Məhkəmə qərarları › İş №2(102)-5093/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5093/2021

10.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5093/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh "xxxx" ASC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5093/21 (Açar sözlər: maddi, mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh2 ASC-nin nümayəndəsi X1 və vəkili Nümayəndə, Cavabdeh: Dövlət Sosial X5 X6 rayon filialının vəkili X3 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarix li, 2(107)714/2021 saylı qətnaməsindən Cavabdeh2 ASC kassasiya şikayəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdehlər "xxxx" ASC və Dövlət Sosial X5 X6 rayon filialına qarşı iddia qaldıraraq, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vurulmuş zərərlə əlaqədar olaraq cavabdehlər tərəfindən hər ay 190 manat olmaqla, 01 avqust 2019-cu ildən 01 sentyabr 2020-ci il tarixədək 13 ay ödənilməmiş ödəncin birdəfəlik ödənilməsi, bu ödəncin "xxxx" ASC tərəfindən hər ay ödənilməsi, o cümlədən hər bir cavabdehdən vurulmuş maddi zərərə görə 1.000 manat, mənəvi zərərə görə 5.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.İ.Cavadova) iddia qismən təmin edilərək, Cavabdeh2 ASC 01 avqust 2019-cu ildən 01 sentyabr 2020-ci il tarixədək hər ay 138 manat hesablanmaqla ödənilməyən 1.794 manat ödəncin və 01 sentyabr 2020-ci ildən hər ay 138 manat aylıq ödəncin tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı hər ay 138 manat olmaqla, 01 yanvar 2019-cu ildən 01 avqust 2019cu il tarixədək ödənilməyən 966 manat pulun "xxxx" ASC tərəfin dən ödənilməsi qət edilib və həmin qətnamə ilə müəyyən olunub ki, İddiaçı “Yevlax Kəndtikinti” 57 saylı SMD fəhlə işləyərkən əmək zədəsi alıb və 60 faiz əmək qabiliyyətini itirib və müddətsiz İİ qrup əlil olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli, 314 s saylı Sərəncamı ilə “Yevlax Kəndtikinti” 57 saylı SMD "xxxx" ASC balansına verilib. X2 23 iyun 2019-cu il tarixli göstərişi ilə 01 yanvar 2019-cu ilədək "xxxx" ASC tərəfindən İddiaçı hər ay 138 manat ödənc ödənilib. Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC adı dəyişdirilərək Cavabdeh2 ASC olub. Mülki Məcəllənin 1126.1-ci maddəsinə əsasən, həyata və ya sağlamlığa zərər vurulmas ı üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Göstərilənlərə əsasən, iddiaçının tələbi Cavabdeh2 ASC qarşı 01 avqust 2019-cu ildən 01 sentyabr 2020-ci il tarixədək hər ay 138 manat olmaqla ödənilməmiş ödəncin ödənilməsi və bu ödəncin Cavabdeh2 ASC tərəfindən hər ay ödənilməsi hissəsində əsaslıdır. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1126.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh “Aqroservis ASC apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, iddianın Cavabdeh2 ASC münasibətdə tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov sədrlik edən, məruzəçi, M.M.Hüseynov və G.Q.Abbasov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən Cavabdeh2 ASC münasibətdə təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə d üzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1126.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 ASC kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şi kayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi Məftun Süleymanov və vəkili Nümayəndə kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Dövlət Sosial X5 X6 rayon filialının vəkili Emin İsayev məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən h üquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Maddənin 3-cü hissəsində göstərilir ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orq anı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 1126.1-ci maddəsinə əsasən, həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında” Qaydaların 1.1-ci bəndində göstərilir ki, işçin in istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Həmin “Qaydaları”ın 1.3-cü bəndinə görə, digər sənədlərlə yanaşı, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt olduqda da, təqsirkar işəgötürən əmək xəsarətinə görə işçiyə dəyən zərəri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məh kəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassas iya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh2 ASC kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdiril məsi üçün əsaslar yoxdur. Belə ki, işdən görünür ki, qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı hər ay 138 manat olmaqla, 01 yanvar 2019-cu ildən 01 avqust 2019-cu il tarixədək ödənilməyən 966 manat pulun "xxxx" ASC tərəfindən ödənilməsi qət edilib və həmin qətnamə ilə müəyyən olunub ki, İddiaçı “Yevlax Kəndtikinti” 57 saylı SMD fəhlə işləyərkən əmək zədəsi alıb və 60 faiz əmək qabiliyyətini itirib və müddətsiz İİ qrup əlil olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli, 314 s saylı Sərəncamı ilə “Yevlax Kəndtikinti” 57 saylı SMD "xxxx" ASC balansına verilib. X2 23 iyun 2019-cu il tarixli göstərişi ilə 01 avqust 2019-cu ilədək "xxxx" ASC tərəfindən İddiaçı hər ay 138 manat ödən c ödənilib. Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC adı dəyişdirilərək Cavabdeh2 ASC olub. Daha sonra işdən görünür ki, 01 avqust 2019-cu il tarixdən sonra heç bir qanuni əsas olmadan İddiaçı "xxxx" ASC tərəfindən hər ay ödənilən ödəncin verilməsi dayandırılıb. Hazırda iddiaçı, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vurulmuş zərərlə əlaqədar olaraq cavabdehlər tərəfindən hər ay 190 manat olmaqla, 01 avqust 2019-cu ildən 01 sentyabr 2020-ci il tarixədək 13 ay ödənilməmiş ödəncin birdəfəlik ödənilməsi, bu ödəncin "xxxx" ASC tərəfindən hər ay ödənilməsi, o cümlədən hər bir cavabdehdən vurulmuş maddi zərərə görə 1.000 manat, mənəvi zərərə görə 5.000 manat pulun tutulub ona ödənilməsini iddia edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Əvvəla, göründüyü kimi İddiaçı “Yevlax Kəndtikinti”nin 57 saylı SMD fəhlə işləyərkən əmək zədəsi alması və bunun nəticəsində onun 60 faiz əmək qabiliyyətini itirməklə müddətsiz İİ qrup əlil olması, “Yevlax Kəndtikinti”nin 57 saylı SMD "xxxx" ASC balansına verilməsi, X2 23 iyun 2019-cu il tarixli göstərişi ilə 01 avqust 2019-cu ilədək "xxxx" ASC tərəfindən İddiaçı hər ay 138 manat ödəncin ödənilməsi və sonradan "xxxx" ASC adınin dəyişdirilərək Cavabdeh2 ASC olması ilə bağl ı faktlar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilib. Belə olan halda tərəflərin iştirak etdikləri sözügedən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qeyd olunan faktlar, hazırki işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilə bilməz və həmin faktların yenidən sübut edilməli olması halı artıq aradan qalxmış olur. Eyni hüquqi mövqe “Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarda göstərilir ki, Mülki Prosessual Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər ar asında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyin ə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qa nunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Digər tərəfdən, Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Maddənin 3-cü hissəsində göstərilir ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında” Qaydaların 1.1-ci bəndində göstərilir ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təş kilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Həmin “Qaydaları”ın 1.3-cü bəndinə görə, digər sənədlərlə yanaşı, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt olduqda da, təqsirkar işəgötürən əmək xəsarətinə görə işçiyə dəyən zərəri ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, Cavabdeh2 ASC kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş fak tları nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçının istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində zədə alması və bunda “Yevlax Kəndtikinti” 57 saylı SMD təqsirliliyi mülki iş materialları ilə istisna edilmir. Ona görə də Cavabdeh2 ASC apellyasiya şikayətinin dəlilləri tam əsassızdır. Çünki, yuxarıda göstərilən normativ hüquqi aktın tələblərinə görə, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq ona dəyən zərərin əvəzi ödənilməlidir. Bunun üçün istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada Aktın tərtib edilməsi kifayətdir və təqsirkar müəssisə əmək xəsarətinə görə işçiyə dəyən zərəri ödəməlidir. Bundan başqa, işdən görünür ki, iddiaçının işləmiş olduğu “Yevlax Kəndtikinti” 57 saylı SMD sonradan Azərbaycan Respublikası Nazirlər K abinetinin 21 oktyabr 2005-ci il tarixli, 314 “S” saylı sərəncamı ilə "xxxx" ASC balansına verilib. Mülki Məcəllənin 56.2-ci maddəsinə əsasən, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Maddənin mənasına görə, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda öz hüquqi statusunu itirərək qoşulduğu hüquqi şəxsin tərkibinə daxil olur. Odur ki, qoşulan hüquqi şəxsin bütün hüquq və vəzifələri, hüquq varisliyi qaydasında və təhvil aktına əsasən, hüquqi şəxs kimi öz fəaliyyətini davam etdirən qoşulduğu hüquqi şəxsə keçir. Beləliklə də, qoşulan hüquqi şəxsin öhdəlikləri üzrə məsuliyyət onun qoşulduğu hüquqi şəxsin üzərinə düşür. Eyni zamanda Mülki Məcəllənin 1126.1-ci maddəsinə əsasən, həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Ona görə də kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, “Yevlax Kəndtikinti” 57 saylı SMD "xxxx" ASC balansına verildiyindən, öz hüquqi statusunu itirərək qoşulduğu hüquqi şəxsin tərkibinə daxil olub və bütün hüquq və vəzifələrini hüquq varisliyi qaydasında və təhvil aktına əsasən "xxxx" ASC ötürüb. Bu baxımdan “Yevlax Kəndtikinti” 57 saylı SMD öhdəlikləri üzrə məsuliyyət "xxxx" ASC üzərinə düşür. 01 avqust 2019-cu il tarixədək iddiaçıya ödənilməli olan aylıq ödəncin "xxxx" ASC tərəfind ən ödənilməsi də kassasiya şikayətinin dəlillərinin açıq-aşkar əsassız olması nəticəsinə gəlməyə əsas verir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh2 ASC kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 ASC-nin kassasiya şikayəti təmi n edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 2(107)-714/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar