Məhkəmə qərarları › İş №2(102)-5092/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5092/2021

12.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5092/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası, iddiaçı X2 cavabdehlər İddiaçı1, İddiaçı2 və Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X17 oğlunun katibliyi, iddi açılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(107)593/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Əliyeva (nikahdan əvvəlki soyadı Ələkbərova) Kəmalə Dilqəm qızı, iddiaçıların qardaşı X10 ilə 2002-ci ildə faktiki nikaha girməklə ailə qurmuş, nikahlarını 16 aprel 2003-cü ildə rəsmiləşdirmiş və Yevlax şəhəri, H.Əliyev prospektindəki 56 saylı evin 7-ci mənzilinə gəlin köçmüşdür. Mübahisəli ev iddiaçıların atası X11 məxsus olmuşdur. Yusif Əliyev 01.06.2007-ci ildə, Rövşən Əliyev isə 10.05.2018-ci ildə vəfa t etmişdir. Cavabdeh 2002-ci ildən hal-hazıradək övladları ilə mübahisələndirilən ünvanda yaşayır.

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 notariat kontoruna müraciət edərək, onlara atalarından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Notarius tərəfindən X4 vərəsələri nəzərə alınmadan, X5 miras qalmış, Yevlax şəhəri, H.Əliyev prospekti ev 56, mənzil 7-dən iddiaçılara bərabər paylar müəyyən olunmuş, bu barədə onlara qanun üzrə vərəsəlik hüququ haqqında 01.09.2018-ci il tarixli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında sözügedən mənzil üzərində iddiaçıların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04.09.2018-ci ildə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icra at

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan Yevlax şəhəri H.Əliyev prospekti ev 56, mənzil 7dən cavabdehin azyaşlı övladları X12 və X8 ilə birlikdə çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh həmin mənzilə özbaşına daxil olaraq oradan istifadə edir, onların etibardan sui-istifadə edərək nəinki mənzildən çıxmır, əksinə onların razılığı olmadan mənzildə müəyyən təmir işləri aparır. Həmçinin onlara məxsus olan əmlakları həmin mənzildən özbaşına çıxararaq digər mənzilə, yəni 8 saylı mənzilə yığmışdır. Kəmalə Əliyevanın hərəkətləri nəticəsində onlar öz mənzilinə daxil ola bilmirlər.

5. İddiaçı X6 cavabdehlər İddiaçı1, İddiaçı2 və Bərdə Regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik hüququ haqqında 2V-742 nömrəli, 01.09.2018-ci il tarixli şəhadətnamənin ləğv edilməsi və 04.09.2018-ci il tarixli DƏDRX-dən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı X6 tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ildə X10 ilə faktiki nikah münasibətinə girmiş və 16 aprel 2003-cü il tarixdə nikahlarını rəsmi qaydada qeydə aldırmışlar. 2002-ci ildən hazırki iddia verilənədək övladları ilə birlikdə Yevlax şəhəri, H.Əliyev prospekti, 56 saylı evin 7 saylı mənzilində yaşayır. X22 10 may 2018-ci il tarixdə öldükdən sonra baldızları İddiaçı1 və İddiaçı2 mənzilə aid sənədləri saxtalaşdıraraq onun xəbəri olmadan mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Hətta onlar bununla kifayətlənməyərək ona qarşı övladları ilə birlikdə mənzildən çıxarılmasına dair məhkəmədə iddia qaldırmışlar. Halbuki, mülki qanunverciliyə görə övladları ilə birlikdə özü də miras mənzilə vərəsə sayılır.

7. Yevlax Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərardadı ilə hər iki iddia üzrə işlər bir icraatda birləşdirilmişdir.

8. Yevlax Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(039)-233/2019 saylı qətnaməsi ilə (hakim T.Əliyev) iddiaçı X2 cavabdehlər İddiaçı1, İddiaçı2 qarşı iddiası təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiası təmin edilərək, cavabdeh X2 övladları X12 və X8 ilə birlikdə Yevlax şəhəri, Heydər Əliyev prospekti, 56 saylı evin 7 saylı mənzilində n çıxarılmaları qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vərəsə, miras açıldığı vaxtdan üç ay ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

10. Məhkəmə hesab etmişdir ki, miras qoyan Yusif Əliyevin ölümündən sonra onun oğlu Rövşən Əliyevin həmin mənzildə yaşamaqla miras əmlakı qəbul etməsini sübut etmək vəzifəsi hazırkı halda Kəmalə Əliyevanın üzərinə düşür.

11. Məhkəmə qeyd etmişdir ki, Kəmalə Əliyeva həmin dəlilinin təsdiqi olaraq bacısı olan Samirə İbrahimovanın ifadəsindən başqa hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Samir ə İbrahimovanın ifadəsini iddiaçı Kəmalə Əliyevanın bacısı olmaqla mübahisənin onun xeyrinə həllində maraqlı olduğundan mötəbər sübut kimi qəbul etməmişdir. Həmçinin Mənzil İstismar Sahəsinin arayışında Kəmalə Əliyevanın həmin mənzildə yaşadığı qeyd edilsə də, onun ailə üzvləri ilə birgə Yusif Əliyevin ölümündən sonra həmin mənzildə daimi yaşamağı qeyd edilməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 1133, 1145, 1159,1243,1246,1166,1193 və 228-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. X6 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddiaçılar İddiaçı2 və İddiaçı1 ona qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının rədd edilməsi, cavabdehlər İddiaçı1, İddiaçı2, Bərdə Regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusuna qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli, 2(107)55/2020 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) cavabdeh X6 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməyərək, Yevlax Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 15.Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdı r. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(102)-5152/2020 saylı qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov) cavabdeh X6 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının 10 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 228.2-ci maddəsi mülkiyyətdə olan yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtlərini və xitamını tənzimlədiyindən, eyni zamanda Kəmalə Əliyeva mübahisəli mənz ilə gəlin köçərkən həmin mənzil dövlət mənzil fondunda olmaqla Yusif Əliyevin mülkiyyətində deyil, icarəsində olduğundan, o, istəsə də belə mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Yusif Əliyevlə notarial qaydada təsdiqlənməklə hər hansı yazılı razılaşma bağlaya bilməzdi. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini hazırki mülki mübahisəyə tətbiq etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu isə MPM-nin 418.1, 418.2ci maddələrinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

18. Kassasiya kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələbləri baxımın dan heç bir araşdırma aparmadan, Yusif Əliyevin 01 iyun 2007-ci il tarixdə ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəliyin açılmasına, mübahisəli mənzilin həmin vaxt mirasın kütləsinə daxil olmamasına, yalnız həmin mənzilin 06 avqust 2018-ci il tarixdə mülkiyyət hüququ üzrə onun adına qeydə alınmasına, İddiaçı1 və İddiaçı2 da 11 ildən sonra mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almalarına əhəmiyyət verməmiş, habelə notariat orqanının mirasın qorunması üçün hər hansı tədbirlər görüb-görməməsini, digər vərəsələrlə yanaşı mirasın açıldığı yerdə olmayan Rövşən Əliyevin axtarılması üçün müvafiq araşdırma aparıb-aparmamasını aydınlaşdırmadan və bunun üçün notariat işini tələb edib ona baxış keçirmədən, mərhum Rövşən Əliyevin miras mənzilə sahiblik etməyə və ya həmin mə nzili idarə etməyə faktiki başlamaması və beləliklə də mirası qəbul etməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir.

19. Kassasiya kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni sadalanan maddələrin tələblərinə uyğun olaraq əsaslandırmağa çalışsa da, mərhum Rövşən Əliyevin miras mənzilə sahiblik etməyə və həmin mənzili idarə etməyə faktiki başlayıb-başlamaması ilə bağlı heç bir araşdırma aparmamış, mirasa vərəsəlik açılarkən onun həmin mənzildə yaşayıb-yaşamamasını, miras mənzilin idarə edilməsində iştirak edib-etməməsini aydınlaşdırmamış, həmçinin mərhum Rövşən Əliyevlə müqayisədə İddiaçı1 və İddiaçı2 da eyni vəziyyətdə olmalarını, yəni onların da mirasa vərəsəlik açılandan 11 ildən sonra mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəh adətnamə almalarını nəzərə almamış, yalnız onların irəli sürdükləri arqumentlərlə razılaşaraq, ilk iddianın əsaslı, qarşılıqlı iddianın əsassız olması qənaətinə gəlmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(107)-593/2021 saylı qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) X6 tərəfindən verilmiş apellyаsiyа şikayəti təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tаrixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı1 və İddiaçı2 mənzildən çıxarılma barədə iddiasının təmin edilməməsi, X2 iddiasının təmin edilməsi, Bərdə Regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən 01.09.2018-c i il tarixdə 2V742 nömrəli reyestrdə qeydə alınaraq İddiaçı1 və İddiaçı2 adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və və onun əsasında İddiaçı1 və İddiaçı2 adına verilmiş 04.09.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv olunması qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisə olunmayan hallarına görə, Yevlax şəhər ZDS İcraiyyə Komitəsinin 09 fevral 1966-cı il tarixli, 02 saylı protokol-qərarına əsasən, mübahisəli mənzil dövlət mənzil fondunda olmaqla Yusif Əliyevin mülkiyyətində deyil, icarəsində olmuşdur. X15 01 iyun 2007-ci il tarixdə ölümündən 11 il sonra, yəni 06 avqust 2018-ci il tarixdə mənzil mülkiyyət hüququ üzrə onun adına qeydə alınmışdır.

22. İş materiallarına əlavə edilmiş Yevlax şəhəri İcra Hakimiyyəti 3 say lı Mənzilİstismar Sahəsinin 11 sentyabr 2018-ci il tarixli, 141№-li arayışından görünür ki, X6 ailə üzvləri ilə birlikdə Yevlax şəhəri H.Əliyev prospekti 56/7-də yaşayır.

23. İş materiallarına əlavə olunmuş Yevlax şəhəri İcra Hakimiyyəti 3 saylı Mənzilİstismar Sahəsinin 05 mart 2021-ci il tarixli, 095 №-li arayışından məlum olur ki, X1 Rövşən Yusif oğlu ilə nikaha daxil olduqdan sonra qaynatası X11 məxsus ictimai yaşayış binası Yevlax şəhəri H.Əliyev prospekti, 56 №-li evin 7№-li mənzilinə gəlin köçmüş, X9 vəfat etdiyi günədək və ondan sonra əri X10 vəfat etdiyi 11.05.2018-ci ilədək 2 (iki) övladı ilə birlikdə həmin mənzildə yaşamaqda davam etmişdir. Hal-hazırda da yuxarıda göstərilən ünvanda yaşayır.

24. İş materiallarına əlavə olunmuş Yevlax RPŞ-nin 07 aprel 2021-ci il tarixli, 1957484-1 221 №-li müşaiyət məktubuna əlavə olunmuş 06.09.1967-ci il təvəllüdlü X4 fərdi uçot kartoçkasının (16.10.2006-cı ilə doldurulmuş) təsdiq edilmiş surətindən görünür ki, sonuncu 16.04.2003-cü ildə Cavabdeh ilə evlənmiş, Yevlax şəhəri H.Əliyev prospektində yerləşən bina 54, mənzil 7-də qeydiyyatdadır.

25. X16 Əliyevlə ailə qurduqdan sonra uşaqları da mübahisə predmeti olan mənzildə yaşamış, onların uşaqları da həmin mənzildə doğulmuş, onlar bir ailənin üzvü kimi onların mübahisəli mənzildə mərhum Yusif Əliyevlə birgə yaşayıb, ümumi təsərrüfat aparmışlar.

26. Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 53cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşa yıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

27. Bu Maddənin 3-cü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

28. Həmin Məcəllənin 54-cü maddəsində göstərilir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Yetkinlik yaşına çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa həmin maddəyə uyğun olaraq yaşayış sahəsinə kö çmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 29. 2002-ci ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinin tələblərinə uyğun olaraq Kəmalə Əliyevanın mübahisəli mənzildən istifadə hüququ yaranmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi ilə bağlı göstərmişdir ki, mübahisəli mənzil mərhum Yusif Əliyevin icarəsində olsa da, onun həmin mənzilə gözlənilən mülkiyyət hüququ olmuşdur. Bu baxımdan həmin mənzilə Yusif Əliyevin mülkiyyət hüququ onun ölümündən sonra qeydiyyata alınsa da həmin mənzili miras kütləsinə daxil olunmuş hesab etmək olar.

31. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 ataları Yusif Əliyevin sağlı ğında ailə quraraq həmin evdən köçüb getmişlər. Onlar atalarının vəfatınfdan sonra da həmin evdə yaşamamışlar. Əksinə, Yusif Əliyevin vəfatından əvvəl və sonra həmin mənzildə Kəmalə Əliyeva, əri X10 (10 may 2018-ci ildə vəfat etmişdir), uşaqları və qaynı X13 (2015- ci ildə vəfat etmişdir) yaşamışlar.

32. Notariat işinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 notariat kontoruna verdikləri ərizədə mərhum Yusif Əliyevin vərəsələri sırasında başqa vərəsələrin, o cümlədən mərhum Rövşən Əliyevin və onun qardaşı mərhum Zaur Əliyevin adları olmamış, vərəsə kimi yalnız özlərini göstərmişlər. Onlar notariat orqanına Yusif Əliyevin vəfatından sonra sonuncunun təsərüfatında yalnız özlərinin qaldıqları barədə arayış da təqdim etmişlər ki, bu da işin müəyyən edilmiş həq iqi hallarına uyğun deyildir.

33. Notariat orqanı da İddiaçı1 və İddiaçı2 verdikləri məlumatlarla kifayətlənmiş, digər vərəsələrin olub-olmaması, o cümlədən mirasın açıldığı yerdə olmayan Rövşən Əliyevin axtarılması üçün müvafiq araşdırma aparmamışdır.

34. Halbuki, yuxarıda da qeyd edildiyi kimi Röşən Əliyev vəfatına qədər ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır.

35. Apellyasiya instansiyası iddianın mübahisəli yaşayış evinə dair cavabdehin adına verilmiş 04.09.2018-ci il tarixli DƏDRX-dən RX seriyalı ******* saylı çıxarışın ləğvinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, vərəsəlik hüquq münasibətlərindən törəndiyindən, iş üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edildiyindən, iddia tələbi qeyd edilən hissəd ə də əsaslıdır və ona görə də sözü gedən mənzilə iddiaçılar İddiaçı1 və İddiaçı2 adına verilmiş 04.09.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı (RX seriyalı ******* saylı çıxarış) ləğv edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçılar (birləşdirilmiş iş üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisəni mahiyyəti üzrə düzgün həll etməmiş, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində səhv edərək düzgün olmayan qətnamə qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.3, 385.1.4-cü maddələrinin tələblərini və ədalətli məhkəmə baxışı hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh mübahisəli evdə yaşadığını birinci instansiya məhkəməsində sübut edə bilməmişdir, çünki o, bir gün də orada yaşamamışdır. Cavabdeh evdən istifadə hüququ olmamışdır. Məhkəmə Rövşən Əliyevin vəfat edənə qədər mübahisəli evdə yaşadığını bildirir. Lakin bu arqument uydurmadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 39.Məh kəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

40. Bərdə Regional “Asan xidmət” mərkəzində notariat kontoru məktubla müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

41. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 42.Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbayca n Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsi ndə öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə

228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmü ş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın öl ümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. [ 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəb ul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

45. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araş dırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

46. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

51. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tər əfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.

52. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin faktik halları, iddiaçılar İddiaçı1 və İddiaçı2 mirası qəbul etməməsi əsası ilə onların iddiasının rədd edilməsinə, habelə K.Əliyevanın iddiasının təmin olunmasına əsas verir.

53. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılmadığını, mübahisənin mahiyyəti üzrə düzgün həll edilmədiyini, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində səhv edərək düzgün olmayan qətnamə qəbul edildiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. 54.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(107)593/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar