Məhkəmə qərarları › İş №2(102)-5105/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5105/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5105/2021 26.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əhmədov Əhməd Abbas oğlu, İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)-327/2021 saylı qətnaməsindən Cavabdeh İB-nin verdiyi kasasiya şikayətinin mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi” barədə iddiası təmin edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 20 21-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. Mülki iş materiallarını öyrənib, kasasiya şikayətlərini nəzərdə keçirib hesab edirəm ki, aşağıdakılara görə kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 407.1, 407.1.2, 407.1.3-cü maddələrinə əsasən, kasasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti göstərilmə lidir. Həmin Məcəllənin 408.1, 408.1.1-ci maddələrində göstərilir ki, kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə kasasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Kasasiya şikayətindən görünür ki, Cavabdeh iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli qətnaməsindən deyil, 22 aprel 2021-ci il tarixli qətnaməsindən kasasiya şikayəti verib, 22 aprel 2 021-ci il tarixli qətnaməsinin isə hazırki mülki işə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, sözügedən mülki iş üzrə Cavabdeh iddiaçı olduğu halda, hazırki mülki iş üzrə cavabdehdir, kasasiya şikayəti isə məhz iddiaçı Cavabdeh Həsən Atakişiyevə qarşı “2.065,89 manat” pul iddiasına dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli qətnaməsindən verilib. Ümumiyyətlə, hazırki işdə Həsən Atakişiyev adlı cavabdeh yoxdur. Başqa sözlə apelyasiya instansiyası məhkəməsi Cavabdeh verdiyi kasasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan, kasasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərib. Göstərilənlərə əsasən, hesab edirəm ki, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kol legiyasının 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və kasasiya şikayəti mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1, 411-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARA A L D İ M: İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və kasasiya şikayəti mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar