Məhkəmə qərarları › İş №2(102)-5101/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5101/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5101/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5101/2022 (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü məsələləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5568/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qə rardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh MTK-ya qarşı mənzildən istifadəyə maneələrin aradan qaldırılması, mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsi 13 M ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən, sahəsi 108,5 kv.m olan, 3 otaqdan ibarət 56 saylı mənzilinə və həmin yaşayış binasının 3-cü giriş, 14-cü mərtəbəsində yerləşən sahəsi 101,5 kv.m olan, 2 otaqdan ibarət 232 saylı mənzilinə sahiblik və isti fadə hüququnun tanınması, həmin mənzillərin cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən sahəsi 108,5 kv.m olan, 3 otaqdan ibarət 56 saylı mənzilinə görə 37975 manat məbləğində və həmin yaşayış binasının 3-cü giriş 14-cü mərtəbəsində yerləşən sahəsi 101,5 kv.m olan, 2 otaqdan ibarət 232 saylı mənzilinə görə isə 45675 manat məbləğində vəsaiti Cavabdeh MTK-ya tam ödəyərək qeyd edilən mənzilləri satın almışdır. Bununla bağlı, "xxxx" MTK ilə onun arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Gü nəşli qəsəbəsi, «V» yaşayış sahəsi, bina 13 M, 1-ci giriş, 13-cü mərtəbə, sahəsi 108,5 kv.m olan, 3 otaqdan ibarət 56 saylı mənzilə dair xx.xx.2008-ci il tarixli 73 saylı müqavilə, həmin yaşayış binasının 3-cü giriş 14-cü mərtəbəsində yerləşən sahəsi 101,5 kv.m olan, 2 otaqdan ibarət 232 saylı mənzilinə dair xx.xx.2014-cü il tarixli 107 saylı müqavilə bağlanmış və eyni tarixli maliyyə arayışları verilmişdir. 2017-ci ilin oktyabr ayının əvvəllərinə kimi həmin mənzillər onun sahibliyində olsa da, 22 may 2017-ci il tarixdən Kooperativin sədri seçilmiş Firudin Əliyev mənzillərin qapılarını dəyişərək onu həmin mənzillərə buraxmır. Bu səbəbdən aldığı mənzillərdə başladığı təmir işləri yarımçıq qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. Bakı şə həri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10723/2017 nömrəli, 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Ağayev) iddia təmin edilmişdir.

4. Məhkəmə işin hallarına qiymət verərək, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və Mülki Məcəllənin 152, 157.2, 164.2, 165.1-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, cavabdeh MTK sözügedən müqavilələrdən irəli gələn öhdəliyini lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilələrdən yaranan öhdəliyin yerinə yetirilməsini tələb etməkdə haqlıdır. 5. 11.01.2022-ci il tarixdə maraqlarına toxunan şəxs Maraqlı şəxs (Vəkil) apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10723/2017 nömrəli, 11 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakim N.Rzayeva) Bakı şəhəri Suraxanı Rayon Məhkəm əsinin 2(010)-10723/2017 nömrəli, 12 dekabr 2017-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilməsi müddəti buraxılmamış hesab edilmiş və verilmiş apellyasiya şikayəti baxılması üçün mümkün hesab edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5568/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Məhkə mə kollegiyası hesab etmişdir ki, maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə Əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğunluğunu yoxlamadan işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. Maraqlarına toxunan şəxs (Vəkil Bayram oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-5568/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qərardadının tamamilə ləğv edərək, apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsasland ırılmışdır ki, 2(010)-10723/2017 nömrə ilə birinci instansiya məhkəməsində iki iş olduğundan, işin elektron məhkəmə sisteminə daxil edilməsi mümkün olmamışdır. İşin elektron məhkəmə sistemində olmaması vətəndaşın təqsirindən deyil, məhkəmənin və elektron sistemə nəzarət edən orqanın təqsirindəndir. Kassator ərizə ilə müraciət edərək kağız daşıyıcı vasitəsilə göndərilmiş apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. Buna görə də, hazırkı qətnamədən apellyasiya şikayəti mümkün hesab edilməli və şikayətə baxılmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

13. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

14. Maddə 361.1. Apellyasiya şikayəti həmin maddə və bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.

15. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

16. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

17. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

20. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

21. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Ka ssasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya ş ikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qənaətini apellyasiya şikayətinin Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilməməsi ilə əsaslandırmışdır. 26. “Elektron Məhkəmə” İnformasiya sistemindən görünür ki, hazırkı iş sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmiş, işlə bağlı texniki əməliyyatlar apellyasiya instansiyası məhkəməsi tərəfindən icra edilmişdir.

27. Həmçinin, iş materiallarında olan (səh.34) Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil Bayram oğlunun birinci instansiya məhkəməsinə ünvanlanm ış ərizəsindən görünür ki, iş elektron məhkəmə sistemində olmadığından apellyasiya şikayətinin verilməsi mümkün olmamışdır.

28. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10723/2017 nömrəli, 11 yanvar 2022-ci il tarixli qərardadında (səh.50) qeyd edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin icraatında eyni indeks və say nömrəsi ilə, o cümlədən 2(010)-10723/2017 saylı iki mülki iş mövcud olmuşdur. Qeyd olunan və hal-hazırda apellyasiya şikayəti verilən mülki iş elektron sisteminə daxil olmadığından ona dair apellyasiya şikayətinin elektron qaydada verilməsi qeyri-mümkündür.

29. Kassasiya şikayətinin də dəlili məhz işin elektron məhkəmə sistemində olmaması səbəbindən apellyasiya şikayətinin kağız daşıyıcıda verilməsi ilə bağlıdır.

30. O da nəzərə alınır ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən kassatorun vəkili “Elektron Məhkəmə” İnformasiya sisteminə əlavə edilmiş, kassasiya şikayəti elektron kabinet vasitəsilə verilmiş, prosessual qanunvericiliyin tələbləri pozulmamışdır.

31. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, “Elektron Məhkəmə” İnformasiya sistemində işin mövcud olmaması səbəbindən apellyasiya şikayətinin elektron qaydada verilməməsi işdə iştirak edən şəxsin əleyhinə qiymətləndirilməməlidir. Əks yanaşma şəxsin konstitusion hüququ olan məhkəmə müdafiəsi hüququnun pozuntusuna səbəb olacaqdır.

32. Beləliklə, yuxarıda şərh edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.

33. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilm əli, iş apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5568/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin, iş apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar