Məhkəmə qərarları › İş №2(102)-5090/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5090/2021

12.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5090/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt edilmiş torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2021-ci il tarixli, 2(107)706/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39 nömrəli qərarı ilə X2 mülkiyyətinə Göyçay rayonu Potu kəndində yerləşən 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə mülkiyyət hüququ torpağın mülkiyyətə verilməsinə dair JN-904 (kod ********) saylı dövlət aktı rəsmiləşdirilmişdir.

2. Göyçay rayon İHB-nın Potu kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 25.06.2019-cu il tarixli 486 saylı arayışa əsasən X2 tək vərəsəsi oğlu İddiaçıdur.

3. İddiaçı mərhum anası X1 miras qalmış 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında sənəd almaq istəsə də, torpaq sahəsi cavabdehlər tərəfindən hasarlan ıb istifadə edildiyi üçün torpaq sahəsinin yerini müəyyən etməli olan mütəxəssislər əraziyə daxil ola bilməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X1 miras qalmış, Göyçay rayonu Üngütlü kəndində yerləşən 0.18 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə vəziyyəti ilə əlaqədar Çərəkə kəndinə gedib-gəlməyi qeyri-mümkün olduğundan torpaq sahəsindən istifadə edə bilməmişlər. Təxminən iki il əvvəl ona məlum olmuşdur ki, torpaq sahəsinin Çərəkə kəndi ərazisində yerləşməsi yalan məlumatdır və Göyçay rayonunun Potu inzibati ərazi dair əsinin Üngütlü kəndində yerləşən torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunaraq istifadə edilir. Mərhum anası X1 miras qalmış 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında sənəd almaq istəsə də, torpaq sahəsi cavabdehlər tərəfindən hasarlanıb istifadə edildiyi üçün torpaq sahəsinin yerini müəyyən etməli olan mütəxəssislər əraziyə daxil ola bilməmişlər.

6. Birinci instansiya məhkəməsinin qərardadı əsasında alınmış tikinti-texniki ekspertizasının 06.12.2019-cu il tarixli, 23241 saylı və 22.05.2020-ci il tarixli, 5283 saylı rəylərində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Ağs u LTİ-nin mütəxəssis rəyinə əsasən, elektron kadastr bazası məlumatları bazasında araşadırılan zaman məlum olmuşdur ki, kompleks yerquruluşu planı ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. JN-904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmir və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün deyildir. Lakin ekspertizaya təqdim olunmuş mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, JN904 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən iddiaçının mülkiyyətində olan 0.18 ha torpaq sahəsinin 0.05 ha-dək hissəsini Cavabdeh1, 0.03 ha-dək hissəsini Cavabdeh2, 0.04 ha-dək hissəsini Cavabdeh3, 0.05 ha-dək hissəsini Cavabdeh4 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. 7.Birinci in stansiya məhkəməsində mütəxəssis qismində izahat vermiş Ağsu Layihə Tədqiqat İdarəsinin sahə rəisi X3 göstərmişdir ki, hazırkı iş üzrə verilmiş mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi kimi iddiaçının mərhum anası X4 məxsus 0.18 ha torpaq sahəsinin 0.05 hektarı Cavabdeh1 tərəfindən, 0.03 hektarı Cavabdeh2 tərəfindən, 0.04 hektarı Cavabdeh3 tərəfindən və 0.05 hektarı Cavabdeh4 tərəfindən naturada istifadə edilir.

8. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 26 noyabr 2020-ci il tarixli, 2(046)-59/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Göyçay rayonu Üngütlü kəndində yerləşən JN-904 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mərhum X2 mülkiyyətinə verilmiş, İddiaçı miras qalmış 0.18 ha torpaq sahəsinin 0.05 ha hissəsindən Cavabdeh1, 0.03 ha hissəsin dən Cavabdeh2, 0.04 ha hissəsindən Cavabdeh3, 0.05 ha hissəsindən Cavabdeh4 çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 Məhyəddin oğlundan alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 272 manat məhkəmə xərcinin alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin bank hesabına və iş üzrə ekspertiza xərcləri olan 200 manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyəti hesab edilən mərhum anasından miras qalmış 0.18 ha torpaq sahəsinin 0.05 ha-dək hissəsinin Cavabdeh1, 0.03 ha-dək hissəsinin Cavabdeh2, 0. 04 hadək hissəsinin Cavabdeh3 və 0.05 ha-dək hissəsinin Cavabdeh4 tərəfindən zəbt edilməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququna qanunsuz müdaxiləni təşkil etməklə bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozan hal kimi qəbul edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci, Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 84, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh1 apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(046)-59/2020 saylı qətnaməsinin Cavabdeh1 münasibətdə iddia tələbinin təmin edi lməsinə dair hissəsində ləğv edərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2021-ci il tarixli, 2(107)706/2021 saylı qətnaməsi ilə (hakimlər M.Hüseynov (sədrlik edən və məruzəçi), A.Eyvazov və R.Əliyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(046)-59/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, JN-904 nömrəli torpağa mülkiyyət hüququna dair” dövlət aktının “mülkiyyətə verilmiş torpaq sahəsinin planı /cizgisi/” bölməsindən, həmçinin mütəxəssis tərəfindən tərtib olunmuş sxemdən göründüyü kimi, mübahisəli 0.18 ha torpaq sahəs i ensiz-uzun zolaq formasında olub cavabdehlərə məxsus bir-biri ilə qonşu olan torpaq sahələri ilə həmsərhəddir; cavabdehlərə məxsus torpaq sahələrinin hər biri mübahisəli 0.18 ha torpaq sahəsinə perpendikulyar vəziyyətdə bitişikdir. Cavabdehlərdən hər biri mübahisəli torpaq sahəsinin onlara məxsus torpaq sahəsi ilə həmsərhəd olan hissəsini öz torpaq sahəsinə birləşdirməklə (qatmaqla) zəbt etmişdir. Mütəxəssis tərəfindən tərtib olunmuş sxemdən göründüyü kimi, Cavabdeh1 faktiki istifadəsində 0.82 ha, Cavabdeh2 faktiki istifadəsində 0.14 ha, Cavabdeh3 faktiki istifadəsində 1.08 ha və Cavabdeh4 faktiki istifadəsində 1.03 ha torpaq sahəsi vardır. Qeyd edilən ölçülərdə faktiki istifadədə olan torpaq sahələrinin tərkibinə mübahisəli torpaq sahəsinin zəbt olunmuş hissələri də daxildir.

14. Apelly asiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh1 apellyasiya şikayətində onun mülkiyyətinə 0.27 ha pay torpağının verildiyini göstərdiyi halda, mütəxəssis tərəfindən tərtib olunmuş sxemə görə onun faktiki istifadəsində 0.82 ha torpaq sahəsi vardır. Bu da mübahisəli 0.18 ha torpaq sahəsinin 0.05 ha hissəsinin Cavabdeh1 istifadəsində olduğu barədə mütəxəssis və ekspert rəylərinin həqiqətə uyğunluğunu təsdiqləyir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir

16. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələrin qətnamələrində göstərdikləri xüsusatlar işin hallarına uyğun gəlmir, həmin məhkəmələr tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir, işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Hər iki məhkəmənin əsaslandığı 22.05.2020-ci il tarixli, 5285 nömrəli Xəyyam İsgəndərovun ekspert rəyinin tədqiqat obyekti hazırkı 2(046)-59/2020 saylı mülki iş deyil, 2(046)-60/2020 nömrəli mülki iş olmuş və məhkəmə tərəfindən qoyulmuş suallar da JN-904 nömrəli torpağa mülkiy yət hüququna dair dövlət aktına aid olmuşdur. İş üzrə məhkəmələr iddiaları təmin edərkən bu rəylərə əsaslansalar da, mütəxəssis rəylərinin sübut kimi qəbul edilməməsi səbəbini əsaslandırmamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan b axılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyası Maddə

13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövl ət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi”qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla”müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

165. Sahibliyin pozulması 165.1. ”Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 48.”Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququn da əldə edə bilərlər. Maddə

50. Torpaq sahəsi üzərində istifadə hüququ

5. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Maddə 55.”Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Mad də

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri” 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

27. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli Qərarı)

32. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə Göyçay rayonu Potu kəndində yerləşən hüquqların JN-904 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mərhum X2 mlükiyyətinə verilmiş, İddiaçı miras qalmış 0.18 ha torpaq sahəsinin 0.05 ha-dək hissəsi Cavabdeh1, 0.03 ha-dək hissəsi Cavabdeh2, 0.04 ha-dək hissəsi Cavabdeh3, 0.05 ha-dək hissəsi Cavabdeh4 qanunsuz istifadəsindədir

33. Məhkəmənin istinad etdiyi ekspe rt rəylərinin başqa mülki iş üzrə verilmiş rəylər olması barədə dəlil əsassızdır. Çünki ekspert rəyləri hazırda baxılan mülki iş üzrə verilmişdir.

34. Kassatorun digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2021-ci il tarixli, 2(107)706/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar