Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-509/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2831/2021 nömrəli iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icrat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh X1 q arşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun özünə məxsus Esaylı yataqxanasının ətrafında yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 2004-cü ilin may ayında ailə qurmuş, birgə nikanlarından 01.08.2005-ci il təvəllüdlü Aytac, 22.02.2008-ci il təvəllüdlü Almas və 10.08.2011-ci il təvəllüdlü İlya adlı övladları doğulmuşdur. Ailə qurduqdan sonra Esaylı yataqxanasının ətrafında 3 otaqlı yaşayış evi tikmişlər və orada yaşayırlar. Həmin evin heç bir sənədi yoxdur. Arada yaranan narazılıqlara görə Kəlbəcər rayon məhkəməsinin 10.06.2015-ci il tarixli qətnaməsi ilə nikahları pozu lmuşdur. Buna baxmayaraq onlar bir yaşayırlar. Cavabdeh onu həmin mənzilə buraxmır, onun yaşamağa başqa evi yoxdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 aprel 2021-ci il tarixli, 2(044)-1412/2021 saylı qətnaməsi ilə (hakim Zaur Hünbətov) iddia tələbi təmin edilərək, İddiaçı Esaylı yataqxanasının ətrafındakı cavabdeh X2 ilə birlikdə yaşadığı yaşayış evinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Tərəflər arasında mübahisəli hüquq münasibətləri 2009-cu ildən əvvəl yarandığından 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəl i gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamı ş uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Qeyd olunan müddəaların mənası baxımından məhkəmə hesab edir ki, iddiaçı uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi Gəncə şəhəri Gülüstan qəsəbəsi, ADAU-nin 6 saylı yataqxanasının ətrafında yerləşən yaşayış evində yaşadığından, özünün oraya köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dair əsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş arvadı güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tə tbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə mali kdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və iddiaçı ilə cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabə rliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olun ması onun evdən istifadə hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1, 11.1, 01.01.2009cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53.1, 53.3, 123cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.2, 217.4, 218.3-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğ unun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh X2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ədil Məmmədov - sədrlik edən və məruzəçi, Rəhman Muradov, Fikrət Mehtiyev) 03 sentyabr 2021-ci il tarixli, 2(104)2831/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(044)-1412/2021 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsasl andırmışdır ki, iddiaçının iddia ərizəsindən müəyyən edilir ki, artıq 6 ildir ki, onların ailəsi dağılmışdır və o, başqa ünvanda yaşayır. Həm iddiaçının, həm də cavabdehin izahatlarından müəyyən edilir ki, tərəflər kəskin münaqişəli vəziyyətdədirlər. İddia edilən tikili özbaşına olmaqla, tikilinin yerləşdiyi torpaq sahəsinə də tərəflərdən heç birinin hüquqmüəyyənedici sənədləri yoxdur. İrəli sürülən iddianın təmini üçün qanuni əsaslar yoxdur. Məhkəmənin irəli sürülən iddianı təmin edərkən tətbiq etdiyi maddi hüquq normaları hazırki işin faktiki halları ilə uzlaşmır. Yaranmış vəziyyəti təhlil edən və MPM-nin 217.3-cü maddəsinə əsaslanan kollegiya irəli sürülən iddianın təmin edilməsini mümkün saymır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, baxılan işdə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmadığından apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası haqsız olaraq mübahisəli mənzildə onun istifadə hüququnun müvəqqəti deyil, daimi xarakter daşımasını, istifadə hüquqdan istifadə etməyini, hal-hazırda yaşayış sahəsi ilə təmin edilə bilməməyini, kirayədə qalmağa maddi imkanı olmamasını, onun hər hansı bir yaşayış sahəsinin mövcud olmamasını nəzərə almamış, faktiki olaraq yaşayış hüquqlarının məhkəmə qaydasında pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Konstitusiyanın 43cü maddəsinin məzmuna görə, dövlət nəinki hər bir şəxsin yaşadığı mənzildən qanunsuz məhrum edilməsini qadağan etməsini, faktiki olaraq yaşadığı yaşayış sahəsindən qanunsuz məhrum edilməsi anlamına gəlir. Məhkəmə kollegiyası faktiki olaraq onu yaşadığı yaşayış sahəsindən mərhum etmişdir. Mülki Kollegiyanın hakimləri əsassız olaraq onu yaşadığı yaşayış sahəsindən bayıra atmışlar, onun talehi ilə oynamışlar. Mülki Kollegiyanın hakimləri onu bayırda qoymaqla bir başa Konstitusiyada nəzərdə tutulan hüquqları pozulmuşdur yəni Konstitusiyanın 43-cü maddəsinin tələblərinə rəyət olunmamışdır. Apelyasiya məhkəməsinin qətnamədə göstərdiyi əsaslar birtərəfli, maddi və prosesual hüquq normalarının tətbiqi isə formaldır, onun istinad etdiyi normaların çoxu aidiyyətsiz olmaqla demaqogiya xarakteri daşıyır, yəni effekt, iş görüntüsü yaratmaq, gözdən pərdə asmaq üçündür. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh X2 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçı özü torpaq sahəsindən çıxıb getmiş, başqa yerdə torpaq sahəsi əldə edərək orada özünə ev tikdirmişdir. Lakin nikahları pozulduğu zamandan mütəmadi olaraq evlərinə hücum etmiş, onu və uşaqlarını döymüş, bununla bağlı polisdə dəfələrlə araşdırma aparılmışdır. Onun iddiaçı ilə bir evdə yaşamağı nəinki həyatı və səhhəti üçün təhlükəlidir, həmçinin uşaqlarının da sağlamlığına və psixologiyasına tamamilə ziddir. İddiaçı həm iddia ərizəsində, həm də kasasiya şikayətində evin 3 otaqlı olduğunu göstərmişdir. Lakin qeyd edilən mənzil 2 otaqdan ibarətdir və o, 3 övladı ilə birlikdə 2 otaqdan istifadə edir. İddiaçının başqa yerdə evi olduğu halda onlarla yaşamağa cəhd etməsinin səbəbi onları məişət zorakılığına məruz qoymaqdır. İddiaçı 01.08.2005-ci il təvəllüdlü övladları Aytaca və 22.02.2008-ci il təvəllüdlü övladları Almasa dəfələrlə təcavüz edəcəyi barədə nümayişkaranə bildirmiş və evə köçəcəyi günü nalayiq küçə söyüşləri ilə demişdir. Oğlu 10.08.2011-ci il təvəllüdlü İlyaya bədən xəsarətlərin in yetirilməsi ilə əlaqədar polisdə materiallar olmuşdur. Ümumilikdə iddiaçı ona deyil, övladlarına da məişət zorakılığı törətmişdir. Göstərilənlərə əsasən o, apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. B u Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 41 7.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab e dir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, ilkin olaraq kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, köçürülmə tələb edilən ev dövlət qeydiyyatına alınmasa belə, tərəflərin birgə nikahı dövründə birgə vəsaitləri hesabına tikilmiş və tərəflər həmin evdə yaşamışlar. Apelyasiya kollegiyası isə həmin evin tərəflərin birgə vəsaiti hesabına tikilməsini nəzərə almamış, tikilinin özbaşına tikili olmasına istinad edib, irəli sürülən iddia tələbinin qanuni əsası olmadığını bildirməklə iddia tələbini təmin etməmişdir. Bu mövqedə olan apelyasiya kollegiyası Mülki Məcəlləsin in 11.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binas ının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçının köçmək istədiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından hazırkı mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqi yolverilməzdir. Bu halda işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası qanunun analogiyasında istifadə etməklə tərəflərin 2004-cü ildə nikah münasibətinə daxil olmasını nəzərə alaraq həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmaqla hüquqi qiymət verilməli olduğu halda bunu etməmişdir. Bununla da apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmğa tam səlahiyyətli məhkəmə olduğundan işi n hallarını, yəni tərəflərin birgə nikahı dövründə birgə vəsaitləri hesabına tikilmiş tikilidə cavabdehin hansı əsaslarla yaşamaq hüququ mövcuddursa, iddiaçının da həmin hüquqa sahib olduğunu tam araşdırmamış və bu xüsusata münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnam ə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstəril miş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.09.2021-ci il tarixli, 2(104)-2831/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03.09.2021-ci il tarixli, 2(104)2831/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-509/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-509/2022
25.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver