Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5105/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı X.X.X.nun iştirakı ilə, iddiaçılar X.X.X.nun və İddiaçı3 qızının Cavabdeh Balağa oğluna qarşı zəbt edilmiş torpaq sahəsinin üzərində özbaşına tikililərin cavabdehin hesabına sökülməklə qaytarılması, qaytarılmış torpaq sahəsi də nəzərə alınmaqla həyətyanı torpaq sahəsinin, xx xxxxxx 1963-cü il tarixli ilkin mövcud olmuş həyətyanı torpaq planını n (cizgisinin) həndəsi ölçüləri daxilində həqiqi planı (cizgisi) müəyyən edilərək tərtib olunması, üzərində mülkiyyət hüquqlarının tanınması, buna müvafiq yeni çıxarışın verilməsi, seriya RX ******* nömrəli çıxarışın və bu çıxarışın verilməsinə yalnız əsas olmuş sənədlərin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1326/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı X.X.X. tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Siyəzən Rayon Məhkəməsinin 2(059)-20/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim B.R.Ələkbərov) iddia qismən təmin edilmiş, Cavabdeh Balağa oğlu tərəfindən Siyəzən şəhəri, S.Xeyrullayev küçəsindəki 2 saylı evin yerləşdiyi iddiaçılar X.X.X.na və X3 məxsus 282,3 kv.m. (0,0282 ha) torpaq sahəsinin 17 kv.metr hissəsinin üzərində inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməklə, torpaq sahəsinin iddiaçıların sahibliyinə qaytarılması, ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 manatın 50 %-i, yəni 75 (yetmiş beş) manatının iddiaçılar X.X.X.ndan və X1 müştərək qaydada, qalan 50 %-i, yəni 75 (yetmiş beş) manatının isə Cavabdeh Balağa oğlundan tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, həmçinin iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcinin 81,60 (səksən bir manat 60 qəpik) manatının 50 %-i, yəni 40,8 (qırx manat 80 qəpik) manatının iddiaçılar X.X.X.ndan və X1 müştərək qaydada, qalan 50 %-nin, yəni 40,8 (qırx manat 80 qəpik) manatının isə Cavabdeh Balağa oğlun dan tutularaq xxxx MMC-nin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank) **********, m/h AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına keçirilməsi, iş üzrə ödənilmiş 31 1 (otuz bir) manat dövlət rüsumunun 50 %-i, yəni 15,5 (on beş manat 50 qəpik) manatının Cavabdeh Balağa oğlundan tutularaq iddiaçı X.X.X.na ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1326/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə), iddiaçı X.X.X. tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməyərək, Siyəzən Rayon Məhkəm əsinin 2(059)-20/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar X.X.X., İddiaçı2 Lazım qızı və X4 Cavabdeh Balağa oğluna qarşı “zəbt edilmiş torpaq sahəsinin üzərində özbaşına tikililərin cavabdehin hesabına sökülməklə qaytarılması, qaytarılmış torpaq sahəsi də nəzərə alınmaqla həyətyanı torpaq sahəsinin, xx xxxxxx 1963-cü il tarixli ilkin mövcud olmuş həyətyanı torpaq planının (cizgisinin) həndəsi ölçüləri daxilində həqiqi planı (cizgisi) müəyyən edilərək tərtib olunması, üzərində mülkiyyət hüquqlarının tanınması, buna müvafiq yeni çıxarışın verilməsi, seriya RX ******* nömrəli çıxarışın və bu çıxarışın verilməsinə yalnız əsas olmuş sənədlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zəbt edilmiş 0,0141 ha torpaq sahəsinin üzərində özbaşına tikililərin cavabdehin hesabına sökülməklə qaytarılması, qaytarılmış torpaq sahəsi də nəzərə alınmaqla həyətyanı torpaq sahəsinin, xx.xx.1963-cü il tarixli mövcud olmuş 0,0350 ha torpaq planının (cizgisinin) həndəsi ölçüləri daxilində həqiqi planı (cizgisi) müəyyən edilərək tərtib olunması, üzərində mülkiyyət hüquqlarının tanınması, buna müvafiq çıxarışın verilməsi, RX seriyalı ******* nömrəli çıxarışın və bu çıxarışın verilməsinə yalnız əsas olmuş sənədlərin ləğv edilməsi, tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun alınıb iddiaçılara qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən hazırkı mülki iş üzrə İddiaçı2 Lazım qızı vəfat etdiyinə və mübah isə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyinə görə onun hüquq varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Daha sonra, iddiaçılar Siracətdin Allahverdiyev və İddiaçı3a xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə ərizə və mübahisəli torpaq sahəsinin onların xüsusi mülkiyyətində olmasını təsdiq edən sənəd təqdim etmişlər. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(059)-20/2019 saylı qərardadına əsasən iddiaçılar X.X.X.nun, İddiaçı2 Lazım qızının və X2 Cavabdeh Balağa oğluna qarşı “zəbt edilmiş torpaq sahəsinin üzərində özbaşına tikililərin cavabdehin hesabına sökülməklə qaytarılması, qaytarılmış torpaq sahəsi də nəzərə alınmaqla həyətyanı torpaq sahəsinin, xx.xx.1963-cü il tarixli ilkin mövcud olmuş həyətyanı torpaq planının (cizgisinin) həndəsi ölç üləri daxilində həqiqi planı (cizgisi) müəyyən edilərək tərtib olunması, üzərində mülkiyyət hüquqlarının tanınması, buna müvafiq yeni çıxarışın verilməsi, seriya RX ******* nömrəli çıxarışın və bu çıxarışın verilməsinə yalnız əsas olmuş sənədlərin ləğv edilməsi” tələbinə dair iddiası üzrə işin icraatı təzələnmiş və xx xxxx 2019cu il tarixdə İddiaçı2 Lazım qızı hüquqi varisi olan iddiaçılarla əvəz edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı X.X.X. həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiya sı məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı X.X.X. və vəkili Vəkil Sədyar oğlu kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı X.X.X. vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə ə sasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı3 qızı, Cavabdeh Balağa oğlu, üçüncü şəxslər Siyəzən rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndələri üzrlü səbəb olmadan iştirak etməmişlər. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı X.X.X.nun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Ə mlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, S.Xeyrullayev küçəsindəki ümumi sahəsi 69 kv.m. olan 2 saylı ev 2/4 hissədə X.X.X.nun, ¼ hissədə mərhum İddiaçı2, ¼ hissədə isə X2, bu evin yerləşdiyi 0,0209 ha torpaq sahəsi isə 2/3 hissədə mərhum İddiaçı2, 1/3 hissədə isə İddiaçı3anın adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı,1450639 saylı çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, S.Xeyrullayev küçəsindəki ümumi sahəsi 69 kv.m. olan 2 saylı ev 8/12 h issədə X.X.X.nun, 4/12 hissədə isə X2, bu evin yerləşdiyi 0,0209 ha torpaq sahəsi isə 4/9 hissədə Siracətdin Allahverdiyevin, 5/9 hissədə isə İddiaçı3anın adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarından görünür ki, iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi, zəbt edilmişdirsə də onun ölçüləri dəqiq müəyyənləşdirilmədiyinə görə, eləcə də işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığına görə, həmçinin əvvəlki ekspert rəyi kifayət qədər aydın və ya tam olmadığından Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(059)- 20/2019 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli, C-168 saylı mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 11688 saylı rəyindən görünür ki, vahid elektron baza məlumatlarındakı xəritə materiallarına, eləcə də JN-597A saylı şəhadətnaməyə əsasən ünvan 1 ünvanda iddiaçılara xüsusi mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsi 0,0282 ha təşkil edir və iddiaçının faktiki olaraq istifadəsində 0,0330 ha torpaq sahəsi vardır. Mərhum Allahverdiyev Balami Siraculla oğluna məxsus olmuş Siyəzən şəhəri, keçmiş Sülh küçəsi, 3a ünvanında yerləşən 0,0350 ha tor paq sahəsinə aid heç bir planölçü sənədi (cizgisi) mülki iş materiallarında olmadığından cavabdeh tərəfindən istifadədə olan torpaq sahələrinin eynilik təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa ünvan 1 ünvanda iddiaçılara xüsusi mülkiyyət hüququ üzrə məxsus olan, cavabdeh tərəfindən istifadədə olan torpaq sahələrinin koordinatları, həmçinin JN-597A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə X.X.X.nun mülkiyyətinə verilmiş 282,3 kv.m. torpaq sahəsinin 17 kv.metr hissəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-u ma ddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka dair digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla ba ğlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. -66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. -67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət 6 qeydiyyatına alınması məcburidir. -68-ci maddəsinə əsasən torpaq sahələri ü zərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. -111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd edilən normaların mahiyyəti və hüq uqun ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən e tmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Müəyyən edilmişdir ki, iddiaçılar mülkiyyətlərində olan əmlakdan maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onların hüquqlarını məhdudlaşdırır və əmlaklarından mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmçinin müəyyən edilmişdir ki, ünvan 1 ünvanda iddiaçılara mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsinin ölçüsü vahid elektron baza məlumat larındakı xəritə materiallarına, eləcə də JN-597A saylı şəhadətnaməyə əsasən 0,0282 ha torpaq sahəsi təşkil edir və iddiaçıların faktiki olaraq istifadəsində 0,0330 ha torpaq sahəsi vardır. Lakin Cavabdeh Balağa oğlu iddiaçıların xüsusi mülkiyyətində olan bu torpaq sahəsinin 17 kv.m. hissəsində hər hansı bir formada əmlak hüquqları əldə etmədən özbaşına tikililər inşa etdirərək sonuncuların mülkiyyətlərindən maneəsiz istifadə hüququnu pozmuşdur. Bu səbəbdən də iddiaçılar yuxarıda qeyd edilən qanunun normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını bərpa etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişlər. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin ilk, yəni zəbt edilmiş torpaq sahəsinin üzərində özbaşına tikililərin c avabdehin hesabına sökülməklə qaytarılması barədə hissəsinə münasibətdə qeyd etmişdir ki, tədqiq edilmiş mötəbər sübutlara və işin faktiki hallarına əsasən tələb bu hissədə qismən əsaslı hesab edilməli və qismən təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin digər, yəni qaytarılmış torpaq sahəsi də nəzərə alınmaqla həyətyanı torpaq sahəsinin, xx xxxxxx 1963-cü il tarixli ilkin mövcud olmuş həyətyanı torpaq planının (cizgisinin) həndəsi ölçüləri daxilində həqiqi planı (cizgisi) müəyyən edilərək tərtib olunması, üzərində mülkiyyət hüquqlarının tanınması, buna müvafiq yeni çıxarışın verilməsi barədə hissəsinə münasibətdə qeyd etmişdir ki, tədqiq edilmiş mötəbər sübutlara və işin faktiki hallarına əsasən tələb bu hissədə əsaslı hesab edilməməli və təmin olunmamalıdır. A zərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şə xslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) (mübahisələndirmə haqqında iddia); inzibati orq anın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 saylı qərarının 2-ci bölməsinin 31-ci sırasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi inzibati orqanlar kimi müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçılar qaytarılmış torpaq sahəsi də nəzərə alınmaqla, həyətyanı torpaq sahəsinin xx xxxxxx 196 3-cü il tarixli ilkin mövcud olmuş 8 həyətyanı torpaq planının (cizgisinin) həndəsi ölçüləri daxilində həqiqi planının (cizgisinin) müəyyən edilərək tərtib olunmasını, üzərində mülkiyyət hüquqlarının tanınmasını, buna müvafiq yeni çıxarışın verilməsini tələb etməklə, mahiyyəti etibarilə məcburetmə haqqında iddia irəli sürmüşdür. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar tələb etdikləri məsələlərlə bağlı ilk növbədə müvafiq inzibati orqana müraciət etmək, həmin orqan imtina etdikdə isə aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında müraciət etməli olduqları halda, bununla bağlı ümumi məhkəməyə müraciət etmiş, habelə cavabdeh qismində Cavabdeh göstərmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respu blikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 04 saylı qərarının 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçılar X.X.X.nun və X2 Cavabdeh Balağa oğluna qarşı qaytarılmış torpaq sahəsi də nəzərə alınmaqla həyətyanı torpaq sahəsinin, xx xxxxxx 1963-cü il tarixli ilkin mövcud olmuş həyətyanı torpaq planının (cizgisinin) həndəsi ölçüləri daxilində həqiqi planı (cizgisi) müəyyən edilərək tərtib olunması, üzərində mülkiyyət hüquqlarının tanınması, buna müvafiq yeni çıxarışın verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin qalan, yəni seriya RX ******* saylı çıxarışın və bu çıxarışın verilməsinə yalnız əsas olmuş sənədlərin ləğv edilməsi barədə hissəsinə münasibətdə qeyd etmişdir ki, tədqiq edilmiş mötəbər sübutlara və işin faktiki hallarına əsasən tələb bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi belə qən aətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıların iddialarının bu hissəsinə ilk növbədə onların cavabdeh qismində göstərdikləri şəxsin iddianın bu hissəsinə cavab verməli olan şəxs olub-olmadığı kontekstində qiymət verərək haqlı olaraq hesab etmişdir ki, Cavabdeh iddiaçıların tələblərinin bu hissəsinə cavab verməli olan şəxs deyildir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə a pelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X.X.X. tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1326/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5105/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5105/2020
03.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver