Məhkəmə qərarları › İş №2(102)-5091/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5091/2020

03.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5091/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-1768/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)-2816/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.Ş.Rüstəmli) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiası təmin edilərək, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Lermantov küçəsi, 113/117 saylı evin 13 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi qət edilmiş və qətnamə cavabdehlərin yaşayış yeri üzrə həmin mənzildən pasport qeydiyyatlarının ləğv edilməsi üçün əsas hesab edilmişdir. Cavabdehlər qətnamədən apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-1768/2020 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, V.T.Həsənov və Ş.A.Məmmədova) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cav abdehlər qətnamədən kasasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, onların Bakı şəhəri, Səbail rayonu, Lermantov küçəsi, 113/117 saylı evin 13 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın əsaslı olmasına, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 178.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edi r ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, əvvəla cavabdehlərin nümayəndəsi Zərifə Rəhmanova yazılı ərizə ilə kasasiya instansiyası məhkəməsinə müraciət edərək, kasasiya şikayətindən imtina etdiyini göstərsə də, kasasiya şikayətindən imtinaya dair ərizə notarial qaydada təsdiq edilmədiyindən və Azərbaycan Respublikası MPM-nin 191, 410.2-ci maddələrinin tələblərinə cavab vermədiyindən, kasasiya şikayətindən imtinanı qəbul etməmiş və işə kasasiya qaydasında baxılmasını ha qlı hesab etmişdir. Digər tərəfdən, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, İddiaçı xx xxxx 1992-ci ildə Zərifə Rəhmanova ilə rəsmi nikah əsasında ailə qurmuş və onların birgə nikahından xx xxxx 1994-cü ildə Lalə, xx xxxxx 1995-ci ildə Rafiq və xx xxxx 2013-cü ildə Mikayıl adlı uşaqları doğulub. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçılə Zərifə Rəhmanova arasında bağlanmış nikah pozulmuş və xx xxxx 2013-cü il tarixdə doğulmuş Mikayıl anası Zərifə Rəhmanovanın yanında saxlanılmış və onun saxlanılması üçün İddiaçı Zərifə Rəhmanovanın xeyrinə alimentin tutulması qət edilmişdir. Eyni zamanda işdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 113/117 saylı evin, 13 saylı mənzil i xx xxxx 1996-cı ildə mülkiyyət hüququ üzrə iddiaçının atası Cavabdeh2 adına qeydə alınmış və sonuncu həmin mənzili xx xxxx 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən oğlu İddiaçı bağışlamışdır. xx xxxx 2014-cü ildə həmin mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. xx xxxx 2014-cü ildə iddiaçının atası Cavabdeh2 ölmüşdür. Hazırda sözügedən mənzildə iddiaçı, anası Nairə Babayeva və övladları Cavabdeh1, Cavabdeh2 və Mikayıl Babayev daimi qeydiyyatdadırlar. Daha sonra işdən görünür ki, İddiaçılə Zərifə Rəhmanova birgə nikahları dövründə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 125 saylı evin 25 və 11 saylı mənzillərini əldə etmişlər. 11 saylı mənzillə bağlı məhkəmə qətnaməsi ilə İddiaçılə Zərifə Rəhmanovanın 1/2 hissədə payları müəyyən edilmiş və 25 sa ylı mənzillə bağlı məhkəmə çəkişmələri isə davam edir. Cavabdeh1 xx xxxx 2016-cı ildə Böyük Britaniya vətəndaşı olan X4 ilə rəsmi nikah əsasında ailə qurmuşdur. “xxxx” MTK xx xxxxxxxx 2019-cu il tarixli arayışına əsasən, Zərifə Rəhmanova, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Mikayıl Babayev 2006-cı ildən hal-hazıra kimi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 125 saylı evin, 25 saylı mənzilində yaşayırlar. Eyni zamanda Səbail rayon MKİS-nin xx xxxxxxx 2019-cu il və xx xxxxxxx 2019-cu il tarixli arayışları ilə müəyyən olunur ki, 2006-cı ildən qeydiyyatda olmalarına baxmayaraq Cavabdeh1, Cavabdeh2 və Mikayıl Babayev Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 113/117 saylı evin, 13 saylı mənzilində yaşamırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə ə sasən əmələ gəlmiş istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Həmin Qərarda eyni zamanda göstərilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddənin məzmununa görə, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçini n iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni m əzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan və cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarına səbəb olan əsaslar artıq aradan qalxdığından, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Belə ki, iddiaçı ilə Zərifə Rəhmanova birgə nikahları dövründə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 125 saylı evin 25 və 11 saylı mənzillərini əldə etmişlər. Cavabdehlərin mübahisəli mənzildə 2006-cı ildən yaşamamaları işdə olan sübutlarla tam təsdiq olunur. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimano v prospekti, 125 saylı evin, 25 saylı mənzilinin bölünməsi ilə bağlı mülki iş üzrə Zərifə Rəhmanova tərəfindən yazılmış iddia ərizəsinə etiraz və apelyasiya şikayətlərindən görünür ki, o, mənzildən payının müəyyən edilməsini xahiş edərkən, himayəsində azyaşlı uşağının (oğlu Mikayıl) olmasını, uşaqların xəstəliyini (oğlanları Mikayıl və Rafiq), birinin təhsil almasını (oğlu Rafiq), onların gələcək mənafelərinin nəzərə alınmasını xahiş etmişdir. Bundan əlavə, Cavabdeh1 hazırki iş üzrə iddia ərizəsinə etirazda Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 24 saylı evin 158 saylı mənzilində qeydiyyatda olduğunu, lakin Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 125 saylı evin, 25 saylı mənzilində yaşadığını qeyd etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azər baycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həmdə qüvvədə olan qanunvericilik çərçivəsində digər ş əxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşdən görünür ki, cavabdehlər qətnamədən kasasiya şikayətini şikayət xatirinə vermişlər və onlar kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, iddianın təmin edilməsi üçün əsasların olmamasını və sair göstərsələr də, apelyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və işin hansı həqiqi halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aidd ir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)1768/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar