Məhkəmə qərarları › İş №2(102)-510/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-510/2023

07.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-510/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh X26 və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X5 İttifaqı Komitəsinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa edilmə və işə bərpa olunan tarixə qədər aylar üzrə əmək haqqının hesablanıb tam ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvə kgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh X26 və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X5 İttifaqı Komitəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti cəlb olunmaqla) qarşı işə bərpa edilmə və işə bərpa olunan tarixə qədər aylar üzrə əmək haqqının hesablanıb tam ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5005/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 7 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Humanitar Kollecinin xx.xx.2019-cu il tarixli əmri ilə xx.xx.2019-cu il tarixdən “Musiqi nəzəriyyəsi və solo ifaçılığı” fənn birləşməsinə 500 saat dərs yükü ilə müəllim təyin edilmişdir. Onun əmək müqaviləsi müddətsiz bağlanmış və əmək haqqı 360 manat müəyyən edilmişdir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X30 statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir və Nərmin Qaralova 18 dekabr 2020-ci il tarixdə Humanitar Kollecə direktor təyin edilmişdir.

3. Bundan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevral 2021-ci il tarixli əmrinə əsasən Human itar Kollecdə 01 yanvar 2019 - 01 yanvar 2021-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyəti təhsil nazirliyinin əməkdaşları tərəfindən yoxlanılmışdır. Bununla bağlı 16 mart 2021-ci il tarixdə Arayış tərtib edilmişdir. Həmin yoxlamanın nəticəsi olaraq Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya müraciət ünvanlanmışdır

4. Həmin məktubda göstərilmişdir ki, araşdırma zamanı kollecdə kadrların işə qəbulu və yerdəyişməsi, dərs-məşğələ jurnallarının tərtibi, imtahan nəticələrinin rəsmiləşdirilməsi, kredit sistemi ilə tədrisin təşkili, dərs bölgülərinin aparılması, təcrübənin təşkili, əsas vəsaitlərin uçotu və qorunub saxlanılması, ştatların komplektl əşdirilməsi istiqamətlərində bir çox sayda nöqsan və pozuntuların olduğu müəyyən edilmişdir və göstərilənləri nəzərə alaraq, nöqsanlara yol vermiş və səbəbkar olmuş şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi, əsassız ödənilmiş əmək haqlarının günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilməsi, tədrisin qanunvericiliyin tələblərinə uyğun təşkili, ştatların düzgün komplektləşdirilməsi və kollecin səlahiyyətləri daxilində digər nöqsanların aradan qaldırılması və bu kimi pozuntuların gələcəkdə təkrarlanmaması üçün zəruri addımların atılması, görülmüş tədbirlərin nəticələri barədə 1 ay ərzində Təhsil Nazirliyinə məlumat verilməsi və.s tapşırılmışdır.

5. Qeyd edilən arayışda isə aşkar edilən nöqsanlardan biri kimi o da qeyd edilmişdir ki, 2019-cu ilin sentyabr ayı ərzində Kollecin rəhbərliyi tərəfindən öz vəzifə səlahiyyətlərini aşaraq 47 müəllimin daimi olaraq işə qəbul edilməsi olmuşdur. Həmin qanunsuz işə qəbul edilmiş şəxslər sırasında İddiaçı da adı qeyd edilmişdir.

6. Cavabdeh 30 iyul 2021-ci il tarixdə isə X8 Həmkarlar İttifaqı Komitəsinə müraciət edərək, Bakı Humanitar Kollecinin yenidən təşkil edilməsi ilə bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə işçilərinin sayının və ya ştatların ixtisar edilməsi ilə bağlı yaranmış zərurətə görə təqdim edilmiş siyahı üzrə işçilərinin sayının və ya ştatların ixtisar edilməsi məsələsinə baxılmasını xahiş etmişdir.

7. Həmin müraciətə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində X11 İttifaqı Komitəsi tərəfindən 10 sentyabr 2021-ci il tarixdə cavab ve rilmişdir. Cavab məktubunda siyahıda göstərilmiş 16 nəfərin ixtisarına etiraz edilmiş, 75 nəfərin ixtisarına etiraz edilməmişdir, o cümlədən İddiaçı ixtisarına etiraz edilməmişdir.

8. Bundan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində Humanitar Kollecin 14 sentyabr 2021-ci il tarixli, 177 saylı əmrinə əsasən, Bakı Humanitar Kollecinin yenidən təşkil edilməsi ilə bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə işçilərinin sayının və ya ştatların ixtisar edilməsi ilə bağlı yaranmış zərurətə görə əmrə əlavə edilən siyahıda göstərilən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi əmr edilmişdir. 9. 01 noyabr 2021-ci il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nəzdində Humanitar Kollecin 303 saylı əmrinə əsas ən, Kollecin Musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsinin müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 01 noyabr 2021-ci il tarixindən xitam verilmişdir. Əmrdə verilmə əsası kimi İşçilərin sayının və ştatlarının ixtisar edilməsi barədə 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri və Həmkarlar İttifaqı Komitəsinin 05 nömrəli, 10 sentyabr 2021-ci il tarixli məktubu (29 №-li protokoldan çıxarış) göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin direktoru Nərmin Qa ralova tərəfindən verilmiş 303 saylı, xx.xx.2021-ci il tarixli əmrin etibarsızlığı, X6 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində işə bərpa edilməsi və işə bərpa olunan tarixə qədər ala bilmədiyi aylar üzrə əmək haqqının hesablanıb tam ödənilməsi və ödədiyi 100 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra iddiaçı iddia tələbini artıraraq, əmək müqaviləsinə xitam verilməsinə dair X5 İttifaqı Komitəsinə ünvanladığı 30 iyul 2021-ci il tarixli, 58A/2-12 saylı məktubun etibarsız hesab edilməsi, Həmkarlar İttifaqı Komitəsinin Humanitar Kollecə ünvanladığı 10 sentyabr 2021-ci il tarixli, 05 saylı (29 saylı protokoldan çıxarış) məktubun etibarsız hesab edilməsi, onunla əmək müqaviləsinə xit am verilməsinə dair Humanitar Kollecin direktoru Nərmin Qaralovanın imzaladığı 01 noyabr 2021-ci il tarixli 303 nömrəli əmrin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində 105 saylı əmrlə "Bakı Humanitar Kolleci"ndə müəllim vəzifəsinə təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əmri ilə Bakı Humanitar kolleci, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci adlandırılmışdır. Qeyd edilən ildən, hal-hazırkı tarixə qədər əmək fəaliyyətində heç bir qüsura, davamiyyətində nöqsanlara yol verməmişdir. 2020-ci ilin sonlarında k ollecə direktor təyin olunan Nərmin Qaralova adlı şəxs təyin olunduqdan az bir vaxt sonra yeni direktor "idarəçiliyin optimallaşdırılması, yüksək nailiyyətlərin əldə olunması" adı altında qanunsuz qəbul edilmiş hesab olunan müəllimləri “ştatların və ya işçilərin ixtisarı" adı altında işlərindən kənarlaşdırmağa, hətta onların yerinə başqa yerdən yeni kadrlar gətirməyə başlamışdır. O səbəbdən, 2019-cu ildə işə qanunsuz qəbul edilmiş müəllim kimi “ixtisar" adı altında onun bağlanmış əmək müqaviləsinə Humanitar Kollec üzrə verilmiş 303 saylı əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildiyi üçün) xitam verilmişdir. Yeni direktor Nərminə Qaralova təyin edildikdən sonra 67 müəllimi işdən azad edəcək hədəsi ilə müqavilələrinin müddətli formada restrukzasiyasını tələb etmişdir. X3 bildirmişdir ki, müddətsiz əmək müqaviləsini müddətliyə çevirsələr (1 illik) onu işdən çıxarmayacaq ǝks təqdirdə pozuntu ilə çıxaracaq. Təbii ki bununla razılaşmamışdır. Özü valideyini ilə qalır, himayəsində, ailəsində fiziki imkanları olmayan 1-ci qrup əlil bacısı var. Atası və o işləyərək ailəni dolandırırlar.4 ildir əmək fəaliyyəti ilə məşğuldur. Lakin ona ştatın ixtisarı barədə bildiriş/rəsmi xəbərdarlıq edilməmişdir. xx.xx.2021-ci il tarixində Əmək müfəttişliyinə edilmiş şikayəti ilə bağlı qaynar xəttə şikayətinin nəticəsini öyrənmək üçün müraciət edən zaman artıq əmək fəaliyyətinə xitam verildiyini öyrənmişdir. Yuxarıda qeyd edilənlərlə yanaşı Əmək məcəlləsinin 79-cu maddəsinə öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin Əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Həmçinin Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər sırasında işçinin "məcburi köçkün onlara bərabər tutulan Şəxs va qaçqın statusu olan şəxslərə" aid edilib ki, 1988-ci il Qərbi Azərbaycandan (indiki Ermənistan Respublikasından) didərgin düşən şəxslərdəndir. Təqdim edilmiş sənədlərdən görünür ki, onun işdən çıxarılmağının (əmək müqaviləsinə xitam verilməsinə) əsaslarından biri X5 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixli 05 saylı razılıq məktubu olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əs aslarını müəyyən edir. Həmin maddənin b) bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Lakin, qanunvericilik bu zaman əmək müqaviləsinin sadə xitamını yox, işəgötürənin üzərinə Əmək Məcəlləsi ilə qoyulmuş müəyyən tələblərin yerinə yetirilməsindən sonra əmək müqaviləsinə xitam verilməyin mümkünlüyünü nəzərdə tutur. Tələblərə dair qeyd etdiyi hüquqi əsaslar Əmək Məcəlləsinin 71-ci maddəsində də əksini tapmışdır. Belə ki, həmin maddənin 1-ci bəndi tələb edir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Görüləcə k tədbirlər sırasında Əmək Məcəlləsinin 78-ci maddəsinə görə, peşəkarlıq səviyyəsinin müəyyən edilməsi və daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmasıdır. Bundan əlavə Əmək Məcəlləsinin 80-ci maddəsinin 1) və 2) bəndlərinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin b)bəndi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının razılığı işəgötürənin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatı və təqdimata müvafiq əsaslandırma sənədlərinin əlavə ediməsi nəticəsində verilir. Qanunvericilik tələb edir ki, hər işçi barədə ayrıca Təqdimat verilməl idir və həmin təqdimata əsaslandırıcı sənədlər ǝlavə edilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X11 İttifaqı Komitəsinə əsaslandırılmış, bu əsasları təsdiq edən sənədlərlə birlikdə Təqdimat vermək əvəzinə,qanunun tələblərinə zidd olaraq, ixtisar olunması planlaşdırılmış 91 nəfər işçinin 30 iyul 2021-ci il tarixli bir siyahıda adsoyadını Həmkarlar İttifaqı Komitəsinə təqdim etmişdir.X9 Komitəsi heç bir araşdırma aparmadan onunla əmək müqaviləsinə xitam verilməsinə formal razılığını vermiş, o da qanunun tələblərini pozmuşdur. Bundan əlavə, işəgötürən əmək müqaviləsinə xitam verilməsinin əsasını təsdiq və sübut edən sənədləri tədimata əlavə etməlidir. Təqdimat bu tələblərə uyğun olmadığı halda həmkarlar ittifaqı tərəfind ən geri qaytarılmalıdır. Uyğundursa, baxılması üçün təşkilatın müvafiq kollegial orqanına çıxarılır. Həmkarlar ittifaqı təşkilatının müvafiq kollegial orqanınin iclası o vaxt slahiyyətli hesab olunur ki, onun tərkibinə seçilmiş üzvlərinin iclasda iştirakı Nizamnamədə göstərilmiş yetərsay normalarına uyğun olsun. İclasın yetərsay normalarına əməl etmədən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" və ya "ç" bəndləri ilə xitam verilməsi üçün qəbul etdiyi hər hansı qərar etibarsızdır. Təqdimat verilmədiyindən və verilməli olan təqdimata sənədlər-sübutlar əlavə edilmədiyindən, iclas keçirilməmiş, Qanunun və Təlimatın tələblərinə uyğun qərar qəbul edilməmiş, əsaslandırma aparılmadan formal xarakterli "razılıq" verilmişdir ki, bu razılıq da əmək müqaviləsinə xitam verilməsinə əsas o la bilməzdi. Bir sözlə, onunla əmək müqaviləsinə xitam verilməsi direktor Nərmin Qaralovanın şəxsi təşəbbüsü əsasında baş vermiş, bu zaman Əmək Məcəlləsinin və ixtisarla bağlı işə baxan Həmkarlar İttifaqı Komitəsinin rəhbər tutacağı Təlimatın tələbləri pozulmuşdur. İşin bu halları isə X5 İttifaqı Komitəsinə ünvanladığı 30 iyul 2021-ci il tarixli 58A/02-12 nömrəli məktubunun və həmin məktuba Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli 05 saylı cavab məktubunun ona aid hissədə etibarsızlığına dəlalət edir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1103/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Əli Rüstəmli) iddia qismən təmin edilərək, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdehn xx.xx.2021- ci il tarixli, 303 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdehndə “Musiqi nəzəriyyəsi və dirijorluq” fənn birləşməsi üzrə müəllim vəzifəsinə bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işəgötürən işçi ilə olan əmək münasibətlərinə faktiki olaraq işçilərin sayının azaldılması əsası ilə xitam vermişdir. Belə ki, işçinin əvvəlki vəzifəsi, yəni musiqi nəzəriyyəsi və dirijorluq fənn birləşməsi üzrə müəllim ştatı ixtisar olunmamışdır, hal-hazırda da həmin fənn üzrə tədris keçirilməkdədir. Buradan o qənaət formalaşır ki, iddiaçının əmək müqaviləsinə mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatlarının ixtisa rı əsası ilə xitam verilməsi ümumi olaraq göstərilsə də, faktiki olaraq işçinin sayının azaldılmasına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin işin müəyyən edilən hallarından göründüyü kimi əmək müqaviləsinə xitam verilərkən prosedur qaydalara əməl edilsə də, iddiaçının əmək müqaviləsinə əmrdə göstərilən əsasla xitam verilməsinə zərurət olmamışdır. Halbuki əmək qanunvericiliyi tələb edir ki, işçilərin sayının azaldılması və ya ştatlarının ixtisarı zərurəti əvvəla real olmalıdır. Çünki bu tədbirin məqsədi müəssisədə idarəetməni təkmilləşdirmək, işin həcminin azaldılması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və. sairdir. Buna baxmayaraq işəgötürən özü də etiraf etdiyi kimi Təhsil Nazirliyinin arayışına istinad edərək, ixtisarın zəruriliyini əsaslandırmadan əmək müqaviləsinə xitam vermişdir. Hansı ki, işin hallarından da görünür ki, iddiaçının tədris elədiyi fənn birləşməsi üzrə işçilərin sayının azaldılmasına ehtiyac olmamış, işçi ilə əmək münasibətlərinə xitam verildikdən sonra eyni ştat vahidi digər işçilərin dərs yükündən toplanılmaqla yenidən formalaşdırılmışdır. Bundan başqa işçiyə həmin vəzifənin müddətli əmək müqaviləsi ilə yenidən təklif edilməsi dərs yükünün azalması ilə bağlı ixtisarın formallığını bir daha təsdiq edir. Eyni zamanda işəgötürənin Təhsil Nazirliyinin arayışında qeyd edilən “qanunsuz işə götürmə” barədə mücərrəd təsbitinə istinad edərək işçini ixtisar etməsi, işçinin konstitusion hüquq olan əmək hüququnu pozmuşdur. Halbuki əmrin qanuniliyi(vəzifə səlahiyyətlərini pozaraq müddətli bağlanıl malı olduğu halda müddətsiz bağlama) barədə yaranmış fikir ayrılığı fərdi əmək mübahisəsidir və bu mübahisənin həlli qaydası Əmək Məcəlləsində tənzimlənmişdir.(294-cü maddə). Buradan o nəticə doğur ki, Təhsil Nazirliyinin müvafiq arayışında göstərilən iddiaçı ilə əmək müqaviləsinin müddətsiz bağlanmış olmasının qanunsuz hesab edilməsi ilə bağlı qənaəti işəgötürəni onunla müddətli əmək müqaviləsi bağlamayan işçiləri ixtisar etməyə vadar etmişdir. Nəticə etibarı ilə ixtisarın real olmadığı aydındır və ixtisarın əsl məqsədi qanunsuz olduğu ehtimal edilən işçi ilə bağlanmış müddətsiz əmək müqaviləsi üzrə yaranan münasibətlərə bu formada xitam vermək olmuşdur.

15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1, 70, 71, 78, 80-ci, maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.3-cü və 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollec" X30 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 1103/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə yalnız iddianın təmin olunması istiqamətində əsaslandırma aparmışdır Cavabdehin təqdim etdiyi sübutları təhrif etmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. Üçüncü şəxs qismində işə cəlb olunmuş Azər baycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin mövqeyini qətnamədə yalnız qeyd etmiş, həmin mövqe ilə bağlı hüquqi əsaslandırma aparmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 İyul 2020-ci il tarixli 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X30 statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilib. Qeyd olunan qərarın icrası barədə Azərbaycan Respublikası Təhsil Naziri 04 Avqust 2020-ci il tarixli F-355 saylı əmr imzalamışdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 05 İyul 2021-ci il tarixli 38/1-12 saylı məktubu ilə kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv nəaliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından opti mal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi və uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə yeni ştat cədvəli təqdim edilərək təşkil olunan ştat cədvəlinə münasibət göstərilməyi vurğulanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 İyul 2021-ci il tarixli 04-26-718/15 saylı məktubuna əsasən həmin ştat cədvəli təsdiq edilməsinə etiraz edilməmişdir. Göstərilən struktur dəyişikliyi ilə əlaqədar normadan artıq və eyni zamanda müasir tələblərə cavab verməyən ştat vahidlərini tənzimləmək məqsədilə işçilərin sayı və ya ştatların ixtisar edilməsi, aşkar edilən bir çox sayda nöqsan və pozuntuların aradan qaldırılması istiqamətində işlərin yerinə yetirilməsinə başlamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevr al 2021-ci il tarixli, F-65 nömrəli Əmrinə əsasən, Audit şöbəsinin şöbə müdiri müavini (Audit sektorunun sektor müdiri) X4, həmin şöbənin böyük məsləhətçisi X1, məsləhətçisi X17 tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə (Bakı Humanitar Kollec) 01 yanvar 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixədək olan dövr üzrə maliyyə-fəaliyyəti araşdırılmış və 16 mart 2021-ci il tarixli ARAYİŞ tərtib edilmişdir. Sözügedən Arayışda qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2010-cu il tarixli 215 nömrəli Qərarına əsasən orta ixtisas təhsil müəssisələrində müəllim və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü 500 saatdan az olmamaqla (nəzəri, laborator və praktiki məşğələlərə, musiqi, mədəniyyət, incəsə nət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 80%-dən az olmamaqla) müəyyən olmuşdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2019-2020-ci tədris ilində dərs yükünün hesablanması barədə əmrdə dərs yükü 250-500 saat aralığında olan müəllimlərin sayı 147 nəfər, 500-dən 600 saata qədər dərs yükü olan müəllimlərin sayı 118 nəfər və 600-800 saat dərs yükü olan müəllimlərin sayı isə 21 nəfər olmuşdur. Kollecdə fəaliyyət göstərən 286 müəllimdən 147- nin dərs yükünün 250-500 olmasının əsas səbəbi, yuxarıda göstərilən Qərarın tələblərinə zidd olaraq 2019-cu ilin sentyabr ayı ərzində Kollecin rəhbərliyi tərəfindən öz vəzifə səlahiyyətlərini aşaraq 47 müəllimin daimi işə qəbul edilməsi (o cümlədən 10 müəllim işdən çıxanların yerinə) olmuşdur. Eyni zamanda norm ativ sənədlərin tələbləri pozularaq 19 nəfər orta ixtisas təhsilli müəllimin kollecdə dərs deməsi nöqsan kimi qeyd edilmişdir. Bununla da yuxarı orqan tərəfindən bir tədris ili üçün müddətli əmək müqaviləsi bağlanılmasına razılıq verilmiş işçilərlə (47 nəfər işçi) əmək müqavilələri müddətsiz bağlanıldığından həmin işçilərin əmək müqavilələrinə müddətin bitməsi əsası ilə (AR ƏM-nin 68.2.b. və ya 73.1 maddəsi ilə) xitam verilməsi mümkün olmamışdır. Kollecdə aparılmış araşdırma nəticəsində xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Arayışda əks etdirilən nöqsanların aradan qaldırılması, eləcədə təsdiq edilmiş yeni Ştat cədvəlinə əsasən ləğv edilmiş və ya ixtisar edilmiş vəzifə və peşələri tutan işçilərin ixtisarı zərurəti yaranmışdır. İxtisar edilən işçilərin, yeni ştat cədvəli üzrə peşə və ixti saslarına uyğun olan vəzifə və peşələr təklif edilməsi nəzərdə tutulmuşdur və işçilərin razılığı olduğu halda həmin vəzifə və peşələrə işə qəbul təmin edilmişdir. Belə ki, qeyd edilənləri nəzərə alaraq işçilərin sayının və ştatların ixtisar edilməsi barədə 177 nömrəli 14 sentyabr 2021-ci il tarixli əmrə əsasən əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (ƏM-nin 78 və 79-cu maddələrinin tələbləri nəzərə alınmaqla) xəbərdarlıq edilməklə, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməklə ixtisara düşən müəllimlərin ixtisasları, əmək fəaliyyəti nəzərə alınmaqla yerləşdirilmişdir. Məhkəmə qətnamədə iddiaçının əmək müqaviləsinə əmrdə göstərilən əsasla xitam verilməsinə zərurət olmadığını göstərsə də, tərəflərindən müvafiq sübutlar (yuxarıda adı qeyd olunmuş arayış, təsisçi olan Təhsil Nazirliyinə yazılmış məktublar və s.) təqdim edilmiş və həmin zərurət göstərilmişdir. Məhkəmənin lazımsız saydığı zərurət yuxarıdakı abzasda ətraflı şəkildə qeyd olunub. Bundan başqa məhkəmə qeyd edib ki, əmək qanunvericiliyi tələb edir ki, işçilərin sayının azaldılması və ya ştatlarının ixtisarı zərurəti əvvəla real olmalıdır. Çünki bu tədbirin məqsədi müəssisədə idaretməni təkmilləşdirmək, işin həcminin azaldılması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və.s-dir. Lakin məhkəmə nəzərə almayıb ki, Təhsil Nazirliyinin arayışında və ondan sonra göndərilmiş məktubda özünün qətnamədə qeyd etdiyi laki n qiymət vermədiyi bütün reallıqlar artıqlaması ilə vardır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5005/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev, Rafael Eyvazov) apellyasiya şikayəti təmin olaraq, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1103/2022 saylı, 22 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin olunmalıdır.

20. Məhkəmə kollegiyası işin hallarına istinad edərək öz mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı attestasiya keçirilmədən işdən çıx arılmasını, onun ixtisası üzrə yeni müəllimin işə götürülməsini və ştatın ləğv edilməsini əsassız və direktorun qərəzli olması ilə əlaqələndirib. İddiaçı göstərilən arqumenti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.3-cü maddəsinə istinad etməklə əsaslandırıb. Əmək Məcəlləsinin 64-cü maddəsinin 2-ci bəndində qeyd edilib ki, işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Azərbayc an Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə əlaqəli olmuşdur. Daha sonra iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinin tələblərinin cavabdeh tərəfindən pozulduğunu və bunu 4 illik əmək fəaliyyəti ilə məşğul olduğu üçün ona heç bir rəsmi xəbərdarlıq edilmədiyi ilə əlaqələndirmişdir. İddiaçınin cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblerinin pozulması ilə əlaqədar arqumenti ilə bağlı qeyd edilməlidir ki, 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu, 24 sentyabr 2021-ci il tarixdə göndərilmişdir. Həmin tarixdə kollecin ixtisarin həyata keçirilməsinə nəzarət komissiyasının üzvləri (tədris işləri üzrə direktor müavini X12, inzibati-təsərrüfat işləri üzrə direktor müavini X13, baş mühasib X7, hüquqşünas X2 və İnsan resursları və informasiya şöbəsinin müdiri X20) tərəfindən kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilmişdir. Müəllimlərə ixtisarlarla bağlı xəbərdarlıq edilmiş və xəbərdarlıq bildirişləri rəsmi qaydada teqdim edilmişdir. İddiaçı qeyd edir ki, ailəsində fiziki imkanları olmayan 1-ci qrup əlil bacısı vardır və bununla da, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozulmuşdur. Lakin ailədə fiziki imkanları olmayan 1-ci qrup ailə üzvünün olması Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə aiddir. Həmin maddənin mənasına görə sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya dərəcə əlilliyi olan şəxs ilk növbədə ailə üzvü olmalı daha sonra isə öhdədə olmalıdır. Lakin iddiaçı öhdədə olma ilə bağlı heç bi r sübut təqdim etməyib. Apellyasiya baxışı zamanı iddiaçı verilən suala cavab olaraq 1-ci qrup əlil bacısının onun yox anasının himayəsində olduğunu bildirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevral 2021-ci il tarixli, F-65 nömrəli əmrinə əsasən, Audit şöbəsinin şöbə müdiri müavini (Audit sektorunun sektor müdiri) X4, həmin şöbənin böyük məsləhətçisi X1, məsləhətçisi X17 tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə ( Bakı Humanitar Kollec) 01 yanvar 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixədək olan dövr üzrə maliyyə-fəaliyyəti araşdırılmış və 16 mart 2021-ci il tarixli Arayış tərtib edilmişdir. Sözügedən Arayışda qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2010-cu il tarixli 215 n ömrəli Qərarına əsasən orta ixtisas təhsil müəssisələrində müəllim və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü 500 saatdan az olmamaqla (nəzəri, laborator va praktiki məşğələlərə, musiqi, mədəniyyət, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 80%dən az olmamaqla) müəyyən olmuşdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2019-2020-ci tədris ilində dərs yükünün hesablanması barədə əmrdə dərs yükü 250-500 saat aralığında olan müəllimlərin sayı 147 nəfər, 500-dən 600 saata qədər dərs yükü olan müəllimlərin sayı 118 nəfər və 600-800 saat dərs yükü olan müəllimlərin sayı isə 21 nəfər olmuşdur. Kollecdə fəaliyyət göstərən 286 müəllimdən 147-nin dərs yükünün 250-500 olmasının əsas səbəbi, yuxarıda göstərilən Qərarın tələblərinə zidd olar aq 2019-cu ilin sentyabr ayı ərzində Kollecin rəhbərliyi tərəfindən öz vəzifə səlahiyyətlərini aşaraq 47 müəllimin daimi işə qəbul edilməsi (o cümlədən 10 müəllim işdən çıxanların yerinə) olmuşdur. Eyni zamanda normativ sənədlərin tələbləri pozularaq 19 nəfər orta ixtisas təhsilli müəllimin kollecdə dərs deməsi nöqsan kimi qeyd edilmişdir. Bununla da yuxarı orqan tərəfindən bir tədris ili üçün müddətli əmək müqaviləsi bağlanılmasına razılıq verilmiş işçilərlə (47 nəfər işçi) əmək müqavilələri müddətsiz bağlanıldığından həmin işçilərin əmək müqavilələrinə müddətin bitməsi əsası ilə (AR ƏM-nin 68.2.b. və ya 73.1 maddəsi ilə) xitam verilməsi mümkün olmamışdır. Kollecdə aparılmış araşdırma nəticəsində xx.xx.2021-ci il tarixdə tərtib edilmiş arayışda əks etdirilən nöqsanların aradan qaldırılmas ı, eləcədə təsdiq edilmiş yeni Ştat cədvəlinə əsasən ləğv edilmiş və ya ixtisar edilmiş vəzifə və peşələri tutan işçilərin ixtisarı zərurəti yaranmışdır. İxtisar edilən işçilərin, yeni ştat cədvəli üzrə peşə və ixtisaslarına uyğun olan vəzifə və peşələr təklif edilməsi nəzərdə tutulmuşdur və işçilərin razılığı olduğu halda həmin vəzifə və peşələrə işə-qəbul təmin edilmişdir. Belə ki, qeyd edilənləri nəzərə alaraq işçilərin sayının və ştatların ixtisar edilməsi barədə 177 nömrəli 14 sentyabr 2021-ci il tarixli əmrə əsasən əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (ƏM-nin 78 və 79-cu maddələrinin tələbləri nəzərə alınmaqla) xəbərdarlıq edilməklə, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməklə ixtisara düşən müəllimlərin ixtisasları, əmək fəaliyyəti nəzərə alınmaqla yerləşdirilmişdir. Sözügedən arayışın iddiaçıya dair olan hissəsində göstərilib ki, İddiaçı 19 Sentyabr 2019-cu il tarixli 105 saylı əmrlə "Musiqi nəzəriyyəsi və solo ifaçılıq" fənn birləşməsinə 500 saat dərs yükü ilə müəllim təyin olunmuşdur. 2019-cu ilin sentyabr ayında müddətsiz əmək müqaviləsi bağlanmaqla daimi işə qəbul edilmiş 47 müəllimdən biri İddiaçı olmuşdur. Onunla bağlanmış əmək müqaviləsi müddətsiz olduğundan və o, qanunsuz şəkildə işə qəbul edildiyindən bu hal digər müəllimlərin dərs saatının azalmasına yəni balansın pozulmasına gətirib çıxarmışdır. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2010-cu il tarixli 215 nömrəli Qərarının tələblərinə riayət edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə "Orta ixtisas təhsil pilləsinin dövlət standartı subbakalavriat səviyyəsinin ixtisas üzrə təhsil" proqramı 2021-ci ildə yenidən hazırlanmış və həmin proqrama əsasən dərs yükü azaldılmışdır. İddiaçı qeyd edir ki, Azərbaycan Təhsil İşçiləri X21 Respublika Komitəsinin 19 Noyabr 2012-ci il tarixli məclisində təsdiq edilmiş "işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğv edilməsi sahəsində həmkarlar ittifaqlarının hüquq və vəzifələrinə dair" Təlimat tələbləri pozulub. Lakin nəzərə alınmalıdır ki, həmin iclasda iddiaçı iştirak etməsə belə iclas keçirilib. Belə ki, 10 Sentyabr 2021-ci il tarixdə komitə üzvlərinin və işəgötürən tərəfin iştirakı ilə komitə sədri Nigar İmanovanın sədrliyi ilə iclas keçirilmişdir. İclasda qoyulmuş məsələyə baxılmış, kollecin təqdim etdiyi sənədlər araşdırılmış və müvafiq qərar verilmişdir. İxtisar olunan tərəfin iclasda iştirak etməməsinə dair isə qeyd olunmalıdır ki, təqdim olunmuş şəxslərin sayı 91 nəfər idi. Kollec tərəfindən təqdim olunmuş sənədlər prosessi ətraflı şəkildə əhatə etdiyi üçün ixtisar olunan şəxslərin iştirakı olmadan iclasın təşkil edilməsi məqsədə müvafiq hesab edilmişdir.Bununla da, əmək qanunvericiliyi Komitə tərəfindən pozulmamışdır. Qeyd olunan bu hal işçilərin sayının azaldılması zərurətini artırmışdır.Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı və digər şəxslər əmək hüquqlarının pozulması ilə bağlı müxtəlif orqanlara müraciatlər etmişlər və həmin müraciətlərə aidiyyatı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı cavabdeh tərəfindən har hansı qanunsuz hərəkətə yol verilmədiyi müəyyən edilmişdir. İddiaçı qeyd edir ki, Azərbaycan Təhsil İşçiləri X21 Respublika Komitəsinin 19 Noyabr 2012-ci il tarixli məclisində təsdiq edilmiş "işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğv edilməsi sahəsində həmkarlar ittifaqlarının hüquq və vəzifələrinə dair" Təlimat tələbləri pozulub. Lakin nəzərə alınmalıdır ki, həmin iclasda iddiaçı iştirak etməsə belə iclas keçirilib. Belə ki, 10 Sentyabr 2021-ci il tarixdə komitə üzvlərinin və işəgötürən tərəfin iştirakı ilə komitə sədri Nigar İmanovanın sədrliyi ilə iclas keçirilmişdir.İclasda qoyulmuş məsələyə baxılmış, kollecin təqdim etdiyi sənədlər araşdırılmış və müvafiq qərar verilmişdir. İxtisar olunan tərəfin iclasda iştirak etməməsinə dair isə qeyd olunmalıdır ki, təqdim olunmuş şəxslərin sayı 91 nəfər olmuş, Kollec tərəfindən təqdim olunmuş sənədlər prosessi ətraflı şəkildə əhatə etdiyi üçün ixtisar olunan şəxslərin iştirakı olmadan iclasın təşkil edilməsi məqsədə müvafiq hesab edilmişdir.Bununla da, əmək qanunvericiliyi Komitə tərəfindən pozulmamışdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsi üçün əsasları mövcud olmuşdur, əmək qanunvericiliyi cavabdeh tərəfindən pozulmamışdır və bu səb əbdən iddiaçının iddiası təmin edilə bilməz.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci maddəsi, 70-ci maddəsinin “b” bəndi, 71-ci maddəsinin 1-ci hissəsi, 77-ci maddəsinin 1-ci hissəsi, 78-ci, 80-ci, 83-cü maddəsinin 1-ci hissəsi, 300-cü maddəsinin 1-ci hissəsinə,MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 71,78,80-ci maddələri, habelə Azərbaycan Təhsil İşçilə ri Həmkarlar İttifaqı Respublikası Komitəsinin 19 noyabr 2012-ci il tarixli Məclisində təsdiq edilmiş “İşəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsinin ləğv edilməsi sahəsində həmkarlar ittifaqlarının hüquq və vəzifələrinə dair” Təlimatın müvafiq maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinə görə, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Mənimlə bağlanılmış əmək müqaviləsi hüquqi cəhətdən işəgötürənin təşəbbüsü ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ləğv edilibdir. İşçilərin sayı və ya ştatların ixtisarı real olmalıdır. Lakin Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi real ixtisarı nəzərdə tutsa da, cavabdeh ixtisarın səbəbləri ilə Təhsil nazirliyi tərəfindən Kollecdə aparılmış audit yoxlamanın nəticələrinə dair verilmiş 16 mart 2021-ci il tarixli arayışla əsaslandırmışdır. Birinci və apellyasiya instansiyası məhkəmələrində işdən azad olunmağımın səbəbi 16 mart 2021-ci il tarixli arayışla bağlı olduğu cavabdeh tərəfindən təsdiq olunmuş, eyni zamanda əmək müqaviləsinə xitam verilməsinin real ixtisarlarla yox, keçmiş rəhbərliyin 2019- cu ildə mənimlə müddətsiz əmək müqavilsənin bağlanması səbəb kimi göstərilmişdir. Bununla belə, birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, ixtisar adı altında mənimlə əmək müqaviləsinə xitam verildikdən sonra, dərs yüküm olduğu kimi qalmış, əvəzimə Kollecin laborantı X10 və 4-cü kurs tələbəsi X18 adlı şəxslərlə müddətli əmək müqaviləsi bağlanmış və tədris etdiyim dərs yükü onlara həvalə edilmişdir. Birinci instansiya məhkəməsi ixtisar adı altında əmək müqaviləsinə xitam verilmənin real ixtisarla yox, cavabdehin təsdiq etdiyi kimi, 2019-cu ildə keçmiş rəhbərliklə bağladığım əmək müqaviləsinin müddətsiz olması səbəbindən qanunsuz hesab edilməsi ilə bağlı olduğu qənaətinə gəldiyindən iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi cəhətdən və sübutlara münasibətdə tam, hərtərəfli, obyektiv və əlaqəli şəkildə əsaslandırılmışdır. Həmin qətnaməni ləğv edən Bakı Apellyasiya məhkəməsi isə öz qətnaməsində heç bir hüquqi əsaslandırma aparmadan mübahisəyə birtərəflica vabdeh tərəfin mövqeyindən yanaşmaqla faktlar və hüquqi cəhətdən qanuni və əsaslı olan Binəqədi rayon məhkəməsinin qətnaməsini ləğv etmişdir. Bununla da, Bakı Apellyasiya Məhkəməsi cavabdehin özünün etiraf etdiyinə zidd olaraq (real ixtisar yox, müddətsiz müqavilə bağlanıldığına və tədris etdiyim fənlər daimi xarakter daşısa da, normaya uyğun dərs yükü ilə təmin olunsam da, əsassız olaraq yeni rəhbərliyin müddətli müqaviləyə keçməyə dair tələbini yerinə yetirmədiyimə görə) Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinin mənə münasibətdə tələblərinə düzgün hüquqi qiymət verməmişdir. İşçilərin sayının və ştatların ixtisarı zamanı işəgötürənin qanunla üzərinə qoyulmuş görülməsi məcburi olan vəzifələrindən biri Əmək Məcəlləsinin 80- ci maddəsinin tələblərinin yerinə yetirilməsidir. Belə ki, hə min maddənin 1-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci 10 gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidi r. Məhkəmə qətnamələrindən (o cümlədən Bakı Apellyasiya Məhkəməsinin) və cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, həmkarlar ittifaqı təşkilatına belə bir Təqdimat ümumiyyətlə verilməmişdir. X9 Komitəsinə Təqdimatın verilməməsi Əmək Məcəlləsinin 80-ci maddəsinin pozuntusunu yaratmışdır. Həmkarlar İttifaqı Komitəsinə əsaslandırılmış təqdimat və onun əsaslılığını sübut edən sənədlər əlavə edilmədiyindən, Həmkarlar İttifaqı Komitəsi qanunun tələbini pozaraq, mənim və eləcə də digər işçilərin ixtisar adı altında qanunsuz və kütləvi şəkildə işdən çıxarılmalarına şərait yaratmışdır. Məhkəmə qətnaməsindən və iş materiallarına əlavə edilmiş Humanitar Kollecin direktoru Nərmin Qaralovanın ixtisarla bağlı X9 Komitəsinə ünvanladığı (göndərdiyi) ehtimal olunan 30 iyul 2021-ci il tarix li 58A/02-12 saylı məktubdan görünür ki, Kollecin fəaliyyətinin "optimallaşdırması" adı altında 91 nəfərin adı bir siyahıda göstərilməklə onların işdən azad olunmalına münasibət bildirilməsixahiş olunur.

24. Qanunvericiliyin tələbinə görə, hər işçi barəsində əsaslandırılmış təqdimatın verilməsi, təqdimata onun əsaslılığını sübut edən sənədlərin əlavə edilməsi, Təqdimatlara baxılmasına dair əsaslandırılmış razılığın Qərar formasında verilməsi tələb olunsa da, cavabdeh Humanitar Kollec və Həmkarlar İttifaqı Komitəsi bu tələbləri pozmuş, verilmiş siyahıdan 15 nəfər istisna olmaqla digər 76 nəfər işçinin işdən azad olmalarına məktubla, heç bir əsaslandırma aparmadan siyahı şəklində razılıq vermişdir. İşin bu halları iddia tələbimizdə və apellyasiya şikayətinə ünvanladığımız etirazda və məhkəmə yə verdiyimiz izahatlarda qeyd olunsa da, apellyasiya instansiyası mübahisəyə cavabdehin maraqları mövqeyindən yanaşdığından adı çəkilən maddənin tətbiqində səhvə yol vermişdir. Bundan əlavə, Humanitar Kollecin rəhbərliyinin kütləvi "ixtisar" siyahısı məktub şəklində 30 iyul 2021-ci il tarixində Həmkarlar İttifaqı Komitəsinə təqdim edilsə də, həmkarların 05 saylı cavab məktubu təqribən bir ay on gün sonra,10 sentyabr 2021-ci il tarixində Kollecə qaytarılmışdır. İşin bu halı onu deməyə bir daha əsas verir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinin tələbləri həqiqətən pozulmuş, Təqdimat əvəzinə siyahının göndərilməsi və cavabın verilməsi formal xarakter daşımış, qanunla nəzərdə tutulmuş cavabın vaxtında verilməməsi, işdən azad olunanların cuzi bir hissəsinə razılıq verilməməsi, h eç bir əsas olmadan əksəriyyətinə (o cümlədən mənə) razılığın verilməsi, bu zaman hüquqi əsasların və səbəblərin göstərilməməsi "ixtisar" prosesinin korrupsiyaya şərait yarada biləcək vəziyyətdə keçirildiyini söyləməyə əsaslar verir. Əmək Məcəlləsinin 80-ci maddəsinin müddəalarının tələblərinin bu cür pozuntuları da Apellyasiya məhkəməsinin "diqqətindən kənar" qalmışdır. Əmək Məcəlləsinin 80-ci maddəsi işçilərin və ştatların ixtisarı zamanı real ixtisar zamanı) işdə saxlanmağa üstünlüyü olan şəxslərin hüquqlarına təminat verir. Adı çəkilən maddənin 1-ci bəndinə görə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Peşəkarlıq səviyyəsinin müəyyən edilməsi işəgötürənin subyektiv fikirləri ilə yox, qanunda nəzərdə tutulmuş qaydalara uyğun müəyyən edilir. O baxımdan Əmək Məcəlləsinin 65- ci maddəsinin 1-ci bəndinə görə, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Lakin, Humanitar Kollec qanunun bu tələblərinə əməl etməmiş, X9 Komitəsi də bu halları araşdırmadan mənimlə əmək müqaviləsinə xitam verilməsinə formal razılığını verməklə o da qanunun tələblərini pozmuşdur. Cavabdeh Humanitar Kollec qanunun bu tələblərinə əməl etmək əvəzinə, heç bir araşdırma aparmadan mənimlə bağlanılmış əmək müqaviləsinə xitam vermiş,əvəzimə yuxarıda da göstərdiyim kimi əvvəlcə laborant vəzifəsində çalışmış, adı ixtisar edilənlər siyahısında olan və ixtisarına razılıq verilmiş X10, daha sonra isə dördüncü kurs tələbəsi, heç bir pedaqoji təcrübəsi olmayan X19 adlı şəxslərlə müddətli əmək müqavilələri bağlayaraq, ştatların və işçilərin sayını azaltmadan, mənim dərs yükümü həmin şəxslərə ötürmüşdür. İşin bütün bu halları cavabdehin etiraflarına və məhkəməyə təqdim edilmiş sənədlərə əsaslanmaqla müəyyən edilmiş, birinci instansiya məhkəməsində əmək müqaviləsinə xitam verilməsinin real ixtisarla bağlı olmadığı, qanunda nəzərdə tutulmuş qaydalara uyğun yox, Kollecin yeni təyin edilmiş direktoru Nə rmin Qaralovanın işçilərə və Həmkarlar İttifaqı Komitəsinə münasibətdə qanunsuz hərəkətləri ilə bağlı olduğu müəyyən edilsə də, apellyasiya instansiyası məhkəməsi mübahisəyə münasibətdə qərəzli olduğundan işin bu hallarını diqqətdən kənarda saxlamaqla qanunvericiliyin tətbiqində növbəti dəfə səhvə yol vermişdir. Birinci instansiya məhkəməsindən fərqli olaraq, apellyasiya instansiyası lobarant Şəfaqət Məmmədovanın və təhsilini yenicə başa vuran Nərmin Səfərlinin müddətli müqavilə əsasında işə qəbul edilməsinə və mənim tədris etdiyim fənnlərin həmin şəxslərə ötürülməsinə münasibət bildirməməklə, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinin tələblərini pozmuşdur.

25. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Bu maddəyə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Apellyasiya instansiyasının Qətnaməsindən görünür ki, məhkəmə işdə olan Humanitar Kollecin 30 iyul 2021-ci il tarixli 58A/02-12 saylı məktubuna və məktuba əlavə edilmiş siyahıya düzgün hüquqi qiymət verməmişdir. Belə ki, həmin məktub və siyahı Əmək Məcəlləsinin tələblərinə nəinki uyğun olmamış, ümumiyyətlə Məcəllədə ixtisarla bağlı belə bir qaydalar müəyyən edilməmişdir. Digər tərəfdən Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərkən Təhsil Nazirliyi tərəfindən tərtib edilmiş Arayışı əsas götürmüşdür. Arayışda göstərilmiş mənimlə guya müddətsiz əmək müqaviləsinin qanunsuz bağlanılması başqa bir mübahisənin predmeti olsa da və ixtisar adı altında əmək müqaviləsinə xitam v erilməsinə səbəb ola bilmədiyi halda apellyasiya instansiyası məhkəməsi həmin arayışın mahiyyətinə düzgün hüquqi qiymət verməmiş və nəticədə sübutlara münasibətdə qeyri-obyektiv və qərəzli olmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

27. Maddə 70, “b” bəndi: işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 28. 71-ci maddənin İ hissəsi: işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 3-cü hissəsinə əsasən iş əgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 29. 77-ci maddəsinin İ hissəsi: işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

30. Maddə

78. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələr də və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

31. Maddə 80. bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan so nra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəy ə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

45. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5005/2022 nömrəli mülki iş üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar