzrə 15 bal) ibtidai sinif müəllimi X1 verilmiş, İddiaçı dərs yükü də nəzərə alınmaqla 7 saat yığma dərs verilmişdir. İddiaçı həmin əmrlə onun dərs yükü azaldığına görə hüquqlarının pozulduğunu bildirir. İddiaçının da istinad etdiyi Azərbaycan Respubli kası Əmək Məcəlləsinin 57-ci maddəsinin 3-cü bəndinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Qeyd edilən normada göstərilən “birtərəfli qaydada əmək funksiyalarının dəyişdirilməsi” anlayışı öz-özlüyündə işçinin və ya işəgötürənin qanuni əsas olmadan əmək funksiyasının dəyişdirilməsini ehtiva edir. Hazırkı mübahisədə işəgötürən-cavabdeh qanuni əsasa istinad edərək işşinin – iddiaçının dərs yükünün azaldılması barədə əmr vermişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 07 oktyabr 2015-ci il tarixli 994 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının qi ymətləndirilməsinin aparılması Qaydaları”nın 2-ci maddəsinə əsasən diaqnostik qiymətləndirilmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması; bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi; nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsindən ibarətdir. Həmin Qaydaların 5.1-ci maddəsinə əsasən diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Diaqnostik qiymə tləndirilmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır. Həmin Qaydaların 5.2-ci maddəsinə əsasən təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır. Göründüyü kimi iddiaçının hazırda mübahisələndirdiyi, onun dərs yükünün azaldılması barədə əmr, işəgötürən tərəfindən iddiaçının diaqnostik qiymətləndirilməsinin nəticələrinə görə yuxarıda qeyd edilən Qaydalara istinad olunaraq verilməklə, həmin əmrlə iddiaçının əmək funksiyası dəyişdirilməmiş, o, başqa işə keçirilməmişdir. Apellyasiya məhkəməsi işin qey d edilən hallarına düzgün hüquqi qiymət verməməklə, iddiaçının əmək funksiyasının dəyişməsi barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-cimaddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cümaddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqihallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilən həqiqi hallara uyğun əsaslandırılmamaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5089/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5089/2019
18.07.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver