Məhkəmə qərarları › İş №2(102)-5100/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5100/2022

11.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5100/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecinə (cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecinə (cavabd eh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi) qarşı işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 3030/2022 nömrəli, 01 iyun 2022ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1983-cü ildə anadan olmuşdur. Ailəlidir, himayəsində 3 azyaşlı uşağı vardır. Uşaqlarından biri, yəni 10 sentyabr 2007-ci il təvəllüdlü Məsimova Nuray Natiq qızı “iki tərəfli orta dərəcəli sensonevrol tip eşitmə azlığı, inkişafın ləngiməsi, nitq qüsuru”diaqnozu ilə 1 nöm rəli Sumqayıt Ailə Sağlamlıq Mərkəzində qeydiyyatdadır. Ali təhsillidir.

2. Əmək fəaliyyətinə 04 fevral 2019-cu il tarixdə başlamışdır. 3. 18 sentyabr 2019-cu il tarixdə 111 saylı əmrlə Bakı Humanitar Kollecdə müəllim vəzifəsinə işə qəbul edilmişdir.

4. Cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kolleci (bundan sonra - cavabdeh) tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 302 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir.

5. Cavabdeh tərəfindən 14 sentyabr 2021-ci il tarixdə 177 saylı əmr verilmiş və iddiaçının çalışdığı vəzifənin (ştatının) ixtisar edildiyi barədə 23 sentyabr 2021-ci il tarixli, 77-04/02-112 saylı xəbərd arlıq məktubu sonuncunun ünvanına göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 302 saylı əmrin ləğv edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, o, cavabdeh tərəfindən verilmiş həmin əmri aşağıdakılara görə əsassız hesab edir. Belə ki, o, müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Cavabdeh tərəfindən göndərilmiş 23 sentyabr tarixli xəbərdarlıq məktubunda onunla əmək müqaviləsinə xitam verilmə müddəti göstərilməmişdir. H əmçinin, cavabdeh Əmək Məcəlləsinin 80-cı maddəsinin İ və İİ bəndlərinin tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəlləsini 70-ci maddəsinin “b” bəndinə əsasən o, işdən azad edilərkən Kollecdə fəaliyyət göstərən Həmkarlar Təşkilatının razılığı alınmamışdır. Halbuki, hər ay onun əmək haqqının 1%-i həmin təşkilata üzv olduğuna görə tutulur. Əmək Məcəlləsinin 10-cu maddəsinin “k” bəndinə əsasən qeyd olunan təşkilatın bu məsələ ilə bağlı keçirdiyi tədbirlərə də cəlb edilməmişdir. Həmçinin, cavabdeh tərəfindən o, işdən azad edilərkən Əmək Məcəlləsinin 77-ci maddəsinin İİ bəndinin tələbləri də pozulmuşdur. Belə ki, cavabdeh ixtisarla əlaqədar imzalanmış əmrlə onu tanış etməmiş (göndərdiyi 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu ona 10 oktyabr 2021-ci il tarixdə təqdim olunmuşdur), 4 həf tə tamam olmamış işdən azad edilmiş və xəbərdarlıq müddətində iş axtarmaq üçün vaxt verilməmişdir. Eyni zamanda cavabdeh Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, himayəsində 3 azyaşlı uşağı vardır və uşaqlarından biri xəstə kimi qeydiyyatdadır. Həmçinin həyat yoldaşı X16 ehtiyatda olan hərbi qulluqçudur. Həmin ixtisarla əlaqədar verilmiş əmrdə onun peşəkarlıq səviyyəsi, ixtisası nəzərə alınmamış, araşdırılma aparılmamış, əmrin hansı zərurət nəticəsində verildiyi göstərilməmişdir. Ona görə də hesab edir ki, barəsində verilmiş 01 noyabr 2021-ci il tarixli, 302 saylı əmr qanunvericiliyin kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməli, işə bərpa olunmalı və məcburi işəburaxma müddətinə görə əmək haqqı ödənilməlidir.

8. Cavabdeh məhkəməyə iddiaya eti raz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı qeyd edir ki, ona cavabdeh tərəfindən 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin həmin məktubda əmək müqaviləsinə xitam verilmə müddəti göstərilməmişdir. İddiaçı nəzərə almamışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilmə müddətinin göstərilməsi kimi bir anlayış yoxdur. İddiaçı işdən azad edilməsi ilə bağlı Kollecdə fəaliyyət göstərən Həmkarlar təşkilatının razılığının alınmadığını və bununla da Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulduğunu göstərmişdir. Lakin cavabdeh tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində X9 İtt ifaqı Komitəsinə Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi məqsədilə 30 iyul 2021-ci il tarixli 58A/02-12 saylı məktub göndərilmişdir. Həmin məktuba Həmkarlar İttifaqı Komitəsi 10 sentyabr 2021-ci il tarixli 05 saylı məktubla cavab verərək öz münasibətini bildirmişdir. İddiaçının cavabdeh tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinin pozulması ilə bağlı arqumenti ilə bağlı qeyd edilməlidir ki, xəbərdarlıq məktubu 23 sentyabr 2021-ci il tarixdə göndərilmiş, 24 sentyabr 2021-ci il tarixdə isə kollecin ixtisarın həyata keçirilməsinə nəzarət komissiyasının üzvləri (tədris işləri üzrə direktor müavini X10 inzibati - təsərrüfat işləri üzrə direktor müavini X11, baş mühasib X6, hüquqşünas X13 və İnsan Resursları və İnformasiya Şöbəsinin müdiri X17) tərəfindən kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilmişdir. Müəllimlərə ixtisarla bağlı xəbərdarlıq edilmiş və xəbərdarlıq bildirişləri rəsmi qaydada təqdim edilmişdir. Müəllimlər xəbərdarlıqla tanış olsalar da xəbərdarlıq məktublarını qəbul etməkdən imtina etmiş və iclasın pozulmasına səbəb olan hərəkətlərə yol verərək iclası tərk etmişlər. Eyni zamanda ərizədə iddiaçının xəbərdarlıq müddətində iş axtarmaq üçün vaxt verilməməsinin qeyd edilməsi absurddur. Çünki, iddiaçıya dərs yükü ayrılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 77-ci maddəsinin İİİ hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradı lması məqsədilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. İddiaçının bu hüququ qeyd olunan müddəa üzrə tam şəkildə həyata keçirilmişdir. Bundan başqa, iddiaçının himayəsində 3 azyaşlı uşağının olması və uşaqlardan birinin xəstə kimi qeydiyyatda olması eləcə də ərinin ehtiyatda olan hərbi qulluqçu olması Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. Həmçinin, iddiaçıya Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən öz ixtisasına uyğun müəllim vəzifəsi təklif edilmiş, lakin iddiaçı imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli, 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Ko llecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Qeyd olunan qərarın icrası barədə Azərbaycan Respublikası Təhsil Naziri 04 avqust 2020ci il tarixli, 355 saylı əmr imzalanmışdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 05 iyul 2021-ci il tarixli, 38/1-12 saylı məktubla kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv nailiyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi və uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə yeni ştat cədvəli təqdim edilərək təklif olunan ştat cədvəlinə münasibət göstərilməsi vurğulanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 iyul 2021-ci il tarixli, 04-26718/15 saylı məktubuna əsasən həmin ş tat cədvəlinin təsdiq edilməsinə etiraz edilməmişdir. Cavabdehin 20 iyul 2021-ci il tarixli, 141 saylı əmri ilə 2021-2022-ci il tədris ili üçün yeni ştat cədvəli təsdiq edilmişdir. Göstərilən struktur dəyişikliyi ilə əlaqədar normadan artıq və eyni zamanda müasir tələblərə cavab verməyən ştat vahidlərini tənzimləmək məqsədilə işçilərin sayı və ya ştatların ixtisar edilməsi aşkar edilən bir çox sayda nöqsan və pozuntuların aradan qaldırılması istiqamətində işlərin yerinə yetirilməsinə başlanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevral 2021-ci il tarixli 65 saylı əmrinə əsasən, Audit şöbəsinin şöbə müdiri müavini (audit sektorunun sektor müdiri) X3, həmçinin şöbənin böyük məsləhətçisi X2 tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanita r Kollecdə (Bakı Humanitar Kolleci) 01 yanvar 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixədək olan dövr üzrə maliyyə-fəaliyyəti araşdırılmış və 16 mart 2021-ci il tarixli arayış tərtib edilmişdir. Sözügedən arayışda qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2010-cu il tarixli 215 nömrəli qərarına əsasən orta ixtisas təhsil müəssisələrində müəllim və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü 500 saatdan az olmamaqla (nəzəri, laborator və praktiki məşğələlərə, musiqi, mədəniyyət, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 80%-dən az olmamaqla) müəyyən olmuşdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2019-2020-ci tədris ilində dərs yükünün hesablanması barədə əmrdə dərs yükü 250-500 saat aralığı nda olan müəllimlərin sayı 147 nəfər, 500-dən 600 saata qədər dərs yükü olan müəllimlərin sayı 118 nəfər və 600-800 saat dərs yükü olan müəllimlərin sayı 21 nəfər olmuşdur. Kollecdə fəaliyyət göstərən 268 müəllimdən 147-sinin dərs yükünün 250-500 olmasının əsas səbəbi yuxarıda göstərilən qərarın tələblərinə zidd olaraq 2019-cu ilin sentyabr ayı ərzində kollecin rəhbərliyi tərəfindən öz vəzifə səlahiyyətlərini aşaraq 47 müəllimin daimi işə qəbul edilməsi (o cümlədən 10 müəllim işdən çıxanların yerinə) olmuşdur. Eyni zamanda normativ sənədlərin tələbləri pozularaq 19 nəfər orta ixtisas təhsilli müəllimin kollecdə dərs deməsi nöqsan kimi qeyd edilmişdir. Bununla da yuxarı orqan tərəfindən bir tədris ili üçün müddətli əmək müqaviləsi bağlanılmasına razılıq verilmiş işçilərlə (47 nəfər işçi) əm ək müqavilələri müddətsiz bağlanıldığından həmin işçilərin əmək müqavilələrinə müddətin bitməsi əsası ilə (AR ƏM-nin 68.2.b və ya 73.1 maddəsi ilə) xitam verilmişdir. Kollecdə aparılmış araşdırma nəticəsində 16 mart 2021-ci il tarixdə tərtib edilmiş arayışda əks etdirilən nöqsanların aradan qaldırılması, eləcə də təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən ləğv edilmiş və ya ixtisar edilmiş vəzifə və peşələri tutan işçilərin ixtisarı zərurəti yaranmışdır. İxtisar edilən işçilərin, yeni ştat cədvəli üzrə peşə və ixtisaslarına uyğun olan vəzifə və peşələr təklif edilməsi nəzərdə tutulmuşdur və işçilərin razılığı olduğu halda həmin vəzifə və peşələrə işə qəbul təmin edilmişdir. Belə ki, qeyd edilənləri nəzərə alaraq işçilərin sayının və ştatların ixtisar edilməsi barədə 177 nömrəli 14 sentyabr 2021-ci il tarixli əmrə əsasən əmrdən irəli gələn ixtisar olunacaq işçilərə Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (ƏM-in 78 və 79-cu maddələrinin tələbləri nəzərə alınmaqla) xəbərdarlıq edilməklə, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış vəzifə (vəzifə) ştat təklif edilməklə ixtisara düşən müəllimlərin ixtisasları, əmək fəaliyyəti nəzərə alınmaqla yerləşdirilmişdir. Sözügedən arayışın iddiaçıya dair olan hissəsində göstərilmişdir ki, iddiaçı 19 sentyabr 2019-cu il tarixli 111 saylı əmrlə “Metodika” fənn birləşməsinə 500 saat dərs yükü ilə müəllim təyin olunmuşdur. Lakin dərs yükünün hesablanması barədə əmrdə (16 sentyabr 2019-cu il tarixli 28 saylı) iddiaçı müəllim kimi “Pedoqogika” fənn birləşməsinə 501 saat dərs yükü ilə göstərilmişdir. 2019-cu ilin sentyabr ayında müddətsiz əmək müqaviləsi işə qəbul edilmiş 47 müəllimdən biri iddiaçı olmuşdur. Onunla bağlanmış əmək müqaviləsi müddətsiz olduğundan və qanunsuz şəkildə işə qəbul edildiyindən bu hal digər müəllimlərin dərs saatının azalmasına yəni balansın pozulmasına gətirib çıxarmışdır. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2010-cu il tarixli, 215 nömrəli qərarının tələblərinə riayət edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə orta ixtisas təhsil pilləsinin dövlət standartı subbakalavriat səviyyəsinin ixtisas üzrə təhsil proqramı 2021-ci ildə yenidən hazırlanmış və həmin proqrama əsasən dərs yükü azaldılmışdır. Qeyd olunan bu hal işçilərin azaldılması zərurətini artırmışdır. Ey ni zamanda nəzərə alınmalıdır ki, iddiaçı və digər şəxslər əmək hüquqlarının pozulması ilə bağlı müxtəlif orqanlara müraciətlər etmişlər və həmin müraciətlərə aidiyyəti olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X15 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi əsasları çoxdur və bu səbəbdən iddiaçının iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. İddiaçı məhkəməyə “cavabdehin etiraz ərizəsi”nə etiraz ünvanlayaraq bildirmişdir ki, o, cavabdehin e tiraz ərizəsi ilə razılaşmır. Belə ki, onun işdən azad edilməsi barədə Kollecdə fəaliyyət göstərən X1 razılığı olmamışdır. Əmək Məcəlləsinin 9-cu maddəsinin 1-ci hissəsinə və "Həmkarlar İttifaqı haqqında" Qanunun 11-ci və 20-ci maddələrinə görə işəgötürənin təşəbbüsü ilə işçilərin sayı və ştatı ixtisar edilərkən X4na yazılı məlumat verilməlidir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “k” bəndinə görə "İşçi üzvü olduğu həmkarlar təşkilatının yığıncağına dəvət edilməlidir”. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə əlavə edilən 10 sentyabr 2021-ci il tarixli, 05 saylı məktubdan görünür ki, işçilər o cümlədən iddiaçı həmkarlar təşkilatının yığıncağına dəvət edilməmişdir. Həmçinin ixtisar edilmənin səbəbləri müzakirə edilməmiş, işdə saxlanılan şəxslərin hansı meyarlara əsasən iş də saxlanmasına nə Kollec tərəfindən imzalanan əmrdə, nə də 05 saylı məktubda aydınlıq gətirilməmişdir. ƏM-nin 8.1-ci maddəsinə görə “İşçinin sayı və ştatı ixtisar edilərkən işçinin ixtisası və peşəkarlıq səviyyəsinin daha yüksək olmasına üstünlük verilməlidir”. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş əmrlərdə və həmçinin HİKin Sədri N.M.İmanovaya ünvanlanmış 30 iyul 2021-ci il tarixli məktubda ixtisarın səbəbləri izah olunmur. Həmçinin HİK-nin 10 sentyabr 2021-ci il tarixli, 05 saylı məktubunda işçilərin ixtisar səbəbləri izah olunmamış, işçilərin, o cümlədən onun HİK-nin iclasına dəvət olunubolunmamağı barədə xəbərdarlıq çağırışı olması göstərilməmişdir. Qeyd edilənlər bir daha təsdiq edir ki, işəgötürən tərəfindən ƏM-in 9-cu maddəsinin “k” bəndi, 77, 78.1, 80-ci maddəsinin İ və İİ bəndlərinin, həmçinin “Həmkarlar İttifaqları haqqında” Qanunun 11 və 20ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X4na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X4 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Humanitar Kolleci HİK-in belə bir razılığı 40 gün sonra, 10 sentyabr 2021ci il tarixdə verilmişdir. Bu da ƏM-in 80.2-ci maddəsinə ziddir. Yuxarıda qeyd edildiyi kimi Həmkarlar İttifaqının yığıncağına dəvə t edilməmiş və hesab edir ki, həmin yığıncaq keçirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir.

10. Məhkəmə iclasında iddiaçı yuxarıda qeyd edilən məzmunlarda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, işdən azad edilərkən üç uşağının olması, uşaqlarından birinin xəstə olması, ərinin ehtiyatda olan hərbi qulluqçu olması nəzərə alınmamışdır. Təhsil Nazirliyinin nümayəndəsi Kamran müəllim onun öz ixtisasına uyğun başqa işlə təmin edilməsi ilə bağlı təklif etsə də, o bu təklifi qəbul etməmişdir. Çünki, o, Kollecdə çalışdığı vəzifəsində çalışmaq istəyir. 24 sentyabr 2021-ci il tarixdə kollecin akt zalında keçirilən iclasda iştirak etmişdir. Lakin, həmin iclasa çağırılan vaxt ona icla sın nə üçün keçirildiyi bildirilməmişdir.

11. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X5 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixli məktubunun təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecində ixtisar edilməsi nəzərdə tutulmuş ştat üzrə işçilərin siyahısının 35-ci bəndində İddiaçı adı qeyd edilmiş və Həmkarlar İttifaqı İddiaçı (xarici dil fənn birləşməsi müəllimi) ixtisarına etiraz etməmişdir.

12. Cavabdeh tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli, 177 nömrəli əmrin təsdiq olunmuş surətindən görünür ki, bu əmrə əlavə edilən siyahıda göstərilən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi, bu əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikası Əm ək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (ƏM-in 79- cu maddəsinin tələbləri nəzərə alınmaqla) xəbərdarlığın edilməsi, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştatın təklif edilməsi, əmrin icrasına nəzarətin tədris işləri üzrə direktor müavini Kamran Mənsimova tapşırılması əmr edilmişdir.

13. Cavabdeh tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq-bildirişdən görünür ki, Kollecin Xarici dil fənn birləşməsinin müəllimi İddiaçı kollecin 14 sentyabr 2021ci il tarixli, 177 nömrəli əmri ilə əlaqədar onun çalışdığı vəzifə ştatı ixtisara düşür. Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə onunla ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X15 Xidmətinin 21 dekabr 2021-ci il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müraciətinə X15 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış və bildirilmişdir ki, araşdırma zamanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdə əmək stajına uyğun olaraq xəbərdarlıq edilməklə və Həmkarlar İttifaqının qabaqcadan razılığı alınmaqla 01 noyabr 2021-ci il tarixdə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyi və son haqq hesabının əmək haqqı kartına köçürüldüyü müəyyən edilmişdir. Razılaşmadığı təqdirdə müvafiq qaydada məhkəməyə m üraciət etmək hüququ izah edilmişdir.

15. Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 26 yanvar 2022-ci il tarixli, 2(001)-802/2021 nömrəli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbi təmin edilməmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı işdən azad olunarkən Əmək Məcəlləsinin tələblərinə riayət edilmiş, öncədən X1 razılığı alınmış, iddiaçıya bu barədə 4 təqvim həftəsi əvvəl xəbərdarlıq edilmiş və daha sonra onunla əmək münasibətlərinə xitam verilmişdir. Bundan əlavə iddiaçı işdə saxlanmağa üstünlük verilən şəxslərin siyahısına aid olsa idi belə, bu qayda işçilərin sayının azaldılması hallarına aiddir. İddiaçının vəzifəsinin ləğv edilməsi ilə bağlı hala gəldikdə, nəzərə alınmalıdır ki, ştat mövcud deyilsə, həmin vəzifədə işləmək də mümkün deyil. Bununla yanaşı, tərəflərin izahatlarından da aydın olur ki, iddiaçıya Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən öz ixtisasına uyğun olaraq başqa iş təklif edilmiş, lakin o, təklifi qəbul etməmişdir.

17. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71.1, 77.1, 77.2, 77.3, 78, 80.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə edilmişdir ki, X8 Komitəsinə Təqdimatın verilməməsi Əmək Məcəlləsinin 80-ci maddəsinin pozuntusunu yaratmışdır. Həmkarlar İttifaqı Komitəsinə əsaslandırılmış təq dimat və onun əsaslılığını sübut edən sənədlər əlavə edilmədiyindən, Həmkarlar İttifaqı Komitəsi qanunun tələbini pozaraq onun və eləcə də digər işçilərin ixtisar adı altında qanunsuz və kütləvi şəkildə işdən çıxarılmalarına verdikləri qanunsuz razılıqla şərait yaratmışdır. Həmkarlar İttifaqı Komitəsi verilmiş siyahıdan 15 nəfər istisna olmaqla digər 76 nəfər işçinin işdən azad olmalarına məktubla, heç bir əsaslandırma aparmadan siyahı şəklində razılıq vermişdir. “İxtisar” siyahısı məktub şəklində 30 iyul 2021-ci il tarixində Həmkarlar İttifaqı Komitəsinə təqdim edilsə də, həmkarların 05 saylı cavab məktubu təqribən bir ay on gün sonra,10 sentyabr 2021-ci il tarixində verilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinin tələbləri pozulmuş, Təqdimat əvəzinə siyahının göndərilməsi v ə cavabın verilməsi formal xarakter daşımış, qanunla nəzərdə tutulmuş cavabın vaxtında verilməməsi, işdən azad olunanların cüzi bir hissəsinə razılıq verilməməsi, əksəriyyətinə isə razılığın verilməsi, bu zaman hüquqi əsasların və səbəblərin göstərilməməsi “ixtisar” prosesinin korrupsiyaya şərait yarada biləcək vəziyyətdə keçirildiyini söyləməyə əsaslar yaradır. İşdə saxlanılmağı ilə bağlı digər güzəştli şərtlərə malik olmağı da nəzərə alınmayıb. Məhkəmə ümumiyyətlə iddia ərizəsindəki dəlillərə özünün subyektiv mövqeyindən yanaşmış, qanunla əsaslandırılmış Təqdimatın verilməsi tələb olunduğu halda, belə təqdimatın niyə verilməməsinə, Həmkarlar İttifaqı Komitəsinin verməli olduğu “razılıq” kollegial və əsaslandırılmış qərar formasında olmalı olduğu halda, belə qərarın verilməməsinin səbəb lərinə aydınlıq gətirməmiş, Həmkarlar İttifaqı Komitəsində işdən azad olunmağına dair keçirilməli olan iclasın keçirilməməsinin səbəblərinə, keçirilmişdirsə, onun iştirakının təmin edilməməsinə aydınlıq gətirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, onun işdən azad olunmağı Kollecdə guya idarəçilikdə hansısa “optimallaşdırma” ilə, ştatların ixtisarı və yaxud işçilərin sayının ixtisarı ilə yox, cavabdehin özünün də iclasda təsdiq etdiyi kimi, Təhsil nazirliyinin Kollecdə keçirdiyi yoxlama nəticəsində aşkar etdiyi nöqsanların aradan qaldırılması ilə bağlı 2021-ci il mart ayının 16-da tərtib edilmiş arayışla bağlı olmuşdur. Həmin arayışa görə, guya 2019-cu ildə keçmiş rəhbərlik tərəfindən o və digər müəllimlər qanunsuz olaraq işə qəbul edilib. Məhkəmə əmrin qanuni əsaslarla verldiyi qənaətinə g əlsə də, təqdimatın və ona əlavə olunmuş sübutların Həmkarlar İttifaqı Komitəsinə verilməməsi, Həmkarlar İttifaqı Komitəsində ona münasibətdə əsaslandırılmış Kollegial qərarın qəbul edilməməsi, işdən azad olunmağına dair hazırlıq işlərinin onun iştirakı və xəbəri olmadan, məzuniyyət dövründə keçirilməsi onu deməyə əsaslar yaradır ki, məhkəmənin gəldiyi nəticə tam əsassızdır, qanunun tələblərinə uyğun olmayan, əmək hüquqlarımın pozulmasına yönəldilmiş, heç bir sübut əhəmiyyətinə malik olmayan sənədlərə istinad olunmaqla gəlinmiş nəticədir.

20. Apellyasiya baxışı zamanı mübahisənin barışıq yolu ilə həll olunması ilə bağlı tərəflər arasında müəyyən danışıqlar getsə də, tərəflər ümumi razılığa gələ bilməmiş və işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişlər.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 01 iyun 2022-ci il tarixli, 2(103)-3030/2022 nömrəli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia təmin olunmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 01 noyabr 2021-ci il tarixli, 302 saylı əmri qanunsuzdur və hesab etmişdir ki, iddiaçının himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək övladı olduğundan onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə ə sasən xitam verilə bilməzdi. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əmrin ləğv olunması tələbi təmin olunduğundan iddiaçı həm də əvvəlki vəzifəsinə bərpa olunmalıdır və bu, MPM-nin 218.3cü maddəsinin tələbinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, əmrin ləğv edilməsi tələbi öz-özlüyündə işçinin vəzifəsinə bərpa olunmasını da ehtiva edir.

23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79 və 300.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları c)Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunu düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi üzrə çıxarışdan görünür ki, iddiaçının övladı Məsimova Nuray Natiq qızı “Sağlamlıq imkanları məhdud uşaq” kimi 06 aprel 2022-ci il tarixdə qiymətləndirilib. Lakin mübahisələndirilən əmrin tarixi 01 Noyabr 2021-dir. Yəni mübahisələndirilən əmr verilən zaman iddiaçının uşağı sağlamlıq imkanları məhdud uşaq kimi rəsmi qaydada qiymətləndirilməyib və bu səbəbdən iddiaçı əmr verilməmişdən qabaq işəgötürənə hər hansı sənəd təqdim edə bilməyib. Məhkəmə proseslərinin getdiyi dövrdə iddiaçının uşağının Sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilməsi (mübahisələndirilən əmr verildik dən 5 ay sonra) və məhkəmənin bu halı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin pozulması kimi qiymətləndirilməsi absurddur. Məhkəmə qanunsuz, qərəzli və əsassız şəkildə həmin normanı tətbiq edib. Bundan əlavə məhkəmə təqdim olunan sübutlara tam və hərtərəfli qiymət vermədən, qərəzli mövqe tutaraq qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şiakyətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasının xahiş etmişdir. Etiraz iddia ərizəsinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, iddiaçının məktəbdə tədris etdiyi fənn hələ də tədris olunur, yəni onunla əmək müqaviləsinə xitam verilərkən “ixtisarın” əsas gəti rilməsi qanunsuz olmuşdur. Bundan əlavə kassasiya şikayətinin heç bir hüquqi əsası yoxdur, bu səbəbdən də şikayət təmin olunmamalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 27. 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin oluması ilə qorunması prinsiplərinə əsaslanır. 28. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 29. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 30. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixti sarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 31. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq – bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməlidir. 32. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yar adılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

33. Maddə 79. ”Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

1. İşəgötürən tərəfindən: - hamilə, habelə üç yaşınadək uşağı olan qadınların,”üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; - yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; - əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; - İşçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə - həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; - öhdəsində”18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş””ailə üzvü olan işçilərin;” - məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır

34. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəni lməklə işçinin vəzifəsinə bərpa edilməsi”barədə qətnamə”və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə”qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üz rə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehin 01 noyabr 2021-ci il tarixli, 302 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad edilmişdir.

45. Daha sonra apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının himayəsində sağlamlıq imkanları məhdud olan xx.xx.2007-ci il təvəllüdlü qızı vardır.

46. Bu nəticəyə gələrkən məhkəmə həmin icraata təqd im olunmuş arayışa istinad etmişdir. Həmin arayışla müəyyən olunur ki, xx.xx.2007-ci il təvəllüdlü Məsimova Nuray Natiq qızı “iki tərəfli orta dərəcəli sensonevrol tip eşitmə azlığı. İnkişafın ləngiməsi. Nitqin qüsuru”diaqnozu ilə Sumqayıt şəhəri 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində qeydiyyatdadır. Tibbi Sosial Ekspert Komissiyasında xx.xx.2022-ci il tarixdə aparılan müayinə nəticəsində də xx.xx.2007-ci il təvəllüdlü Məsimova Nuray Natiq qızının sağlamlıq imkanı məhdud uşaq olduğu təsdiq olunmuş və ona “eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi (anadangəlmə iki tərəfli). Koxlear nevrit neyrosensor ağır eşitmə 3-cü dərəcə (anadangəlmə nitqin pozulması) diaqnozu qoyulmuşdur.

47. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş v ə ya orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv olunması qadağandır.

48. Göründüyü kimi, Əmək Məcəlləsinin 79-cu maddəsi əmək müqaviləsinin ləğv olunması qadağan olunan işçilərin konkret dairəsini müəyyən etmişdir.

49. Maddənin mübahisələndirilən əmr verilərkən qüvvədə olmuş redaksiyasına əsasən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin əmək müqaviləsi ləğv oluna bilməz.

50. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 01 noyabr 2021-ci il tarixli, 302 saylı əmrini qanunsuz saymış və hesab etmişdir ki, iddiaçının himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək övladı olduğund an onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilməzdi.

51. Kassasiya şikayətinin dəlilləri ilə bağlı olaraq qeyd edilməlidir ki, iddia ərizəsi təqdim olunarkən iddiaçının dəlillərindən biri məhz uşağının xəstəliyinin olması və bu xəstəliyin uşaqda anadan olan vaxtdan mövcud olması ilə bağlı olmuşdur. Belə olan halda müvafiq olaraq apellyasiya icraatı müddətində arayışın əldə edilməsi faktın təkrar olaraq təsdiq edilməsini özündə əks etdirir.

52. Digər tərəfdən məhz ixtisar zamanı Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilənlərin aydınlaşdırılması iddiaçının vəzifəsi olmuşdur. Belə araşdırmanın aparılmadığı aşkardır və araşdırmanın aparılması nəticəsində isə iddaçının tutduğu vəzifəsindən azad olunmasının yolverilməz olması müəyyən olunmuş olardı.

53. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

54. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

55. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhk əməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

56. Bu baxımdan kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kolleci tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının 01 iyun 2022-ci il i tarixli, 2(103)-3030/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar