Məhkəmə qərarları › İş №2(102)-5100/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5100/2021

01.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5100/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar Məmmədova (Qəhrəmanova) Arifə Oruc qızı, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızı və Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızının cavabdehlər Dadaşov Elnur Etibar oğlu, Cavabdeh3 Əliağa qızı, X13, X11, Cavabdeh1, İbrahimov Elnur Yusif oğlu, X18, X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5100/21 (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspert rəyinə düzgün qiymət verilməməsi) Bakı şəhəri, 01 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, iddiaçı xxx, Cavabdehlər xxx Cavabdeh3 Əliağa qızı, X13, X11, Cavabdeh1, xxx iştirakı ilə, İddiaçılar xxx cavabdehlər xxx Cavabdeh3 Əliağa qızı, X13, X11, Cavabdeh1, xxx X18 və X4 qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-511/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Dadaşov Elnur Etibar oğlu, Cavabdeh3 X13, X11, Cavabdeh1, kassasiya şikayətinə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xxx və xxx Xanlar (Göygol) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli qərarı ilə Göygöl rayonu, Qızılca kəndinin ərazisind ən kənd təsərrüfatı təyinatlı 0,81 ha torpaq sahəsi ayrılıb.

2. Həmin torpaq sahəsi iki hissədən – 0,2214,01 ha və 0.5895,86 ha torpaq sahələrindən ibarətdir.

3. İddiaçılar 0.5895,86 ha torpaq sahəsinə 19 oktyabr 2016-cı il tarixdə Çıxarış alıblar.

4. Mübahisə 0.5895,86 ha torpaq sahəsi ilə bağlıdır. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar xxx və xxx iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.5896 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əliağa qızının məcburi qaydada çıxarılmaları və tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılıb ki, Xanlar (Göygol) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli qərarı ilə torpa q sahəsi iddiaçıların istifadəsinə verilsə də, bələdiyyə tərəfindən sərhədləri müəyyən edilib iddiaçılara göstərilməmişdir.

7. Uzun müddət get-gəldən sonra Gəncə şəhər Layihə İnstitutu və Göygöl rayon Daşınmaz Əmlakın Dövlət Reyestr İdarəsinə müraciət etmişlər və torpaqlarının sərhədləri dəqiqləşdirilərək iddiaçılara göstərilmişdir. Torpağın 0,5896 hektarına dair iddiaçıların adına seriya RX, ******* nömrəli çıxarış verilmişdir.

8. Cavabdehlər iddiaçılara məxsus 0,5896 ha torpaq sahəsini zəbt edərək, mişar daşı ilə hasar çəkib, içərisində yaşayış evləri tikib, ağac əkmişlər.

9. Dəfələrlə cavabdehlərə təklif etmişlər ki, iddiaçıların torpaq sahələrini boşaltsınlar. Cavabdehlər əvvəllər torpaq sahələrini boşaldacaqlarını desələr də, sonradan imtina edərək onlara hədə-qorxu gəlmişlər.

10. Cav abdehlər iddiaçıların torpaqlarını boşaltmadıqlarından iddiaçılar torpaqlarından təyinatına görə istifadə edib faydalana bilmirlər.

11. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 164.1, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etmişlər.

12. Cavabdeh Cavabdeh1 iddiaya etiraz edib göstərib ki, iddiaçılara məxsus torpraq sahəsini zəbt etməyib, 0,12 ha torpaq sahəsini bələdiyyə sədri Azad Qədirovdan alıb, sonradan həmin torpaq sahəsini başqa şəxslərə satıb.

13. Cavabdeh3 Əliağa qızı iddiaya etiraz edib. Etirazın dəlilləri ondan ibarətdir ki, iddiaçılara məxsus torpaq sahəsini zəbt etməyib, istifadəsində olan Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,25 ha torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir.

14. Cavabdeh2 iddiaya etiraz olaraq göstərib ki, mübahisə olunan torpaqla əlaqəsi yoxdur. Torpaq sahəsi nəvəsi Dadaşov Elnur Etibar oğlunun adınadır.

15. Birinci instansiya məhkəməsi Cavabdeh2 əsl cavabdeh xxx ilə əvəz etmişdir.

16. Birinci instansiya məhkəməsi 29 mart 2017-ci il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin etmişdir.

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Layihə Tədqiqat İdarəsinin 04.07.2017-ci il tarixli Mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2017-ci il tarixli 11337 №-li ekspert rəyinə əsasən Göygöl rayonu, Qızılca kəndinin ərazisində iddiaçıların mülkiyy ətində olan və cavabdehlər Cavabdeh1, xxx Cavabdeh3 Əliağa qızının (Cavabdeh1 mülkiyyət sənədi təqdim etməmiş, odur ki, onun itifadə etdiyi torpaq sahəsi mübahisələndirilir) torpaq sahələri faktik olaraq naturada üst-üstə düşür. İddiaçılara məxsus torpaq sahəsində İbrahimov Elnur Yusif oğlu, xxx tərəfindən yaşayış evi, Hüseyn adlı şəxs tərəfindən fərdi yaşayış evi və tövlə inşa edilmişdir. İddiaçılara məxsus torpağın faktiki olaraq 0,0323 ha hissəsini İbrahimov Elnur Yusif oğlu, 0,0280 ha hissəsini X19, 0,225 ha hissəsini Dadaşov Elnur Etibar oğlu, 0,156 ha hissəsini X15 0,0756 ha hissəsini Hüseyn adlı şəxs, 0,0151 ha hissəsini xxx zəbt edib. İddiaşılara məxsus torpaq sahəsinin 0,0340 ha hissəsi həmin ərazidə istifadə olunan yol ilə üst-üstə düşür.

18. İddiaçılar işə əlavə cavabdehlərin cə lb edilməsi barədə ərizə verərək, İbrahimov Elnur Yusif oğlu, X19, X11 və X7 da onlara məxsus olan 0.5896 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

19. Cavabdeh X11 iddiaya etiraz olaraq göstərib ki, Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,15 ha torpaq sahəsini adlı şəxsdən alıb. Həmin torpağın 0,05 ha hissəsini Mikayıl Məmmədova satıb, qalan 0,10 ha hissədə də ev inşa edərək, müvəqqəti olaraq yeznəsi Hüseynə verib.

20. Cavabdeh Dadaşov Elnur Etibar oğlu iddiaya etiraz edib və etirazını onunla əsasıandırıb ki, istifadəsində olan 0,40 ha torpaq sahəsini 23.04.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Hacıyev Vüqar Taryel oğlundan alıb. Həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən RX seriyalı ******* saylı çıxarış var. İddiaçıların torpaq sahəsini zəbt etməyib.

21. Cavabdeh xxx iddiaya etirazında bildirib ki, torpaq sahəsi mülkiyyətindədir, iddiaçılara məxsus torpağı zəbt etməyib.

22. Cavabdeh X18 və xxx da iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiklərini bildirməklə iddiya etiraz ediblər.

23. Birinci instansiya məhkəməsi 20 sentyabr 2017-ci il tarixli qərardadla əlavə tikinti-texniki ekspertizası təyin etmişdir.

24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Layihə Tədqiqat İdarəsinin 31.05.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən RX seriyalı, ******* saylı Cıxarışla iddiaçıların mülkiyyətində olan 0,5896 torpaq sahəsinə dair plan və ölçü s ənədi işlənməyib. Lakin Çıxarışın verilməsinə əsas olan JN439 nömrəli Dövlət aktına və elektron baza məlumatlarına istinadən sözü gedən torpaq sahəsinin 0,225 ha hissəsini Dadaşov Elnur Etibar oğlu, 0,1564 ha hissəsini X15, 0,0247 ha hissəsini X13, 0,0669 ha hissəsini X19 faktiki istifadə edir. X7 adına 0,05 ha torpaq sahəsinə dair verilmiş Çıxarış iş materiallarına əlavə edilmədiyindən həmin Çıxarışa əsasən 0,05 ha torpaq sahəsinin iddiaçıların torpaq sahəsi ilə naturada üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. X5 adına olan 0,10 torpaq sahəsinə dair Çıxarış və plan ölçü sənədi iş materiallarına əlavə edilmədiyinədən həmin torpaq sahəsinin iddiaçılara məxsus torpaq sahəsi ilə naturada üst-üstə düşməsini müəyyən etmək mümkün deyil.

25. Məhkəmə Ekspertizası Mərkəzinin 29.07.2019-cu il tarixli, 18385 №-li ekspert rəyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Layihə Tədqiqat İdarəsinin 31.05.2019-cu il tarixli mütəxəssis rəyinə uyğun əsaslandırılmışdır.

26. Birinci instansiya məhkəməsi 18 sentyabr 2019-ci il tarixli qərardadla kompleks tikinti-texniki ekspertizası təyin edərək, ekspert qarşısında iddiaçılara məxsus torpaq sahələrində tikinti işlərinin aparılıb-aparılmamasını müəyyən etmək üçün müvafiq suallar qoymuşdur.

27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Layihə Tədqiqat İdarəsinin 11.10.2019-cu il tarixli Mütəxəssis rəy inə əsasən JN-439 nömrəli Dövlət Aktına əsasən X1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən Xanlar rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 16 fevral tarixli, 02 nömrəli qərarı ilə verilmiş kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin - 0,22 ha hissəsi cavabdeh xxx faktiki naturada istifadəsindədir. Cavabdeh tərəfindən həmin mübahisəli torpaq sahəsində şərq tərəfdən 28,46 m, qərb tərəfdən isə 27,00 m uzunluğunda daş hasar inşa edilib; - 0,16 ha hissəsin Cavabdeh3 faktiki naturada istifadəsindədir və həmin hissədə fərdi yaşayış evinin inşa olunub. Cavabdeh3 Əliağa qızı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0,018 ha (180.0 kvm) hissəsi iddiaçılara məxsus o lan 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin sərhədləri daxilində yerləşir; - 170,00 m2 hissəsi cavabdeh X7 faktiki naturada istifadəsindədir və həmin hissədə fərdi yaşayış evi inşa olunub. X13 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 78.0 m2 hissəsi iddiaçılara məxsus olan 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin sərhədləri daxilində yerləşir; - 0,0725 ha hissəsi cavabdeh X5 faktiki naturada istifadəsindədir və həmin hissədə fərdi yaşayış evinin inşa olunub. X11 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 286.0 m2, yardımçı tikilinin isə 75.0 m2 hissəsi iddiaçılara məxsus olan 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin sərhədləri daxilində yerləşir; - 0,0323 ha hissəsi cavabdeh xxx faktiki naturada istifadəsindədir və həmin hissədə fərdi yaşayış evi inşa olunub. İbrahimov Elnur Yusif oğlu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 107.0 m2 hissəsi iddiaçılara məxsus olan 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin sərhədləri daxilində yerləşir; - 0,0282 ha hissəsi cavabdeh X18 və ailə üzvüləri X2 faktiki naturada istifadəsindədir və həmin hissədə yarımçıq tikili inşa olunub. X18 və ailə üzvüləri X9 tərəfindən inşa edilmiş yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinin 89.0 m2 hissəsi iddiaçılara məxsus olan 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin sərhədləri daxilində yerləşir.

28. Məhkəmə Ekspertizası Mərkəzinin 25.11.2019-cu il tarixli 27956 №-li rəyi27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Layihə Tədqiqat İdarəsinin 11.10.2019-cu il tarixli Mütəxəssis rəyinə uyğun verilmişdir.

29. Göygöl Rayon Məhkəməsinin 2(066)-02/2020 nömrəli, 10 yanvar 2020-ci il tаrixli qətnaməsi ilə iddiа qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaş əmlakın Dövlət Reyestindən seriya RX, ******* nömrəli çıxarışla Qəhrəmanova ( Məmmədova) Arifə Oruc qızının, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızının və Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızının mülkiyyətlərində olan 0,5896 ha torpaq sahəsinin 0,22 ha hissəsinin Dadaşov Elnur Etibar oğlunun, 0,16 ha hissəsinin Cavabdeh3 Əliağa qızının, 170,00 kv.m hissəsinin X7, 0,0 725 ha hissəsinin X5, 0,0323 ha hissəsinin İbrahimov Elnur Yusif oğlunun və 0,0282 ha hissəsinin cavabdeh X14 və ailə üzvüləri X2 zəbtindən azad edilməsi, Dadaşov Elnur Etibar oğlunun zəbt etdyi 0,22 ha torpaq sahəsində inşa etdiyi şərq tərəfdən 28,46 m, qərb tərəfdən isə 27,00 m uzunluğunda daş hasarın, Cavabdeh3 Əliağa qızının inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 0,16 ha torpaq sahəsinə düşən 0,018 ha (180.0 kvm) hissəsinin, X7 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 170,00 kv.m torpaq sahəsinə düşən 78.0 kv.m hissəsinin, X5 inşa etdiyi fərdi yaşayış evinin və yardımçı tikilinin zəbt etdiyi 0,0725 ha torpaq sahəsinə düşən (yaşayış evinin) 286.0 kv.m və (yardımçı tikilinin) 75.0 kv.m hissəsinin, xxx inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 0,0323 ha torpaq sahəsinə düşən 107.0 kvm hissəsinin, X18 və ailə üzvüləri X2 inşa etdiyi yarımçıq tikilinin zəbt etdiyi 0,0282 ha torpaq sahəsinə düşən 89.0 kv.m hissəsinin sökülməsi, xxx 9 manat, xxx 9 manat, xxx 9 manat, Dadaşov Elnur Etibar oğlundan 99 manat, Cavabdeh3 Əliağa qızından 72 manat, X6 8 manat, X3 33 manat, xxx 14,40 manat və X12 13 manat, cəmi 266,40 manatın tutularaq Kapitalbank ASC Xətai filialı Kod 200071,VOEN (bank) **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, AZ23AİİB******************** VÖEN ********** hesabına və xxx 13,50 manat, xxx 13,50 manat, xxx 13,50 manat, xxx 149,27 manat, Cavabdeh3 xxx 108,56 manat, X6 11,60 manat, X3 49 manat, xxx 22 manat və X12 19 manat, cəmi 400 manat ekspertiza xərcinin tutularaq, Az.MEM, VÖEN **********, Hesab №AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN**********, AZ41NABZ013601**********3944, SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Qələmdar Abbasov)

30. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəylərinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçıların torpaq sahəsinin 0,22 ha hissəsi cavabdeh Dadaşov Elnur Etibar oğlu, 0,16 ha hissəsi Cavabdeh3 Əliağa qızı, 170,00 kv.m hissəsi cavabdeh X13, 0,0725 ha hissəsi cavabdeh X11, 0,0323 ha hissəsi cavabdeh İbrahimov Elnur Yusif oğlu və 0,0282 ha hissəsi cavabdeh X18 və ailə üzvüləri X9 tərəfindən naturada faktiki olaraq zəbt edilmişdir. Həmin şəxslərin inşa etdiyi evlərin (yardımçı tikililərin) də bir hissəsi ekspert rəyin də göstərilən həcmdə iddiaçıların mülkiyyətində olan torpağın sərhədləri daxilindədir.

31. Məhkəmə hesab etmişdir ki, iddia Cavabdeh1 Bayram oğluna aid hissədə təmin edilməməlidir.

32. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. Cavabdehlər Dadaşov Elnur Etibar oğlu, Cavabdeh3 Əliağa qızı, X13, X11, Cavabdeh1, xxx apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş ediblər.

34. Apelyasiya şikayəti cavabdehilərin iddiya etirazlarının dəlillərinə uyğun əsaslandırılıb.

35. Apellyasiya baxşında yerli baxış olmuş, apellyasiya məhkəməsi torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması halını müəyyən etmişdir.

36. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-511 /2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-02/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Fikrət Mehdiyev)

37. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iş üzrə alınmış ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsi və ya yenidən ekspertiza təyin edilməsi üçün heç bir əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdehlər xxx, X13, X11 və Cavabdeh1 (vəkil Dadaşov Elnur Etibar oğlu) kassasiya şikayəti verərək apelyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

39. Kassasiya şikayətinin dəlilləri: - işdə olan ekspert rəyləri əsaslı deyil; - ekspertiza təyin edilməsi barədə vəsatətləri təmin edilməyib; - apellyasiya instansiyası məhkəməsi işi tam və hər tərəfli araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

41. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili Vəkil oğlu və cavabdeh xxx kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

42. Məhkəmə kollegiyasının iclasında iddiaçı xxx və onun vəkili xxx kassasiya şikayətini qəbul etməyərək, şik ayətin təmin edilməməsini xahiş etdi.

43. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər xxx məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

45. Hazırkı kassasiya şikayətində cavabdehlər apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər X19 və Cəfərova Səmayə Cəbrayıl qızı mübahisələ ndirməyiblər. Apellyasiya şikayəti hazırki kassatorlar tərəfindən verilib, apellyasiya baxışının predmeti də yalnız həmin şəxslərin apellyasiya şikayəti həddində olub. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, cavabdehlər İbrahimov Elnur Yusif oğlu, Dadaşov Elnur Etibar oğlu, Cavabdeh3 Əliağa qızı, X13, X11 və Cavabdeh1 apellyasiya şikayəti üzrə apellyasiya baxışının predmeti olmuş hissə başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir.

47. İddianı qismən təmin təmin edən birinci instansiya məhkəməsi torpaq sahəsinin zəbt edilməsi hissəsində gəldiyi nəticəni Məhkəmə Ekspertizası Mərkəzinin 29.07.2019-cu il tarixli, 18385 №-li ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmişdir.

48. Belə ki, qeyd edilən ekspert rəyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Layihə Tədqiqat İdarəsinin 31.05.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən verilmişdir.

49. Ekspertin istinad etdiyi mütəxəssis rəyində isə qeyd edilib ki, RX seriyalı, ******* saylı Cıxarışla iddiaçıların mülkiyyətində olan 0,5896 torpaq sahəsinə dair plan və ölçü sənədi işlənməyib. X7 adına 0,05 ha torpaq sahəsinə dair verilmiş Çıxarış və X5 adına olan 0,10 torpaq sahəsinə dair Çıxarış və plan ölçü sənədi iş materiallarına əlavə edilmədiyinədən 0,05 və 0, 10 ha torpaq sahələrinin iddiaçıların torpaq sahəsi ilə naturada üst-üstə düşməsini müəyyən etmək mümkün deyil.

50. Rəydə iddiaçıların mülkiyyətində olan 0,5896 torpaq sahəsinə dair RX seriyalı, ******* saylı Çıxarış üzrə plan və ölçü sənədinin işlənməməsi göstərilsə də, birinci instansiya məhkəməsi iddiaçıların adına olan Çıxarış üzrə plan və ölçü sənədinin işlənməməsinin səbəblərini araşdırmamışdır. Rəy Çıxarış üzrə plan və ölçü sənədinə əsasən deyil, Çıxarışın verilməsinə əsas olmuş Dövlət aktı və elektron baz məlumatları əsasında verilmişdir.

51. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-3-cü hissələrinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digə r obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 52. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun” 10.2.2-ci bəndinə görə qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin planı və ölçüsü əlavə edilməlidir.

53. İşdən görünür ki, iddiaçılar Dövlət aktı əsasında yeni Çıxarış alsalar da, Çıxarışa əlavə olaraq torpaq sahəsinin planı və ölçü sənədləri işlənməyib, birinci instansiya məhkəməsi bunun səbəblərini araşdırmayıb, apellyasiya məhkəməsi də eyni səhvi təkrarlay araq buna diqqət yetirməyib. Halbuki iddiaçılar məhz RX seriyalı, ******* saylı Çıxarışa istinadən mübahisəli torpağın mülkiyyətlərində olmasını iddia edirlər.

54. Bundan əlavə, rəydə cavabdehlər X13 və X8 məxsus torpaq sahələrinin iddiaçılara məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etməyin mümkün olmamasının səbəbi kimi həmin cavabdehlərin adına olan Çıxarışların iş materiallarına əlavə edilmədiyi göstərilib. Halbuki qeyd edilən sənədlər iş materiallarında var. (i.v. 114, 115, 117, 118)

55. Göründüyü kimi ekspert rəyi tam olmamaqla, yanaşı həm də ziddiyyətlidir. Rəydə əvvəlcə X13 və X8 məxsus torpaq sahələrinin iddiaçılar məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi göstərildiyi halda, sonradan X13 və X8 məxsus torpaq sahələrinin iddiaçılara məxsus torpaq sahəsi ilə üst-ü stə düşüb-düşməməsini müəyyən etməyin mümkün olmamasının səbəbi kimi həmin cavabdehlərin adına olan Çıxarışın iş materiallarına əlavə edilmədiyi göstərilib. Bir halda ki, X13 və X8 məxsus torpaq sahələrinin iddiaçılara məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etməyin mümkün olmaması (sənədlərin olmaması səbəbindən) qeyd edilib, belə olan halda həmin şəxslərin iddiaçılara məxsus torpaq sahəsini tutmaları barədə gəlinən nəticə də əsaslı hesab edilə biməz. Bu da onu deməyə əsas verir ki, X13 və X8 məxsus torpaq sahələri üzrə rəy verilərkən onların adına olan torpaq sənədləri araşdırmadan kənarda qalıb.

56. Qeyd edilən hallar göstərir ki, apellyasiya məhkəməsi ekspert rəyinə formal yanaşmış, rəyi MPM-in 88 və 103.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun qiymətləndi rməmişdir.

57. Birinci instansiya məhkəməsi ziddiyyətli, tam olmayan mütəxəssis rəyinə istinad etməklə iddianı qismən təmin etmiş, apellyasiya məhkəməsi də buna diqqət yetirməmiş, ziddiiyyətlərin aradan qaldırılması yönündə heç bir prosessual hərəkət etməmiş, eyni pozuntunu təkrarlayaraq qətnaməni dəyişdirmədən saxlamaqla səhvə yol vermişdir.

58. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, tətbiq edilən maddi hüquq normaları da işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir. Bu iddiaların təmin olunmasının da əsas şərti mülkiyyətdə olan əmlakın digər şəxsin qanunsuz sahibliyində olması halının müəyyən edilməsindən asılıdır.

59. Hazırki i şdə isə iddiaçıların mülkiyyətində olan torpağın bir hissəsinin cavabdehlərin istifadə etmələri halı sübutların düzgün qiymətləndirilməsi ilə müəyyən edilib, belə olan halda mülkiyyətin müdafiəsi ilə bağlı maddi hüquq normaları da düzgün tətbiq edilmiş hesab edilə bilməz.

60. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, ekspert rəyindəki ziddiyyətləri aradan qaldırmaq üçün tədbirlər görməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

61. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-511/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar