Məhkəmə qərarları › İş №2(102)-509/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-509/2024

30.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-509/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X7 (maraqlı şəxslər Maraqlı şəxs1, X3 və Maraqlı şəxs3) qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X7 qarşı (maraqlı şəxslər Maraqlı şəxs1, X3 və Maraqlı şəxs3) “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-448/2023 saylı iş üzrə 18 aprel 2023-c ü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-10301 reyestr nömrəli çıxarış sənədinə əsasən ünvan 1i ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı (16/45 hissə torpaq sahəsi), X4 (9/45 hissə torpaq sahəsi), X1 (9/45 hissə torpaq sahəsi), X2 (9/45 hissə torpaq sahəsi) adına olmaqla, 2/45 hissə torpaq sahəsi açıq saxlanılmaqla qeydiyyata alınmış 0.31 ha torpaq sahəsində yerləşən bir mərtəbəli yaşayış evinin (texniki pasportda “B” literli ilə qeyd olunan) cavabdehin istifadəsində olduğu müəyyən edil mişdir. Texniki pasportda “B” literli ilə qeyd olunan icazəsiz tikilinin fərdi yaşayış evi kimi heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun, yəni İddiaçı, Maraqlı şəxs1, X1 və Maraqlı şəxs3 ümumi birgə mülkiyyətində torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 5 oktyabr 1963-cü il tarixdə Lənkəran rayonu Zövlə kəndində anadan olmuş və hazırda da həmin kənddə yaşayır. Lənkəran rayonu Zövlə kəndində yerləşən 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 77.6 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi atasına məxsus olmuşdur. Atası vəfat etdikdən sonra həmin torpaq sahəsi ona 16/45 hissə, digər vərəsələrə, bacılarına 9/45 hissə, 2/45 hissə isə açıq saxlanılmaqla vərəsələr arasında bölünmüş və torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə 7/9 hissə ona verilməklə 2/9 hissə isə açıq saxlanılmaqla vərəsələr arasında bölünmüşdür. Bütün bunlar dövlət qeydiyyatına alınmış və adına verilmiş çıxarışda da bütün bunlar öz əksini tapmışdır. Onun və ailəsinin mülkiyyətində olan torpaq sahəsində eyni zamanda icazəsiz tikilmiş f ərdi yaşayış evi də mövcuddur. Hazırda həmin evdə qardaşı Cəsail Rzayev ailəsi ilə birlikdə yaşayır. Cavabdeh ona imkan vermir ki, özünə məxsus fərdi yaşayış evində rahat yaşasın. Baxmayaraq ki, qardaşı X5 başqa yerdə torpaq sahəsi və fərdi yaşayış evi vardır.

4. Lənkəran Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli 10/4032 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********5410301 reyestr nömrəli çıxarış sənədinə əsasən ünvan 1i ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı (16/45 hissə torpaq sahəsi), X9 (9/45 hissə torpaq sahəsi), X3 (9/45 hissə torpaq sahəsi), X2 (9/45 hissə torpaq sahəsi) adına olmaqla, 2/45 hissə torpaq sahəsi açıq saxlanılmaqla qeydiyyata alınmış 0.31 ha torpaq sahəsində yerləşən bir mərtəbəli yaşayış evinin (texniki pasportda “B” literli ilə qeyd olunan) cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir.

6. Birinci instansiya məhkəməsində iştirak etmiş İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X10 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o Zövlə kəndində 1980-ci ildən atasına məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmiş, həmin vaxtdan ailə üzvləri ilə birgə orada yaşamaqdadır. Atası vəfat etdikdən sonra bacıları evin sənədləşmə işlərini aparmış, lakin o sənədləşmə işlərində iştirak etməmişdir. Hazırda isə bacısı onun fərdi yaşayış evindən çıxmasını tələb edir. Lakin o, 1980-ci ildən fərdi yaşayış evində yaşayır və ona həmin ev atasından miras olaraq qalmışdır. Yaşamağa başqa yaşayış yeri yoxdur. Buna görə də iddianı əsassız hesab edərək iddianın rədd edilməsini xahiş etmişdir.

8. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim-T.Məmmədov) e-2(049)-887/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı, maraqlı şəxslər Maraqlı şəxs1, X3, Maraqlı şəxs3 olmaqla cavabdeh X7 qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı tərəfindən ödənilmiş dövl ət rüsumu onun özünə aid edilmiş, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət nəfinə keçirilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh həmin tikilidə mərhum atası sağ olduğu dövrdən yaşamış, uzun müddət orada yaşamaqla istifadə hüququna malik olmuşdur. Hazırda o Zövlə kəndində texniki pasportda “B” literli ilə qeyd olunan icazəsiz tikilidə ailə üzvləri ilə arvadı – X11, oğlu – X16, oğlu – X14, oğlu – X17, gəlini – X15, nəvəsi – X22, nəvəsi – X18 ilə birlikdə yaşayır.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət re yestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətçi olmasına baxmayaraq həmin torpaq sahəsi və tikilidən cavabdeh uzun müddət (iddiaçının mülkiyyət hüququ yaranmamışdan əvvəl) istifadə etmiş, faktiki olaraq daşınmaz əmlakdan məhdud istifadə hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 255.7-ci maddəsinə əsasən servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanıldığından, hazırkı iddia tələbi təmin edilə bilməz.

11. Bununla da birinci instansiya məhkəməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi id diaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir.

12. Məhkəmə qətnamə qəbul edərkən “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-448/2023 saylı iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməsi xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin 16 /45 hissəsi və fərdi yaşayış evinin 7/9 hissəsi onun mülkiyyətində olmaqla hazırda həmin torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edir və fərdi yaşayış evində də tək yaşayır. Digər vərəsələr olan bacıları isə ailə həyatı quraraq gəlin köçmüşlər və özlərinə məxsus evlərdə yaşayırlar. Qeyd olunan torpaq sahəsi onunla bacılarının paylı mülkiyyətində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə onun mülkiyyətindədir. Həmin torpaq sahəsində, eyni zamanda icazəsiz tikilmiş fərdi yaşayış evi də mövcuddur ki, hazırda həmin evdə cavabdehlər yaşayırlar. Baxmayaraq ki, cavabdehlərin nə mübahisəli torpaq sahəsinə, nə də həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqları yoxdur. Ancaq məhkəmə tərəfindən bütün bu hallara hüquqi qiymət verilməmiş və sonda iddia tələb i təmin edilməmişdir. Lakin buna baxan məhkəmə qanunvericiliyin qeyd olunan normalarını pozmaqla qətnamə çıxardaraq iddia tələbini təmin etməmişdir. Eyni zamanda, qanunvericiliyin tələbinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Hazırkı iş üzrə qeyd olunan torpaq sahəsi onunla bacılarının paylı mülkiyyətindədir və qanunvericiliyin tələbinə görə həmin torpaq sahəsində yerləşən hər hansı özbaşına tikiliyə mülkiyyət hüququ da ancaq onun üçün tanına bilər. İş materiallarından da görünür ki, cavabdeh və onların ailə üzvləri onunla bacılarının paylı mülkiyyətində olan sənədsiz evdə yaşamaqla ona da öz mülkiyyətində olan fərdi yaşayış evində yaşamağa imkan vermirlər. Cavabdeh izahatında həmi n tikilidə mərhum atası sağ olduğu dövrdə yaşadığını, uzun müddət orada yaşamaqla istifadə hüququna malik olduğunu qeyd etsə də, bununla bağlı istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Habelə, işdə olan ekspert rəyinə görə cavabdehlər və onların ailə üzvləri onun və bacılarının paylı mülkiyyətində olmaqla Lənkəran rayonu Zövlə kəndində yerləşən 1 mərtəbəli sənədsiz evdən istifadə edirlər.

15. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-448/2023 saylı 18 aprel 2023-cü i l tarixli (hakimlər P.Əhmədov (sədrlik edən və məruzəçi), T.Kərimov və C.İmanov) qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(049)-887/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianı rədd edərkən birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh X10 anadan olandan sonra uzun müddət atasına məxsus qeyd edilən evdə yaşamışdır. Cavabdehin atası X6 işdə olan sübutlara əsasən xx.xx.1989-cu il tarixdə, anası Rzayeva ( İbrahimova) Suqra Sahib qızı isə xx.xx.2010-cu il tarixdə vəfat etmişlər. Ancaq cavabdeh X10 tərəfindən öz valideynlərinə məxsus olmuş Lənkəran rayonu Zövlə kəndində 0.31 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 77.6 kv.m olan fərdi yaşayış evinə dair vərəsəlikdən (mirasın qəbulundan) imtina edilməsi iş materiallarından müəyyən edilməmiş və İddiaçı isə məhkəməyə bu faktı təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Hətta, Lənkəran rayonu Zövlə kəndində 0.31 ha torpaq sahəsi və orada yerləşən ümumi sahəsi 77.6 kv.m olan fərdi yaşayış evi üzrə: 2/9 hissə fərdi yaşayış evi və 2/45 hissə torpaq sahəsi açıq saxlanılmışdır. Göründüyü kimi, cavabdeh X5 çıxarılması tələb edilən fərdi yaşayış evi onun doğma valideynlərindən qalmış torpaq sahəsində yerləşir və onun həmin tor paq sahəsində miras payının mövcud olması istisna edilmir. Bu baxımdan, apellyasiya şikayətinin dəlili olan həmin evə mülkiyyət hüququ üzrə “qanuni gözlənti” cavabdehə də aiddir.

19. Məhkəmə hesab etmişdir ki, cavabdeh və ailə üzvlərinin fərdi yaşayış evində rahat yaşamağa ona imkan verməmələri halı mövcud olduğu təqdirdə belə, bu hazırkı iddianın deyil, iddia edilən maneələrin aradan qaldırılması və digər müvafiq iddiaların irəli sürülməsi və təmin edilməsi üçün əsas ola bilər.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə g örə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin maddə ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranm ış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

21. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-448/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahi ş etmişdir.

23. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edən zaman bir sıra maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

24. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyy ətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

27. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

28. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həya ta keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı;

29. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin maddə ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də q eyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014-cü il, “V.Quliyevin şikayəti üzrə” 07 sentyabr 2017-ci il v ə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli qərarları;

30. Mülkiyyət hüququ ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi ona verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Habelə Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə və rəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Bundan əlavə Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ mülki hüquq un ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. 31. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Az ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

40. Kassasiya kollegiyası mübahisəli əmlaka dair cavabdehin gözləntiyə malik olan şəxs statusunda olması dair mövqeyi ilə bağlı qeyd edir ki, miras əmlakın bir hissəsi açıq qalmış, cavabdehin məhz həmin hissədə əmlak hüquq əldə etmək ehtimalı vardır. Bunun əksini təsdiq edən sübutlar iş materiallarında mövcud deyil.

41. Bununla belə, yəni göstərilən müəyyən edilmiş halların olmadığı halda belə işə mahiyyəti üzrə baxmış məhkəmələr müəyyən etmişlər ki, mübahisə pr edmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, miras aktivinin daxilində olmamış, miras qoyanın sağılığında həmin tikili mövcud olmuş və onun iradəsi əsasında tikilmiş və cavabdeh tərəfindən istifadə edilməkdədir. Cavabdeh həmin tikilini özbaşına tikməmiş, məhz tikilməsi və istifadəyə başlanması anından mülkiyyətçi olan şəxsin iradəsi- razılığı olmuşdur. Belə olan halda, iddiaçının göstərdiyi əsaslarla cavabdehin tikilindən çıxarılması istisna olunur. Bu qərarın 40-cı bəndində göstərilənlər isə apellyasiya instansiya məhkəməsinin istinad olunan mövqeyinin əsaslarından biri kimi qəbul oluna bilər.

42. Bununla yanaşı qeyd edilməldir ki, iddiaçıya görə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya görə iddianın təmin edilməs i üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçının cavabdehdən qaytarılmasını tələb etdiyi əşyalara mülkiyyət hüququnun olması; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olması və 3) cavabdehin əmlaka sahiblik hüququ qanunsuz olması.

43. Qeyd olunan şərtlərin torpaq sahəsinə münasibətdə birinci və ikincisinin hazırki işdə mövcud olması mübahisə olunmaya bilər. Lakin üçüncü şərt üzrə isə işin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara və tərəflərin izahatlarına əlaqəli hüquqi qiymət verməklə, belə nəticəyə gəlmişlər ki, cavabdeh tərəfindən tikili əvvəlki mülkiyyətçinin razılığı ilə inşa olunmuş, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi eyni vəziyyətdə iddiaçının m ülkiyyətinə düşmüşdür. Belə olan vəziyyətdə isə tikilidən cavabdehin çıxarılması ona mühüm zərər yetirilməsi ilə nəticələnə bilər ki, Mülki Məcəllənin 560.1 və 560.3.4-cü maddələrinə əsasən bu iddiaçı tərəfindən hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir.

44. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə gö rə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

45. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir (MM maddə 560.1, 560.2, 560.3.4).

46. Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, MM-in 560.3.4-cü maddəsi digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tar ixli, N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli, F.Nəcəfovanın şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarlar).

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə gəlinən nəticə əsaslıdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-448/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar