Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5095/2019 26.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmıdova Mehparə Tofiq qızı, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X1, Cavabdeh, vəkili X2 iştirakı ilə, İddiaçılar “xxxx” Məhdud Məsluyyətli Cəmiyyəti və İddiaçı2 Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon Məhkə məsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddiaçı “xxxx” Məhdud Məsluyyətli Cəmiyyəti və İddiaçı2 Cavabdehna qarşı pul tələbinə dair iddiası iddia tələbi qismən təmin olunmuş, Cavabdeh Bərdə rayonu, Gərənə kəndində heyvandarlıq fermasının qurulması üçün iddiaçıdanaldığı 43.900 manat, «xxxx» MMC-yə ödənilmiş 250 manat, «Volvo BL 61» markalı ekskavatorun təmirinə görə 25.245 manat, «Volvo BL 61» markalı ekskavatorun istifadəsinə görə əldən çıxmış faydayagörə 90.000 manat, betonqarışdıran yük avtomobilinin dəyəri olan 10.000 manat, cəmi 169.395 (biryüzaltmışdoqquzminüçyüzdoxsanbeş) manat pulun və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın alınaraq iddiaçılar «xxxx» MMC-nin və İddiaçı2 xeyrinə verilməsi qət edilmişdir. Gəncə Apelly asiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən L.Süleymanov, hakimlər F.Mehtiyev və A.Bayramov) Bərdə rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi iddia tələbinin qismən təmin olunmuşCavabdeh Bərdə rayonu, Gərənə kəndində heyvandarlıq fermasının qurulması üçün iddiaçıdanaldığı 43.900 manat, «xxxx» MMC-yə ödənilmiş 250 manat, «Volvo BL 61» markalı ekskavatorun təmirinə görə 25.245 manat, «Volvo BL 61» markalı ekskavatorun istifadəsinə görə əldən çıxmış faydayagörə 90.000 manat, betonqarışdıran yük avtomobilinin dəyəri olan 10.000 manat, cəmi 169.395 (biryüzaltmışdoqquzminüçyüzdoxsanbeş) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manatın alınaraq iddiaçılar «xxxx» MMC-nin və İddiaçı2 xeyrinə verilməsi hissəsində l əğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh Bərdə rayonu, Gərənə kəndində heyvandarlıq fermasının qurulması üçün iddiaçıdanaldığı26.900 manat məbləğində, «Volvo BL 61» markalı ekskavatorun təmirinə görə 20.550 manat məbləğində, «xxxx» MMC-yə ödənilmiş 250 manat və «Volvo BL 61» markalı ekskavatorun istifadəsinə görə əldən çıxmış faydaya görə 90.000 manat məbləğində, cəmi 137.700 (bir yüz otuz yeddi min yeddi yüz) manat məbləğində pulun və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pulun alınaraq iddiaçı «xxxx» MMC-yə verilməsi qət edilmiş, iddianın Cavabdeh betonqarışdıran yük avtomobilinin dəyəri olan 10.000 manat pulun alınaraq İddiaçı2 xeyrinə verilməsi hissəsi rədd edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏ Rİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin MK-ın 20 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar «xxxx» MMC (bundan sonra MMC) və İddiaçı2 iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayonu, Gərənə kəndində heyvandarlıq fermasının qurulması üçün xərclənmiş 78.000 manat pulun, “xxxx” MMC-yə ödənil miş 250 manat pulun, DYPB-nə ödənilmiş 200 manat cərimənin, avtomobilin cərimə meydançasında qaldığı müddət üçün ödənilmiş 80 manat pulun, “Volvo BL 61” markalı ekskavatorun təmirinə görə 25.245 manat pulun, “Volvo BL 61” markalı ekskavatorun istifadəsinə görə əldən çıxmış 90.000 manat faydanın, betonqarışdıran yük avtomobilinin dəyəri olan 10.000 manat pulun, cəmi 203.775 (iki yüz üç min manat yeddi yüz yetmiş beş) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2006-cı ildən 2014-cü ilədək «xxxx» MMC-də sahə rəisi vəzifəsində işləmiş və bu illər ərzində cəmiyyətin etibarını qazanmışdır. Cavabdeh 2014-cü ilin may ayında işdən azad edildikdən sonra «xxxx» MMC-yə məxsus 2006-cı il istehsalı olan AZ 01 T-636 qeydiyyat nömrə nişanlı tam saz vəziyyətdə olan bir çalovuşlu “Volvo” BL 61 markalı traktoru, «xxxx» MMC-in sifarişlərinin yerinə yetirilməsi üçün fiziki şəxs İddiaçı2 icarəyə götürülmüş “Kamaz” 5511 markalı ** BG *** qeydiyyat nömrə nişanlı betonqarışdıran yük avtomobilini, 1 ədə qaynaq aqerqatım, 2 ədəd 05 kv-10 kv-luq işıq generatorlarını, 420 kv.metr metal dirəklərdən olan podmosu (tikinti işlərinin aparılması üçün metal konstruksiyadan ibarət nərdivan) talan etmişdir. Bundan başqa Cavabdeh təkidli xahişi ilə 2009-cu ildən 78000 manat pul xərclənməklə Bərdə rayonu, Gərənə kəndində 4.0 ha cavabdehin adına və X3 adına isə 5.55 ha torpaq sahəsi alınaraq orada 34 baş iribuynuzlu, 50 baş xırdabuynuzlu mal-qara, 60 başlıq qapalı ferma, 60 b aşlıq açıq ferma və çobanların yaşaması üçün iki otaqlı təmirli fərdi yaşayış evi tikələrk cavabdehin istifadəsinə vrerilmişdir. Həmin xərclər üçün Cavabdeh ödənilmiş və onun öz imzası ilə təasdiq edilmiş 41.900 manat pula dair kassa məxaric orderləri vardır. Bu illər ərzində Cavabdeh iddiaçıların etibarından istifadə etməklə iddiaçılara gəlir verməmiş, əksinə cəmiyyətin bütün əmlaklarını mənimsəmiş, nəticədə cəmiyyətə külli miqdarda ziyan vurmuşdur. Cavabdeh tərəfindən aparılmış «Volvo» BL 61 maekalı 10 P 636 qeydiyyat nömrə nişanlı ekskavator Dövlət Yol Polis əməkdaşları tərəfindən saxlanılaraq 19 yanvar 2017-ci il tarixdə iddiaçılara qaytarılmışdır. İddiaçılar tərəfindən «Volvo» BL 61 maekalı ekskavatorun Bərdə rayonundan Bakı şəhərinə gətirilməsi üçün üçün “xxxx” AZ MMC-yə 250 manat pu l xərclənmişdir. Ekskavator Bakı şəhərinə gətirildikdən sonra texinikaya “UDT”xxxx” MMC şirkətindən baxış keçirilmiş və ilkin baxış zamanıxxxxya ciddi zərər vurulduğu aşkar olunmuşdur. Belə ki, cavabdeh 2014-cü ildən 2017-ci ilin yanvar ayınadək iddiaçıların mülkiyyətlərində olan ekskavatoru qanunsuz olaraq özü istifadə etmiş, sonradan isə X1 adlı şəxsə istifadəyə verməklə külli miqdarda pul qazanmışdır. Ekskavatorun saz vəziyyətə gətirilməsi üçün 25245 manat xərc tələb olunur. Cavabdeh 30 ay ərzində Ekskavatoru qanunsuz olaraq istismar etməklə iddiaçıya 90.000, dövlətə isə xeyli miqdrada maddi ziyan vurmuşdur. Bundan başqa cavabdeh «Kamaz» 5511 markalı, ** BG *** nömrə qeydiyyat nişanlı avtomaşını qanunsuz olaraq istifadə etmiş, aldıqları məlumata əsasən cavabdeh həmin yük avtomobilini yararsız vəziyyətə salmışdır, həmin yük avtomobilinin qiyməti 10.000 manat təşkil edir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi «Volvo BL 61» markalıekskavatorun təmirinə görə 25.245 manat, həmin ekskavatorun istifadəsinə görə əldən çıxmış faydayagörə 90.000 manat pulun tutulması hissəsində ləğv edilməli, iş həmin hissələrdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə tərəflərdən İddiaçı2 MMC-nin təsisçisidir, cavabdeh isə 02 may 2004-cü ildən 03 noyabr 2014-cü ilədək həmin MMCdə sahə vəzifəsində işləmişdir.03 noyabr 2014-cü il tarixli əmrlə cavabdeh tutduğu vəzifədən azad edilmişdir. Eyni zamanda işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə cavabdeh heyvandarlıq fermasının tikintisi üçün Bərdə rayonunun Gəncə bələdiyyəsi ilə 01.07.2006-cı il tarixli icarə müqaviləsi bağlamaqla 0,20 ha torpaq sahəsini icarəyə götürmüşdür. Bundan başqa cavabdeh 24.10.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin kənddə 4, 03 ha torpaq sahəsini əldə etmişdir. İddiaçılar qeyd edilən torpaq sahələrində cavabdeh tərəfindən inşa edilən fermanın tikintisi üçün sonuncuya 28.000 pul verdiklərini iddia etsələr də, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə iddiaçıların bu məqsədlə cav abdehə cəmi 26.900 manat pul verdiklərini sübut edilir. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq həmin hissədə qətnaməni ləğv edərək iddianı cəmi 26.900 manat məbləğində təmin etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ekskavatorun təmirinə görə 20.550 manat məbləğində və əldən çıxmış faydaya görə 90.000 manat pulun tutulması hissələrində qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, qeyd edilən hissələrdə apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsini onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2018-ci il tarixli rəyi ilə ekskavatorun təmir-bərpa xərci 20.550 manat müəyyən edilmişdir. Q eyd edilən ekskavatora görə əldən çıxmış 90.000 manat faydaya aid hissədə apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göstərilən markadan olan ekskavatorların internet saytlarında olan aylıq icarə haqqı 3500 manat təşkil edir. Halbuki, ekskavatorun təmir və bərpasına görə 20.550 manat pulun tutulması üçün cavabdehin məsuliyyəti o halda yarana bilərdi ki, iddiaçı ekskavatorun cavabdehə saz vəziyyətdə təhvil verilməsini sübut etsin və bu hala istinad etməklə nasaz vəziyyətdə ona qaytarılmış ekskovatorun əvvəlki vəziyyətə gətirilməsinə görə zəruri xərcləri tələb etsin. Lakin iddiaçı tərəfindən iş materiallarına bu halı təsdiq edən sübutlar əlavə edilməmişdir. Bundan başqa iddiaçı ekskavatorun aylıq icarə haqqının 3000 manat təşkil etməsini və buna görə də c avabdehdə qaldığı müddətdə 90.000 manat faydadan məhrum olduğunu iddia etsə də, ekskavator cavabdehdə olduğu müddətdə ekskavatorun icarəyə verilməsi üçün hər hansı bir şəxsin onlara müraciət etməsinə dair iş materiallarına sübutlar əlavə etməmişdir. Göründüyü kimi ekskavator onlarda olsaydı hər ay 3000 manat gəlir əldə etmələri barədə iddiaçıların ehtimallarına əsasən işə baxan məhkəmələr iddianı təmin etmişlər. Həmçinin işin göstərilən halları onu təsbit edir ki, iddiaçılar ekskavatorun təmirinə görə və əldən çıxmış faydaya aid hissədə irəli sürdükləri dəlilləri sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qis mən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-ci il tarixli qətnaməsi «Volvo BL 61» markalıekskavatorun təmirinə görə 25.245 manat, ekskavatorun istifadəsinə görə əldən çıxmış faydayagörə 90.000 manat pulun tutulması hissəsində ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5095/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5095/2019
26.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver