Məhkəmə qərarları › İş №2(102)-5099/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5099/2022

21.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5099/2022 21.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, X24, X7*, X39, Qurbanova Hicran Əzizağa qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Bakı şəhəri 1* saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququnun tanınması, miras əmlakın qəbulu, mirasın qəbul edilməsi faktı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1, X24, X7*, X39, Qurbanova Hicran Əzizağa qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Bakı şəhəri 1* say lı Notariat Kontoruna qarşı “mirasın tam olaraq qəbul edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)- 3552/2*22 nömrəli, *1 iyun 2*22-ci il tarixli qətnaməsindən Cavabdeh1 (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 21 oktyabr 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 19.12.2*18-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak X25 adına 11181*3367 nömrə ilə qeydiyyatdan keçmiş dir.

2. Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 11.*3.2*21-ci il tarixdə (məhkəmə araşdırması zamanı) ölmüşdür.

3. X47 *7.*3.1997-cı il tarixdə ölmüşdür.

4. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17.*9.2*18-ci il tarixli, 2(*1*)5*69/2*18 saylı qətnaməsinə əsasən 16 aprel 1997-ci ildə verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən “X4*” adlı şəxsin, ərizəçi Kazımova (Quliyeva) Rəfiqə Əlisgər qızına aid doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən “X48” adlı şəxsin, Qurbanova (Quliyeva) Elmira Ələskər qızına aid doğum haqqında şəhadətnamədə ata qrafaında göstərilən “X49” adlı və Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsi, döngə 6-da yerləşən 16 saylı fərdi yaşayış evinə dair “şəxsi mülkiyyət hüquq u ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da göstərilən Quliyev Əlisgər adlı şəxslərlə eyni şəxs olması faktının müəyyən edilməsi qət edilmişdir.

5. Bakı şəhəri 1* saylı Notariat kontoru tərəfindən verilmiş Notariat əməliyyatının aparılmasından imtina barədə 12.*5.2*18-ci il tarixli qərardan müəyyən olunur ki, ərizə verənlər miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti buraxmışlar, miras əmlakın bölüşdürülməsi sahəsində vərəsələr arasında mübahisə vardır, habelə sənədlərdə ziddiyyət vardır. Belə ki, ölüm haqqında şəhadətnamədə mərhumun ad, soyadı, ata adı “X47” kimi qeyd qeyd edildiyi halda ərizəçi X8 doğum haqqında şəhadətnaməsində ata qrafasında mərhumun ad, soyadı, ata adı “X5*” kimi, ərizəçi İddiaçı doğum haqqında şəhadətnaməsində ata qraf asında mərhumun ad, soyadı, ata adı “X47” kimi qeyd edilib. Lakin miras evin texniki pasportunda “Quliyev Əlisgər” kimi qeyd edilmiş, mərhumun ata adı qeyd edilməmişdir.

6. X19 14.*3.1973-cü il tarixdə anadan olmuşdur. X2, anası X11r.

7. X9 23.*9.1975-ci il tarixdə Bakı şəhəri, Bül-bülə qəsəbəsində anadan olmuşdur. X2, anası X11r.

8. Qurbanova Hicran Əzizağa qızı xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. X2, anası X12r.

9. X13 *3.*4.1979-cu il tarixdə anadan olmuşdur. X2, anası X11r.

10. X32 *5.*2.1939-cu il tarixdə anadan olmuşdur. X17, anası X33r.

11. X34 xx.xx.1948-ci il tarixdə anadan olmuşdur. X17, anası X33r.

12. X27 xx.xx.1941-ci il tarixdə anadan olmuşdur. X79, anası X33r.

13. X71 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Ali Kulam oğlu, anası X1*r.

14. Cavabdeh2 Ali oğlu xx.xx.196 2-ci il tarixdə anadan olmuşdur. X82, anası X1*r.

15. X51 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. X82, anası X1*r.

16. X35 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. X4, anası X5r.

17. X41 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. X4, anası X5r.

18. X14 24.*1.2*18-ci il tarixdə ölmüşdür.

19. X15 15.12.2**8-ci il tarixdə ölmüşdür.

20. X16 18.*1.199*-cı tarixdə ölmüşdür.

21. X1 24.*3.1998-ci il tarixdə ölmüşdür. 22. 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində qeydə alınmış X13, X19, Qurbanova Hicran Əzizağa qızı, Cavabdeh2, X7*, Cavabdeh5 və Cavabdeh6 tərəfindən qeydə alınmış ərizələrdən müəyyən olunur ki, İddiaçı (hüquqi varisi X6) Cavabdeh1 və qeyrilərinə qarşı mirasın tam olaraq qəbul edilməsinin müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair i ddianı qəbul edirlər və iddianın təmin olunmasına heç bir etirazları olmadıqlarını qeyd etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

23. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X2* miras qalan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, döngə 6, 16 saylı evin İddiaçı tərəfindən tam olaraq qəbul edilməsinin müəyyən olunması, onun miras əmlaka vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

24. İddiaçı 11.*3.2*21-ci il tarixdə öldükdən sonra onun hüquqi varisi X21 daha sonra iddia ərizəsinə əlavə verərək X7ndan miras qalan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, döngə 6, 16 saylı evin İddiaçı tərəfindən tam olaraq qəbul edilm əsinin müəyyən olunması, onun miras əmlaka vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

25. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X47 *7.*3.1997-ci il tarixdə vəfat etmişdir, onun ölümündən sonra ona məxsus olan ünvan 2 ünvanında yerləşən ev miras qalmışdır. Onun 6 övladı X28, X22, X29, Cavabdeh1 Ələskər qızı, X23 və anası İddiaçı olmuşdur. X25 övladlarından X23 (evli olmayıb, övladı olmayıb), X22 (Cavabdeh4, Cavabdeh5, Cavabdeh6), X28 (X7*, X39, Qurbanova Hicran Əzizağa qızı, Cavabdeh2, Cavabdeh3) və anası İddiaçı vəfat etmişdir. Kazımova Rəfiqənin mirasa dair heç bir iddiası yoxdur, yalnız Cavabdeh1 Ələskər qızı ilə aralarında miras əmlaka dair mübahisə vardır. Ə.Quliyevin vəfatından sonra cavabdehlər ümumiyyətlə mirası qəbul etməmiş, mir asın qəbulu üçün hər hansı hərəkət etməmişlər. Buna baxmayaraq onun tərəfindən vərəsəlik haqqında şəhadətnamənin alınmasına maneəçilik yaratmışlar. Mirasın qəbulu üçün 1* saylı Notariat Kontoruna müraciət etsə də, 1* saylı Notariat Kontoru notariat əməliyyatının aparılmasından imtina etmiş, imtinanı isə mirasın qəbulu müddətinin ötürülməsi, vərəsələr arasında mübahisə olması və Ə.Quliyevin adının sənədlərdə hərf fərqi ilə yazılması ilə izah etmişdir. Buna görə də məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Belə ki, Suraxanı Rayon Məhkəməsinin 2(*1*)-5*69/2*18 saylı, 17 sentyabr 2*18ci il tarixli qətnaməsi ilə 16 aprel 1997-ci ildə verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən “X47” adlı şəxsin, ərizəçi Kazımova (Quliyeva) Rəfiqə Əlisgər qızına aid doğum haqqında şəhadətnamədə ata qrafası nda göstərilən “X48” adlı şəxsin, Qurbanova (Quliyeva) Elmira Ələskər qızına aid doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən “X49” adlı və Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsi, döngə 6-da yerləşən 16 saylı fərdi yaşayış evinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da göstərilən Quliyev Əlisgər adlı şəxslərlə eyni şəxs olması faktının müəyyən edilməsi qət edilmişdir. Bundan sonra isə miras əmlakın 19.12.2*18-ci il X25 adına özəlləşdirilərək çıxarış alınmışdır. Cavabdeh1 Ələskər qızı Ə.Quliyev vəfat etməmişdən xeyli əvvəl ailə qurmuş, ailəsi ilə birlikdə yaşamış, ünvan 2 ünvanında yerləşən evi ümumiyyətlə qəbul etməmişdir. Anası isə 2**1-ci ilədək həftədə bir neçə dəfə g əlib həmin ünvanda qalmış, kommunal haqqları ödəmiş, evdə normal təsərrüfatın apatrılması üçün lazım olan hər seyi etmişdir, evin idarə olunması xərclərini qarşılayaraq mirası faktiki olaraq qəbul etmişdir. 2**1-ci ildən sonra isə davamlı olaraq o, həmin ünvanda yaşamışdır, hətta bir müddət birlikdə anası ilə birlikdə yaşamışlar, son vaxtlar isə anası ara-sıra gəlib qalmışdır. Belə ki, mirasın qəbulu müddəti anası tərəfindən ötürülməmiş, mirası faktiki olaraq qəbul etmişdir. Onun anası vəfat etdikdən sonra da o, ailəsi ilə birlikdə həmin ünvanda yaşamağa davam etmişdir.

26. Cavabdeh3 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, İddiaçı onun xalasıdır. O özü isə X3 övladıdır. İddiaçı atası Ələsgərə və anası Törə xanıma ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evind ə qulluq göstərmişdir. X7 *7.*3.1997-ci il tarixdə vəfat etmişdir, onun ölümündən sonra babasına məxsus olan ünvan 2 ünvanında yerləşən ev miras qalmışdır. Sonradan isə Törə vəfat etmişdir. Onlar vəfat etdikdən sonra İddiaçı mütəmadi olaraq həmin evə gedib-gəlmiş, bütün kommunal haqqları ödəmişdir. Belə ki, evin bütün açarları ona təhvil verilmiş və açarlar daimi olaraq İddiaçı olmuşdur. 2**1-ci ildən isə həmin evdə İddiaçı hüquqi varisi X21 ailəsi ilə birlikdə yaşamışdır. Həmin evdə Cavabdeh1 isə yaşamamışdır.

27. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(*1*)-53/2*22 nömrəli iş üzrə 1* yanvar 2*22-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia tələbinin qismən təmin edilməsi, X37 məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayı ş evinin vərəsə İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

28. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı valideynləri vəfat etdikdən sonra faktiki olaraq ünvan 3 ünvanında yaşamasını, valideynlərinə məxsus evə qulluq göstərdiyini və həmin daşınmaz əmlakı qəbul etdiyini şəksiz nümayış etdirmişdir. Bir vərəsə istisna olmaqla, digər vərəsələr iddiaçının faktiki olaraq həmin evdə mülkiyyətçi ilə birlikdə yaşadığını qəbul etmişlər və bu halı mübahisələndirməmişlər, iddia tələbinin təmin olunmasına etirazlarını bildirməmişlər. Bundan başqa X3* vəfat etməsi *7.*3.1997-ci il tarixə təsadüf etsə də, həmin əmlak DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən 19.12.2*18-ci il tarixdə dövlət qeydiyyatına a lınmışdır və buna görə də vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müəyyən edilmiş müddəti ötürməsi üzrlü hesab olunmalıdır.

29. Məhkəmə hesab etmişdir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən X37 məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən olunmalıdır.

30. İddia tələbinin həmin əmlaka vərəsəlik hüququnun tanınması tələbinə münasibətdə isə məhkəmə hesab edir ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum edilməsi halı kimi qiymətləndirilmədiyindən, həmçinin məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmədiyindən iddia tələbi qalan hissədə təmin oluna bilməz.

31. Məhkəmə gəldiyi nəticəni “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.*4.2*19-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 89.1, 217.4, 3*5.1.1, 3*5.1.7, 3*8-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Apellyasiya şikayət inin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı ilə Cavabdeh1 Ələskər qızı arasında sözügedən əmlakla bağlı mübahisə vardır və bugünədək qalmaqda davam edir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları, o cümlədən iddiaçı ilə Cavabdeh1 Ələskər qızı arasında miras əmlaka dair mübahisə olmasını, Cavabdeh1 öz pay hüququndan imtina etmədiyini, miras əmlaka dair pay tələb etməsini, habelə vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etməsini nəzərə almamışdır.

34. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(1*3)-3552/2*22 nömrəli iş üzrə *1 iyun 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və İlham Kərimli) apellyasiya şikayəti təmin edil məmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 1* yanvar 2*22-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni X2* miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, döngə 6-da yerləşən 16 saylı fərdi yaşayış evinin vərəsə İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, əlavə olaraq qeyd etmişdir ki, mülki qanunvericiliyin normalarının mənasından göründüyü kimi vərəsə miras əmlaka sahiblik etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə yanaşı, mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verməklə də mirası qəbul etmiş sayılır. İşdən görünür k i, İddiaçı miras qoyanın vəfatından sonra mübahisəli evdə faktiki olaraq yaşamış, əmlakı qəbul etdiyini şəksiz nümayış etdirmişdir. Digər Cavabdeh3 da məhkəmə iclasında evin açarlarının daimi olaraq İddiaçı olduğunu, sonuncunun evə gəlib-getdiyini, kommunal haqları ödədiyini, 2**1-ci ildən isə həmin evdə İddiaçı hüquqi varisi X6 ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. Apellyator istisna olmaqla, digər vərəsələr də iddiaçının faktiki olaraq həmin evdə mülkiyyətçi ilə birlikdə yaşadığını qəbul etmişlər və bu halı mübahisələndirməmişlər.

36. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhk əmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.

37. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir.

38. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133, 1159.1.1, 1243.2, 1243.3cü maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.*4.2*19-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə və MPM-in 3*7.2.9, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək qətnam ənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:

1. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Belə ki, Cavabdeh1 miras qəbulundən imtina ilə bağlı heç bir təşəbbüs göstərməmişdir. Əksinə, mirasın qəbulu ilə bağlı Bakı şəhəri 1* saylı notariat kontoruna müraciət etmiş, lakin notariat əməliyyatlarının aparılmasından imtina edilmişdir. Bundan sonra Cavabdeh1 vərəsəlik paylarının müəyyən olunması ilə bağlı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir.

2. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Birinci instansiya və apellyasiya instansiya iş üzrə qərar qəbul edərkən cavabdeh tərəfindən miras əmlakın qəbulu ilə bağlı təşəbbüsün olmasını nəzərə almamışdır.

3. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Birinci instansiya və apellyasiya məhkəməsi mübahisənin mövcudluğunu, onun öz pay hüququndan imtina etmədiyini, miras əmlaka dair pay tələb etməsini, habelə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etməsini nəzərə almayıb.

4. Məlikova X31 rayon məhkəməsinə vərəsəlik paylarının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya Məhkəməsi işə baxarkən Suraxanı rayon Məhkəməsinin icraatında eyni tərəflər arasında eyn i predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair mülki işin olmasını nəzərə almamaqla qeyd edilən normanın tələblərini pozmuşdur. Məhkəmə qanunun bu normasının tələbinin ziddinə olaraq qətnaməni iş üzrə müəyyən olunmuş həqiqi hallara uyğun əsaslandırmamışdır. b)

41. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

42. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

43. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

44. Maddə 1159.1.1. Qanun üzr ə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

45. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

46. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 3*5.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.

53. Maddə 3*7.2.9. Məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır.

54. M addə 3*8. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

55. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məh kəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 nömrəli qərarı:

59. Bənd 1*. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 3*7.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerin in müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 1*2-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir.

60. Bənd 1*.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının it irilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir.

61. Bənd 1*.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, İddiaçı miras qoyanın vəfatından sonra mübahisəli evdə faktiki olaraq yaşamış, əmlakı qəbul etdiyini şəksiz nümayış etdirmişdir. Digər Cavabdeh3 da məhkəmə iclasında evin açarlarının daimi olaraq İddiaçı olduğunu, sonuncunun evə gəlib-getdiyini, kommunal haqları ödədiyini, 2**1-ci ildən isə həmin evdə İddiaçı hüquqi varisi X6 ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. Apellyator istisna olma qla, digər vərəsələr də iddiaçının faktiki olaraq həmin evdə mülkiyyətçi ilə birlikdə yaşadığını qəbul etmişlər və bu halı mübahisələndirməmişlər.

66. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır, onu qanuni və əsaslı hesab edir.

67. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2**5-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

68. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsas ları düzgün müəyyən edilmişdir.

69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)-3552/2*22 nömrəli, *1 iyun 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar