Məhkəmə qərarları › İş №2(102)-5093/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5093/2020

03.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5093/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 və İddiaçı vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2408/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(009)-1231/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.A.Bağırova) İddiaçı Cava bdeh və digərlərinə qarşı “evdən çıxarılma, evin boşaldılması və xx xxxx 2018-ci ildən qətnamə icra edilənədək hər ay 1.300 manat kirayə haqqının tutulması” barədə ilk iddiası qismən təmin, Cavabdeh İddiaçı qarşı “evə dair alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiası rədd edilərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 245 “A” saylı evdən çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi İddiaçı təhvil verilməsi və qalan hissədə ilk iddianın rədd olunması qət edilmişdir. Tərəflər ayrı-ayrılıqda qətnamədən apelyasiya şikayətləri vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10070/2019 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) cavabdeh Arifə Ağaevlnin apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla ilk iddia rədd, qarşılıqlı iddia təmin edilərək, İddiaçıla Cavabdeh arasında notarial qaydada bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, İddiaçı apelyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7911/2019 saylı qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, M.T.Əhmədova və Ə.M.Rüstəmov) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Koll egiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2408/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 245 “A” saylı evdən istifadə hüququna xitam verilməsi barədə ilk iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə ilk iddia təmin edilmiş və qalan hissədə qətnamə dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kasasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı Cavabdeh qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən evdən Cavabdeh və onunla birlikdə yaşayan digər şəxslərin istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi İddiaçı təhvil verilməsi, Cavabdeh xx xxxx 2018-ci ildən qətnamə icra edilədək hər ay 1.300 manat kirayə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün İddiaçı, habelə üçüncü şəxs Bakı şəhəri, 19 saylı notariat kontoruna qarşı qarşılıqlı iddia qaldıraraq, onunla İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixl i alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili Fəxri Hacıyev kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı, Cavabdeh, vəkili Vəkil2 və üçüncü şəxs Bakı şəhəri, 19 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili Fəxri Hacıyevin izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən ma ddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən- ilk iddianın Cavabdeh evdən istifadə hüququna xitam verilməsinin rədd edilməsi hissəsində ləğv edib, həmin hissədə ilk iddianı təmin edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, Cavabdeh sözügedən evdən istifadə hüququnun əmələ gəlməsinə, qalan hissədə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasların olmamasına, ilk iddianı yuxarıda göstərilən hissədə təmin, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 340.2, 443.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnamə sinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 245 “A” saylı fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmuş və sonuncu notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin evi 211.500 manata (125.000 ABŞ dollarına) İddiaçı satmışdır. Eyni zamanda, “xxxx” ASC-nin xx xxxxxx 2018-ci il tarixli qəbzinə əsasən, İddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixli məktuba əsasən 19 saylı notariat kontorunun xüsusi notariusunun bank hesabına 211.500 manat pul köçürülmüşdür. Hazırda sözügedən ev İddiaçı mülkiyyətindədir və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Həmçinin, İddiaçıla Cavabdeh arasında notariat qaydada təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, borc verən İddiaçı borc alan Əli Ağaevliyə xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə 155.000 ABŞ dolları borc pul vermiş və sonuncu həmin pul məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Rzabəy X2rşı “borcun qaytarılması” barədə iddiası qismən təmin edilərək, Əli Ağaevlidən 150.000 ABŞ dolları məbləğində borc və 300 ABŞ dolları məbləğində dəbbə olmaqla, cəmi 150.300 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəy yən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində vəsaitin İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin, Əli Ağaevli tərəfindən verilmiş apelyasiya şikayətinin rədd edilərək, Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, yəni faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməsi və dəbbə puluna aid hissədə dəyişdirilməsi, faiz borcuna aid hissədə iddianın təmin edilməsi, Əli Ağaevlidən 4.375 ABŞ dolları məbləğində faiz pulu və 5.000 ABŞ dolları məbləğində dəbbə pulu (rəsmi məzənnəyə uyğun olaraq Azə rbaycan manatı ilə) tutularaq İddiaçı ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iddia edir ki, sözügedən fərdi yaşayış evində yaşayan Cavabdeh və onunla birlikdə yaşayan digər şəxslər evi ona satdıqdan sonra üç ay müddətində evdən çıxacaqlarını öhdələrinə götürsələr də, əsassız olaraq evdən bu günə kimi çıxmamışlar. Hazırda Cavabdeh sözügedən fərdi yaşayış evində yaşayır və onun mülkiyyət hüququnu əsassız olaraq məhdudlaşdırır. Cavabdeh isə iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, tərəflər arasında bağlanmış fərdi yaşayış evinin alqı-satqı müqaviləsi əslində yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Belə ki, alqı-satqı müqaviləsi İddiaçıla onun əri Əli Ağevli arasında bağlanmış xx xxxxxx 201 8-ci il tarixli borc müqaviləsinin təminatı kimi bağlanmış və fərdi yaşayış evi girov qoyulmuşdur. Faktiki alqı-satqı isə olmamışdır və alqı-satqı müqaviləsinin tarixi də borc müqaviləsinin bağlandığı tarixə mütənasib gəlir. İddiaçı Cavabdeh dəlillərinə və qarşılıqlı iddiasına etiraz edir və bildirir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsinin hazırki iddia tələbinə heç bir aidiyyəti yoxdur. Mübahisəli fərdi yaşayış evi borc müqaviləsi üzrə borcun təminatı olmamış və həmin ev onun tərəfindən əvəzi ödənilməklə əldə olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi sadalanan sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, ilk iddia qismən əsaslı, qarşılıqlı iddia isə əsassızdır. Belə ki, İddiaçıla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtl ərinə görə sonuncu mübahisəli evi İddiaçı faktiki sahibliyinə və istifadəsinə verməyi və evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 228.4-cü maddəsinin tələblərinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 203.1-ci maddəsində isə, təsbit olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri və mübahisəli evin onun mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrindəki qeydinin ləğv edildiyini və bununla da, onun mübahisəli evə olan əmlak hüquqlarının, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun itirildiyini nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ilk iddiada irəli sürülmüş Cavabdeh mübahisəli evə olan istifadə hüququna xitam verilməsi barədə tələbi də əsaslıdır. Ona görə də, həmin tələbin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə ilk iddia təmin edilməlidir. Həmçinin, apelyasiya instansiyası məhkəməsi Cavabdeh apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh evdən çıxarılmasına aid hissədə ilk iddia tələbi tam əsaslıdır. Belə ki, həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız həmin üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, hazırkı işdə də həmin şərtlər mövcuddur. Belə ki, mübahisəli evin İddiaçı mülkiyyətində olması daşınmaz əmlakın dövlət reyestrində olan qeydlə təsdiq olunur. Lakin həmin ev Cavabdeh sahibliyindədir. Həmin sahiblik isə qanunsu zdur. Çünki mübahisəli evə dair Cavabdeh hər hansı əmlak hüquqları mövcud deyildir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ilk iddiada irəli sürülmüş Cavabdeh evdən çıxarılması, evin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə ilk iddia tələbi əsaslıdır və bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla mülki iş materiallarına tam uyğundur. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda Cavabdeh kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh istinad etdiyi halları nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırki işdə qeyd olunan maddənin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki Cavabdeh qeyd olunan halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, İddiaçı tərəfindən alqı-satqı mü qaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixdə “xxxx” ASC-nin İnvest filialının depozit hesabına ödənilən və Cavabdeh verilməli olan 211.500 manat məbləğində pul vəsaitinin məxaric olunması ilə bağlı bütün sənədlər (kassa məxaric orderi, etibarnamə və sair) məhkəməyə təqdim edilmiş və həmin sənədlərdən, o cümlədən xx xxxxxx 2018-ci il tarixli, 349252 saylı çekin əsli və xx xxxxxx 2018-ci il tarixli, 20 saylı reyestrin əslinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə ödənilmiş 211.500 manat məbləğində pul vəsaiti şəxsən Cavabdeh verilmişdir. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, Cavabdeh nümayəndəsi və vəkili də izahatında qeyd olunan faktı təsdiq etmişdir. Göründüyü kimi alqı-satqı müqaviləsi üzrə satıcı Cavabdeh fərdi yaşayış evinin dəyərini tam olaraq qəbul etmiş, yəni həmin fərdi yaşayış evi İddiaçı tərəfindən əvəzi tam ödənilməklə əldə olunmuşdur. Əks halda, yəni əgər alqı-satqı müqaviləsi yalan əqd olmuş olsaydı müqavilənin dəyəri olan 211.500 manat pul vəsaiti Cavabdeh tərəfindən bankın depozit hesabından götürülməzdi. Eyni zamanda, həmin pul vəsaitinin məhz nə üçün Cavabdeh tərəfindən götürülməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin suallarına Cavabdeh nümayəndəsi və vəkili ilkin olaraq ümumiyyətlə cavab verə bilməmiş, daha sonra isə bildirmişdir ki, həmin məbləğ məhz borc kimi verilmiş pul vəsaitidir. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh bu dəlili də əsassızdır. Belə ki, əvvəla, borc verilmiş pul məbləği 155.000 ABŞ dolları, yəni həmin tarixə olan məzənnə ilə hesabladıqda 263.500 manat təşkil etdiyi təqdirdə, alqı-satqı müqaviləsi üzrə 211.500 manat ödənilmişdir. Göründüyü kimi həmin məbləğlər arasında 52.000 manat məbləğində fərq vardır. Həmin fərqə dair Cavabdeh nümayəndəsi və vəkili isə bildirdi ki, bunun 8.483,3 manat hissəsi alqı-satqı müqaviləsi üzrə satıcı Cavabdeh tutulmuş vergi məbləği təşkil edir. Əvvəla, apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh bu arqumenləri ümumiyyətlə ağlabatan deyildir. Çünki müqavilə xərclərinin müqavilənin qiymətinə hər hansı aidiyyəti yoxdur. İkincisi, hətta 8.483,3 manatın vergiyə çıxıldığı nəzərə alınsa belə, Cavabdeh nümayəndəsi və vəkili yerdə qalan 43.516,7 manatın müqəddəratı ilə bağlı əvvəlcə heç bir izahat verə bilməmiş, daha sonra isə bildirmişdir ki, qalan məbləğ borca hesablanmış faiz məbləğidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh həmin dəlili də əsassızdır. Çünki, nə hazırki işdə Cavabdeh, nə də İddiaçıla Əli Ağaevli arasında baş tutmuş borcun qaytarılması tələbinə dair mülki işdə Əli Ağaevli sözügedən borcun məhz faizlə verilməsini ümumiyyətlə bildirməmiş və bu hala istinad etməmişlər. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında tamamilə müstəqil surətdə alqı-satqı müqaviləsi bağlanmış, onun bağlanması üçün qanunvericilikdə nəzərdə tut ulmuş bütün şərtlərə əməl edilmiş və satıcı Cavabdeh də evin dəyərini tam olaraq qəbul etmişdir. Borc müqaviləsi ilə alqı-satqı müqaviləsinin iki gün aralıqla bağlanması isə həmin müqavilələrdən birinin digərinin təminatı olaraq bağlanmasını ümumiyyətlə təsdiq edə bilməz və həmin dəlil özü-özlüyündə əsassızdır. Çünki mülki qanunvericilikdə müqavilələrin bağlanması tarixi və ya ardıcıllığı ilə bağlı hər hansı məhdudiyyət mövcud deyil və müqavilə azadlığı prinsipinə görə mülki hüquq subyektləri azad surətdə mülki qanunvericiliyə zidd olmayan istənilən müqaviləni bağlamaqda sərbəstdirlər. Göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflə arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd kimi qiymətləndirilməsi üçün əsaslar mövcud deyildir və bi rinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia tələblərinin rədd edilməsi nəticəsinə gəlmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia əsasız olduğuna görə Cavabdeh tərəfindən Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddətin ötürülüb-ötürülməməsinə qiymət verilməsinə lüzum yoxdur. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütü n faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2408/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar