Məhkəmə qərarları › İş №2(102)-510/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-510/2021

09.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-510/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-510/21 (Açar sözlər: istifadə hüququnun tanınması, evə köçürülmə, əmlak bölgüsü, istifadə hüququnun müəyyən müddətə saxlanması) Bakı şəhəri, 09 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı Əliyeva(Arzumanova) Jalə Əlövsət qızının və vəkili Vəkil Cavabdeh1 və vəkili X9 oğlunun iştirakı ilə, İddiaçı Əliyeva (Arzumanova) Jal ə Əlövsət qızının Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun tanınması, azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə və əmlak bölgüsü» barədə ilk, Cavabdeh1 İddiaçı1 qarşı “mənzildən çıxarılma” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3541/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Əliyeva (Arzumanova) Jalə Əlövsət qızının kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Əliyeva (Arzumanova) Jalə Əlövsət qızı Cavabdeh1 Talış oğlu ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Murad və xx.xx.2014-cü il təvəllüdlü Adel adlı iki uşaqları var.

2. Hazırda tərəflər boşanıblar. Əmlak mübahisələri vardır. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Əliyeva(Arzumanova) Jalə Əlövsət qızı Cavabdeh1 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan, hazırda yaşadıqları Nizami rayonu, Naxçıvanski küçəsi ev 81, mənzil 54-də istifadə hüquqlarının tanınması, azyaşlı övladları X7 və X8 ilə birlikdə həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı İddiaçı1 iddia tələbinin həcmini artırıb, əlavə olaraq “xxxx” MTK-nı da cavabdeh qoymaqla, Cavabdeh1 oğlunun mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsi ev 81, mənzil 54-ə istifadə hüququnun tanınması, azyaşlı övladları X7, X8 ilə birlikdə həmin mənzilə köçürülmələri, cavabdehlə birgə nikahda ol duqları dövrdə birgə vəsait hesabına 45.000 manata aldıqları “MAZDA CX9” markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobilin satış pulunun 2/3 hissəsinin, cavabdehlə birgə birgə vəsait hesabına, 2015-ci ildə “xxxx” MTK-dan 67.000 manata aldıqları Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 81A mənzil 340-ın satış pulunun (75.000 manatın) 2/3 hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehlə birgə birgə vəsait hesabına 2013-cü ildə 12.000 manata aldıqları Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 81-in zirzəmisində yerləşən 69-saylı qarajın 2/3 hissəsinə və 2006-cı ildə Qusar rayonu, Yuxarı Ləyər kəndində bağ evi tikdirmək üçün aldıqları (JN-324F, KOD-30123048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) 0.12 ha torpaq sahəsinin 2/3 hissəsinə payının (mülkiyyət hüquqlarının tanınması) müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı1 Cavabdeh1 ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikaha daxil olduqları vaxtdan etibarən cavabdehlə birgə yaşamış, birgə təsərrüfat idarə etmişdir.

6. Birgə yaşadıqları dövrdə Cavabdeh1 işləyirdi yüksək məvacib alırdı, İddiaçı1 Əlövsət qızı isə evdar qadın olmuşdur.

7. Cavabdehlə ailə həyatı qurduqdan sonra təxminən 6 ay cavabdehin valideynləri ilə onların yaşadığı evdə yaşamış, sonradan kirayə evə çıxmışlar. 11-sentyabr 2006-cı ildə gələcəkdə onların yaşaması üçün Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 81, mənzil 54ü almışlar. Mənzilin müqaviləsi “xxxx” MTK ilə X1nun adına bağlanılmışdır.

8. Mənzilin dəyərini Cav abdeh1 və qayınatası ödəmişlər. Mənzilin tikintisi 2008-ci ildə başa çatmış, mənzili öz vəsaitləri hesabına tam təmir etdirmişlər. 2008-ci ilin may ayında mənzildə təmir işləri başlanmış, mənzilin bir otağının, hamam və sanitar qovşağını təmiri 2008-ci ilin oktyabr ayında başa çatdığından onlar əmlaklarının bir hissəsini həmin təmiri başa çatmış otağa yığaraq həmin ilin noyabr ayından mənzildə yaşamağa bağlamışlar. Mənzilin tam təmiri isə 2009-cu ilin avqust ayında başa çatmış, qalan əmlaklarını da mənzilə gətirərək mənzildən tam istifadə etməyə başlamışlar.

9. Bu günə kimi də həmin mənzildə yaşayırlar. İddiaçının bütün cehiz əşyaları və birgə nikah dövründə əldə etdikləri bütün ev əşyaları da həmin mənzildədir.

10. X1 2013-cü ildə vəfat etdiyindən yaşadıqları mənzilin (C.Naxçıvanski küç əsi ev 81, mənzil 54) müqaviləsi “xxxx” MTK-nın xx xxxx 2014-cü il tarixli qərarı ilə Cavabdeh1 adına dəyişdirilmişdir. Həmin mənzil hazırda Cavabdeh1 mülkiyyətindədir.

11. Cavabdeh1 və övladları həmin mənzildə qeydiyyatdadırlar. 12. 2011-ci ildə cavabdeh “Nissan X TRAİL” markalı avtomobil almış, bir müddət sürdükdən sonra 2013-cü ildə həmin avtomobili satmış və satış pulunun üstünə əlavə pul qoyaraq 45.000 manata “MAZDA CX9” markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobili almışdır.

13. Cavabdeh avtomobil aldıqdan sonra təxminən 2013-cü ildə 12000 manata yaşadıqları evin zirzəmisində bir ədəd 69 saylı qaraj da almışdır.

14. Cavabdeh 2015-ci ildə yaşadıqları evin yaxınlığında “Cavabdeh2”-nın tikdiyi 81 A saylı binada 340-saylı iki otaqlı mənzil almışdır. Həmin mənzilin müqaviləsi “xxxx” M TK ilə iddiaçının adına bağlanmışdır. Həmin mənzilin pulunun əksər hissəsini, yəni 55.000 manatını iddiaçının valideynləri, qalan hissəsini də birgə nikah dövründə əldə etdikləri vəsait hesabına ödəmişlər. Mənzili 67000 manata almışlar.

15. Bundan başqa, 2006-cı ildə Qusar rayonu, Yuxarı Ləyər kəndində bağ evi tikdirmək üçün 0.12 ha torpaq sahəsi almış, bu torpaq sahəsi cavabdehin adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş, bu barədə N-324F, KOD-30123048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 16. 2017-ci ilin əvvəlində cavabdeh işdən çıxmış və biznes fəaliyyəti ilə məşqul olmaq istəmişdir. Bu məqsədlə də 2015-ci ildə 67.000 manata aldıqları evi və 2013-cü ildə 45.000 manata aldıqları avtomobili sataraq pulunu biznes fəaliyyətinə qoymağı təklif etmiş və bi ldirmişdir ki, əldə etdikləri gəlirlərlə bir müddət sonra yeni mənzil və avtomobil alacaqlar. Həmin mənzilin satılması və pulun alınmasını cavabdeh həyata keçirmişdir.

17. Cavabdehin deməsinə görə mənzil 75.000 manata, avtomobil isə 39.500 manata satılıb. 18. 2017-ci ilin oktyabr ayında cavabdeh bildirmişdir ki, X2 yaxşı biznes sahəsi var və işləmək üçün Amerikaya gedəcəkdir. Cavabdeh satdığı evin və avtomobilin pulundan evə 3.000 manat qoyaraq 2017-ci ilin oktyabr ayında Amerikaya getmişdir. 19. 2018-ci ilin mart ayında cavabdeh Amerikadan qayıtdıqdan sonra ailəsinə, uşaqlarına soyuq münasibət göstərmiş, onlarla maraqlanmamış, evdə hər gün soz-söhbət, dava-dalaş yaratmış, iddiaçıdan evdən çıxıb getməyini tələb etmiş, mənzilin ona məxsus olduğunu, onları mənzildən çıxardacağını bildirməyə başlamış, bu da yetməmiş kimi, iddiaçını övladlarının yanında təhqir etməyə, döyməyə başlamışdır.

20. Cavabdeh iddiaçıya dəfələrlə bildirmişdir ki, onu bu mənzilə müvvəqqəti köçürüb, onun mənzildən istifadə hüququ yoxdur. 21. 2019-cu ilin aprel ayında tərəflərin nikahı pozulmuş, övladları iddiaçının yanında saxlanılmışdır.

22. Cavabdeh artıq bir müddətdir ki, evə gəlmir iddiaçı həmin mənzildə övladları ilə birlikdə yaşayır.

23. İddiaçı atasının evində qeydiyyatdadır. Orada da yaşamağa şərait yoxdur.

24. İddiaçı tələbinin hüququ əsası kimi Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etmişdir.

25. Cavabdeh1 İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 81 saylı evin 54 saylı mənzilinə köçürülməyi, İddiaçı1 himayəsində saxlanılmış azyaşlı uşaqları Murad və Adel ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 81 saylı evin 54 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil hazırda Cavabdeh1 mülkiyyətindədir. Lakin cavabdeh qarşılıqlı iddiaçının mənzildə yaşamasına imkan vermir.

27. Mənzili mərhum atası X6 “xxxx” MTK ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə əsasında almışdır. Mənzilin pulunu tam olaraq Cavabdeh1 atası ödəmişdir. 2013-cü ildə Cavabdeh1 atası vəfat etmiş, bütün vərəsələrin razılığı ilə həmin mənzil vərəsəlik yolu ilə Cavabdeh1 mülkiyyətinə keçmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh1 adına xx.xx.2014-cü il tari xli Çıxarış verilmişdir.

28. Tərəflərin nikahları xx xxxxx 2019- cu ildə məhkəmə qaydasında pozulduğundan həmin tarixdən onların ailə münasibətlərinə də xitam verilmiş, İddiaçı1 Cavabdeh1 ailə üzvlüyündən də çıxmışdır. Həmin qətnamə ilə hər iki uşaq cavabdeh İddiaçı1 himayəsində saxlanılmışdır. 29. 2011-ci ildə İddiaçı1 qayınatasına məxsus evə müvəqqəti köçəndə onunla qayınatası arasında mənzilin sahibi kimi mənzildə yaşamasına dair hər hansı razılaşma olmamış, qayınatası İddiaçı1 mənzillə təmin etmək öhdəliyi götürməmişdir. Mənzil onların müvəqqəti istifadəsinə verilmişdir. Cavabdeh İddiaçı1 iddia ərizəsində guya 2009-cu ilin avqust ayından hazırda yaşadığı evə köçərək orada yaşaması barədə məhkəmədə fikir yaratmaqda məqsədi onun guya mülkiyyətçi olan Cavabdeh1 atası ilə birliklə onun ail ə üzvü kimi yaşaması görüntüsünü yaratmaqdır. Halbuki, iddia ərizəsindən də görünür ki, İddiaçı1 yalnız evləndikləri gündən cəmi altı ay Cavabdeh1 ata-anası ilə birlikdə onlara məxsus digər mənzildə yaşayıb birgə təsərrüfat aparmış, sonra isə kirayədə yaşamışlar.

30. İddiaçı1 qaynatasına məxsus, hazırda yaşadığı mənzilə 2011-ci ildə qaynatasının razılığı ilə müvəqqəti köçsə də, onunla birgə mənzildə yaşamamış, birgə təsərrüfat aparmamış, qayınatasının ailə üzvü olmamışdır. Cavabdeh1 və ailə üzvləri kirayədə qaldığı evin sahibi mənzilini satdığı üçün 2011-ci ildə məcburiyyət üzündən oranı boşaltmışlar.

31. Nizami Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(007)-754/2019 saylı qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. 32. “Legal Prime” qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə görə 2013-cü il buraxılışlı “MAZDA CX9” markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobilin 2017-ci ilə bazar qiyməti 33.000 (otuz üç min) manat, Nizami rayonu C.Naxçıvanski küçəsi, ev 81A, mənzil 340-ın isə 2017-ci il tarixə bazar dəyəri 78.000 (yetmiş səkkiz min) manatdır.

33. Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli 2(007)-754/2019 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 81 saylı evin, 54 saylı mənzilinə istifadə hüququ tanınmış, 2013-cü il buraxılışlı **-RJ-*** dövlət nömrə nişanlı, ban nömrəsi JMZTB89A800400890 olan tünd boz metalik rəngli “MAZDA CX9” avtomobilinin 2017-ci ilə olan 33.000,00 manat bazar dəyərinin ½ hissəsi, yəni 16.500,00 manat məbləğinin Cavabdeh1 alınaraq İddiaçı1 ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81A nömərli evin, 340 saylı mənzilinin satışından əldə olunan 75.000,00 manatın 3/5 hissəsinə İddiaçı1, 2/5 hissəsinə Cavabdeh1 payının müəyyən olunması və ilkin iddiaçıya Cavabdeh1 tərəfindən ödəniləcək 45.000,00 manatdan onun tərəfindən əvvəlcədən verilmiş 3.000,00 manat, həmçinin sonradan ödənilmiş 10.891,69 manat nəzərə alınmaqla, 31.108,31 manatın alınaraq İddiaçı1 ödənilməsi, ünvan 1 ünvanındakı binanın zirzəmisində yerləşən 69 saylı qarajın və Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh1, ½ hissəsinə İddiaçı1 paylarının müəyyən olunması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilm əməsi, İddiaçı1 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun ona aid edilməsi, Cavabdeh1 qarşılıqlı iddianın qaldırılmasına görə 10 manat məbləğində və əmlak bölgüsü ilə bağlı isə 30 manat məbləğində, ümumilikdə 40 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.(hakim Həqiqət Əhmədova)

34. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən hesab etmişdir ki, tərəflər arasında nikah xx.xx.2005-ci ildə bağlanıldığından onlar arasında və əmlakın keçmiş mülkiyyətçisi arasında yaranmış münasibətlərə Mülki Məcəllənin 228.5-ci maddəsinə müvafiq olaraq qiymət verilməlidir.

35. Birinci instansiya məhkəməsi müəyyən edib ki, istifadə hüququ tanınması tələb edilən mənzilin əvvəlki sahibi Təyyar Əliyev ilkin iddia üzrə iddiaçı nı gəlini kimi əvvəl öz mənzilinə köçürmüş, 6 ay birlikdə yaşadıqdan sonra tərəflərin gələcəkdə yaşamaları üçün qayınatanın adına hələ 2006-cı ilə alınmış və qayınata 2013-cü ildə vəfat etdikdən sonra mübahisəsiz qaydada digər ailə üzvlərinin razılığı ilə ilkin iddia üzrə üzrə cavabdehin mülkiyyətinə keçmişdir. Mübahisəli mənzil 2008-ci ildə tam təmir olunmuş tərəflər övladları ilə birlikdə həmin mənzilə köçmüşlər. Hazırda ilkin iddiaçı və birgə nikahdan dünyaya gəlmiş iki övladları həmin mənzildə yaşayırlar. Onların başqa yaşayış yerləri olmadığında mübahisəli yaşayış sahəsinə ehtiyacları aradan qalxmamışdır.

36. Həmçinin məhkəmə ilk iddiaçının uşaqları ilə birgə həmin mənzildə hazırda da yaşamasını müəyyən edərək, hesab edib ki, iddia tələbi onların mənzilə köçürülmələrinə dair hissəsind ə təmin edilməməlidir.

37. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklar olan 45.000 manata aldıqları “MAZDA CX9” markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobilin, “xxxx” MTK-dan 67.000 manata aldıqları Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsi, ev 81A, mənzil 340-ın satışından əldə etdikləri vəsaitlər Cavabdeh1 tərəfindən sahibkarlıq məqsədilə götürülmüş, həmin vəsaitin bir hissəsi hazırda sonuncunun da etiraf etdiyi kimi biznesə yatırılmış, qalan hissəsindən isə yalnız 3.000 manat və sonradan isə Cavabdeh1 adına olan plastik kartdan hissə-hissə 10.891,69 manat olmaqla ümumilkidə 13.891,69 manat İddiaçı1 verilmişdir.

38. Əmlakların satışından əldə olunan qalan vəsaitin Cavabdeh1 2017-ci ilin oktyabr ayında ABŞ-da biznes s ahəsinə yatırmaq və qazanc əldə etmək məqsədi ilə götürmüş və o, həmin tarixdə ABŞ-a getmişdir. Elə həmin ilin sentyabr-oktyabr aylarında tərəflər arasında münasibətlər soyumuş, tərəflərin ər-arvad kimi münasibətləri faktiki pozulmuş, birgə yaşamamış və birgə təsərrüfat aparmamışlar. 2018-ci ilin mart ayında Cavabdeh1 ABŞ-dan qayıtdıqdan sonra isə münasibətləri tamamilə pozulmuşdur.

39. Birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmamış uşaqların ilk iddiaçının yanında saxlanılmasını nəzərə alaraq hesab etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvasnki küçəsi, 81A nömərli evin, 340 saylı mənzilin satışından əldə olunan 75.000,00 manatın 3/5 hissəsinə İddiaçı1, 2/5 hissəsinə isə Cavabdeh1 payı müəyyən olunmalı, həmin məbləğdən ilkin iddiaçıya çatmalı olan 45.000,00 manatdan Cavabde h1 tərəfindən əvvəlcədən verilmiş 3.000,00 manat, həmçinin sonradan ödənilmiş 10.891,69 manat nəzərə alınmaqla, 31.108,31 manat alınaraq İddiaçı1 ödənilməlidir.

40. Birinci instansiya məhkəməsi ünvan 3 ünvanındakı binanın zirzəmisində yerləşən 69 saylı qaraja və Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 0.12 ha torpaq sahəsinə ½ hissədə Cavabdeh1, ½ hissəsədə də İddiaçı1 paylarını müəyyən etmişdir.

41. Qarşılıqılı iddia tələbi üzrə birinci instansiya məhkəməsi hesab edib ki, ilkin iddiaçının və onun övladlarının mənzilə istifadə hüquqları olduğundan və həmin mənzilə ehtiyacları aradan qalxmadığından qarşılıqlı iddia təmin edilməməlidir.

42. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəlləsinin 228.5, Azərbaycan Respublikası Ailə M əcəlləsinin 32.1, 32.2.1, 32.3, 33.1, 36.1, 37.1 və 37.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

43. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 oğlu apelyasiya şikayəti verib, qətnamənin ləğv, ilk iddianın qismən, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.

44. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, maddi və prosessual hüquq normaları pozulmuşdur.

45. Mübahisəli mənzilə iddiaçı ilə 2011-ci ilin aprel ayında köçmüşlər. Atası isə həmin mənzildə, ümumiyyətlə, yaşamamış, iddiaçı ilə birgə təsərrüfat aparmamışdır. İddiaçı anasının mülkiyyətində olan mənzildə qeydiyyatdadır, həmin mənzil 3 otaqdan ibarətdir, orada iddiaçının və uşaqların yaşamaları üçün hər cür şərait var. O, uşaqlarının özü ilə birlikdə mübahisəli mənzild ə yaşamalarına razıdır.

46. Birgə nikah dövründə avtomobil və mənzil satılarkən nə iddiaçı, nə də o, heç bir yerdə işləməmiş, başqa gəlir yerləri olmamış və ailə həmin pul vəsaiti hesabına dolanmışdır. 2017-ci ilin oktyabr ayından 2018-ci ilin aprel ayına qədər iddiaçıya göndərdiyi 10891 manatı 6 aya böldükdə hər ay üçün 1815,16 manat edir, həmçinin özünün aylıq xərcləri, xaricə gediş-gəliş pullarını əlavə etsə, ailənin aylıq xərci 2500-3000 manat edir. 47. 2018-ci ilin aprel ayında ABŞ-dan qayıtdıqdan sonra avqust ayının 28-nə qədər iddiaçı ilə birlikdə yaşamış və bu 5 ay ərzində ailəyə təxminən 12000-15000 manat pul xərclənmişdir. Satılan əşyaların pulundan təxminən 50000 manat ailə üçün xərclənmiş, biznes qurmaq üçün götürdüyü 30000 manat isə batmışdır. Mənzil 63000 manata satılmışdır, həmin mənzil də onun hesabına alınmışdır.

48. İddiaçı1 da apellyasiya şikayəti verib, əmlak bölgüsü hissəsində qətnamənin ləğv, birgə nikah dövründə əldə edilmiş bütün daşınar və daşınmaz əmlak üzərində payının 2/3 hissədə müəyyən edilməsini xahiş etmişdir.

49. İddiaçı1 apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə iki uşağın onun himayəsində olmasını nəzərə almamışdır, həmçinin 13891,69 manatın onun payından çıxılması əsassızdır.

50. Cavabdeh birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etmişdir, başqa qadınla münasibəti olmuş, ailənin ümumi gəlirini ona xərcləmişdir. Məhkəmə mütəxəssis rəyində göstərilən məbləği deyil, iddia ərizəsində göstərilən məbləği əsas götürərək payları müəyyən etmişdir.

51. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2020-ci il tarixli 2(103)-3541/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-754/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – ilkin iddia tələbinin «İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 81 saylı evin, 54 saylı mənzilinə istifadə hüququnun tanınması, 2013cü il buraxılışlı **-RJ-*** dövlət nömrə nişanlı, ban nömrəsi JMZTB89A800400890 olan tünd boz metalik rəngli “MAZDA CX9” avtomobilinin 2017-ci ilə olan 33.000,00 manat bazar dəyərinin ½ hissəsi, yəni 16.500,00 manat məbləğinin Cavabdeh1 alınaraq İddiaçı1 ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81A nömərli evin, 340 saylı mənzilinin satışından əldə olunan 75.000 manatın 3/5 hissəsinə İddiaçı1, 2/5 hissəsinə Cavabdeh1 payının müəyyən olunması və ilkin iddiaçıya Cavabdeh1 tərəfindən ödəniləcək 37.500 manatdan onun tərəfindən əvvəlcədən verilmiş 3.000,00 manat, həmçinin sonradan ödənilmiş 10.891,69 manat nəzərə alınmaqla, 31.108,31 manatın alınaraq İddiaçı1 ödənilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi» hissəsində ləğv edilmiş və həmin hissələrdə yeni qətnamə qəbul edilərək, İddiaçı1 Cavabdeh1 qarşı sonuncunun mülkiyyətində olan 2008-ci ilin noyabr ayından yaşadıqları (hazırda yaşadıqları), əmlaklarının olduğu Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsi ev 81, 54 saylı mənzilə istifadə hüququnun tanınması, azyaşlı övladları X7 və X8 ilə birlikdə həmin mənzilə köçürülmələri barədə iddiasının təmin edilməməsi, İddiaçı1 uşaqları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 81 saylı evin, 54 saylı mənzilinə hazırki qətnamə qəbul edildiyi tarixdən bir il müddətinə istifadə hüququnun saxlanılması, 2013-cü il buraxılışlı **-RJ-*** dövlət nömrə nişanlı, ban nömrəsi JMZTB89A800400890 olan tünd boz metalik rəngli “MAZDA CX9” avtomobilin və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvasnki küçəsi, 81A nömərli evin, 340 saylı mənzilin satışından əldə edilmiş 108000 manat (75000+33000) məbləğdən 17 ay ərzində ailənin ümumi məqsədləri hesabına xərclənmiş 34000 manat çıxılmaqla (108000-34000=74000), qalan 74000 manatın 1/2 hissəsinə İddiaçı1, 1/2 hissəsinə isə Cavabdeh1 payı müəyyən olunması və 37000 manat məbləğində pulun Cavabdeh1 alınaraq İddiaçı1 ödənilməsi, Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “mənzildən çıxarılma” barədə qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 1 (himayəsində saxlanılmış azyaşlı uşaqları ilə birlikdə) Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 81 saylı evin 54 saylı mənzilinə hazırki qətnamə qəbul edildiyi tarixdən bir il müddətinə istifadə hüququnun saxlanılmaqla mənzildən çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Azad İmanov)

52. Apellyasiya məhkəməsi işdəki sübutlara və tərəflərin izahatına əsasən müəyyən etmişdir ki, tərəflər xx.xx.2005-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X7 və xx.xx.2014-cü il tarixdə X8 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmışdır. Tərəflər nikaha daxil olduqdan sonra 2005-ci ildə cavabdehin atasına məxsus evdə birlikdə 6 ay yaşamışlar. xx.xx.2006cı il tarixli müqavilə əsasında X5 (hazırki iş üzrə cavabdehin atası) Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi 81 saylı evin 54 nömrəli mənzilini almış, sonuncu 2013-cü ildə rəhmətə getdikdən sonra mübahisəsiz qaydada digər ailə üzvlərinin razılığı ilə həmin mənzil Cavabdeh1 mülkiyyətinə keçmişdir. İddiaçı 2008-ci ildən həmin mənzildə yaşadıqlarını bildirərək, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən həmin mənzilə istifadə hüququnun tanınmasını və həmin mənzilə köçürülməyini tələb edir.

53. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki mübahisəyə iddiaçının qeyd etdiyi kimi Mülki Məcəllənin 228.5-ci maddəsini tətbiq etdikdə belə, iddiaçının həmin mənzilə istifa də hüququ yaranmamış olur. Çünki mübahisəli mənzilin mülkiyyətçisi Təyyar Əliyev olmuş, iddiaçı onun deyil, övladının ailə üzvü olmuşdur və belə olan halda, iddiaçı mübahisəli mənzildə istifadə hüququ əldə etməmişdir. Belə ki, mübahisəli mənzilin mülkiyyətçisi ilə arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Odur ki, hətta İddiaçı1 qayınatası T.Əliyevin mülkiyyətində olan mənzilə onun razılığı ilə köçüb yaşamışdırsa belə, bu razılıq özlüyündə iddiaçıya mübahisəli mənzilə mülki hüququ mənasında əşya hüququ kimi istifadə hüququ qazandırmır. Çünki yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə riayət edilməsi tələb olunur.

54. Apelyasiya məhkəməsinin qənaətinə görə, mübahisəli mənzili T.Əliyev 2006-cı ildə “xxxx” MTK-dan aldıqdan sonra Mülki Məcəllənin 178.8-ci maddəsi və həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında əks olunmuş mövqeyə görə «mülkiyyət» hüququ əldə etsə də, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin mənzildən istifadə ilə bağlı mərhum T.Əliyevlə İddiaçı1 arasında müqavilənin bağlanıb qeydə alınması da mümkün ola bilməzdi.

55. Buna görə də apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli mənzilə 2008-ci ildə köçməsi dəlilləri inandırıcı hesab edildiyi təqdirdə, həmin mübahisəyə qanunun analogiyasına əsasən köhnə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

56. Köhnə Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələbinə görə icarədar (mülkiyyətçi) ilə bərabər hüquqlara malik olmaq üçün yaşayış sahəsinin istifadəçisi ya icarədərın (mülkiyyətçinin) ailə üzvü olmalı, ya da onunla birlikdə yaşayıb ümumi təsərrüfat aparmalıdır. İddiaçı1 mərhum T.Əliyevin ailə üzvü olmamışdır. Birgə yaşayışa gədlikdə isə İddiaçı1 mərhum T.Əliyevin ailə üzvü olmamışdır. Tərəflər ailə qurduqdan sonra 2005-ci ildə cəmi 6 ay mərhum T.Əliyevin başqa mənzilində sonuncu ilə birlikdə yaşamış, lakin yola getmədikləri üçün kirayə mənzilə çıxmışlar. Mübahisəli mənzildə isə mərhum T.Əliyev özü heç vaxt yaşamamış, müvafiq olaraq da İddiaçı1 ilə ümumi təsərrüfat aparmamışdır. Ona görə də sonuncunun mərhum T.Əliyevin ailə ü zvünə çevrilməsi üçün hər hansı əsas müəyyən olunmur.

57. Apellyasiya məhkəməsi qeyd edib ki, iddiaçı J.Əlyievanın mübahisəli mənzilə xx.xx.2009-cu il tarixdən sonra köçməsi halında da, həmin tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-cü maddəsinin tələbinə görə, onun həmin mənzilə istifadə hüququ yaranmayacaqdır, çünki o, mərhum T.Əliyevin nə ailə üzvü olmuş, nə də qanunun nəzərdə tutduğu «digər qohumlar» kateqoriasına aid olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd edilib ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumla r» dedikdə, qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ögey oğul və qızlarını nəzərdə tutmuşdur). İddiaçı1 isə həmin şəxslər kateqoriyasına aid deyildir, bu səbəbdən də onun mərhum T.Əliyevin ailə üzvü, yaxud da «digər qohum» kimi mübahisəli yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ da yaranmamışdır.

58. Beləliklə, İddiaçı1 mübahisəli mənzildən hansı tarixdən (xx.xx.2009-cu il tarixdən əvvəl və ya sonra) istifadə etməyə başlamasından asılı olmayaraq, T.Əliyevin sağlığında onun həmin mənzildən istifadə hüququ yaranmamışdır.

59. Apellyasiya məhkəməsi onu da müəyyən edib ki, X5 2013-cü ildə vəfat etdikdən sonra mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Həmin vaxt iddiaçı ilə cavabdehin həmin mənzildə birlikdə yaşamaları isə mübahisəsizdir. Mülkiyyətçinin dəyişməsi ilə yeni münasibətlər yaranmışdır və həmin münasibətlərdən doğan mübahisələr də qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri daxilində həll edilməlidir.

60. Apellyasiya məhkəməsinin mövqeyinə görə Cavabdeh1 mübahisəli mənzilə mülkiyyət hüququ əldə etdikdən sonra, Mənzil Məcəlləsinin 30-cu maddəsinin imperativ göstərişlərinə əsasən, İddiaçı1 onun ailə üzvü kimi həmin mənzildən istifadə hüququ əldə etmişdir. Lakin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulduğundan (ailə münasibətlərinə xitam verildiyindən), iddiaçı cavabdehin ailə üzvlüyündən çıxmışdır.

61. Apellyasiya məhkəmə si Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinadən qeyd edib ki, keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ saxlanıla bilər.

60. Apellyasiya məhkəməsinə görə hər bir halda iddiaçı əşya hüququndan irəli gələn istifadə hüququna malik deyildir. Digər tərəfdən, iddiaçının istifadə hüququna faktiki olaraq ailə münasibətləri pozulduğu andan xitam verilmişdir. Hazırki işin halları baxımından artıq itirilmiş hüququn müəyyən müddət saxlanılması ilə bağlı məsələ həll oluna bilər. Yəni, iddiaçının müddətsiz olaraq mübahisəli mənzildən istifadə hüququnun tanınması yox, özünü yaşayış sahəsi ilə təmin edənədək müvəqqəti həmin mənzildə yaşaması müzakirə predmeti ola bilər.

61. Apellyasiya məhkəməsi iddiaçının hazırda başqa yaşayış yerinin olmamasını və mübahisəli mənzildə yaşamasını nəzərə alaraq, hesab edib ki, özünü yaşayış sahəsi ilə təmin edənədək iddiaçının bir il müddətinə həmin mənzildən istifadə hüququ saxlanılmalıdır.

62. Apellyasiya məhkəməsi onu da nəzərə alıb ki, tərəflərin faktiki nikah münasibətləri pozulduğu vaxtdan (2018-ci ilin avqust ayı) indiyə qədər olan təxminən iki il müddətində iddiaçı həmin mənzildə yaşamış və hazırda da orada yaşayır. Belə olan halda, qətnamə qəbul edildiyi vaxtdan bir il müddətinə onun istifadə hüququnun saxlanılması iddiaçının mübahisəli mənzildən həmin mənzilə istifadə hüquqlarını itirdiyi vaxtdan üç il müddətində istifadə etməsi deməkdir ki, bu müddət də kifayə t qədərdir. Həmçinin hazırki qətnamə ilə iddiaçı əmlak bölgüsü nəticəsində kifayət qədər vəsait əldə etmək imkanı qazanmışdır ki, bu da ona qısa müddət ərzində özünü başqa yaşayış sahəsi ilə təmin etmək üçün əlverişli şərait yaradacaqdır.

63. Apellyasiya məhkəməsi ünvan 1 ünvanındakı binanın zirzəmisində yerləşən 69 saylı qaraja və Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh1, ½ hissəsinə İddiaçı1 paylarının müəyyən olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etsə də, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81A nömərli evin, 340 saylı mənzilinin satışından əldə olunan və iddiaçı tərəfindən 75.000,00 manata satılması iddia olunan mənzilin satış dəyərinin 3/5 hissəsinə yetkinlik yaşına çatmamış övladlar ının onun yanında saxlanılması halı nəzərə alınmaqla İddiaçı1, 2/5 hissəsinə isə Cavabdeh1 payının müəyyən olunması barədə gəlinən nəticəni yanlış hesab edib.

64. Apellyasiya məhkəməsi hesab edib ki, payların müəyyən edilməsi zamanı uşaqların onun himayəsində qalması barədə iddiaçının dəlilləri payların qeyri-bərabər bölünməsi üçün əsas ola bilməz. Qeyri-bərabər bölgü məhkəmə üçün məcburi deyildir və yalnız konkret həyatı situasiyada uşağın maraqlarının nəzərə alınmasının vacibliyi barədə məhkəməyə sübut təqdim olunduğu təqdirdə baş verə bilər. Hazırkı işdə isə qeyd olunan halların heç biri mövcud deyildir. Birgə əmlak yalnız ər-arvad arasında yaranan nikah münasibətinin nəticəsində əmələ gəldiyindən, həmin əmlak yalnız onlar arasında bölünür. Bu zaman uşaqların sayının və valideynlərdən hansının yanında qalmasının heç bir əhəmiyyəti yoxdur. Yalnız qanunda halların mövcudluğu məhkəməyə qeyri-bərabər pay bölgüsü barədə qərar qəbul etməyə imkan verə bilər. Cavabdeh1 ailənin ümumi qazancını başqa qadına xərcləməsi barədə dəlilləri isə sübut edilmir. Cavabdehin başqa qadınla şəkil çəkdirməsi onun həmin qadını «saxlaması» və ailənin ümumi vəsaitini əsassız olaraq ona xərcləməsi anlamına gəlməməlidir. Bu hal epizodik xarakter də daşıya bilər, ona görə də iddiaçı göstərdiklərini sübut etməlidir.

65. Apellyasiya instansiyası qeyd etdiklərinə əsasən belə qənaətə gəlib ki, tərəflərin bölünən payları bərabər müəyyən olunmalıdır. 66. “Leyal Prime” Qiymətləndirmə şirkyətinin xx.xx.2019-cu il tarixli rəyi ilə 2017-ci ilə 2013-cü il buraxılışlı “MAZDA CX9” markalı ** RJ *** dövlət nömrə nişanlı avtomobilin bazar satış qiyməti 33.000 manat, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 76,42 kv.m olan təmirsiz mənzilin bazar dəyəri isə 78.000 manat təşkil etməsi müəyyən edilmişdir.

67. Apellyasiya instansiyası qeyd edib ki, mütəxəssis rəyi ilə mənzilin 2017-ci il tarixə bazar dəyəri 78000 manat müəyyən edilsə də, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğundan, mütəxəssi rəyi ilə müəyyən edilmiş məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdən yüksək olduğu üçün iddia tələbində göstərilən məbləği götürülməlidir. Eyni zamanda, Cavabdeh1 həmin mənzilin 63.000 manata satılmasını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

68. Apellyasiya instansiyası müəyyən edib ki, mənzilin və avtomobilin satılmasından ümumilik də 108000 manat (75000+33000) əldə edilmişdir. Cavabdeh ABŞdan qayıtdıqdan sonra da tərəflər 2018-ci ilin avqust ayına qədər birlikdə yaşamış, birgə təsərüffat aparmışlar, 2018-ci ilin avqust ayında faktiki olaraq münasibətləri pozulmuş, avqustun 28-də cavabdeh evdən çıxmışdır. İddiaçı işləmədəyi və ailənin başqa qazanc mənbəyi olmadığı üçün tərəflər 2017-ci ilin fevral ayından 2018-ci il avqustun 28-dək satdıqları avtomobil və mənzilin pulundan xərcləmişlər. İddiaçı tərəf ailənin aylıq xərclərinin təxminən 1000 manat, cavabdeh tərəf isə təxminən 3000 manat olduğunu qeyd etmişlər. Bununla əlaqədar heç bir sübut təqdim olunmasa da, işin müəyyən edilmiş hallarını, tərəflərin qeyd etdiklərini nəzərə alaraq, apellyasiya məhkəməsi ağlabatan mühakimə əsasında belə qənaətə gəlib ki, birgə təsərrü fat apardıqları zaman ailənin aylıq xərci təqribi 2000 manat götürülməlidir (ailənin əvvəlki aylıq xərcləri nəzərə alınmaqla). Belə olan halda da 2017-ci ilin fevral ayından 2018-ci ilin avqust ayına (17 ay) qədər tərəflərin birgə təsərrüfat aparmaqla ailənin ümumi ehtiyacları üçün 34000 manat xərcləməsi müəyyən edilir (17x2000).

69. Beləliklə, apellyasiya instansiyası belə nəticəyə gəılib ki, avtomobilin və mənzilin satılmasından əldə edilmiş 108000 manat (75000+33000) məbləğdən 17 ay ərzində ailənin ümumi məqsədləri hesabına xərclənmiş 34000 manat çıxılmaqla (**********0=74000), qalan 74000 manatın 1/2 hissəsinə İddiaçı1, 1/2 hissəsinə isə Cavabdeh1 payı müəyyən olunmalı, müvafiq olaraq, cavabdehdən həmin vəsaitin yarısı – 37.000 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir.

70. Ca vabdehin iddiaçıya əvvəlcə 3.000 manat verməsi (evdə qoyub ABŞ-a getməsi), sonradan isə ABŞ-dan daha 10.891,69 manat göndərməsinin isə işin həlli baxımından heç bir əhəmiyyəti yoxdur, belə ki, həmin vəsait də ailənin ümumi xərci hesab olunur və ümumi məsrəflərə (34.000 manat) daxildir.

71. İddiaçı1 mübahisəli mənzildən istifadə hüququnun tanınması barədə iddiası əsassız olduğundan, Cavabdeh1 də İddiaçı1 həmin mənzildən çıxarılması barədə qarşılıqlı iddiası əsaslı hesab edilərək təmin olunmalıdır.

72. Qarşılıqlı iddia tələbinə münasibətdə apellyasiya məhkəməsi qeyd edib ki, mülkiyyətçi mülkiyyət hüququnun həyata keçirilməsi üçün digər şəxslərdən qanunsuz hərəkətlərə son qoyulmasını tələb etmək hüququna malikdir. Cavabdeh İddiaçı1 müddətsiz olaraq mübahisəli mənzildə yaşamaqda davam etməsi mülkiyyətçi kimi iddiaçı Cavabdeh1 mülkiyyət hüququnun pozulması və əmlak üzərində tam hüquqlarını həyata keçirməsinə xələl gətirməsi ilə nəticələ bilər.

73. Apellyasiya məhkəməsi onu da vurğulayıb ki, tərəflərin birgə nikahdan olan Murad və Adel adlı uşaqları qüvvədə olan məhkəmə qətnaməsi ilə anaları – İddiaçı1 himayəsində saxlanılmışlar, buna görə də, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə əsasən, uşaqlar mübahisəli mənzilə münasibətdə istifadə hüququna malik deyillər. Lakin uşaqların atası kimi Cavabdeh1 Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri qaydasında öz övladlarını mübahisəli mənzilə köçürmək ixtiyarına malikdir. Qanunvericiliyin mənasına görə isə bu ixtiyar atanın vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulmuşdur.

74. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 213.2, 228. 1, 228.2, 228.5, köhnə Mənzil Məcəlləsinin 53, 54, yeni Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3-cü maddələrinə istinad edib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

75. İddiaçı Əliyeva (Arzumanova) Jalə Əlövsət qızı kassasiya şikayəti verib, qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

76. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya məhkəməsinin qətnaməsi tamamilə əsassızdır işin faktiki hallarına və iş materiallarındakı sübutlara əsaslanmamışdır. Cavabdeh ailənin və uşaqların gələcək taleyinin təminatı olan gəlir mənbələrini, evi, avtomobili satıb, pulunu xərcləçmiş, ailəni ehtiyac girdabına salmışdır. Yəni əmlakı ailənin mənafeyinə zidd, başqa qadınlara xərcləyərək dağıtmışdır.

77. Belə olduğu təqdirdə birgə nikah dövründə əldə edilmiş əmlakın 1/2 hissədə bərabər paylara bölünməsi qanunsuz və ədalətsizdir.

78. Apellyaisya instansiyası birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Naxçıvanski küçəsi, 81 saylı binanın 340 saylı mənzilinin və “MAZDA- CX9” markalı avtomobilin qiymətinə dair apellyasiya şikayətinin dəlillərinə də qiymət verməmiş, bunun əksinə hər iki əmlakın satış dəyərini birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edilmiş məbləğlərini cəmləyərək, həmin məbləğdən 34000 manat xərc pulu çıxmışdır ki, guya ailənin saxlanması üçün 17 ay ərzində 34000 manat pul xərclənib.

79. Mütəxəssis rəyi ilə mənzil 78000 manat, avtomobil isə 33 000 manat qiymətində dəyərləndirilmişdir. Ancaq birinci instansiya məhkəməsi mütəxəssis rəyini mənzilə münasibətdə kənara ataraq, mənzilin qiymətini 75000 manat, avtomobilin qiymətini isə mütəxəssis rəyinə uyğğun olaraq 33000 manat məbləğində müəyyən etmiş, apellyasiya məhkəməsi də bu ayrı seçkiliyə hüquqi qiymət verməmişdir.

80. Apellyasiya məhkəməsi heç bir mötəbər sübut və dəlilə istinad etmədən belə qənaətə gəlmişdir ki, guya ailənin bir aylıq məsrəfi orta hesabla 2000 manat məbləğ təşkil etmiş və 17 ay ərzində 34000 manat ailəyə xərclənmişdir və həmin məbləği mənzilin və avtomobilin satışından əldə olunan pul məbləğlərinin cəmindən çıxmışdır. Bu da tamamilə qanunsuz və obyektivlikdən kənardır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

81. Kassasiya şikayətinə qarşı tə rəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

82. Məhkəmə kollegiyasının iclasında iddiaçı Əliyeva (Arzumanova) Jalə Əlövsət qızı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

83. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili X9 oğlu kassasiya şikayətini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şə rtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisini n ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mənzil Məcəlləsi (1982-ci il) Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarəd ar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi ücün ailə üzvlərinin r azılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Mənzil Məcəlləsi (2009-cu il) Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bifərlər. Maddə 30.2.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçi nin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Maddə

331. Ər-arvadın ümumi əmlak üzərində sahibli k, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2 Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı “Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2008-cİ il tarixli, “N.Cəbrayılovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 02.12. 2010-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli Qərarları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məs ələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn sin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

84. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

85. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi

86. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

87. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

88. Tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğundur.

89. İddiaçının mənzildə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və əmlak tələbi ilə bağlı apellyasiya məhkəməsinin dəyərləndirməsini məhkəmə kollegiyası işin müəyyən edil miş halları baxımından tətbiq edilən qanunverciliyə uyğun hesab edir

90. Kollegiya həmin hissə ilə bağlı apellyasiya məhkəməsinin dəyərləndirməsini (hazırki qərarın 53-70-ci bəndləri) işin müəyyən edilmiş hallarına uyğun olaraq əsaslı hesab edir və əlavə izaha zərurət duymur.

91. Əmlakda payların iddiaçının xeyrinə qeyri-bərabər bölünməsi ilə bağlı apelyasiya məhkəməsi qeyd edib ki, qanunvericilikdə ər-arvad arasında onların ümumi əmlakı bölünərkən hər birinin bərabər pay alması prinsipi nəzərdə tutulmuşdur. Lakin ayrı- ayrı hallarda məhkəmə bu ümumi prinsipdən kənara çıxaraq payların bölgüsü zamanı tərəflərdən birinin payını başqasının hesabına azaldıb-çoxalda bilər. Bunun üçün yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, ərin və ya arvadın diqqətəlayiq mənafeyi, eləcə də ər-arvadın bi ri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar olmalıdır. Bu üç əsas şərtlər hər biri ayrılıqda ərarvadın ümumi əmlakının qeyri-bərabər bölünməsi üçün əsas rol oynayır. Hazırkı işdə isə qeyd olunan halların heç biri apelyasiya məhkəməsi tərəfindən müəyyən edilməyib.

92. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddiaçının həmin hissədə tələbinin hüquqi əsası kimi istinad etdiyi Ailə Məcəlləsinin 37.2-ci maddəsi birgə mülkiyyətin bölünməsi zamanı yetkinlik yaşına çatmayan uşaqların mənafeyinin nəzərə alınmaqla payların qeyri-bərabər bölünməsini imperativ norma kimi nəzərdə tutmamışdır. Yalnız yanında yetkinlik yaşına çatmayan uşağın yaşaması faktına istinadən əmlakın qeyri-bərabər bölünməsi tələbi təmin edilə bilməz. Bunun üçün qanunda nəzərdə tutulmuş əsaslar olmalıdır, yəni ər-arvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etməməsi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etməsi halı müəyyən edilməlidir. Qeyd edildiyi kimi həmin hallar müəyyən edilməyib.

93. Mütəxəssis rəyi ilə mənzilin 78000 manat qiymətləndirilməsinə baxmayaraq, mənzilin qiymətini 75000 manat müəyyən edilməsinin düzgün olmaması ilə bağlı dəlilə gəldikdə, kollegiya qeyd edir ki, iddiaçı tələbində mənzilin qiymətinin məhz 75000 manat olmasını və həmin məbləğin 2/3 hissəsinin cavabdehdən tutulmasını xahiş etmişdir. Qanunun da tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

94. Həmçinin o da nəzərə alınmalıdır ki, Cavabdeh1 mənzilin 63.000 manata satılmasını bildirsə də, apellyasiya məhkəməsi həmin məbləği də əsas götürməmiş, mənzilin dəyərini qiymətləndirmə barədə mütəxəssisin rəyini nəzərə almaqla və iddia tələbi həddində müəyyən etmişdir.

95. Məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində apellyasiya məhkəməsini dəyərləndirməsini əsaslı hesab edir və hazırki qərarın 71-73-cü bəndlərində qeyd edilənləri bir daha təkrar etməyə lüzum görmür.

96. Kollegiya qeyd edir ki, kassasiya şikayətinin digər dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmır.

97. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı1 ka ssasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

98. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Əliyeva (Arzumanova) Jalə Əlövsət qızınaın kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyul 2020-ci il tarixli 2(103)3541/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar