Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-51/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: xüsusi mülkiyyətdə olan mənzillərin boşaldılması və yeni mülkiyyətçiyə təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8596/2020 nömrəli iş üzrə 19 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 fevral 2021-ci il tarixdə Ali Məhkə mənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-23/2018 nömrəli, 24 oktyabr 2018-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2017-ci il tarixli bəraət hökmü ilə X3 AR CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Həmin bəraət hökmündən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmişlər isə apellyasiya şikayəti vermişlər.
2. Bakı Apellyasiya Məhkəməsinin 09 fevral 2018-ci il tarixli hökmü ilə dövlət ittihamçısının apellyasiya protesti təmin edilmiş, zərərçək miş tərəfin şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2017-ci il tarixli, 1(101)209/2017 saylı bəraət hökmü ləğv edilmiş, X8 AR CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 7 (yeddi) il 2(iki) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə zərərçəkmiş şəxslər iklüm) iddiaçılar): İddiaçı, X4 və X5 mülki iddiaları qismən, yəni maddi ziyanın tutulmasına aid hissədə təmin edilmiş, məhkum olunmuş şəxs iklüm) cavabdeh) X2 -695000 (altı yüz doxsan beş min) manat alınaraq zərərçəkmiş şəxs iklüm) iddiaçı) İddiaçı, 50000( əlli min) manat alınaraq zərərçəkmiş şəxs iklüm) iddiaçı) X1 və 55000(əlli beş min) manat alınaraq zərərçəkmiş şəxs iklüm) iddiaçı) X7 verilməsi və mülki iddialarının ödənilməsi (tutulması) məhkum ol unmuş şəxs iklüm) cavabdeh) X8 tərəfindən törədilmiş hazırki cinayət əməli nəticəsində cinayət yolu ilə əldə edilmiş vəsait hesabına alınmaqla onun qızı adına sənədləşdirilmiş (qeydiyyata alınmış) və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2017-ci il tarixli qərarı ilə üzərlərinə həbs qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 26 ünvanında yerləşən 83 saylı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 11 ünvanında yerləşən 312 saylı mənzillərə yönəldilməsi qərara alınmışdır.
3. İş materiallarına əlavə edilmiş DƏDRX-nin çıxarışlarının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 26 ünvanında yerləşən 83 saylı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 11 ünvanında yerləşən 312 (yeni qaydalar la: AZ 1100, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 27, M2, m 3) saylı mənzil X6 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh qızının iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 26 ünvanında yerləşən 83 saylı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 11 ünvanında yerləşən 312 saylı mənzilin cavabdehin hesabına boşaldılması və təhvil verilməsi, mənzillərin onun faktiki mülkiyyətinə verilməsi, mənzillərdən istifadəyə cavabdeh tərəfindən yaradılan məhdudiyyətlərin aradan qaldırılması və cavabdehin mənzillərdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı 26.02.2019-cu il tarixli iddia əri zəsinə əlavə ilə məhkəməyə müraciət edərək iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 26 ünvanında yerləşən 83 saylı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 11 ünvanında yerləşən 312 (yeni qaydalarla AZ1100, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 27, M2, m 3) saylı mənzilin cavabdehin hesabına boşaldılması və təhvil verilməsi, mənzillərin onun faktiki mülkiyyətinə verilməsi, mənzillərdən istifadəyə cavabdeh tərəfindən yaradılan məhdudiyyətlərin aradan qaldırılması və cavabdehin mənzillərdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 26 ünvanında yerləşən 83 saylı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Mirə li Seyidov küçəsi, 27, M2, 3 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzillərin əvvəlki mülkiyyətçisi cavabdeh olmuşdur. Cavabdeh mənzillərin İddiaçı mülkiyyətinə keçməsinə baxmayaraq, hələ də həmin mənzillərdən istifadə etməyə davam edir, mənzilləri iddiaçıya təhvil verməkdən və faktiki mülkiyyətə verməkdən imtina edir. Cavabdeh faktiki olaraq hələ də hazırda İddiaçı xüsusi mulkiyyətində olan mənzillərdən istifadə edir, mənzilləri təhvil verməməklə və mənzillərdən istifadəyə məhdudiyyət yaratmaqla iddiaçının hüquqlarını kobud şəkildə pozur.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 mart 2019-cu il tarixli, 2(009)-804/2019 saylı qətnaməsi ilə (hakim Ü.Şükürova) iddia təmin edilmiş, X6 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 26 ünvanında yerləşən 83 saylı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 11 ünvanında yerləşən 312 (yeni qaydalarla AZ1100, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 27, m 2, m 3) saylı mənzilin cavabdehin hesabına boşaldılması və təhvil verilməsi, mənzillərin iddiaçının faktiki mülkiyyətinə verilməsi, mənzillərdən istifadəyə cavabdeh tərəfindən yaradılan məhdudiyyətlərin aradan qaldırılması və cavabdehin mənzillərdən çıxarılması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, göstərilən mənzillər xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olduğundan və o, həmin mənzillərdən istədiyi kimi istifadə etmək, ona sahib olmaq kimi hüquqlara malik olmuşdur, cavabdehin isə qeyd edilən m ənzillərdə yaşaması onun mülkiyyət və sahiblik hüquqlarını pozur, ona mənsub olan əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu məhdudlaşdırır.
9. Məhkəmə, tələbin “mənzilin təhvil verilməsi və iddiaçının faktiki mülkiyyətinə verilməsi” hissəsi ilə bağlı bildirmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı, evi daşınmaz əmlakın dövlət reyestri məlumatına əsasən, yüksüz əldə etmiş və hazırda onun mülkiyyətçisidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzillərdən istifadəsi iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirilməsinə maneə yaratdığından cavabdehin mənzilə dair “mənzillərin təhvil verilməsi və iddiaçının f aktiki mülkiyyətinə verilməsi” barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2, 152.1, 152.5, 157.1, 178.1, 203.1-ci maddələrinə, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8596/2019 nömrəli iş üzrə 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.Ağayev və M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(009)-804/2 019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzilləri cinayət işi üzrə mülki iddiasının qismən təmin edilməsi və hökmün icrası nəticəsində, cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edildikdən sonra əldə etmiş və hal-hazırda mübahisəli mənzillərin yeni mülkiyyətçisidir. Buna baxmayaraq cavabdeh mənzili boşaltmır, bununla da iddiaçının mülkiyyət hüququ pozulur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə mənzillərlə bağlı hər hansı bir məbləğdə pul ödəməməsini nəzərə almamışdır.
16. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə iclasında iştirakını da təmin etməmiş, cavabdehin məhkəmə iclasından əvvəl xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməməsini və buna görə də məhkəmə iclasının başqa vaxta keçirilməsi xahişinə qiymət verməmişdir.
17. Bununla yanaşı apelyasiya instasniyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılar ının izahatları
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşd ırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
24. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. (maddə 148.2)
25. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanın an və qorunan hüququdur. (maddə 152.1)
26. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. (maddə 178.1)
27. Mülkiyyət qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizələri ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqlardan suiistifadə olmasın. (maddə 152.5)
28. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı var. (maddə 157.1)
29. Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. ( maddə 157.2)
30. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. (maddə 203.1) Mülki Prossesual Məcəllə
31. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
32. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
34. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakti ki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. İddiaçının cavabdehə mənzillərlə bağlı hər hansı bir məbləğdə pul ödəməməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi mübahisəli mənzillər iddiaçının mülkiyyətinə məhkəmə hökmü əsasında sonuncunun məruz qaldığı zərərin əvəzi olaraq keçmişdir.
39. Bundan başqa cavabdehin apelyasiya instansiyası məhkəməsinin iclasında iştirakının təmin edilməməsi, cavabdehin məhkəmə iclasından əvvəl xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməməsini və buna görə də məhkəmə iclasının başqa vaxta keçirilməsi xahişinə apelyasiya instansiyası məhkəməsinin qiymət verməməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan qəbzdən görünür ki, cavabdeh məhkəmə bildirişini 01.06.2019-cu il tarixində şəxsən qəbul etmiş və qəbzi imzalamışdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsinin 19 iyun 2019-cu il tarixli qərarından görünür ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin xəstəliyi ilə əlaqədar məhkəmə iclasının təxirə salınması barədə xahişinə hüquqi qiymət vermiş və cavabdehin xəstəliyini təsdiq edən sübutlar ərizəyə əlavə edilmədiyindən haqlı olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
40. Məhkəmə kolleg iyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8596/2020 nömrəli iş üzrə 19 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.