Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5103/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" QSC və İmişli rayon Yalavac Bələdiyyəsinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, torpaqdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Üçüncü şəxs qismində "xxxx" QSC-nin nümayəndəsi X2 və vəkili X4 oğlun un iştirakları ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(106)15/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İmişli-Vətəgə mənzili 131-ci km piket 2-dən 132-ci km piket 4-dək təhkim zolağında yerləşən ümumi 25000 kv.m. təşkil edən dəmir yolu nəqliyyatı təyinatlı torpaq sahəsi 16 fevral 2018-ci il tarixli müqavilə ilə "xxxx" QSC-nin adından "xxxx" MMC tərəfindən 1 il müddətinə ot çalımı, otlaq və əkin-biçin məqsədilə istifadə olunması üçün İddiaçı icarəsinə verilmiş, sonradan icarə müddəti 18 fevral 2019-cu ildə 16 fevral 2020-ci ilə kimi uzadılmışdır. İmişli-Vətəgə mənzili 131-ci k m piket 3-ün 80-ci metrindən 132-ci km. piket 3-ün 80ci metrinədək təhkim zolağında yerləşən 1,6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsi 19 fevral 2020-ci il və 17 fevral 2021-ci il tarixli müqavilələrlə "xxxx" QSC-nin adından etibarnamə əsasında hərəkət edən "xxxx" MMC tərəfindən əkin-biçin məqsədilə istifadə olunması üçün İddiaçı, hər dəfə 11 ay müddətində olmaqla icarəyə verilmişdir. İmişli rayonu, M.Əsədov adına kolxozun islahatı zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsindən 2,60 ha torpaq sahəsi 01 noyabr 2016-cı, 01 noyabr 2017-ci, 02 noyabr 2018-ci il tarixli müqavilələrlə İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən kənd təsərrüfatı məhsullarının becərilməsi üçün hər il 11 ay müddətinə, 25 oktyabr 2019-cu il tarixli müqavilə ilə isə 5 il müddətinə Cavabdeh icar əyə verilmişdir. İş üzrə birinci instansiya məhkəməsində alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin 05 dekabr 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı icarəsində olan 25000 kv.metr torpaq sahəsinin 17031 kv.metr hissəsinə Cavabdeh tərəfindən müdaxilə olunaraq, həmin 17031 kv.metr torpaq sahəsinin İddiaçı istifadə etməsinə maneçilik törədilir. Qeyd olunan torpaq sahəsi Cavabdeh istifadəsindədir. İş üzrə apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2019-cu il tarixli rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X1 LTİ-nin mütəxəssi s rəyinə əsasən, "xxxx" QSC və iddiaçı arasında 16 fevral 2018-ci il tarixdə bağlanmış İM-154 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km. pk 2-dən 132-ci pk 4-dək təhkim zolağında olan ümumi sahəsi 25000 kv.metr torpaq sahəsinin koordinatları dəqiqləşdirilmiş və həmin torpaq sahəsinin Dövlət mülkiyyətində olmaqla “Dəmir yolu nəqliyyatı” torpaqlarına aid olması müəyyən edilmişdir. Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən, "xxxx" QSC və iddiaçı arasında 16 fevral 2018-ci il tarixdə bağlanmış İM-154 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 2-dən 132-ci pk 4-dək təhkim zolağında olan ümumi sahəsi 25000 kv.metr torpaq sahəsinin 13482 kv.m hissəsi “Dəmir yolu nəqliyyatlı torpaqlardan və də mir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarına əsasən dəmir yolu nəqliyyat təyinatlı torpaq sahəsi kimi "xxxx" QSC-nin istifadəsində olmadığı müəyyən olunmuşdur. Beyləqan LTİ-nin mütəxəssis rəyinə əsasən, "xxxx" QSC və iddiaçı arasında 16 fevral 2018-ci il tarixdə bağlanmış İM-154 saytı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli- Vətəgə mənzili 131-ci km pk 2-dən 132-ci pk 4-dək təhkim zolağında olan ümumi sahəsi 25000 kv.metr torpaq sahəsinin 13482 kv.metr hissəsi Cavabdeh tərəfindən əkin sahəsi kimi istifadə olunmas ı müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, sonradan isə iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən iddiaçının icarəsinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması bərədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsini "xxxx" QSC-nin "xxxx" MMC ilə müqavilə bağlamaqla icarəyə götürmüş, Sahibkarlıq Fondundan pul götürüb təsərrüfat yaratmışdır. Lakin İmişli rayonunun Yalavac Bələdiyyəsi heç bir əsas olmadan həmin torpaq sahəsini Cavabdeh vermişdir. Cavabdeh öz heyvanlarını torpaq sahəsinə salıb otarmış, bitki örtüyünə ziyan vurmuş, iddiaçının həmin torp aq sahəsindən istifadə etməsinə maneçilik yaratmışdır. İmişli Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(036)-16/2019 nömrəli qətnaməsi ilə (hakim T.V.Nüsrətov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51.1, 51.8, 66.1, 66.2, 67.1, 67.3, 67.4, 68-ci maddələrinə, Mülki Məcəlləsinin 135.4, 139.1, 139-1.1.1-ci maddələrinə, “Torpaq icarəsi haqqında” Qanunun 1, 11, 12-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarlarına istinad edərək hesab etmişdir ki, torpaq sahəsinə dair 11 aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığı üçün onun Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinin irəli sürməsi, o cümlədən, həmin daşınmaz əmlakla (torpaq sahəsi) bağlı icarə və ya digər hüquqların qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinin və təmin edilməsinin hər hansı bir hüquqi əsası yoxdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şika yəti verərək, İmişli Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(036)-16/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(106)-15/2021 nömrəli qətnaməsi ilə (hakim T.S.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər T.X.Heydərovdan və İ.H.Əhmədovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(036)-16/2019 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, "xxxx" QSC-yə məxsus olmaqla İddiaçı icarəsinə verilmiş, İmişli-Vətəgə mənzili 131-ci km. pk 3-ün 80-ci metrindən 132-ci km pk 3-ün 80-ci metr inədək təhkim zolağında yerləşən, ümumi sahəsi 1,6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsindən Cavabdeh çıxarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 65, 67, 68, 84, 111.1, 111.2-ci, Mülki Məcəlləsinin 164.1, 164.2-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, cavabdeh iddiaçının qanuni əsaslarla sahiblik etdiyi torpaq sahəsini zəbt etdiyindən, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km. piket 2-dən 132-ci km. piketədək təhkim zolağında yerləşən 25000 kv.metr torpaq sahəsindən cavabdehin çıxarılmas ı olsa da, qüvvədə olan icarə müqaviləsinə əsasən iddiaçının icarəsində İmişli-Vətəgə mənzili 131-ci km. pk 3-ün 80-ci metrindən 132ci km pk 3-ün 80-ci metrinədək təhkim zolağında yerləşən, ümumi sahəsi 1,6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsi vardır və iddia həmin torpaq sahəsinə aid hissədə təmin olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(106)-15/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh iddiaçının icarəsində olan torpaq sahəsinə müdaxilə etməmiş, İmişli rayonunun Yalavac Bələdiyyəsi tərəfindən ona verilmiş torpaqdan istifadə etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında əvvəllər də həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri olmuş və məhkəmələr tərəfindən hazırki işdə kassatorun xeyrinə məhkəmə aktları qəbul olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X3 və vəkili X4 oğlu kassasiya şikay ətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı və Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs İmişli rayonunun Yalavac bələdiyyəsi nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərd ə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) q anunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əld ə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azər baycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur.... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə аlqı-sаtqı, ip oteka, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kаdаstrındа və dövlət torpaq reyestrində qeydiyyata аlınmаlıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququnа dair dövlət аktı, torpаqdаn dаimi istifadə hüququnа dair dövlət аktı, torpаqdаn müvəqqəti istifadə hüququnа dair şəhadətnamə, torpаğın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpağa yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonra yaranmış hesab edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafi q olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqların müdafiəsinə və toxunulmаzlığınа təminat vermir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyət li olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması, ekspert rəyini n qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, hazırki mübahisə torpaq sahəsindən istifadə ilə bağlıdır. Hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onun qanuni istifadəsində (icarəsində) olmasını iddia edir. Apellyasiya instansiyası məhkəməsi işin həlli bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və yuxarıda qeyd olunan məzmunda rəy alınmışdır. Lakin iş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan rəyi aldıqdan sonra xüsusi bilik tələb edən əlavə sualları izah etmək məqsədi ilə öz təşəbbüsü ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etməklə, ekspertizanın aparılması zamanı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, "xxxx" QSC-nin "xxxx" MMCnin və Beyləqan rayonu Yalavac Bələdiyyəsinin mütəxəssislərinin cəlb olunmasını qərara alınmışdır. Lakin iş materiallarından müəyyən olunur ki, "xxxx" MMC-nin Beyləqan Layihə Tədqiqat İdarəsinin 07 oktyabr 2020-ci il tarixli arayışına əsasən Horadiz şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya qurğuları vasitəsi ilə intensiv atəşə tutulması nəticəsində ekspertizanın keçirilməsi üçün mütəxəssisin iştirakı təmin olunmamış, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti isə 21 dekabr 2020-ci il tarixli məlumatla mütəxəssis rəyi təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə özünün zəruri bildiyi suallara ekspert rəyini almaq üçün əlavə tədbirlər görmədən mübahisələndirilən qətnaməni qəbul etmişdir. Həmçinin müəyyən olunur ki, iş üzrə alınmış və məhkəmənin istinad etdiyi 30 dekabr 2019-cu il tarixli rəy özü də ziddiyyətli olmuşdur. Belə ki, həmin rəydə birinci sualla bağlı qeyd olunmuşdur ki, "xxxx" QSC və iddiaçı arasında 16 fevral 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş 25000 kv.metr torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla “Dəmir yolu nəqliyyatı” torpaqlarına aid olması müəyyən edilmişdir. Lakin rəyin ikinci və üçüncü sualları üzrə cavablarda göstərilmişdir ki, 25000 kv.metr torpaq sahəsinin 13482 kv.m hissəsi dəmir yolu nəqliyyat təyinatlı torpaq sahəsi kimi "xxxx" QSC-nin istifadəsində olmadığı və cavabdehin əkin sahəsi kimi is tifadəsində olması müəyyən olunmuşdur. Ekspert mübahisələndirilən 25000 kv.m. torpaq sahəsinin “Dəmir yolu nəqliyyatı” torpaqlarına aid olduğu halda, həmin torpağın 13482 kv.m. hissəsinin "xxxx" QSC-nin “istifadəsində olmaması” ifadəsi altında nəyin başa düşündüyünü izah etməmişdir. Digər tərəfdən qeyd olunan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 25000 torpaq sahəsinin yalnız 13482 kv.m. hissəsi cavabdeh tərəfindən əkin sahəsi kimi istifadə olunur. Lakin ekspert rəyi alındıqdan sonra "xxxx" QSC və iddiaçı arasında yeni icarə müqaviləsi bağlanmış və iddiaçının icarəsinə ekspertiza tədqiqatı aparılmış İmişli-Vətəgə mənzili 131ci km piket 2-dən 132-ci km piket 4-dək təhkim zolağında yerləşən ümumi 25000 kv.m. torpaq sahəsi deyil, həmin zolağın azaldılmış hissəsində: İmişli-Vətəgə mənzili 13 1-ci km piket 3-ün 80-ci metrindən 132-ci km. piket 3-ün 80-ci metrinədək təhkim zolağında yerləşən 1,6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsi verilmişdir. Yəni cavabdeh tərəfindən “Dəmir yolu nəqliyyatı” torpaqlarına aid olan torpaqların zəbt edilməsi ehtimal olunsa da belə, həmin zəbt olunmuş torpağın (onun hər hansı hissəsinin) iddiaçıya yeni icarə müqaviləsi üzrə istifadəsindən xaricdə qalan 9000 kv.m. hissəsi ilə üst-üstə düşməsi araşdırılmamışdır. Apellyasiya məhkəməsi isə həmin halı nəzərə almamış və cavabdehin iddiaçının icarəsinə verilmiş 1,6 ha torpaq sahəsinin tam olaraq zəbt etdiyi nəticəsinə gələrək, onun həmin sahədən çıxarılmasını qət etmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hü quqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımas alar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiym ət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi məsələsini müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(106)-15/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5103/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5103/2021
11.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver