Məhkəmə qərarları › İş №2(102)-5094/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5094/2022

22.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5094/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1,Cavabdeh2 qızı,Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mənzildən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), X9 və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 qızı,Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi tələbinə dair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2111/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qətnaməsində n iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, FM seriyalı, 007477 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 11 Nevyezdnoy (Fəridə və Pərviz Abbasovlar) küçəsində yerləşən, 8 otaqlı, 90.3 kv.m. yaşayış sahəsindən, 183.9 kv.m ümumi sahədən ibarət olan 4 saylı ev(bundan sonra-mübahisəli mənzil) İddiaçı (bundan sonra-iddiaçı) adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir.

2. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, F əridə və Pərviz Abbasovlar küçəsində yerləşən, 183.9 kv.m ümumi sahədən ibarət olan 4 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi ********** nömrə ilə xx.xx.2020-ci il tarixdə təkrar qeydiyyatdan keçmişdir.

3. Azərbaycan Respublikası DİN-in xx.xx.2021-ci il tarixli, ******* saylı arayışında qeyd edilmişdir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonracavabdehlər )ünvan 1 ünvanında qeydiyyatdadırlar.

4. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2021 -ci il tarixli məktubunda qeyd edilmişdir ki, 01.01,2010-cu il tarixində ünvan 3 ünvanı üzrə Cavabdeh1 məxus **********00020 nömrəli istehlakçı hesabı açılaraq X2 Sistemində qeydiyyata alınmışdır. xx.xx.2011 -ci il tarixində ******* nömrəli G-4 markalı mexaniki tipli sayğac quraşdırılaraq qeydiyyata alınmışdır. 5. "xxxx" ASC-nin xx.xx.2021 -ci il tarixli məktubuna əsasən abonent kodu **********4000A olan Cavabdeh1 mənzilinə xx.xx.1998-ci il tarixdən elektrik enerjisindən istifadəyə görə müvafiq sayğac quraşdırılmış və xx.xx.2009- cu il tarixdə 11289015 saylı sayğac A310812204M229333 saylı sayğacla əvəz olunmuşdur. 6. "xxxx" MMC-nin xx.xx.2021 -ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi 4 saylı evə telefon xətti xx.xx.2000-ci il tarixində *** ** ** saylı nömrə verilməklə çəkilmiş və Cavabdeh1 adına rəsmiləşdirilmişdir. xx.xx.2011 -ci il tarixindən isə *** ** ** saylı nömrə *** ** ** saylı nömrəyə dəyişdirilmişdir. 7. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən ünvan 4 ünvanının su təchizatı xidmətindən istifadəyə görə hesabatının aparılması ü çün təqdim etdilən sənədlərə istinadən xx.xx.2004-ci il tarixində Cavabdeh1 ilə 10669859 nömrəli müqavilə bağlanaraq "xxxx" ASC-nin elektron abonent bazasında adına **********000 saylı abonent kodu açılmış normativə uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılır. Ümumilikdə abonentin hesabına 448.84 manat vəsait ödənilmişdir. Hazırda su təchizatı xidmətindən istifadəyə görə abonentin hesabında 11.00 manat borc var. Qeyd edilən borc normativə uyğun olaraq ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. 8. "Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hesabatına əsasən Cavabdeh1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı fərdi yaşayış evində yerləşən 50,0 kv.metr yaşayış sahəsinin orta aylıq kirayə haqq ı xx.xx.2021-ci il tarixinə 400 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mübahisəli evdən istifadə hüququqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli evin mülkiyyətçisidir. Bununla bağlı ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı çıxarış verilmişdir. Həmin ev ona anasından vəsiyyət üzrə vərəsəlik əsasında keçmişdir. Cavabdehlər həmin evdə hal hazırda yaşa mırlar. Cavabdeh1 evə qeydiyyata düşmə səbəbi budur ki, həmin dövrlərdə hər hansı evdə kirayə yaşamaq üçün həmin evdə qeydiyyatda olmaq zərurəti var idi. X1 Mehribanı mərhum həyat yoldaşı ilə birlikdə həmin evdə kirayə yaşaya bilmələri üçün qeyd olunan ünvanda qeydiyyata düşmələrinə razılıq vermişdir. Yəni həmin şəxslərin o evdə qeydiyyatda olmaları sırf kirayə qalmaları ilə əlaqədardır. 1992-1993-cü illərdə X10 həmin şəxsləri, yəni Cavabdeh1 və onun ailə üzvlərini həmin ünvandan qeydiyyatdan çıxarmaq qərarına gəlmişdir. Lakin bu məsələ bir neçə il ləngimiş və 1995-ci ildə ermənilər tərəfindən metroda törədilmiş terror hadisəsi nəticəsində Cavabdeh1 həyat yoldaşı faciəvi şəkildə ölmüşdür. Bundan sonra, Kərimova Xanbacı və onun ailə üzvləri, həmçinin o, mərhəmətlilik göstərərək həmin ünvand a yerləşən yaşayış sahəsini kirayə haqqı almadan onlara sadəcə yaşamaq üçün vermişdir. Güman etmişdir ki. onların maddi vəziyyətləri ağır olacağı üçün kirayə haqqlarını ödəyə bilməyəcəklər. Eyni zamanda, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ailə həyatı qurmuşlar və hazırda həyat yoldaşları ilə birgə yaşayırlar. Cavabdeh1 sözügedən ünvanda yaşamır. Ehtimal olunur ki, Cavabdeh1 qızı ilə birgə yaşayır. Belə ki, artıq dörd ilə yaxın müddət ərzində M. Kərimova həmin yaşayış sahəsinə ümumiyyətlə gəlmir, bir neçə ayda bir dəfədən çox olmamaq şərti ilə hər hansı bir əşyasını gətirib ora qoymaqla həmin yaşayış sahəsindən zirzəmi kimi istifadə edir. Həyat yoldaşı Həsənov Həsən ilə birgə nikahlarından X14, X12 və X15 adlı üç övladları vardır. Mübahisəli əmlakın ümumi sahəsi 183.90 kv.m-dir. Həmin sahənin bir hissəsini Cavabdeh1 hal-hazırda qapısını bağlayıb zirzəmi kimi istifadə etdiyi üçün onun iki oğlu yaşayış sahəsinin altında yerləşən yarımzirzəmidə azyaşlı övladları və həyat yoldaşları ilə birgə yaşayırlar. Dəfələrlə Cavabdeh1 qeyri-qanuni olaraq qapısını bağladığı yaşayış sahəsindən çıxmasını xahiş etsələr də, o bu xahişlərə əməl etməmiş, qanunsuz olaraq bu yaşayış sahəsinin qapısını qıfıllayaraq həmin yaşayış sahəsini istifadəsindən məhrum etmişdir. Qeyd edilən yaşayış sahəsinə övladlarından hər hansı birini yerləşdirmək niyyətindədir. Lakin Cavabdeh1 həmin sahənin qapısını bağlayaraq ora ev sahiblərinin girməsinə maneçilik törətmiş, mülkiyyətçinin əmlak üzərində olan sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə imkan verməmişdir. Cavabdeh1 əsassız olaraq heç bir sübut olmadan, həmin yaşayış sahəsinə hüququ olduğunu iddia edir, lakin onun həmin yaşayış sahəsinə hüququ heç bir qanuni sənədlə sübuta yetirilmir. Sadəcə qeydiyyata düşdükləri zamanda mənzil kommunal istismar sahələrinə verilən tapşırığa əsasən evdə kirayə yaşayan şəxslər kirayə qaldıqları evdə məcburi qeydiyyata düşməli idilər. Məhkəməyə təqdim olunmuş sənədlərdən belə görünür ki, həmin ev barədə ondan başqa heç bir şəxs ev barədə sahiblik, istifadə və sərəncam hüququnu həyat keçirə bilməz.

11. İddiaçı tələbinə dəqiqləşdirmə verərək göstərmişdir ki, mülki iş icraatda olan zaman məlum olmuşdur ki, cavabdeh X3 bu iş üzrə digər cavadehlərdən biri olan qızı Cavabdeh2 hal-hazırda nikahda deyil. Lakin digər cavabdehlər X5 və Cavabdeh4 ailədirlər, rəsmi nikahdadırlar və başqa ün vanda ailə üzvləri ilə birlikdə yaşayırlar. Eyni zamanda mülki iş icraatda olan zaman yaşayış sahəsinin aylıq kirayə qiymətinin müəyyən olunması üçün X26 Estate şirkətinə sorğu verilmiş, sorğuya cavab olaraq mübahisəli yaşayış sahəsinin bu gün üçün aylıq kirayə qiymətinin 110-130 manat intervalında dəyişdiyi bildirilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.000 manat kompensasiya verilməklə mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh3 və Cavabdeh4 münasibətdə isə yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, 1983-cü ildə mübahisəli evə gəlin gəlmiş, qaynanası bu evi onlara vermişdir. Qaynanası o evi 1941 -1 945-ci il müharibəsindən sonra iddiaçının xalasından almış, həyat yoldaşı, qaynı məhz o evdə anadan olmuşlar. Qaynanası ilə iddiaçının xalası əmiqızı və ya əmi nəvəsi olublar, dəqiq xatırlamır, amma nəsə qohumluq münasibətləri var idi. Xalası öldükdən sonra ev iddiaçının anasının adına keçib. İndiyə kimi o evdə yaşayır, 3 uşağını o evdə dünyaya gətirmişdir. 50 kv.m. evdi, mətbəxi, 3 otağı, çöl eyvanı var, sadəcə sanitar otağı yoxdur, o ümumidir. O evdə cehiz gətirdiyi mebelləri, şəxsi əşyaları var. Qızları Sürəyya və Bikəxanım ailə həyatı qurublar və öz həyat yoldaşları ilə birlikdə yaşayırlar, Fəridə isə hazırda onunla qalır. Yay aylarında bağa gedir, qalan vaxtlar öz evində olur, qızları nəvələri gəlib gedirlər, bağ isə onun qudasınındır. Evi 2-ci mərtəbədədir, küçədən 1-ci mərtəbə kim i görsənir. İşıq pulu, qaz pulu, wifi pulu ödəyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-280/2022 nömrəli iş üzrə 5 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi təmin edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ailə quraraq başqa ünvana köçmələri ilə bağlı mübahisəli evdən istifadə hüquqlarını itirmişdirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin evdən istifadə hüquqları mövcuddur.

15. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 53, 60, 87-ci,, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1,88,və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmişdılar ki, cavabdehlər Cavabdeh1 və X6 10.000 manat məbləğində kompensasiya ödəməklə, cavabdehlər X4 və Cavabdeh4 sözü gedən yaşayış evinə istifadə huquqlarına xitam verilməsini qəbul etməyərək mübahisələndirirlər. Hesab edirlər ki, mübahisanin düzgün həlli üçün əhəmiyyətli hesab edilən ƏEM/D 129-1252/21 24 dekabr 2021-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmayıb və bu hissədə araşdırma aparılmayıb. Rəyə əsasən mübahisəli fər di yaşayış evin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən cavabdehlərin yaşadığı mübahisəli yaşayış evində yerləşən 50,0 kv.metr yaşayış sahəsinin orta aylıq kirayə haqqının müəyyən edilməsi ünvanının 24 dekabr 2021-ci il tarixinə 400 manat təşkil edir. Məhkəmənin təyin etdiyi 10.000 manat məbləğində kompensasiya yaşayış sahəsindən istifadə etmək hüququnun xitamının əvəzinə iddiaçının hesabına cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. 18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 may 2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatında qeyd edilmişdir ki, aparılmış təhlillərə və hesablamalara görə mübahisəli evin orta aylıq kirayə haqqı 350-400 manat təşkil edir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2111/22 nömrəli iş üzrə 1 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rafael Eyvazov) apellyasiya şikayəti təmin qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni çıxarılma hissəsinə ləğv edilməsi həmin hissədə iddia tələbinin rədd edilməsi qət edilmiş, Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddə t daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilm əsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. 21. 2-ci tələblə bağlı məhkəmə qeyd etmişdir ki, Kompensasiya məbləğinin yetərli olmadığına görə iddianı rədd edən, lakin yetərli kompensasiya məbləğini müəyyən etməyən məhkəmə qətnaməsi, həm əsaslılıq, həm də hüquqi müəyyənlik tələbinə cavab vermir. Çünki iddiaçı, tələbinin nəyə görə rədd olunmasının səbəbini, yəni ödəməli olduğu kompensasiyanın məbləğini qətnamədən müəyyən edə bilmirsə, mücərrəd hüquqi vəziyyətlə qarşılaşmış olur. 22. iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etmə lidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.iddiaçının təklif etdiyi 10.000 manat kompensasiya məbləği yuxarıda qeyd edilənlərə əsasən ədalətli hesab etməməklə yanaşı, apellyasiya məhkəməsi kompensasiyanın məbləğini 15.000 manat müəyyən etsə də, lakin iddiaçı kompensasiya məbləğinin 10.000 manatdan yuxarı artırılması ilə razılaşmadığından, kompensasiya ödəməyə razı olmadığı müəyyən edildiyindən apellyasiya şikayəti həmin hissədə təmin olunmalı olduğuna qərara almışdır.

23. Digər cavabdehlərə Cavabdeh3 və Cavabdeh4 aid hissədə isə məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.Çünki, qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən, həmçinin, iş materialları və tərəfləri izahatları ilə müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ailə quraraq başqa ünvana köçmələri ilə bağlı mübahisəli evdən istifadə hüquqlarını itirmişdirlər.

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 228.2-ci,Azərbaycan Respublikası Konstitusiyasının 13,29, Mənzil Məcəlləsinin 53,60- ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini barədə qərar qəbul edilərək apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən əvəzsiz istifadə edən cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi tələbini rədd etməklə onun mülkiyyət hüququnu pozub. Məhkəmə nəzərə almayıb ki, mülkiyyət hüququ Azerbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.İddiaçı ilə cavabdehlər arasında iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə barədə notarial qaydada təsdiq edilmiş yazılı razılaşma mövcud deyil. İddiaçı 10 000 manat kompensisiya ödəyərək cavabdehlərin istifadə hüququna xitam verilməsini xahiş edib. Cavabdehlərin q eydiyyatda olduqları, uzun illər yaşamadıqları yaşayış sahəsi bərbad vəziyyətdədir, onun hamamı, tualeti, sanitar qovşağı yoxdur. Orada normal yaşamaq üçün heç bir şərait mövcud deyil.

27. Apellyasiya instansiyası məhkəməsi yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi və kompensasiyanın məbləğinin müəyyən edilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Belə iradə ifadəsi olmadığı bir halda, yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsi məsələsinin həllinin istifadəçinin və ya məhkəmənin mülahizəsinə buraxılması yolverilməzdir.Kompensasiyanın məbləğini öz mülahizəsi əsasında müəyyənləşdirərək mülkiyyətçinin iradəsini nəzərə alınmayıb.

28. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 11.5-ci maddəsinin tələb ini pozaraq kompensasiyanın məbləği ilə bağlı iddiaçı ilə cavabdehlər arasında razılığın olmamasına və iddiaçının məhkəmənin mülahizəsi ilə razılaşmamasını əsas götrürərək iddianı rədd etməsi ilə faktik olaraq mübahisəni həll etməkdən imtina edib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

30. Maddə 228.2. Nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiyası

31. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

32. Maddə 29.3 Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

33. Maddə 53. göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”.

34. Maddə 60. “Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunm uş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlil lərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaq la formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

48. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

51. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğu n olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2111/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar