Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-510/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(107)935/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə Zaqatala rayonunun Yuxarı Çardaxlar kənd sakini Mustafayev Ramazan Abdulqədir oğluna 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir.
2. İddiaçı və həyat yoldaşı X3 ilə Mustafayev Ramazan Abdulqədir oğlu və həyat yoldaşı Cavabdeh5 Qədir qızı arasında 20 mart 1998-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş müqaviləyə əsasən Mustafayev Ramazan Abdulqədir oğlu və Cavabdeh5 Qədir qızı mülkiyyətlərində olan 0,47 ha torpaq sahəsini 15000000 manat müqabilində İddiaçı və onun həyat yoldaşı X1.
3. Mustafayev Ramazan Abdulqədir oğlu 2014-cü ildə ölmüşdür.
4. Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0,6464 ha torpaq sahəsi üzərində Cavabdeh1, Mustafayev Ramazan Abdulqədir oğlunun, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüquqları 27 noyabr 2020ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh5 qarşı Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0,42 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi iddiası rədd edilmişdir.
6. Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tar ixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddiasının qismən təmin edilməsi, cavabdehlərdən torpaq sahəsinin alqı-satqısı zamanı ödənilmiş 1200 ABŞ dollarının indeksasiyası olan 3596,85 manat, fındıq bağının salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərclər 2990 manat, 20 ədəd alma ağacının dəyəri olan 400 manat və su kanalının çəkilməsi üçün sərf edilən vəsait 1600 manat ümumilikdə 8586,85 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, ilkin iddianın qalan hissəsinin təmin edilməməsi, iddiaçı Cavabdeh5 cavabdeh İddiaçı qarşı iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh İddiaçının mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən reyestr nömrəsi **********63 olan 27 noyabr 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsindən çıxarılaraq həmin torpaq sahəsi üzərində Cavabdeh5 mülkiyyət hüququnun bərpa edilməsi, həmin iddianın qalan hissəsinin təmin edilməməsi, iddia tələblərinin eyni vaxtda icra edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, 27 noyabr 2020 qeydiyyat tarixli Çıxarışda qeyd olunan 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,47 ha hissəsi üzərində iddiaçı il ə cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, 20 mart 1998-ci ildə qardaşı Mustafayev Ramazan Abdulqədir oğlu ailə vəziyyətinin ağır olduğunu əsas gətirərək 0,47 ha torpaq sahəsini ondan satın almağını xahiş etmişdir. O da, qardaşına həmin dövrdə 15000000 manat pul ödəyərək həmin torpaq sahəsini almışdır. Lakin torpaq sahəsinin hüquq müəyyənedici sənədləri olmadığı üçün onlar, yəni iddiaçı, həyat yoldaşı X3, qardaşı Mustafayev Ramazan Abdulqədir oğlu və sonuncunun həyat yoldaşı Cavabdeh5 aralarında alqı-satqı müqaviləsi bağlamışlar. Daha sonra qardaşı 2014-cü ildə Dövlət tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sə nədini iddiaçıya vermiş, yenə də maddi vəziyyətinin çətin olduğunu əsas gətirərək alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməsini bir az da gözləməyini xahiş etmişdir. Lakin, 2014-cü ildə qardaşı avtomobil qəzasına düşərək vəfat etmişdir. Cavabdehlər 2021-ci ildə torpaq sahəsinə çıxarış alsalar da, torpaq sahəsini notarial qaydada təsdiqləməkdən boyun qaçırırlar. Alqısatqı onların arasında 1998-ci ildə baş tutmuşdur. Həmin vaxtdan torpaq iddiaçının istifadəsində olmuşdur. Cavabdehlər torpaq sahəsinin alqı-satqı müqaviləsini notarial qaydada təsdiqləməkdən imtina etdikləri üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.
9. Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 nömrəli qətnaməsi ilə (hakim T.H.Həsənov) iddia təmin edilməmişdir.
10. Birinci in stansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə qarşı münasibətlərini bildirməmişlər.
11. Məhkəmə, mülki hüquq münasibətinin baş verdiyi zaman (20 mart 1998-ci il) qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinə istinad edərək göstərmişdir ki, maddənin mahiyyətinə görə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdi icra etmiş tərəfin tələbi; əqdin notarial qaydada təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasından təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.
12. İddiaçı iddia tələbində notariat təsdiqi tələb olunan 20 mart 1998-ci il tarixli əqdin tərəfi kimi həmin əqd üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyini bildirərək, yəni 15000000 manatı pulu qardaşı Mustafayev Ramazan Abdulqədir oğlu və onun həyat yoldaşı Cavabdeh5 ödədiyini desə də, cavabdehlərin bununla bağlı mövqeyini öyrənmək mümkün olmamışdır.
13. Eyni zamanda məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Mustafayev Ramazan Abdulqədir oğlu və onun həyat yoldaşı Cavabdeh5 ilə yanaşı, onların ailə üzvlərinin də mülkiyyətinə verilmişdir. Yəni Mustafayev Ramazan Abdulqədir oğlu və onun həyat yoldaşı Cavabdeh5 ilə yanaşı, həmin torpaq sahə si onların övladları olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 da mülkiyyətində olmuşdur. Cavabdeh2 və Cavabdeh3 müqavilə bağlandığı tarixə yetkinlik yaşına çatmasalar da, Cavabdeh4 və Cavabdeh1 müqavilə bağlanan tarixdə yetkinlik yaşına çatmış mülki hüquq fəaliyyət qabiliyyətli şəxslər olmuşlar. Mübahisəli 0,47 ha torpaq sahəsinin də daxil edildiyi 0,6464 ha torpaq sahəsi 20 mart 1998-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş müqavilənin iştirakçısı olan Mustafayev Ramazan Abdulqədir oğlu və onun həyat yoldaşı olan Cavabdeh5 ilə yanaşı, onların ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla həmin torpaq sahəsi üzərində mülkiyyətçilərin payları müəyyən edilməmiş, onların payları natura qaydasında bölünməmiş və paylı mülkiyyət hüquqlarına xitam verilməmişdir.
14. Birinci i nstansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 20 mart 1998-ci il tarixli sadə yazılı müqavilə özü-özlüyündə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməz. 20 mart 1998-ci il tarixdə sadə yazılı formada tərtib edilmiş müqaviləyə əks yanaşma isə, həmin torpaq sahəsinin digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər.
15. Məhkəmə mübahisəli 0,47 ha torpaq sahəsinin bir hissəsinin, yəni 0,22 ha hissəsinin də daxil edildiyi 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsinə dair İddiaçı ilə Cavabdeh5 arasında mübahisə olduğunu və Zaqatala Rayon Məhkəməsinin 2(033)625/2020 nömrəli 06 avqust 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin b ağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilmədiyini də qeyd etmişdir. Belə ki, cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsi ilə bağlı iddiaçının Cavabdeh5 qarşı iddiası təmin edilməmişdir. İddiaçı hazırda 0,47 ha torpaq sahəsinin alqısatqısına dair müqavilənin bağlanmış hesab olunmasını xahiş edir. Göründüyü kimi, iddiaçının alqı-satqı müqaviləsi əsasında tələb etdiyi torpaq sahələri cəmləşdirildiyi halda 0,97 ha torpaq sahəsi olmuş olur. Halbuki, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin ərazisi 0,6464 ha təşkil edir. İddiaçının bu barədə mülahizələri ondan ibarət olmuşdur ki, əslində onun hazırki iş üzrə bağlanmasını tələb etdiyi torpaq sahəsinin ölçüsü 0,22 ha (0,6464-0,42) təşkil edir. Qalan 0,25 ha (iddiaçının tələb etdiyi 0,47 ha – əslində tələb etməli olduğu 0,22 ha = 0,25 ha) torpaq sahəsi isə iddiaçının deməsinə görə zəbt olunmuş torpaq sahəsidir. Həmin torpaq sahəsinin də cavabdehlərə məxsus olmasını zənn edərək o, istifadə etmişdir. Məhkəmə vurğulamışdır ki, iddiaçının həmin zəbt olunmuş 0,25 ha torpaq sahəsi ilə bağlı hazırki iddiasında cavabdeh kimi cəlb edilmiş şəxslərə qarşı iddia qaldırmaq üçün hüququ olmamış, nə də həmin cavabdehlərin öz mülkiyyətlərində olan torpaq sahəsindən başqa digər torpaq sahəsi barəsində sərəncam vermək kimi də hüquqları olmamışdır.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 43-cü, hazırda qüvvədə olan Mülki Məcəllənin 28.1, 28.2, 139-1.1.3, 140, 144.1, 146.3, 147.1, 147.2, 152.1, 152.5, 157.4, 213.1, 213.3, 215.1, 215.4, 337.2, 394, 404.1, 406.2, 567, 568.1, 568.2, 646.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.2, 217.4, 218.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli, “Ə.Ə.Nəsibovanın şikayəti üzrə” 03 may 2012-ci il tarixli və s. qərarları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Şəki Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 15 fevral 2023-cü il tarixli, 2(107)-210/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və E.M.Mehdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və göstərmişdir ki, birinci instansiya məhkəməsi 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsinə düzgün şəkildə istinad etmişdir. Belə ki, bu qətnamənin həmin maddənin tələbində “əqddə qanuna zidd əməl olmadıqda” şərti nəzərdə tutulmuşdur ki, hazırki iş üzrə alqı-satqı müqaviləsində qanuna zidd əməl, yəni paylı mülkiyyətçilərin hüquqlarının pozulması hal mövcuddur.
20. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməzdən öncə Cavabdeh5 qarşı Zaqatala Rayon Məhkəməsində iddia qaldıraraq Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0,42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir ki, həmin məhkəmənin 06 avqust 2020-ci il tarixli 2(033)-625/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh5 arasında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0,42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia təmin edilməmişdir.
21. Həmçinin, Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(033)12/2022 nömrəli qətnaməsində göstərmişdir: “İddiaçı cavabdehlər Cavabdeh5, Cav abdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 torpaq sahəsinin alqı-satqısı zamanı ödənilmiş 1200 ABŞ dollarının indeksasiyası olan 3596,85 manat, fındıq bağının salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərclər 2990 manat, 20 ədəd alma ağacının dəyəri olan 400 manat və su kanalının (arxın) çəkilməsi üçün sərf edilən vəsait 1600 manat ümumilikdə 8586,85 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İlkin iddia üzrə iddiaçının dövlətə büdcəsinə ödədiyi 15 manat dövlət rüsumu cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. 15 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İlkin iddia ərizəsi üzrə iddia tələbinin qalan hissəsi təmin edilməsin. İddiaçı Cavabdeh5 cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun bərpası və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçının mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən reyestr nömrəsi **********63 olan xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsindən çıxarılaraq həmin torpaq sahəsi üzərində Cavabdeh5 mülkiyyət hüququ bərpa edilsin. Sonrakı iddia ərizəsi üzrə iddia tələbinin qalan hissəsi təmin edilməsin. İddia tələbləri eyni vaxtda icra edilsin.”
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə yuxarıda göstəril ən iki qətnamə ilə hazırki iş üzrə cavabdehlər olan şəxslərin mülkiyyətlərindəki 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsinin taleyi həll edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin 1998-ci ildən iddiaçının istifadəsində olması, həmin torpaqda ağaclar əkməsi, torpaq sahəsini münbitləşdirməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, Zaqatala Rayon Məhkəməsinin yuxarıda istinad edilən iki qətnaməsi ilə hazırki iş üzrə cavabdehlər olan şəxslərin mülkiyyətlərindəki 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsinin taleyi həll edildiyi üçün hazırki iş üzrə alqı-satqı müqaviləsi etibarlı əqd hesab edilə bilməyəcəyindən, 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin 228-ci maddə sinin tətbiqi istisna edilir və mübahisəli torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması da hazırki iş üzrə əhəmiyyətini itirir.
24. İddiaçının cavabdehlərin mülkiyyətində 1,5 ha torpaq sahəsinin olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini də əsassız sayan apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi mülki işin 36-cı vərəqində olan Zaqatala rayon Yuxarı Çardaxlar kənd Bələdiyyəsinin mühasibi Əli Əliyevin imzaladığı həmin kənd sakini Mustafayev Ramazan Abdulqədir oğluna 1,5 ha torpaq sahəsi verilməsi göstərilən arayış kserosurət olmaqla, nömrəsi və verilmə tarixi göstərilməyən bir kağızdır ki, o da, sübut kimi qəbul edilə bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. İddiaçı kassasiya şik ayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(107)-210/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2023cü il tarixli, 2(102)-2480/2023 nömrəli qərarı ilə (hakim A.A.Abbasovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.Ə.Əliyevdən və V.M.Məmmədovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 fevral 2023cü il tarixli, 2(107)-210/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
27. Kassasiya kollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkə məsi iddiaçının hazırki vaxta qədər torpaq sahəsindən mübahisəsiz qaydada istifadə etməsi, cavabdehlərin, o cümlədən sadə yazılı müqavilə bağlanarkən yetkinlik yaşına çatmamaları qeyd edilən Nərmin və Cavabdeh3lərin yetkinlik yaşına çatdıqdan sonra da buna etiraz etməmələri barədə dəlillərinə lazımi qiymət verməmişdir. Qeyd edilən hallar əqd bağlanan zaman yetkinlik yaşına çatan və çatmayan şəxslərlə bağlı əqdin bəyənilməsini nizama salan müvafiq qanunvericiliyin tətbiqini zəruri edir.
28. Belə ki, 1964-cü il Mülki Məcəlləsinin 59-cu maddəsinə görə əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki hüquq və vəzifələri yalnız o halda əmələ gətirə, dəyişdirə və onlara xitam verə bilər ki, o, bu əqdi bəyənmiş olsun. Əq d təmsil edilənin bəyəndiyi vaxtdan etibarlı hesab edilir.
29. Hazırda qüvvədə olan Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin 360.2-ci maddəsinə görə isə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
30. Mülki hüququn bəyənmə – sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması il ə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
31. Kassasiya kollegiyası hazırki işin halları baxımından diqqəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarına yönəlmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda əks edilən hüquqi mövqeyinə görə “Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün mü vafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlər in verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar”.
32. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı da (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Buna görə də əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin hallarını tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət vermədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolveri lməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına gətirib çıxarır.
33. Hazırki işdə isə apellyasiya instansiyası məhkəməsi qeyd edilən yöndə hər hansı araşdırma aparmadan iddiaçı tərəfindən təqdim edilmiş 20 mart 1998-ci il tarixli sadə yazılı müqavilənin özü-özlüyündə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməməsi, bu müqaviləyə əks yanaşmanın isə həmin torpaq sahəsinin digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməsi əsası ilə iddianı rədd edən birinci instansiya məhkəməsi ilə razılaşmışdır.
34. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il və 17 yanvar 2022-ci il tarixli qətnamələrinə istinad edərək, həmin qətnamələrlə hazırki iş üzrə cavabdehlərin mülkiyyə tlərindəki 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsinin taleyinin həll edilməsini də qeyd etmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə də düz deyil. Belə ki, hazırki işdə mübahisə 0,42 ha torpaqla yox, 0,47 ha torpaqla bağlı mübahisədir və həmin işdən fərqli olaraq bu işdə iddiaçı 20 mart 1998-ci il tarixli sadə yazılı əqdə istinad etmişdir.
36. Kassasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsi ilə bağlı iddiaçının Cavabdeh5 qarşı iddiasının təmin edilməməsi, iddiaçının hazırda 0,47 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab olunmasını xahiş etməklə, alqısatqı müqaviləsi əsasında tələb etdiyi torpaq sahələrinin cəmlə şdirildiyi halda bunun 0,97 ha torpaq sahəsi olması barədə gəldiyi nəticə düz deyil.
37. Əvvəla, cəmləşdirildiyi halda, torpaq sahələri 0,97 ha yox, 0,89 ha təşkil edir.
38. Bundan başqa, belə olan halda, ən azı iddiaçının 0,6464 ha torpağın qalan hissəsi ilə bağlı iddia tələbinin əsaslı olub-olmamasına yuxarıda şərh edilənlər baxımından qiymət verilməli idi. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
39. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(107)-935/2023 nömrəli qətnaməsi ilə (hakim İ.H.Şükürovun sədrliyi və məruzəsi ilə, hakimlər A.M.Eyvazovdan və X.H.Səmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “cavabdehlərə məxsus Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli Çıxarışda qeyd olunan 0,6464 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsinin 0,47 ha hissəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi” tələbinə dair iddiası təmin edilmişdir.
40. Apellyasiya kollegiyasını öz mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki vaxta qədər torpaq sahəsindən mübahisəsiz qaydada istifadə etməsi, cavabdehlərin, o cümlədən sadə yazılı müqavilə bağlanarkən yetkinlik yaşına çatmamaları qeyd edilən Nərmin və Cavabdeh3lərin yetkin lik yaşına çatdıqdan sonra da buna etiraz etməmələri barədə dəlillərinə lazımi qiymət verməmişdir. Qeyd edilən hallar əqd bağlanan zaman yetkinlik yaşına çatan və çatmayan şəxslərlə bağlı əqdin bəyənilməsini nizama salan müvafiq qanunvericiliyin tətbiqini zəruri edir.
41. Belə ki, 1964-cü il Mülki Məcəlləsinin 59-cu maddəsinə görə əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki hüquq və vəzifələri yalnız o halda əmələ gətirə, dəyişdirə və onlara xitam verə bilər ki, o, bu əqdi bəyənmiş olsun. Əqd təmsil edilənin bəyəndiyi vaxtdan etibarlı hesab edilir.
42. Hazırda qüvvədə olan Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazə si (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin 360.2-ci maddəsinə görə isə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
43. Mülki hüququn bəyənmə – sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
44. Kassasiya kollegiyası hazırki işin halları baxımından diqqəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “F.Nəcəfova nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarına yönəlmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda əks edilən hüquqi mövqeyinə görə “Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab ed ilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zah irən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar”.
45. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı da (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Buna görə də əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin hallarını tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət vermədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına gətirib çıxarır.
46. Cavabdeh tərəfin iddia edilən 0,6464 ha torpaq sahəsinin 0,47 ha hissəsinin bundan əvvəl tələb edilmiş 0,42 ha torpaq sahəsinin eyni torpaq sahəsi olma sına münasibətdə isə apellyasiya kollegiyası qeyd etmişdir ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(033)-625/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 qarşı Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,42 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddiaçı X4 ilə Cavabdeh5 Kərım qızı arasında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0,42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
47. Həmçinin, Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(033)12/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində qeydiyyatda olan Cavabdeh5 55 manat torpağa ödənilmiş vergi, suvarma üçün su idarəsinə ödənilmiş 60 manat, torpaq sahəsinin qorunması və çəpərlənməsi üçün 4400 manat, torpaq sahəsinin kol-kosdan təmizlənməsi, suvarma arxlarının çəkilməsi, boruların qoyulması üçün çəkilmiş xərclər 1900 manat, qoyulmuş 3 ədəd borunun dəyəri 450 manat, bağın salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərc 3423 manat, bağda əkilmiş 20 ədəd alma ağacının dəyəri 400 manat və torpaq sahəsi alınarkən ödənilmiş 1200 ABŞ dolları olmaqla, cəmi 10688 manat, 1200 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(033)-12/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilərək cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 torpaq sahəsinin alqı-satqısı zamanı ödənilmiş 1200 ABŞ dollarının indeksasiyası olan 3596,85 manat, fındıq bağının salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərclər 2990 manat, 20 ədəd alma ağacının dəyəri olan 400 manat və su kanalının (arxın) çəkilməsi üçün sərf edilən vəsait 1600 manat, ümumilikdə 8586,85 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi, ilkin iddia ərizəsi üzrə iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi 0,42 ha torpaq sahəsi ilə bağlı yekun məhkəmə qərarı qəbul edilmiş və bu iş yekunlaşmışdır.
48. Digər t ərəfdən, hazırki işdə mübahisə 0,42 ha torpaqla yox, 0,47 ha torpaqla bağlı mübahisədir. Bundan əlavə əvvəllər tələb edilmiş 0,42 ha torpaq sahəsi əkin sahəsi olduğu qeyd edilsə də, hazırkı tələb olunan torpaq sahəsi fındıq bağı olduğu göstərilir. Həmin işdən fərqli olaraq bu işdə iddiaçı 20 mart 1998-ci il tarixli sadə yazılı əqdə istinad etmişdir.
49. Bundan əlavə, Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(033)- 625/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçının məhkəməyə təqdim etdiyi digər 20 mart 1998-ci il tarixli müqavilə ilə mərhum qardaşı ilə aralarında 0,47 ha torpaq sahəsinin satılması təsdiqlənmiş, lakin həmin ərazi 0,42 ha deyil, 0,47 ha olmaqla digər torpaq sahəsidir, hansı ki, iddiaçı həmin torpaq sahəsini artıq öz adına rəsmiləşdirdiyini bildirmişdir. H əmçinin iddia olunan torpaq sahələrinin alqı-satqısı zaman baxımdan da üstüstə düşmür. Çünki, iddiaçı 0,42 ha torpaq sahəsini 2001-ci ildə 1200 ABŞ dollara əldə etdiyini bildirsə də, hazırkı torpaq sahəsini isə 20 mart 1998-ci il tarixdə 15000000 (köhnə Azərbaycan manatı ilə) əldə etdiyini göstərmiş, hansı kı sözügedən torpaq sahəsi həmin vaxtdan da iddiaçının mülkiyyətində olmuşdur.
50. Apellyasiya instansiyası məhkəməsi mövqeyini 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 43, 59, 228-ci, qüvvədə olan Mülki Məcəllənin 28.1, 28.2, 139-1.1.3, 140, 144.1, 146.3, 147.1, 147.2, 152.1, 152.5, 157.4, 213.1, 213.3, 215.1, 215.4, 337.2, 358, 394, 404.1, 406.2, 567, 568.1, 568.2, 646.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın ş ikayəti üzrə” 03 mart 2023-cü il tarixli qərar ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
51. Cavabdeh1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(107)-935/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71-ci, Mülki Məcəllənin 152.1-ci, Mülki Prosessual Məcəllənin 9.3, 77.1, 88, 153.2, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur.
53. Belə ki, qətnamə ilə cavabdehlərin mülkiyyət hüququ pozulmuş, apellyasiya məhkəməsi tərəfindən ca vabdehin təqdim etdiyi sübutlar səthi qiymətləndirilmiş, iddiaçının eyni torpaq sahəsinə dair ikinci dəfə eyni əsasla iddia qaldırması nəzərə alınmamışdır. Kassasiya baxışının hədləri:
54. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki halları nın prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
55. Hazırki kassasiya şikayətini cavabdehlərdən yalnız Cavabdeh1 versə də, tələb bölünməz olduğundan kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
56. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin p redmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 58. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessua l hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
60. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin əvvəlki icraatında şərh etdiyi göstərişləri tam icra etməmiş, yalnız Ali Məhkəmənin qərarında qeyd olunanları köçürərək, iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Halbuki, kassasiya məhkəməsinin əvvəlki göstərişləri iddiaçının dəlillərini müvafiq maddi hüquq normalarına uyğun yoxlanılmasına yönəldilmişdir.
61. Apellyasiya məhkəməsi qətnaməsində tərəflərin arasında mövcud olmuş əvvəlki məhkəmə mübahisələri üzrə qəbul edilən Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli və həmin Məhkəmənin 17 yanvar 2022-ci il tarixli qətnamələrinə istinad etsə də, həmin qətnamələrlə müəyyən olunmuş halları hazırki mübahisənin həlli üçün əhəmiyyətini və gəlinən nəticənin həmin məhkəmə aktları ilə ziddiyyət təşkil etməsini nəzərə almamışdır.
62. Belə ki, 0,6464 ha torpaq sahəsi üzərində cavabdehlərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması işin mübahisəsiz halıdır. İddiaçı hazırda həmin torpaq sahəsinin 0,47 ha hissəsi üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş edir. Lakin müəyyən olunur ki, iddiaçı əvvəllər 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsi ilə bağlı müqavilənin bağlanmış hesab edilməsini məhkəmədən xahiş etmiş və Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmamış dır.
63. Bundan sonra, iddiaçı həmin qətnamə ilə razılaşmış (işdə qətnamənin mübahisələndirilməsinə dair məlumat mövcud deyil) və yeni iddia ilə məhkəməyə müraciət edərək, qeyd olunan 0,42 ha torpaq sahəsinə sərf etdiyi xərclərin tutulmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən 0,42 ha torpaq sahəsinə görə ödənilmiş 1200 ABŞ dollarının indeksasiyası olan 3596,85 manatla yanaşı, fındıq bağının salınması və aqrotexniki qulluq üçün sərf edilmiş 2990 manat, 20 ədəd alma ağacının dəyəri olan 400 manat və su kanalının çəkilməsi üçün sərf edilən 1600 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamə ilə həmçinin qarşılıqlı iddia təmin edilərək, İddiaçı hazırki iş üzrə cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sa həsinin 0,42 ha hissəsindən çıxarılması qət edilmişdir.
64. Apellyasiya instansiyası məhkəməsi hazırda tələbdə göstərilən torpaq sahəsinin Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsindəki mübahisə predmeti olan 0,42 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşib-yerləşməməsini, cavabdehlərin mülkiyyətində olan eyni 0,6464 ha torpaq sahəsinin tərkib hissəsi olmasını, o cümlədən cavabdehlərin mülkiyyətlərində Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində başqa eyni sahəli torpaq sahəsinin mövcudluğunu araşdırmamış, əvvəlki tələbdə göstərilən 0,42 ha və hazırki iddianın predmetini təşkil edən 0,47 ha torpaq sahələrinin eyni 0,6464 ha torpaq sahələrinin tərkib hissələri olduğu halda, 0,6464 ha torpaq sahəsinin 0,42 ha hissəsi ilə üst-üstə düşən hissəsinə münasibətdə hazırki i ddianın təmin edilməsinin mümkünlüyünə hüquqi qiymət verməmişdir.
65. Halbuki, hazırki iddia üzrə cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,47 ha hissəsinə iddiaçının mülkiyyət hüququ tanındığı halda, torpağın əvvəlki mübahisənin predmeti olan 0,42 ha hissəsinin ən azı 0,2436 ha hissəsi də iddiaçının mülkiyyətinə keçəcəkdir (0,6464 ha – 0,47 ha = 0,1764 ha – hazırki qətnamə ilə cavabdehlərin mülkiyyətində qalan və mübahisələndirilməyən sahə; 0,42 ha – 0,1764 ha = 0,2436 ha – hər iki qətnamə ilə mübahisələndirilən torpaq sahələrinin üst-üstə düşən hissələrinin minimal sahəsi. İddiaçının hazırda mübahisələndirdiyi torpaq sahəsinin konfiqurasiyası və yerləşməsi məlum olmadığından, üst-üstə düşən sahə daha çox ola bilər). Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tar ixli qətnaməsi ilə iddiaçının qeyd olunan torpaq sahəsinə də sərf etdiyi vəsaitin cavabdehlərdən tutulduqdan sonra, həmin torpağın onun mülkiyyətinə verilməsi isə iddiaçının əsassız varlanmasına səbəb ola bilər.
66. Həmçinin nəzərə alınmalıdır ki, Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020ci il tarixli qətnaməsinin məzmununa görə iddiaçı həmin tələbdə qardaşı Mustafayev Ramazan Abdulqədir oğluna məxsus torpaq sahəsinin 0,42 ha hissəsini 2001-ci ildə 1200 ABŞ dollarına aldığını iddia etmişdir. İddiaçı həmin tələbdə qeyd olunan torpaq sahəsinə dair hər hansı yazılı müqaviləyə istinad etməmiş və bununla bağlı sübutları təqdim etməmişdir. Qətnamənin əsaslandırılmasından müəyyən olunur ki, iddiaçı məhkəməyə hazırda da istinad etdiyi 20 mart 1998-ci il tarixli müqaviləni təqdim etmiş, iddianı rə dd edən məhkəmə qətnaməni 0,42 ha torpaq sahəsinə dair 12 oktyabr 2001-ci il tarixdə müqavilə bağlanmasına dair sübutun təqdim edilməməsi, 20 mart 1998-ci il tarixli müqavilənin isə 0,42 ha torpaq sahəsinə deyil, digər 0,47 ha torpaq sahəsinə dair olması, iddiaçının həmin (0,47 ha) torpaq sahəsini artıq öz adına rəsmiləşdirdiyini bildirməsi ilə əsaslandırmışdır.
67. İddiaçı, hazırki iş üzrə apellyasiya məhkəməsindəki ikinci icraatda onunla qardaşı Mustafayev Ramazan Abdulqədir oğlu və Cavabdeh5 arasında 0,42 ha torpaq sahəsinin ******* manata alqı-satqı olmasına dair 12 oktyabr 2001-ci il tarixli sadə yazılı müqavilənin kserosurətini təqdim etmiş və məhkəmə iclas zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, qardaşının torpaq sahəsinin 0,64 ha olmasını 2014-cü ildə bilmiş, qardaş ının ona torpaq sənədlərini 0,89 ha kimi düzəldəcəyini bildirmişdir. (03 oktyabr 2023-cü il tarixli protokol, cild 1, i.v. 197-200)
68. Lakin, apellyasiya instansiyası məhkəməsi hazırki icraatda 0,42 ha torpaq sahəsinə dair məhkəmə mübahisəsi zamanı 12 oktyabr 2001-ci il tarixli müqavilənin məhkəməyə təqdim etməməsinin, əvvəlki icraat zamanı hazırda mübahisələndirilən torpaq sahəsinin adına rəsmiləşdirməsinin göstərməsinin səbəblərini, cavabdehlərin hər iki müqaviləyə münasibətlərini araşdırmamış, müqavilələrin əsillərini tələb edərək onları məhkəmə iclasında tədqiq etməmişdir.
69. Bundan əlavə, apellyasiya məhkəməsi iddianı təmin etdiyi halda, mübahisəli torpaq sahəsinə baxış keçirməmiş, torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilən hissəsinin cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpağının hansı hissəsində yerləşməsini, onun sərhədlərini müəyyən etməmişdir ki, son nəticədə qəbul edilən qətnamənin gələcəkdə icrasını qeyri-mümkün etmiş və tərəflər arasında yeni məhkəmə mübahisələrin yaranmasına zəmin yaratmışdır.
70. Məhkəmə kollegiyası xüsusən qeyd edilməsini zəruri bilir ki, kassasiya instansiyası məhkəməsi əvvəlki icraatda verdiyi göstərişlərdə tərəflər arasında mövcud olmuş məhkəmə mübahisələri nəticəsində qəbul edilən məhkəmə aktlarına istinad etməklə yanaşı, yuxarıda qeyd olunan ziddiyyətləri nəzərə almaqla göstərmişdir ki, apellyasiya məhkəməsi “ən azı iddiaçının 0,6464 ha torpağın qalan hissəsi ilə bağlı iddia tələbinin əsaslı olub-olmamasına yuxarıda şərh edilənlər baxımından qiymət verilməli idi”. (bax hazırki qərarın 38-ci bəndi).
71. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələrinin tələbləri pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
72. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüqu quna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
73. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
74. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
75. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən Ali Məhkəmənin Mülki kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2(102)2480/2023 nömrəli q ərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə almaqla, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(107)-935/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.