Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-510/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Yaşayış sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və X4 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1360/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları DƏDRX-nin 16 saylı ərazı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən, Göyçay şəhəri Şəhriyar küçəsi ev 8, 33 saylı mənzil İddiaçı xüsusi mülkiyyəti kimi 16.07.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 həmin mənzildə qeydiyyatdadırlar və orada yaşayırlar. İddiaçı 15.10.2014-cü il tarixdə cavabdehlərə qeyd edilən mənzilə qeydiyyata düşmələri ilə bağlı notarial qaydada ərizə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X2 Göyçay şəhəri Şəhriyar küçəsi ev 8, 33 saylı mənzildən çıxarılması və cavabdehlərin Göyçay şəhəri Şəhriyar küçəsi ev 8, 33 saylı mənzildə istifadə hüququ olmaya n şəxslər hesab edilməsinə və yaşayış sahəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırmışdır ki, həmin ev 1986-cı ildə ona verilmişdir. Daha sonra cavabdeh qardaşı Cavabdeh2 onun razılığı ilə həmin evə qeydiyyata düşmüşdür. Sonradan “Elektron notariat” X1 çıxarış aldıqda məlum olmuşdur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X5 mənzildə qeydiyyatdadırlar. Cavabdehlər ona həmin evdə yaşamağa və istifadə etməyə imkan vermirlər. Hesab edir ki, cavabdehlər həmin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməli və yaşayış sahəsindən çıxarılmalıdırlar. İş üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi vəkil Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, cavabdehlər həmin mənzildə 1986-cı il tarixdən yaşayırlar. E vin komunal xərcləri və təmiri cavabdehlər tərəfindən ödənilir, bundan başqa iddiaçı notarial qaydada verdiyi ərizə ilə cavabdehlərə həmin mənzildə qeydiyyata düşmələrinə etiraz etməmişdir. Buna görə də iddia rədd edilməlidir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 23 aprel 2021-ci il tаrixli, 2(046)-214/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Şəhriyar küçəsi ev 8, 33 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakları ilə birlikdə çıxarılması və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər əmlakı ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan mənzildən heç bir hüquqi əsas olmadan istifadə etməklə həmin mənzildə yaşayara q iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırırlar. Ona görə də, iddiaçı ona məxsus olan mənzildən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ yaranmadığından, iddiaçı cavabdehlərin həmin mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsini tələb etməkdə haqlı deyildir. Buna görə də iddia bu hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, 71-ci maddələri, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi ilə əsaslandırmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Ayaz Mahmudov) 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Şəhriyar küçəsi ev 8, 33 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakları ilə birlikdə çıxarılmasına dair hissədə ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdr ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsinə münasibətdə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarının təfsirində səhvə yol vermişd ir. Belə ki, məhkəmə müəyyən etmişdir ki, cavabdehlər mübahisəli mənzildə 1986-cı il tarixdən yaşayırlar. Yəni cavabdehlər dövlət mənzil fonduna aid olan mübahisəli mənzilin icarədarı olan iddiaçı tərəfindən sözügedən mənzilə köçürülmüş, digər ailə üzvləri isə buna etiraz etməmişlər. 1986-cı ildən hazırki dövrə qədər cavabehlər mübahisəli mənzildə iddiaçı ilə birgə təsərrüfat apararaq mənzil qanunvericiliyində nəzərdə tutulmuş digər şəxs kimi icarədarın ailə üzvü statusuna malik olmuş və həmin vaxtdan da mübahisəli mənzildən istifadə hüququ əldə etmişlər. Məhkəmə hesab etmişdir ki, cavabdehlər qanuni əsaslarla mübahisəli mənzildə yaşamaqla, istifadə hüququ əldə etmişlər. Belə olan halda, cavabdehlərın kompensasiya ödənilmədən həmin mənzildən çıxarılması qanuni və əsaslı hesab edilə bilməz. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Hər iki məhkəmə qətnaməsi ilə hüquqi məsələlər tam araşdırılmamış, onun mənzili özəlləşdirməyinə dair iş materiallarında sübutlar əlavə edilməmiş və məhkəmələrdən DƏDRX 16 saylı Ucar Ərazi İdarəsindən sənədlərin tələb olunmasını və həmin sübutlar tələb edilib iş materiallarına əlavə edilməsini xahiş etsə də, vəsatəti təmin edilməmişdir. Belə ki, o, həmin mənzili 11 avqust 199 7-ci il tarixdə özəlləşdirmişdir. Cavabdehlərin ona məxsus mənzilə hansı əsasla qeydiyyata düşmələri araşdırılmamış, polisdən və notariusdan müvafiq sənədlər tələb edilib gətirilməmişdir. Qardaşı Ağaələsgərin ona məxsus mənzilə qeydiyyata düşməsinə notarial qaydada razılıq verərkən, ərizədə təkcə onun qeydiyyatına icazə vermiş, onun digər ailə üzvlərinə deyil. Amma, ona bəlli olmayan səbəblərdən mülkiyyət hüquqlarının ziddinə olaraq, onun ailə üzvləri də həmin mənzilə qeydə alınmışlar. Bu fakt məhkəmələr tərəfindən araşdırılmamışdır Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: (2009-cu ilədək qüvvədə olan) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlar a malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini) uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyə nləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olmaları işin mübahisələndirilməyən halıdır. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehlərin həmin mənzildə qrydiyyatda olmalarını, uzun müddət iddiaçı ilə birgə yaşayaraq təsərrüfat aparmalarını əsas götürərək onların mübahisəli mənzilə istifadə hüquqlarının olması qənaətinə gəlmişdir. Cavabdeh lərin həmin mənzilə hansı qaydada qeydiyyat düşmələri artıq hazırki mübahisənin predmeti deyildir. İddiaçı bunun üçün müvafiq əsaslar olacağı tədirdə cavabdehlərin mənzilə qeydiyyatını mübahisələndirə bilər. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1360/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-510/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-510/2022
24.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver