Məhkəmə qərarları › İş №2(102)-5100/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5100/2019

08.07.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5100/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh1, üçüncü şəxs X3 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ciiltarixli, 2(104)4128/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin (hakim N.Paşayev) 31.08.2018-ci il tarixli, 2(076)2339/2018 nömrəli qətnaməsi il ə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ciiltarixli, 2(104)4128/2018 nömrəli qətnaməsi ilə (hakimlər L.Süleymanov, İ.Şəfiyev, A.Bayramov) cavabdeh İddiaçı apellyasiya şikayətinin rədd edilməsi və Şəmkir Rayon Məhkəməsinin 31.08.2018-ci il tarixli, 2(076)-2339/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018ciiltarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, uşaqları ilə birlikdə E küçəsində yerləşən, cavabdehlərin yaşadığı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçının mübahisəli evdən istifadə hüququ olmuş, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Odur ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2(104)-4128/2018 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması ü çün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı, Cavabdeh1, üçüncü şəxs X8 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 01 iyun 2018–ci il tarixli, **********77 nömrəli məktuba əsasən E kəndində yerləşən 0.26 hektar həyətyanı torpaq sahəsi və 1.48 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh5 və onun digər ailə üzvülərinin, 0.14 hektar həyətyanı torpaq sahəsi və 1.91 hektar kənd təsrrüfat təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların digər ailə üzvülərinin adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İddiaçı və Cavabdeh4 adlarına E kə ndində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.Kod 50405028 JN–198A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə görə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997–ci il tarixli, 45 saylı qərarı ilə E kəndində yerləşən 0.26 hektar həyətyanı torpaq sahəsi X4, X5 və Cavabdeh5 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İşdə olan Kod 50405028 JN–174 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997–ci il tarixli, 45 saylı qərarı ilə E kəndində yerləşən 1.48 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi X4, X5 və Cavabdeh5 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş kod 50405028 JN–055A nömrəli torpağın mü lkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997–ci il tarixli, 45 saylı qərarı ilə E kəndində yerləşən 0.14 hektar həyətyanı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, X7, X3, X2 və X6 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Kod 50405028 JN–175 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997–ci il tarixli, 45 saylı qərarı ilə E kəndində yerləşən 1.91 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, X7, X3, X2 və X6 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İşdə olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X10 27 oktyabr 2002–ci il tarix də E kəndində doğulmuşdur. X1, anası İddiaçıdır. İşdə olan Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X11 30.01.2004–cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası X9, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial təsdiqli surətindən görünür ki, E kəndində xüsusi mülkiyyətdə olan 0,9859 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və Cavabdeh5 ümumi birgə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 20.11.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial təsdiqli surətindən görünür ki, E kəndində xüsusi mülkiyyətdə olan 0,2934 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və Cavabdeh5 ümumi birgə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 20.11.2018-ci il tarixdə qeydə alınmışdır İş materiallarına əlavə edilmiş tam orta məktəbinin 05.12.2018-ci il tarixli, 465 və 466 nömrəli arayışlarından görünür ki, X10 Bakı şəhəri, M.Rahim adına 7 nömrəli tam orta məktəbdə 2007-2008-ci tədris ilindən etibarən, X11 tam orta məktəbdə 2009-2010-cu tədris ilindən etibarən təhsil alır. İş materiallarından görünür ki, iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticənin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddələrinə istinad edərək, göstərmişdir ki, iddiaçı 31.08.2000–ci il tarixdə gəlin köçüb yaşadığı mübahisəli evdən 7 gün sonra başqa yaşayış sahəsinə köçmüşdür. Çünki iddiaçının əri hərbi qulluqçu olduğu üçün 10 il Naxçıvan Muxtar Respublikasında, sonra isə Bakı şəhərində hərbi xidmətdə olmuşdur. İddiaçı 2011–ci ildə Mdan ayrılmış, lakin mübahisəli fərdi yaşayış evinə köçmək barədə heç bir real davranış nümayiş etdirməmişdir. İddiaçı bir daha mübahisəli evdə yaşamaq istəməmişdir. Halbuki, iddiaçı mübahisəli evə qayıtmaq imakanına malik olmuş, lakin həmin imkandan istifadə etməmiş, əksinə daimi yaşamaq üçün Bakı şəhərində anasına məxsus evdə yaşamışdır. İddiaçı cehiz əşyalarının çox hissəsini özü könüllü olaraq, daimi yaşamaq üçün köçdüyü yaşayış sahələrinə aparmışdır. İddiaçının ötən müddət ərzində heç vaxt mübahisəli evə qayıtmaq fikri olmamış və o barədə məhkəməyə müraciət etməmişdir. İddiaçı mübahisəli evdən hər hansı bir mübahisənin və ya münaqişənin psixoloji təsiri altında deyil, yalnız daimi yaşamaq üçün başqa yaşayış sahələrinə könüllü olaraq köçmüşdür. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı cavabdeh X8 ilə 31.08.2000–ci il tarixdə faktiki evlənməklə, 02.07.2002-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 27 oktyabr 2002-ci il təvəllüdlü Təbriz və 30.01.2004-cü il təvəllüdlü Yəhya adlı uşaqları doğulmuşdur. İddiaçı toy zamanı E kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. İddiaçı mübahisəli fərdi yaşayış evinə gəlin köçdükdən 7 gün sonra M hərbi qulluqçu kimi xidmətdə olduğu üçün onunla birlikdə daimi y aşamaq üçün Naxçıvan Muxtar Respublikasına köçmüşdür. İddiaçı əri ilə birlikdə uzun müddət fasiləsiz olaraq Naxçıvan MR-da yaşamışdır. 2010-cu il tarixdə iddiaçı Mun iş yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür. Həmin vaxt iddiaçı özünə məxsus cehiz əşyalarının müəyyən hissəsini aparmış, lakin bəzi əşyalara ehtiyac olmadığı üçün yorğan-döşək, xalça və bəzi əşyalar mübahisəli evdə qalmışdır. İddiaçı yalnız Mun məzuniyyətdə olduğu vaxtlarda, ildə 1 dəfə mübahisəli fərdi yaşayış evində qonaq kimi gəlmiş və qısa müddət qalmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin adına Daşınmaz əmlakın Dövlət reyestrində E kəndi ərazisində həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyy ata alınsa da, fərdi yaşayı evi qeydiyyata alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli hüquq münasibətləri 2000-ci ildə iddiaçının mübahisəli evə gəlin köçdüyü vaxtdan yarandığına və mübahisə olunan ev mülkiyyət kimi dövlət qeydiyyatına alınmadığına görə, birinci instansiya məhkəməsi 01.10.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarının tətbiq olunmasına dair düzgün nəticəyə gəlmişdir. 01.10.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab ed ilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, İddiaçı 2000-ci ildə mübahisə olunan fərdi yaşayış evinə köçsə də, cəmi 7 gün yaşamış, sonra keçmiş əri Mla birlikdə mübahisə olunan evdən daimi yaşamaq üçün Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi şəhərciyə köçərək, orada yaşamağa başlamışdır. Tərəflərin birgə nikahlarından 27 oktyabr 2002-ci il tarixdə doğulmuş Təbriz adlı uşaqları E kəndində anadan olsa da, M bunu onunla izah etmişdir ki, Təbriz adlı uşaqları doğulan zaman Naxçıvanda işıqla bağlı müəyyən problemlər olduğundan, iddiaçını kəndə göndərmiş, uşaq kənddə doğulmuş, lakin uşağın qırxı çıxdıqdan sonra iddiaçı Bakı şəhərinə getmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan da görünür ki, X11 30.01. 2004–cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X14 hərbi xidməti ilə əlaqədar Bakı şəhərinə göndərildiyi üçün Bakı şəhərinə köçmüşlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2012-ci ildə Mla aralarında olan rəsmi nikah ləğv edildikdən sonra cavabdehlər onu həmin evə buraxmadıqlarını göstərsə də, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 2011– ci ildən sonra mübahisəli fərdi yaşayış evinə köçməklə bağlı nə cavabdehlərə, nə də məhkəməyə müraciət etməmiş və bunu uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olması ilə əlaqələndirmişdir. Lakin ötən 7 il ərzində iddiaçının evə köçürülmə ilə bağlı iddia qaldırmağa vaxt tapa bilməməsi inandırıcı görünmür. Digər tərəfdən, iddiaçı anasının evinin iki otaqlı olmaqla, orada onun və uşaqlarının, həmçinin anası və qardaşının 4 nəfər ailə üzvlərinin yaşadığını, bunun isə anasının mənzilində darısqallıq yaratdığını göstərmişdir. Göründüyü kimi, iddiaçının yaşadığı ünvan 1 ünvanı darısqal olacağı, orada yaşayışın mümkün olmayacağı halda, iddiaçı ötəın 7 il ərzində mübahisəli evə köçürülmə barədə iddia qaldırardı. Bu da ona dəlalət edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evində yaşamaq niyyətində olmamış, həmin evdə yaşamaq üçün mümkün olan real davranış nümayiş etdirməmişdir. Həmçinin, üçüncü şəxs M məhkəmə kollegiyasının iclasında göstərmişdir ki, onun təyinatını Bakı şəhərinə verdikləri üçün ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili 72.000 ABŞ dollarına almış və ora köçərək, həmin evdə yaşamağa başlamışlar. Hərbçi kimi ev növbəsinə dayandığı üçün həmin evi öz adına rəsmiləşdirməmiş, keçmiş qaynanası olan idd iaçının anası Əcəbnaz Bəxtiyarın adına rəsmiləşdirərək, onunla da kirayə müqaviləsi bağlamışdır. Həmin aylıq kirayə haqqını Nazirlik ödəmişdir. Həmin evdə o, iddiaçı və onların uşaqları yaşamışdır. Lakin iddiaçı ilə ailə münasibətləri pozulan zaman həmin evi uşaqlarının xatirinə iddiaçıya vermişdir. Cavabdehlər də Mun hərbi xidməti ilə əldaqədar Bakı şəhərinə köçən kimi Bakı şəhərində ev aldıqlarını və oraya köçüb, orda yaşadıqlarını, lakin Pərvizin hərbçi kimi ev növbəsində olduğundan həmin evi iddiaçının anasının adına aldığını və həmin səbəblə də kirayə müqaviləsi bağladığını, halbuki, evin pulunu Pərvizin özünün ödədiyini və həmin evdə yalnız Pərvizin ailəsi ilə birlikdə yaşadığını bildirmişlər. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı keçmiş əri Mun hərbi xidməti ilə Naxçıvanda olması ilə əlaqədar o da onunla birlikdə hərbi şəhərcikdə yaşamalı olduğunu, daha sonra isə o, Bakı şəhərinə hərbi hissəyə göndəriş aldıqdan sonra isə anası mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilini onlara ayda 150 manat olmaqla, 5 il müddətinə kirayəyə verdiyini və orada yaşadıqlarını bildirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələblərinə əsasən, iddiaçı E kəndində yerləşən mübahisəli mənzilə dair hüquqlarını itirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsasında apelyasiya instansiyası məhkəməsi tə rəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respub likası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2(104)-4128/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar