Məhkəmə qərarları › İş №2(102)-5093/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5093/2019

18.07.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5093/2019 18.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, kassatorun vəkili X3, iddiaçının nümayəndəsi X1 və vəkili X2 iştirakı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh Razim qızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Samux Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(058)-467/2018, hakim S.N.Zeynalova) İddiaçı iddiası təmin edilmiş, Cavabdeh Razim qızının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 21.04.2017-ci il tarixli Çıxarışı və 20.04.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddiaçının mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinin ekspertiza rəyinə əlavə edilmiş sxemlə müəyyən edilmiş koordinatlar daxilində göstərilmiş 128 kv.m hissəsindən çıxarılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(104)-846/2019, hakimlər A.H.Hüseynzadə, R.Z.Mamedov və İ.Ə.Şəfiyev) cavabde hin apellyasiya şikayəti təmin edilməmiş, Samux Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli Qərarı ilə Samux rayonu ərazisində 0,08 ha həyətyanı torpaq sahəsi Cavabdeh Razim qızının mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 21.04.2017-ci il tarixli Çıxarışın və 20.04.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Samux rayonu ərazisində 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı 06.04.2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Razim qızının ona məxsus torpaq sahəsinin bir qismini zəbt etdiyinə istinad edərək həmin hissədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə təyin edilmiş 20.08.2018-ci il tarixli ekpertiza rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 128 kv.m sahəsindən istifadə edir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, a pellyasiya məhkəməsi cavabdehin xəstə olmasını, torpağın 21 ildir ki, cavabdehə məxsus olma sənədinin olmasını nəzərə almadan, şahidləri dindirmədən, mütəxəsis rəyinə inanaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 148.2, 152.1 və 157-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM- nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçının mülkiyyətində olan, lakin qanuni əsas olmadan cavabdehin sahiblik və istifadəsində olan torpaq sahəsindən çıxarılması tələbi təşkil edir. Apellyasiya məhkməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 128 kv.m hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Cavabdeh keçirilmiş ekspertiza rəyinin düzgün olmadığını iddia etsə də, a pellyasiya şikayətində bununla bağlı hər hansı əsaslı arqument irəli sürə bilməmişdir. Bununla bərabər həmin rəylə tərəflərə məxsus torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və tərəflərin torpaq sahələrindən faktiki istifadə vəziyyətləri aşkar surətdə müəyyən edilməklə verilmiş rəyin əsaslılığına məhkəmə kollegiyasında hər hansı bir şübhə yaratmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 102-ci maddəsi ilə əlavə və təkrar ekspertiza keçirilməsi əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 103-cü maddəsi ilə ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə istinad olunan ekspertiza rəyi prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə təkrar ek spertiza keçirilməsi barədə vəsatət təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamə qanuni və əsaslı olmaqla kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən v ə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar