Məhkəmə qərarları › İş №2(102)-5106/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5106/2019

16.07.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5106/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), İlqar Rəhim oğlu Xələfov və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı1 Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-277/2019 nömrəli iş üzrə 18 fevral 2019cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nizami Rayon Məhkəməsinin (hakim G.Ə.Şirinov) 2(044)-1809/2015 nömrəli, 13 may 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdeh X9 qızına qarşı istifadə hüququnun tanın ması və evə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı1 ünvan 1-də yerləşən evə istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi MK-nın (hakim R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ş.M.Əliyeva və Ə.İ.Məmmədov) 2(104)-277/2019 nömrəli, 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 may 2015-ci il tarixli 2(044)-1809/2015 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı1 cavabdeh X9 qarşı ünvan 3 evə istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi MK-nın (hakim R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ş.M.Əliyeva və Ə.İ.Məmmədov) 2(104)-277/2019 nömrəl i, 18 fevral 2019-cu il tarixli qərardadı ilə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 may 2015-ci il tarixli 2(044)-1809/2015 nömrəli qətnaməsi iddiaçı1 ünvan 2 yerləşən evə köçürülməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARİ: İddiaçı1 cavabdeh X9 qızına qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda 175 kv.m torpaq sahəsində yerləşən 18,5 kv.m yaşayış sahəsi, 10,8 kv.m örtülü eyvan, 17,2 kv.m və 10,8 kv.m zirzəmidən ibarət yaşayış evi babası X10 oğlunun mülkiyyətində olmuşdur. Babası Əli Məmmədov 1958-ci ildə vəfat etmişdir. Anadan olduğu gündən həmin evdə yaşamış və 2003-cü ildə ailə qurub köçmüşdür, lakin ailəsi uğursuz olduğundan bir müddət ər evində yaşadıqdan sonra mübahisəli evə qayıtmışdır. Hazırda anası, yəni cavabdeh X9 qızı onun həmin evdə yaşamasına imkan vermir. Halbu ki, cavabdeh orada tək yaşasada, mübahisəli əmlak mərhum babasının adına qeydiyyata alınıb. ünvan 3 ünvanda yerləşən ev ata mülkü olduğundan həmin evə köçürülməli və istifadə hüququ tanınmalıdır. Göstərilənlərə əsasən, İddiaçı1 onun ünvan 4 ünvanda yerləşən evdən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İ ddiaçı1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-277/2019 nömrəli iş üzrə 18 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında İddiaçı1 və maraqlı şəxs vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onların izahatları dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandı rılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-277/2019 nömrəli iş üzrə 18 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən dindirlimiş İddiaçı1, iş üzrə cavabde h X9 qızının prosessual hüquq varisi X11 qızı və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs etibarnamə üzrə nümayənəndəsi X7 qızının izahatları ilə müəyyən olunmuşdur ki, iddia İddiaçı1 hazırda mübahisəli evdə yaşayır. Belə olan təqdirdə iddia tələbinin ünvan 3 evə köçürülməsi hissəsinə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə görə, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilən Məcəllənin 391-ci maddəsinə görə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılma mış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə düzgün nəticəyə gəlmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol verməmişdir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-277/2019 nömrəli iş üzrə 18 fevral 2019cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-277/2019 nömrəli iş üzrə 18 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar