Məhkəmə qərarları › İş №2(102)-5091/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5091/2019

17.07.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5091/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2019-cu il tarixli 2(104)-856/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Goranboy rayon məhkəməsinin 03 iyun 2015-ci il tarixli qətnaməsi ilə (hakim Ş.H.Hüseynov, iş № 2(045)-545/2015) İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddiası təmin edilərək N küçəsində yerləşən 9 s aylı evin və 0,25 ha həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılıb İddiaçı1 istifadəsinə verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Mehtiyev, Ç.B.Məmmədov və Ş.Q.Rzaquliyev, iş № 2(104)1371/2018) Goranboy rayon məhkəməsinin 03 iyun 2015-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilmiş, İddiaçı1 iddia tələbi Cavabdeh1 münasibətdə rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.M.Rüstəmov, M.T.Əhmədova və Ə.G.Nurməmmədov, iş № 2(102)-6588/2018) Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş ə təkrar baxan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: L.S.Süleymanov, İ.Ə.Şəfiyev və A.V.Bayramov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Goranboy rayon məhkəməsinin 03 iyun 2015-ci il tarixli qətnaməsi ona münasibətdə ləğv edilmiş və iddia Cavabdeh1 münasibətdə təmin edilməklə evin və 0,25 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılması, evin və torpaq sahəsinin İddiaçı1 istifadəsinə verilməsi qət edilmişdir. İşin halları: Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi və orada inşa olunmuş fərdi yaşayış evi iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Həmin evdə iddiaçıdan başqa cavabdehlər qeydiyyatdadırlar. 2015-ci ilin mart ayında mülkiyyətçi İddiaçı1 iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, müalicə məqsədi ilə Bakı şəhərinə getməsini, qayıtdıqdan sonra cavabdehlərə evdən çıxmalarını təklif etsə də, bundan boyun qaçırmalarını əsas göstərməklə cavabdehlərin ona məxsus torpaq sahəsi və evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək mübahisə predmeti olan torpaq sahəsi və evin valideynlərinə məxsus olmasını, onlar vəfat etdikdən sonra onun və iddiaçının vərəsə kimi həmin evdə yaşamalarını və bununla da valideynlərdən miras qalmış evi vərəsə kimi qəbul etməsini, bundan sonra həmin ev söküldükdən sonra orada təzə ev tikərək yaşamalarını, işə baxan apellyasiya instansiyası məhkəmə si tərəfindən sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə işə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Cavabdeh5 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyi şdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 münasibətdə iddianı təmin edərkən mübahisəli torpaq sahəsi və evin iddiaçının mülkiyyətində olmasını, cavabdehin isə iddiaçının qardaşı olsa da, onun ailəsinin üzvü olmamasını əsas göstərmişdir. Belə bir nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli evdən istifadə etməsi üçün heç bir hüquqi əsası olmamışdır. Cavabdeh mübahisəli evin və torpaq sahəsinin valideynlərinə məxsus olmasını və eləcə də orada əvvəlki evin yerində öz vəsaiti hesabına yeni ev inşa etdirməsini i ddia etsə də məhkəməyə bunu təsdiq edə bilən heç bir mötəbər sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəlləsinin mülkiyyət hüququnu müdafiə edən müddəalarına əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (152.1.) Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (152.5.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (157.4.) İşin müəyyən olunmuş halları və istinad olunan maddi hüquq normaları iddianın təmin edilməsi üçün əsas verdiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 07 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar