Məhkəmə qərarları › İş №2(102)-5092/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5092/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5092/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, X7, X3 qarşıiş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ) 19.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4298/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyy ən etdi: İşin halları Bakı şəhər Tİ və MHQİ (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) tərəfindən verilmiş MH seriyalı 120146 nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 44-45 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) tam mülkiyyət hüququ üzrə xx.xx.1998-ci il tarixdən İddiaçı Quli oğlunun (bundan sonra – iddiaçı) mülkiyyətindədir. Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-441/2016 saylı qətnaməsi ilə Cavabdeh ilə X9 arasında Bakı şəhəri Səadət Sarayında (Bakı Nikah Evində) xx.xx.1999-cu il tarixdə bağlanmış və 1274 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2005-c i il təvəllüdlü X1 və xx.xx.2001-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün X6 hər ay hər uşağa 150 manat, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışın kserosurətinə əsasən Cavabdeh, X7, X8 Bakı şəhəri, Səbail rayonu, mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin, eyni zamanda xx.xx.2005-ci il təvəllüdlü X1 və x x.xx.2001-ci il təvəllüdlü X2 ona məxsus mübahisəli mənzildən istifadə hüququ olmayan şəxslər hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun oğlunun arvadı olmuşdur. Onlar 1999-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, lakin heç bir zaman onun mülkiyyətində olan evdə yaşamamışlar. Cavabdeh 2014-cü ildə onun mənzilinə qeydiyyata düşmüşdür. 2015-ci ildə isə oğlu ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Cavabdehin mübahisəli mənzildə istifadə hüququyaranmamışdır. Onunla cavabdeh arasında cavabdehin ona məxsus mənzildə yaşaması barədə heç bir notarial qaydada razılıq olmamışdır. Belə olan halda cavabdeh və azyaşlı uşaqlar ona məxsus evdən qeydiyyatdan çıxmalı dırlar. İddiaçı hesab edir ki, cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, onun həmin mülkiyyət üzərində sərəncam, istifadə və sahiblik hüquqlarını pozmaqla onun konstitusion hüquqlarını zərbə altında qoyur. Ona görə də o, öz mülkiyyət hüquqlarını qorumaq üçün cavabdehin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını istəyir, bunun üçün isə ona qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə baxışı zamanı iş üzrə cavabdeh mülkiyyətimdə olan mənzil üzrə qeydiyyatdan çıxmış, yetkinlik yaşına çatmayan x1 isə yetkinlik yaşına çatmışdır. Bu səbəbdən hazırda iddia tələbinin AR MPM-nin 53-cü maddəsinə əsasən dəyişdirilm əsi zərurəti yaranmışdır. Belə ki, iş üzrə cavabdehlər onun mənzilinə 2014-cü ildə qeydiyyata düşmüşlər və heç vaxt mülkiyyətində olan mənzildə yaşamamışlar. Oğlu x1və x2 ailə qurduqdan sonra kirayədə yaşamış və sonradan qonşuluqda olan və həmin binada yerləşən 2 otaqlı 44/46 saylı mənzilə köçmüşlər. Həmin mənzilin divarı ilə mübahisəlimənzilin divarları yanyana olmuşdur. Həmin mənzili oğlu 2008-ci ildə Oktay Ağayevin həyat yoldaşı Nadejda Ağayevadan almışdır. Həmin mənzili aldıqdan sonra iki mənzil arasında qapı açılmışdır. Sonradan oğlu ilə cavabdeh arasında münasibətlər pozulmuş və 2015-ci ildə x1 uşaqları, yəni hazırki cavabdehləri özü ilə götürüb çıxıb getmişdir. 2016-cı ildə oğlu ilə cavabdeh arasında nikah pozulmuş və aralarında belə razılaşma əldə edilmişdir ki, Cavabdehonun mənzil indən x1in xeyrinə imtina edir, x1 isə Nardaran qəsəbəsində olan bağ sahəsindən cavabdehin xeyrinə imtina edir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh 2016-cı ildə oğlu x1ə qarşı nikahın pozulması barədə məhkəmədə iddia qaldırarkən irəli sürdüyü tələbində birgə əmlak kimi Nardaran qəsəbəsində yerləşən bağ evinin və mübahisəli mənzilin bölünməsini xahiş etmişdir. Beləliklə göründüyü kimi nə cavabdehin, nə də ki, onun uşaqlarının (cavabdehlərin) mülkiyyətimdə olan mənzilə hər hansı aidiyyəti yoxdur. Onlar bir gün belə onun mülkiyyətində olan mənzildə yaşamamışlar və həmin mənzildə onunla birlikdə yaşayıb ümumi təsərrüfat aparmamışlar. Bakı şəhər Səbail Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələb i rədd edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) xx xxxx 2020-cu il tarixli qətnaməsi iləiddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlərin valideynlərinin ailə qurduqdan sonra mübahisəli mənzildə yaşamamalarını iddia etsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən cavabdehlərin doğulduqdan sonra da valideynləri ilə birlikdə mübahisəli mənzildə deyil, başqa mənzildə yaşamaları faktı də öz təsdiqini tapmamış və bu halları da təsdi q edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Əksinə iş materiallarına əlavə olunmuş mübahisəli ünvana xidmət edən ərazi üzrə 3 saylı uşaq poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2001-ci il tarixdə anadan olmuş İsmayıl Cəlilov xx.xx.2002-ci il tarixdən, xx.xx.2005-ci il tarixdə anadan olmuş isə xx.xx.2005-ci il tarixdən 3 nömrəli uşaq poliklinikasında qeydiyyata alınmışlar. Qeydiyyata alındıqdan sonra X3 uşaq poliklinikasının həkimi və tibb bacısı tərəfindən xx.xx.2002, xx.xx.2002, xx.xx.2002, xx.xx.2002, xx.xx.2002, xx.xx.2002, xx.xx.2002, xx.xx.2003, xx.xx.2003, xx.xx.2004, xx.xx.2005, xx.xx.2006 tarixlərdə evə gedişlər olunmuşdur. X4 xx.xx.2009-cu il tarixdə həkim çağırışı olunmuş və uşaq poliklinikasının həkimi tərəfindən evdə tibbi xidmət göst ərilmişdir. Göründüyü kimi, cavabdehlərin valideyni olan x1 mübahisəli mənzildə yaşadığından, onun öz uşaqlarını yaşadığı mənzilə köçürtmək ixtiyarı olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Digər tərəfdən iddiaçının özü də təsdiq etmişdir ki, 2008-ci ildə mülkiyyətində olan mənzilə bitişik olan mənzil oğlu x1 tərəfindən alınmış və mənzillər arasında qapı açılmışdır. Bütün bu hallar onu göstərir ki, iddiaçı və cavabdehlərin valideynləri mübahisəli mənzildən birgə istifadə etmişlər. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, cavabdehlərin 2014-cü il tarixdən mübahisəli mənzilə qeydiyyata düşmələri də, onların həmin mənzildə mülkiyyətçinin razılığı ilə yaşamalarını təs diq edir. Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən edilmişdir. Cavabdehlər iddiaçının nəvələri olduğu üçün qanunun yuxarıda göstərilən tələbinə əsasən onun digər qohumları sırasına daxildilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun tələblərinə əsasən yaşayış yeri üzrə qeydiyyatın hüquqi nəticəsi olmasa da, cavabdehlərin mülkiyyətçinin razılığı ilə mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması, onların həmin mənzildə yaşamasını təsdiq edən haldır. Bu səbəbdən qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq da, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları var. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəl mişdir ki, cavabdehlər iddiaçının digər qohumları sırasına daxil olmaqla onun ailə üzvləri hesab olunduqlarından, yəni ailə qanunvericiliyinin tələblərin əsasən babanın nəvələrdən, nəvələrin isə babadan aliment tələb etmək hüquqları olduğundan, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları olmayan şəxslər hesab edilməsi barədə hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə birrinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 228.5. yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Res publikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı: “...MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisb ətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsini n, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarı: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respub likası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları v ə hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz». Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4298/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd N

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar