Məhkəmə qərarları › İş №2(102)-510/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-510/2020

22.01.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-510/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı x2, iddiaçıların vəkili Şükürov Elxan Şükür oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçılar x1 və x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim K.Əmirxanova) iddiaçılar x1 və x2nın cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və x3 qarşı torpaq üzərində mülkiyyət hüquqlarına dair qeydin, çıxarışın, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən, məruzəçi), R.Qurbanov və A.Hüseyn, 2(103)8641/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar x1 və x2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və x3 qarşı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 10 may 1994-cü il tarixli 407/309 saylı sərəncamı əsasında Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1200 kv. m. torpaq sahəsinin x1nun adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, 29.08.2006-cı il tarixli Torpaq sahəsinin kadastr planının və 22.12.2006-cı il tarixli çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin x3 satılması barədə 7 saylı DNK-da bağlanmış 26 yanvar 2007-ci il tarixli, AN-İ ******* saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin özəlləşdirilməsi və satılması ilə bağlı hərəkətlərdə cinayət tərkibinin əlamətləri olduğu üçün xüsusi qərardad çıxarmaqla prokuro rluğa məlumat göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçılar x1 və x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdehin nümayəndəsi x4 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsas ən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı x2, iddiaçıların vəkili Şükürov Elxan Şükür oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak ed ən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında ola n sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Əzizbəyov (hazırki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 10 may 1994-cü il tarixli 407/309 saylı sərəncamından görünür ki, Mərdəkan qəsəbəsində 5/410 №-li sahədə fərdi ev tikmək məqsədilə 1200 kv. m. torpaq sahəsi x1na ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi 0.12 ha torpaq sahəsi mülkiyyət kimi 22.12.2006-cı il tarixdə x1nun adına qeydiyyatdan keçmişdir. İş materia llarında olan göstərilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən edilmişdir ki, x1 mülkiyyətində olan Mərdəkan qəsəbəsi 0.12 ha torpaq sahəsini x3 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunmuşdur ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi 0.12 ha torpaq sahəsi mülkiyyət kimi 03.04.2007-ci il tarixdə x3 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 25.01.2007-ci il tarixli ödəniş qəbzindən görünür ki, 8710 manat məbləğində pul x3 tərəfindən x5-nin Əzizbəyov filialında x1na ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini n təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və bildirmişdir ki, işin araşdırılmış hallarından da göründüyü kimi Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 10 may 1994-cü il tarixli 407/309 saylı sərəncamı ilə x1na Mərdəkan qəsəbəsində 5/410 №-li sahədə fərdi ev tikmək məqsədilə 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. x1 ünvan 1ünvanda yaşayan x6 həmin torpaq sahəsinə dair bütün hüquqları özündə əks etdirən Bakı şəhəri 9-cu DNK-nin dövlət notariusu x7 tərəfindən təsdiq edilmiş və 7-E-2-501 № ilə qeydə alınmış etibarnamə verməklə, sahəni sonuncunun faktiki sahibliyinə və istifadəsinə vermişdir. Mülki iş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, 26.01.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə müəyyən edilmişdir ki, x1 mülkiyyətində olan Mərdəkan qəsəbəsi 0.12 ha torpaq sahəsini 8710 manata x3 satmışdır və sonuncunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində 03.04.2007-ci il tarixdə ******* nömrəli çıxarış qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan ə qddir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyəri ni pulla ödəməlidir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçılar x1 və x2nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 02 sentyabr 2019-c u il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar