Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5106/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 və qeyrilərinin Cavabdeh1 qarşı pul tələbinə dair ilkin iddiası, Cavabdeh1 İddiaçı2 qarşı pul tələbinə dair qarşılıqlı iddiası, İddiaçı1 Xanağa oğlunun Cavabdeh1 qarşı pul tələbinə dair iddiası, Cavabdeh1 Cavabdeh3 qarşı pul tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pulun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X54 oğlunun katibliyi, İddiaçı2, İddiaçı1 Xanağa oğlunun və Cavabdeh3 vəkili Alışov Rahim Nüsrət oğlunun, C avabdeh1 oğu və onun vəkili Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(106)31/2021 saylı qətnaməsindən Cavabdeh1 oğu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı2 Rusiya Federasiyasının Maqadan şəhərində yaşayır. Onun qızı Çimnaz, Cavabdeh1 oğlu Peymanla evlənmişdir. Tərəflərin arasında mehriban münasibətlər olmuşdur və İddiaçı2 Azərbaycanda müxtəlif işlərin görülməsi üçün Cavabdeh1 müxtəlf vaxtlarda bank köçürməsi yolu ilə pul göndərmişdir. Həmin pullar həm Q.Abdullayevin adından, həm də onun xahişi ilə digər şəxslərin adından göndərilmişdir. Eyni zamanda İddiaçı2 qardaşı İddiaçı1 Xanağa o ğlu Cavabdeh1 borc pul göndərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları 1-ci iş (İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X46, X20, X26, X38, X10 Cavabdeh1 pul tələbinə dair ilk iddia, Cavabdeh1 İddiaçı2 qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə iş) Birinci instansiya məhkəməsində icraat İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 440000 ABŞ dolları məbləğdə pulun tutulub ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ildə Cavabdeh1 İddiaçı2 Azərbaycan Respublikasında ev və digər əmlaklar almaq barədə təkliflər vermişdir. İddiaçı cavabdehə inanaraq, 2012-ci il tarixdən başlayaraq 2016-cı ilin avqust ayınadək 600.000 ABŞ dolları məbləğdən artıq pul göndərmişlər. Cavabdeh isə həmin pul ları hal-hazıra qədər geri qaytarmamış və şəxsi məqsədləri üçün istifadə etmişdir. İddiaçı2 daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 32000 ABŞ dolları məbləğdə pulun tutulub ona ödənilməsini xahiş etmişdir. Həmçinin Maqadan şəhərində yaşayan X46, X20, X26, X38 və X27 ayrı-ayrılıqda Cavabdeh1 qarşı iddia qaldıraraq, Cavabdeh1 ödənilən gün məzənnəyə uyğun olaraq 35.000 ABŞ dolları məbləğində pulun X35, 30.000 ABŞ dolları məbləğində pulun alınaraq X11, 55.000 ABŞ dolları məbləğində pulun alınaraq X28, 46.000 ABŞ dolları və 210.000 Rusiya rublu məbləğində pulun alınaraq X14, 45.000 ABŞ dolları məbləğində pulun alınaraq X15 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 xahişi ilə müxtəlif vaxtl arda cavabdehə tələb etdikləri məbləğdə pulu bank köçürməsi yolu ilə cavabdehə göndərmişlər. Həmçinin Cavabdeh1 İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi və sonradan iddia ərizəsinə əlavə barədə ərizə verərək, İddiaçı2 446677 ABŞ dolları məbləğdə pulun alınıb ona verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2012-2016-cı illər ərzində İddiaçı2 üçün bir sıra işlər görmüşdür. Belə ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzili İddiaçı2 etibarnaməsinə əsasən 23 aprel 2013-cü il tarixdə Bakı şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusu vasitəsi ilə AN-1 seriyalı, ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X1 rəsmi 50.000 manata, faktiki isə 186.000 ABŞ dolları məbləğində pula almış, 28 aprel 2014-cü il tarixli, 18769 nömrəli alqı- satqı müqaviləsinə əsasən X29 adına rəsmiləşdirilmiş, 24 sentyabr 2014-cü il tarixdə tərəflər arasında bağlanmış 19182 nömrəli müqaviləyə əsasən onun adına keçmiş və 07 aprel 2017-ci il tarixdə İddiaçı2 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 8, blok 7 üç otaqlı mənzili 215.000 ABŞ dolları məbləğində pula almışdır. Masallı rayonu, Mahmudavar kəndində 0,16 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ev İddiaçı2 atası Xanağa Abdulov tərəfindən ona 20.000 manata satılmış, həmin evi o, alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi ilə birlikdə 5.600 manat məbləğində pula Ətriyyə Abdulovaya satmışdır. Həmin məbləğ ona ödənilməmiş, 73.000 ABŞ dolları məbləğində pula “Land cruser-200” markalı yeni avtomobil almış, etibarnamə əsasında həmin avt omobili İddiaçı2 bacanağı Cavabdeh3 vermiş, sonuncu isə avtomobili İddiaçı2 qaynı Səbuhi Məmmədovun adına rəsmiləşdirmişdir, Masallı rayonu, Mahmudavar kəndində Ətriyyə Abdulovaya məxsus həyətdəki evin inşasına 23.920 manat sərf edilmişdir. Masallı rayonu, Mahmudavar kəndində Ətriyyə Abdulovaya məxsus ev üçün “Eldaroğulları” mebel salonundan 6.462 manat dəyərində mebellər almış, evin həyəti üçün 2.740 manat dəyərində darvaza almışdır. İddiaçı2 məxsus Bakı şəhərində olan 2 mənzil və Masallı rayonu, Mahmudavar kəndində yerləşən ev üçün Masallı bazarında fəaliyyət göstərən X16 30.220 manat dəyərində avadanlıqlar almış və həmin evlərə yerləşdirmişdir. Ətriyyə Abdulovaya məxsus olan Masallı rayonu, Mahmudavar kəndində yerləşən evin həyətində dəmir-şifer ustası X17 tərəfindən 12.555 ABŞ dollar ı dəyərində inşaat materialları istifadə edilmiş və zəhmət haqqı verilmiş, Masallı mebel mağazasında işləyən X18 adlı şəxs ona 3 dəst, 2-si qəhvəyi, 1 isə gümüşü rəngdə olan 13.250 ABŞ dolları dəyərində mebel dəstləri satmış və həmin mebellər Ətriyyə Abdulovaya məxsus evdə yerləşir. Pərdə ustası X21 adlı şəxs Ətriyyə Abdulovaya məxsus Masallı rayonu, Mahmudavar kəndində yerləşən evdə 11.716 ABŞ dolları dəyərində müxtəlif pərdələr tikmiş, asmış və jalüzlər quraşdırmışdır. X5 Ətriyyə Abdulovaya məxsus Masallı rayonu, Mahmudavar kəndində yerləşən evin həyətində 12.026 ABŞ dolları dəyərində qaynaq işləri görmüşdür. Masallıda fəaliyyət göstərən zərgər X12 13.682 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları alıb Ətriyyə Abdulovaya vermişdir. Dəyəri 3.848 ABŞ dolları olan 4 baş qurbanlıq danaları s ürücü X3 Abdulovun həyətinə aparmışdır. Masallı rayonu, Ərkivan qəsəbə sakini X4 “Lexsus-300” markalı, **-FT-*** dövlət nömrə nişanlı avtomaşını 15.500 manata (19.870 ABŞ dolları) alıb İddiaçı2 qayınatası X23 vermişdir. Dəmir məmulatları alqı-satqısı ilə məşğul olan X30 8.478 ABŞ dolları dəyərində metal almış və Ətriyyə Abdulovaya məxsus Masallı rayonu, Mahmudavar kəndində yerləşən evin həyətinə 2 çardaq quraşdırmışdır. Masallı rayonu, Bədəlan kəndində inşaat materialları mağazasında işləyən X19 2013-2015-ci illərdə 13.246 manat inşaat materialları alaraq İddiaçı2 vermişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh3 şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, “Land cruser-200” markalı avtomobilin İddiaçı2 heç bir aidiyyəti yoxdur. Masallı Rayon Məhkəməsinin 2(050)-259 3/2017 saylı, 16 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı2 iddiası, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X46, X20, X26, X38 və X10 Cavabdeh1 qarşı iddiaları təmin edilmiş, Cavabdeh1 32.000 ABŞ dolları və 210.000 (iki yüz on min) Rusiya rublu məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq İddiaçı2, 35.000 ABŞ dolları məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azarbaycan manatı ilə və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq X35, 30.000 ABŞ dolları məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq X11, 55.000 ABŞ dolları məbləğində pulun ödənilən gün m əzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq X28, 46.000 ABŞ dolları və 210.000 Rusiya rublu məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq X14, 45.000 ABŞ dolları məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq X15 verilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı2 borca görə 50.000 manatın və ödənilmiş dövlət rüsumuna görə 15 manatın, cəmi 50.015 manat məbləğində pulun alınaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448.1 və 777-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yeni qətnamə çıxarılmaqla ilkin iddianın rədd olunması və qarşlıqlı iddianın tam təmin olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(106)-572/2018 saylı qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), N.Mirzəyev və T.Heydərov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və göstərmişdir ki, Cavabdeh1 təqdim etdi yi sübutlar ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın tam təmin edilməsi üçün yetərli olmamışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat ç) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2018-ci il tarixli, 2(102)-5376/2018 saylı qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 02 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya insta nsiyası məhkəməsi işə əlavə edilmiş çoxsaylı sübutları mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün qiymətləndirməmiş, iş üzrə əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini qətnamədə dəqəqləşdirməmiş və ümumiyyətlə tərəflər arasında, o cümlədən cavabdehlə üçüncü şəxslər arasında hansı hüquqi münasibətlərin olmasını və hazırkı işə hansı maddi hüquq normalarının tətbiq edilməli olduğunu müəyyən etməmiş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında, o cümlədən cavabdehlə üçüncü şəxslər arasında borc hüquqi münasibətlərin olmasını qeyd edib, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinin tələblərini hazır kı mülki mübahisəyə tətbiq edərkən səhvə yol vermişdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, Rusiya Federasiyasının Maqadan şəhərində yaşayan üçüncü şəxslərin əvvəlcədən tanımadıqları cavabdehə 2012-ci ildən başlayaraq 2016-cı ilədək hissə-hissə bank vasitəsi ilə qeyd olunan pul vəsaitini məhz borc şəklində göndərmələri, vermələri inandırıcı, ağlabatan görünmür. Bank vasitəsi ilə göndərilən pul vəsaitinin təyinatının, qaytarılma müddətinin və sair göstərilməməsi və 2012-ci ildən ötən 4 il müddət ərzində iddiaçının, üçüncü şəxslərin həmin pul vəsaitini geri tələb etməmələri də tərəflər arasında, o cümlədən cavabdehlə üçüncü şəxslər arasında borc münasibətlərinin olmasını istisna edir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, qətnamədə bir tərəfdən iddiaçı ilə cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətinin yaranmasını qeyd edib, hazırkı mülki mübahisəyə tapşırıq müqaviləsi üzrə münasibətləri tənzimləyən maddi hüquq normalarını tətbiq edib, iddiaçıdan cavabdehin xeyrinə 50.000 manat pul tutduğu halda, digər tərəfdən sonuncu ilə iddiaçı arasında, o cümlədən cavabdehlə üçüncü şəxslər arasında borc hüquqi münasibətlərin olmasına dair səhv, ziddiyyətli nəticəyə gəlmişdir. İşdən görünür ki, etibarnamələrə əsasən cavabdeh notarial qaydada əqdlər bağlanarkən alıcı qismində iddiaçını və ya onun arvadını təmsil edərək, onların adlarına bir sıra daşınar və daşınmaz əmlaklar almış və sair işlər görmüşdür. Belə ki, cavabdeh qarşılıqlı iddia ərizəsində keçmiş qudası iddiaçının adına 23 aprel 2013-cü il tarixli a lqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, 26 saylı evin, 62-ci mənzilini satın almasını, mənzilin keçmiş mülkiyyətçisi faktiki olaraq 186.000 ABŞ dolları ödəməsini, 24 sentyabr 2014-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 8 saylı evin, 3 otaqlı, sahəsi 136 kv.metr olan 684-cü mənzilini satın almasını, mənzilin keçmiş mülkiyyətçisinə 215.000 ABŞ dolları ödəməsini, eyni zamanda arvadı N adına Masallı rayonu, Mahmudavar kəndində 0,16 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi almasını, həmin torpaq sahəsinin və evin satın alınması üçün əvvəlki mülkiyyətçi Xanağa Abdulova 5.600 manat ödəməsini, lakin bu günədək həmin pul vəsaitinin ona qaytarılmamasını, “Land Cruzer”markalı avtomobi li 73.000 ABŞ dollarına satın alıb, etibarnamə ilə iddiaçının bacanağının adına keçirib, sonradan həmin avtomobili iddiaçının qaynının adına rəsmiləşdirməsini, Masallı rayonu, Mahmudavar kəndində yerləşən, iddiaçının arvadına məxsus olan evin təmiri üçün tikinti materiallarına görə 23.920 manat, mebel avadanlıqlarının alınması üçün 6.462 manat, evə darvazanın alınıb quraşdırılması üçün 2.740 manat, evə avadanlıqların alınması üçün 30.220 manat pul xərcləməsini, həmin avadanlıqları iddiaçının Bakı şəhərində olan iki mənzilində, sonuncunun arvadına məxsus Masallı rayonu, Mahmudavar kəndində olan evdə yerləşdirməsini, sonuncuya məxsus olan evin həyətində 12.555 ABŞ dolları dəyərində inşaat materiallarından istifadə etməsini, usta Sübhan Cahangirova zəhmət haqqı ödəməsini, arvadına məxsus olan evdə yerləşdirmək üçün Masallı rayonu, mebel mağazasında işləyən Mahir Cahangirovdan dəyəri 13.250 ABŞ dolları olan üç dəst mebel satın almasını, Ə.Abdulovaya məxsus olan evə pərdə ustasının dəyəri 11.716 ABŞ dolları olan müxtəlif növ pərdələr alıb asmasını, evdə jalüzlər quraşdırmasını, evin həyətində 12.026 ABŞ dolları dəyərində qaynaq işləri görülməsini, 8.478 ABŞ dolları dəyərində metal alıb evin həyətində iki ədəd naves quraşdırmasını, 2013-2015-ci illərdə evdə təmir-tikinti işlərinin aparılması üçün Masallı rayonu, Bədəlan kəndində yerləşən mağazadan 13.246 manat dəyərində tikinti materialları almasını, zərgərdən cəmi dəyəri 13.682 ABŞ dolları olan qızıl-zinət əşyaları almasını, eyni zamanda iddiaçıya cəmi dəyəri 3.848 ABŞ dolları olan 4 baş qurbanlıq dana alıb verməsini, “Leksus-30 0” markalı avtomobili alıb 15.500 manata iddiaçının qayınatasına verməsini iddia etməsinə və tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə lazımı sübutlar, o cümlədən daşınmaz əmlakların alqı-satqısına dair müqavilələrinin, alqı-satqı zamanı daşınar və daşınmaz əmlakların real satış qiymətləri barədə əvvəlki mülkiyyətçilərin notarial qaydada təsdiq edilmiş ərizələrinin surətlərini, qiymətləndiricinin rəyini, "xxxx" ASC-nin aktını, maliyyə arayışını, əlavə razılaşma sənədlərini, “Land Cruser 200” markalı, “Lexus-300” markalı avtomobillərə dair dövlət yol polisinin sənədlərini və sair təqdim etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd olunan sübutları qətnamədə sadalamaqla öz vəzifəsini bitmiş hesab etmiş, həmin sübutları, işdə iştirak edən şəxsl ərin, o cümlədən birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını, ifadələrini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamadan, qiymətləndirmədən, həmin sübutlara obyektiv, qərəzsiz və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, eyni zamanda cavabdehin vasitəçiliyi satın alınmış daşınar və daşınmaz əmlakların real bazar qiymətlərini, onun tərəfindən görülmüş işlərin, çəkilmiş xərclərin və sair məbləğini müəyyən etmək üçün iş üzrə müvafiq ekspertizalar keçirib rəylər almadan, həmçinin hansı dəlillərə əsasən cavabdehin apellyasiya şikayətini təmin etməməsini qətnamədə göstərmədən, əsaslandırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nə ticə və hüquqi əsaslandırma ilə razılaşmışdır (Azərbaycan Respublikası MPM-nin 88, 97.1, 106.1, 218.1 və 392.2-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında, o cümlədən cavabdehlə üçüncü şəxslər arasında yaranmış hazırkı mülki mübahisəyə həmin maddənin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, iddiaçı və arvadı Ə.Abdulovanın cavabdehin adına sözügedən etibarnamələri nəyə görə vermələrini, onların və yaxın qohumlarının adlarına qeydə alınmış daşınar və daşınmaz əmlaklara dair alqı-satqı müqavilələrinin nəyə görə təmsilçi kimi cavabdehin vasitəsi ilə bağlanmasını, alqı-satqı müqavilələri üzrə ödənilmiş pul vəsaitlərinin kimin tərəfindən, hansı qaydada ödənilməsini, etibarnamə üzrə təmsilçi kimi cavabdehin tapşırıq müqaviləsinin icrası üçün lazım olan bütün hər əkətləri vicdanla həyata keçirib-keçirməməsini, aldığı pul vəsaitlərini tam məbləğdə təyinatı üzrə xərcləyib xərcləməməsini, onun öz borcunu yerinə yetirib-yetirməməsini və sair aydınlaşdırmamış, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə iş üzrə müvafiq ekspertizalar keçirilib rəylər alınmaqla, iddiaçının özü, yaxın qohumları və tanışları vasitəsi ilə hissə-hissə cavabdehə bank vasitəsi ilə göndərdikləri pul vəsaitlərinin təyinatı üzrə xərclənib xərclənməməsini, göndərilən pul vəsaitləri ilə cavabdehin təmsilçiliyi ilə alınan əmlakların real bazar dəyərlərinin üst-üstə düşüb-düşməməsini aydınlaşdırmalı və məhz bundan sonra ilk, qarşılıqlı iddia ərizələrinin, o cümlə dən üçüncü şəxslərin iddia tələblərinin əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. 2-ci iş (İddiaçı1 Xanağa oğlunun Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə iş) a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı1 Xanağa oğlu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50000 (əlli min) ABŞ dolları və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təxminən 2012-ci ilin may-iyun aylarında qardaşı İddiaçı2 vasitəsilə Cavabdeh1 ilə tanış olmuşdur. Qeysərlə dostluq münasibətində olduğunu deyən cavabdeh özünə kiçik fermer təsərrüfatı yaratmaq istədiyini bildirib, ondan borca pul istəmişdir. Əvvəlcə pul vermək istəməmişdir. Sonradan qardaşı ilə qohum olduğunu bilib, onun xahişi ilə "xxxx" MMC vasitəsilə 2012-ci ilin oktyabr ayından 2016-cı ilin noyabr ayınadək cavabdehə ümumilikdə 50.000 ABŞ dolları məbləğdə pul göndərmişdir. Cavabdeh aldığı pulları 2017-ci ilin mart ayına kimi qaytarmalı idi. Lakin cavabdeh həmin pulları qaytarmamışdır. Dəfələrlə verdiyi pulu cavabdehdən tələb etsə də, hər dəfə bir bəhanə ilə hal-hazıradək ondan borca aldığı pulları qaytarmamışdır və qaytarmaq istəmir. Cavabdeh1 birinci instansiya məhkəməsində iddia tələbini qəbul etmədiyini bildirərək göstərmişdir ki, 2012-2016-cı illər ərzində İddiaçı2 tapşırığı əsasında onun üçün əmlaklar almış və bir sıra işlər görmüşdür. Qeysər öz adından böyük məbləğdə pul göndərə bilmədiyi üçün pulların bir hissəsini qohumlarının adından göndərmişdir. İddiaçı1 da Qeysərin doğma qardaşıdır və Qeysər digər şəxslərlə yanaşı qardaşı Amilin də adından hazırda ondan tələb olunan pulu onun adına göndərmişdir. Qeyd etdiyi kimi bütün pulları Qeysər ona göndərmiş və o da sonuncunun tapşırığı ilə hərəkət etmişdir. Həmin pulları o, Qeysərdən və qohumlarından borc almamış və öz ehtiyacları üçün xərcləməmişdir. Eyni zamanda onun adına göndərilən pulların ona borc verilməsi ilə bağlı heç bir sübut yoxdur. Masallı Rayon Məhkəməsinin 2(050)-170/2018 saylı, 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Əliyev) iddia təmin edilmiş, Cavabdeh1 50000 (əlli min) ABŞ dolları (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzində 30 (otuz) manatın alınaraq iddiаçı İddiaçı1 verilməsi qət olunmuşdur. Mə hkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, QKQ Western Union DP Vostok MMC-nin 20 iyun 2017-ci il tarixli, 2524/1-17 nömrəli Western Union sistemi üzrə pul köçürmələrinə dair hesabdan çıxarışdan görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh1 İrac oğlunun adına 21 oktyabr 2012-ci ildən 11 fevral 2016-cı il tarixədək olan müddət ərzində cəmi 50000 ABŞ dolları məbləğində pul göndərilmiş və sonuncu tərəfindən qəbul edilmişdir. b) Apellyasiya instansyası məhkəməsindəki birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1268/2018 saylı, 04 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və mərizəçi), Z.Babayev və N.Mirzəyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş Masallı Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qətnaməsi dəyiş dirilmədən saxlanılmışdır. c) Kassasiya instansyası məhkəməsindəki birinci icraat Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli, 2-(102)6333/2018 saylı qərarı ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 04 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xə bərdar edilməmiş, məhkəmə iclası təxirə salınmalı olduğu halda buna əməl edilməmiş və onun iştirakı olmadan işə baxılmışdır. Bundan başqa, məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 739.1-ci maddəsinin tətbiqini düzgün saymamış və hesab etmişdir ki, işə yenidən baxılarkən bu məsələ hərtərəfli araşdırılmaqla və işin həqiqi halları, o cümlədən pulun hansı məqsədlə və kassasiya instansiyası məhkəməsi tərəfindən göndərildiyi müəyyən edilməklə mübahisəyə maddi hüquq normasının düzgün tətbiq olunması təmin edilməlidir. b)Apellyasiya instansyası məhkəməsindəki ikinci icraat Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3370/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər K.Bəşirov (sədrlik edən və məruzəçi), İ.Əhmədov və F.Soltanov) Cav abdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə 50000 ABŞ dolları məbləğdə borc vermiş, lakin cavanbeh borcu qaytarmamışdır. d) Kassasiya instansyası məhkəməsindəki ikinci icraat Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli, 2(102)3264/2019 saylı qərarı ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev) Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tar ixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı münasibətləri borc münasibəti kimi qiymətləndirərək Mülki Məcəllənin borc münasibətləri ilə bağlı maddi hüquq normalarını mübahisəli hüquq münasibətinə tətbiq etmişdir. Lakin eyni xarakterli münasibətlər eyni cavabdehə qarşı digər mülki işdə tapşırıq müqaviləsindən irəli gələn münasibətlər kimi dəyərləndirilmiş, həm də həmin işdə hazırki iş üzrə iddiaçının həyat yoldaşı Abdulova Pərvanə iddiaçı tərəfindən üçüncü şəxs kimi işə qoşularaq Cavabdeh1 pul tələb etmişdir. Məhkəmə kollegiyası eyni xarakterli münasibətlərə müxtəlif maddi hüquq normalarının tətbiqi ilə bağlı ziddiyyətlərə aydınlıq gətirilməsini va cib hesab etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib, iş yeni apellyasiya baxışına qaytarılmalıdır. e) Apellyasiya instansyası məhkəməsindəki üçüncü icraat Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2558/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən və məruzəçi), F.Abbasov və T.Kərimov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş Masallı Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh borc müqaviləsindən irəli gələn öhdəliklər üzrə iddia müddətinin 3 il olduğunu bildirərək mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etməklə əslində tərəflər arasında borc münas ibətlərinin olduğunu qəbul edir və iddia müddətinin tətbiqi barədə ərizə verməklə borc müqaviləsi üzrə öhdəliklərdən yayınmaq məqsədi güdür, buna görə də, mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. f) Kassasiya instansyası məhkəməsindəki üçüncü icraat Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2020-ci il tarixli, 2(102)1337/2020 saylı qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və G.Quliyev) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 25 noyabr 2019-ciu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qayta rılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə göstərilən məbləğin cavabdehə 2017-ci ilin mart ayına qədər qaytarmaq şərtilə borc məqsədilə verilməsi iddiaçının izahatından başqa hər hansı digər mötəbər sübutla təsdiq olunmur. Cavabdeh1 göndərilən pulun iddiaçıya deyil, iddiaçının onunla qohumluq (qudalıq) münasibətində olan qardaşı İddiaçı2 məxsus olduğunu, həm iddiaçının, həm də digər şəxslərin adından göndərilən və İddiaçı2 məxsus olan pulların hesabına İddiaçı2 tapşırığına əsasən daşınmaz əmlaklar aldığını, həmin daşınmaz əmlakları onların adına keçirdiyini, onlara məxsus evlərdə təmir və s. işlər gördüyünü, lakin qohumluq münasibətləri pozulduğuna görə hazırda Qeysər Xəlilovun həm öz adından, həm adlarından pul göndərdiyi şəxslərin, o cümlədən iddiaçının adından ona qarşı pul tələbi nə dair iddialar qaldırdığını göstərmişdir. Bu barədə işə əvvəl baxmış kassasiya instansiyası məhkəməsinin qərarında göstəriş verilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin göstərişlərə əməl etməyərək prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin iddianı etiraf, yaxud rədd etməsi mübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiqinin qarşısını alan hal ola bilməz. İşə yenidən baxılarkən iddia müddətinin axımının başlanması və bitməsi anı dəqiq müəyyən edilməklə iddia müddətinin həqiqətən də keçib-keçmədiyi müəyyən olunmalı və müəyyən edilən hallara müvafiq maddi hüquq normaları tətbiq olunmaqla əsaslandırılmış qiymət verilməlidir. 3-cü iş (İddiaçı Cavabdeh1 Cavabdeh3 qarşı pul tələbinə mülki iş üzrə) a)Birinci ins tansiya məhkəməsindəki icraat İddiaçı Cavabdeh1 Cavabdeh3 qarşı iddia ərizəsi ilə Masallı Rayon Мəhkəməsinə müraciət edərək, cavabdehdən 50000 ABŞ dolları məbləğdə pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Masallı rayon Məhkəməsinin icraatında olmuş 2(050)2593/2017 saylı iş üzrə 16.10.2017-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh3 mülki iş üzrə şahid qismində dindirilmiş və o, ifadəsində “Toyota” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili 02.02.2017-ci il tarixdə etibarnamə əsasında 50000 ABŞ dollarına Cavabdeh1 aldığını və 2 ay sonra həmin maşını 51000 ABŞ dollarına Səbuhi adlı şəxsə satdığını, avtomobili alarkən pulu İntiqama verdiyini, Qeysər adlı şəxsi tanımadığını və onunla hər hansı müqavilə bağlamadığını göstərmişdir. Lakin Cavabdeh3 avtomobilin pulunu Cavabdeh1 ödəməmişdir. Cavabdeh3 birinci instansiya məhkəməsində verdiyi izahatında iddia tələbini qəbul etməmiş və göstərmişdir ki, avtomobili alanda pulu iddiaçıya ödəmişdir. Masallı Rayon Мəhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(050)-1606/2018 nömrəli qətnaməsi ilə (hakim A.Alməmmədov) iddia təmin edilərək, Cavabdeh3 50000 (əlli min) ABŞ dolları (ödəmə günü Azərbaycan manatı məzənnəsi ilə) məbləğində pulun tutularaq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 avtomobili alandan sonra Cavabdeh1 pulu ödəməsi barədə heç bir sübut təqdim edə bilməmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh Sadıqov X7 Rayon Мəhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)576/2019 saylı, 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Həsənov (sədrlik edən və məruzəçi), İ.Əsədov və Z.Zeynalov) Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh1 iddiası təmin edilməmişdir. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli, 2(102 )4721/2019 saylı qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Ə.Şadıyev) Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi isə işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, nəticədə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə qısa müddətli etibarnamə verməsi, iddiaçının cavabdehdən uzun müddət pul tələb etməməsi, həmçinin etibarnamədə cavabdehə avtomobilin özgəninkiləşdirilməsi ilə əlaqə dar səlahiyyətlərin verilməsi iddiaçı tərəfindən avtomobilin pulunun qəbul edilməsini təsdiq edir. Lakin apellyasiya məhkəməsi Masallı Rayon Məhkəməsinin 2(050)-2593/2017 saylı, 16.10.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş izahat və ifadələri tədqiq etmiş olsa idi, məlum olardı ki, iddiaçı Cavabdeh1 qeyd olunan qətnamə üzrə iddiaçı olmuş İddiaçı2 onda olan pul vəsaiti ilə İddiaçı2 üçün digər əmlaklarla yanaşı, “X59” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili 73000 ABŞ dollarına satın aldığını, həmin avtomobili İddiaçı2 bacanağı olan hazırki iş üzrə cavabdehə etibarnamə əsasında verdiyini, sonuncunun isə həmin avtomobili İddiaçı2 qaynı Səbuhi Məmmədovun adına rəsmiləşdirdiyini bildirmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-2593/2017 saylı, 16.10.2017-ci il tarixli qətnaməsi üz rə məhkəmə mübahisəsi zamanı da hazırki iş üzrə cavabdeh şahid qismində dindirilərkən avtomobilin İddiaçı2 aidiyyətinin olmadığını, onun avtomobili hazırki iş üzrə iddiaçıdan 50000 ABŞ dollarına satın aldığını və pulu iddiaçıya verdiyini göstərmişdir. Cavabdeh avtomobilin iddiaçıya məxsus olmasını mübahisələndirməmiş, lakin avtomobilin manatla 50000 manata onun tərəfindən satıldığını, səhv olaraq avtomobilin dəyərini 50000 ABŞ dolları göstərdiyini, avtomobilin satışından isə əldə etdiyi pulu iddiaçıya ödədiyini bildirmişdir. Belə olan halda avtomobilin dəyərinin iddiaçıya ödənilməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşməlidir. Apellyasiya kollegiyası isə cavabdehi sübutetmə yükündən azad edərək, mülahizəsi ilə iddiaçının cavabdehə qısa müddətli etibarnamə verməsini, iddiaçının c avabdehdən uzun müddət pul tələb etməməsini, həmçinin etibarnamədə cavabdehə avtomobilin özgəninkiləşdirilməsi ilə əlaqədar səlahiyyətlərin verilməsinin iddiaçı tərəfindən avtomobilin pulunun qəbul edilməsini təsdiq etməsi hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki sonuncu icraat Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadı ilə qeyd olunan mülki işlər bir icraatda birləşdirilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(106)31/2021 saylı qətnaməsi ilə (hakimlər Q.Kərimov (sədrlik edən və məruzəçi), E.Camalov və R.Cəfərov) Masallı Rayon Məhkəməsinin 2(050)-2593/2017 saylı, 16 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılm ışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-170/2018 saylı, 23 yanvar 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-1606/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili R.Alışov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla, Cavabdeh1 Cavabdeh3 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir. Kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, baxılan üç iddia tələbi bir-biri ilə bağlıdır. Cavabdeh1 Cavabdeh3 qarşı iddiası və İddiaçı1 iddiası, İddiaçı2 Cavabdeh1 tələb ediyi pullarla bağlıdır. Bu pullar bqşqalarının adından göndərilmiş olsa da, İddiaçı2 məxsus pullardır. İddialar üzrə araşdırılmalı olan hal, göndərilən vəsaitlərin İddiaçı2 tapşırığı ilə hara xərclənməsi və xərclənmiş pulların məbləğidir. İş üzrə Ali Məhkəmənin 31.08.2018-ci il tarixli qərarında qeyd olunan göstərişlər (ekspertizanın təyin edilməsi, alınmış əmlakların real bazar dəyərinin müəyyən olunması) icra edilsə də, qətnamədə nəzərə alınmamış, ümumiyyətlə ekspertiza rəyinə münasibət bildirilməmişdir. Qətnamədə göstərilmişdir ki, “İş materiallarından və ilk iddia üzrə Cavabdeh1 kollegiya iclasında verdiyi izahatından müəyyə n olunur ki, ilk İddiaçı2 öz və başqa şəxslərin vasitəsi ilə ona 600000 ABŞ dolları məbləğində pul göndərmişdir”. Lakin Cavabdeh1 bu cür izahat verməmişdir. Məhkəmə İddiaçı1 iddiasını təmin edərkən Cavabdeh1lə olan münasibətləri borc müqaviləsi kimi müəyyən etmişdir. Lakin həmin pulların da Qeysərə aid olması barədə çoxsaylı sübutlar vardır. Həmin pulların verilməsi üçün Cavabdeh1 İddiaçı1la harada görüşməsi, necə razılığa gəlməsi, pulun nə vaxt qaytarılmalı olması barədə şərtləşməsi barədə heç bir sübut təqdim edilməmişdir. Hazırki iş üzrə ilkin iddia ərizəsində Qeysər Abdullyev bildirmişdir ki, «2012-ci ildə Cavabdeh1 mənim üçün Azərbaycan Respublikasında ev və digər əmlaklar almaq barədə təkliflr verdi. Mə də İntiqama inanaraq ona 2012-ci il tarixdən başlayaraq, 2016-cı ilin avqust ayı nadək göstərilən illər ərzində 600000 ABŞ dollarından çox əskinaslar göndərmişəm”. İddia ərizəsinin başlığında “440.000 ABŞ dollarının qaytarılması tələbinə dair” ifadəsi qeyd olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya instansiyası məhkəməsinin iclasında Cavabdeh1 oğu və onun vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçılar İddiaçı2, İddiaçı1 Xanağa oğlunun və Cavabdeh3 vəkili Alışov Rahim Nüsrət oğlu kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.3. Əgər qanunl a əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqavilə sinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə
778. Tapşırığın məzm unu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə ara şdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi tələb olunduğuna görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 1-ci iş üzrə Məhkəmə kollegiyası birinci iş üzrə tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn mülki hüquq münasibətlərinin yarandığı barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhəməsinin qətnaməsində “İş materiallarından və ilk iddia üzrə Cavabdeh1 kollegiya iclasında verdiyi izahatından müəyyə n olunur ki, ilk İddiaçı2 öz və başqa şəxslərin vasitəsi ilə ona 600000 ABŞ dolları məbləğində pul göndərmişdir” qənaətinin əsassız olduğu barədə kassatorun dəlili doğrudur. Çünki Cavabdeh1 apellyasiya instansiyası məhkəməsində İddiaçı2 və başqa şəxslərin vasitəsi ilə ona 600000 ABŞ dolları məbləğində pul göndərilməsini bildirməsi iş mataerialları ilə müəyyən olunmur. Məhkəmə iclasının protokollarında Cavabdeh1 bu məzmunda izahatı əksini tapmamışdır. Cavabdeh1 məhkəməyə ünvanladığı digər ərizələrdə də bu barədə bəhs etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində daha sonra göstərilmişdir ki, “Tərəflərin kollegiya iclasında verdikləri izahatlarından və iş materiallarından müəyyən olunur ki, ilk İddiaçı2 da nəzərə alınmaqla, üçüncü şəxslər (iddiaçılar) X46, X20, X26, X38, X27 ona 2012-ci il tarixdən başlayaraq 2016-cı ilin avqust ayınadək 600.000 ABŞ dolları məbləğdən artıq pul göndərmişlər”. Lakin apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə işin hallarına uyğun deyildir. İş materiallarından İddiaçı2 və onun xahişi ilə üçüncü şəxslərin həmin dövrdə göndərdiyi pulların məbləğinin 600000 ABŞ dolları olması müəyyən olunmur. Əksinə, işdən görünür ki, 2012-ci ildən 2016-cı ilin avqust ayına qədər İddiaçı2 və üçüncü şəxslərin Cavabdeh1 pulun göndərilməsi barədə sənədlərdə əksini tapmış məbləğ 243000 ABŞ dolları və 420000 rubldur (1-ci cild səh 47, 75, 83, 99, 102, 113, 2-ci cild səh 13-14). İşin bu halı, ilkin iddia üzrə gəlinən nəticənin səhv olduğunu göstərir. Çünki məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı2 Cavabdeh1 qarşı iddia tələbi il ə məhkəməyə müraciət edən zaman onun və üçüncü şəxslərin vasitəsi ilə ümumi məbləği 600000 ABŞ dollarından artıq pul göndərilməsini və Cavabdeh1 onun üçün 2 otaqlı mənzil və digər əşyalarını almasını nəzərə alaraq ona göndərilən pullardan 160000 ABŞ dollarını ondan tələb ediləcək puldan çıxmış və qalan 440.000 manatın alınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bu halda İddiaçı2 Cavabdeh1 600000 ABŞ dolları məbləğdə pul göndərməsi sübut olunmadığına görə, 2 otaqlı mənzil və digər əşyaları alması üçün sərf olunan pul məhz tələb olunan məbləğdən çıxılmalı idi. Bundan başqa, işə baxmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsində “2 otaqlı mənzil və digər əşyaların alınmasını” deyərkən məhz hansı əşyaların nəzərdə tutulduğunu, onların məbləğinin nəyə əsasən müə yyən edildiyini, İddiaçı2 həmin əşyaların dəyərini nəyə əsasən 160000 ABŞ dollarına bərabər tutduğunu açıqlamamışdır. Bundan başqa, iş materiallarından görünür ki, 6-cı cildin 128-155-ci səhifələrinə pul köçürmələrinə dair sənədlər əlavə olunmuşdur. Həmin sənədlərin kim tərəfindən təqdim olunması müəyyən olunmur. Həmçinin məhkəmə kollegiyasının bu sənədlərə sübut kimi istinad etməsi qətnamədən aydın şəkildə görünmür. Əgər məhkəmə Cavabdeh1 ödənilən məbləğin 600000 ABŞ dolları məbləğdə olması barədə nəticəyə gələrkən bu sənədləri nəzərə almışdırsa, məhkəmə ilk növbədə həmin sənədlərin gecikmiş sübut kimi qəbulunun mümkünlüyünə qiymət verməli idi. Bundan başqa, həmin ödənişlərin əksəriyyəti iddia ərizəsində tələb olunan 2012-ci ildən 2016-cı ilin avqust ayına kimi olan dövrə deyil, 2012ci il dən əvvələ aiddir. Bundan başqa, Ali Məhkəmənin iş üzrə 31.08.2018-ci il tarixli qərarında göstərilmişdi ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə iş üzrə müvafiq ekspertizalar keçirilib rəylər alınmaqla, iddiaçının özü, yaxın qohumları və tanışları vasitəsi ilə hissə-hissə cavabdehə bank vasitəsi ilə göndərdikləri pul vəsaitlərinin təyinatı üzrə xərclənib-xərclənməməsini, göndərilən pul vəsaitləri ilə cavabdehin təmsilçiliyi ilə alınan əmlakların real bazar dəyərlərinin üst-üstə düşüb-düşməməsini aydınlaşdırmalı və məhz bundan sonra ilk, qarşılıqlı iddia ərizələrinin, o cümlədən üçüncü şəxslərin iddia tələblərinin əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Lakin bu göstərişləri sonadək yerinə yetirilməmiş, MPM-nin 420-ci maddəsinin tələblərinə əməl olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh1 aldığı pulun bir hissəsini X25 rayonunun Mahmudovar kəndində yerləşən evinə xərcləməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 X14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa, iş materialları ilə Masallı rayonunun Mahmudovar kəndində ilk İddiaçı2 adına daşınmaz əmlakın mövcud olması müəyyən edilmir. Məhkəmənin bu qənaəti əsassızdır. X37 Cavabdeh1 qarşı iddia veribverməməsindən asılı olmayaraq, İ.X8 ev alıb-almaması, alıbsa orada təmir işlərinin aparılması və ev əşyalarının alınması barədə dəlilləri yoxlanmalıdır. Çünki iş materiallarından göründüyü kimi, Ətriyyə Abdulova və İddiaçı2 2013-cü ildə Cavabdeh1 etibarnamələr vermişdir (2-ci cild səh. 36-37). Həmin etibarnamələrdə Cavabdeh1 başqa səlahiyyətlər deyil, məhz daşınmaz əmlak almaqla bağlı səlahiyyətlər (notariat kontorunda alğı-satqı müqavilələri və bağışlama müqavilələri imzalamaq, DƏDRX-nin müvafiq qurumlarında etibar edənləri təmsil etmək, dövlət rüsumlarını və digər ödənişləri etmək, bu tapşırığın icrası ilə əlaqədar bütün hərəkətləri etmək səlahiyyətlərini) vermişdir. Bu səlahiyyətlər, yəni etibarnamə kifayət qədər uzun müddət üçün – 10 il müddətinə verilmişdir. İşin bu halı ona dəlalət edir ki, Cavabdeh1 həm İddiaçı2, həm də onun arvadı Ə.Abdulovadan tapşırıq almışdır. Buna görə də Ə.Abdulovanın tapşırığının icrası ilə bağlı xərclərin hazırki işdə nəzərə alınmaması üçün ağlabatan əsas yoxdur. İş materiallarından görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzili İddiaçı2 tərəfində n verilmiş etibarnaməyə əsasən 23 aprel 2013-cü il tarixdə Bakı şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusu vasitəsi ilə AN-1 seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 rəsmi 50.000 manata 28 aprel 2014cü il tarixli, 18769 nömrəli alqı-satqı müqaviləsinə əsasən X29 adına rəsmiləşdirilmiş, 24 sentyabr 2014-cü il tarixdə tərəflər arasında bağlanmış 19182 nömrəli müqaviləyə əsasən həmin mənzil 07 aprel 2017-ci il tarixdə ilk İddiaçı2 adına rəsmiləşdirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 05 fevral 2019-cu il tarixli, 0032/19/Mİ saylı rəyin işdə olan surətindən görünür ki, 07 aprel 2017-ci il tarixdə ilk İddiaçı2 adına rəsmiləşdirilmiş və Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzilin hazırki bazar qiyməti 135.000 manat təşkil edir. Lakin evi n satıcısı X2 məhkəməyə ünvanladığı və notariat qadada təsdiqlənmiş ərizəsində göstərilmişdir ki, mənzili Cavabdeh1 189.000 ABŞ dollarına satmışdır. İşə baxmış məhkəmə bu halları müqayisəli təhlil edib qiymət verməmişdir. Bundan başqa, "xxxx" Tikinti Şirkəti ilə İddiaçı2 arasında bağlanmış 07 aprel 2017-ci il tarixli, saylı mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair əlavə razılaşmadan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 8, blok 7-də yerləşən üç otaqlı mənzilə dair 24.09.2014-cü il tarixli alğısatqı müqaviləsi üzrə alıcı Cavabdeh1 olmuş və Cavabdeh1 hüquq və öhdəlikləri İddiaçı2 keçmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin müqaviləyə münasibətdə bildirmişdir ki, işin bu cür halında, məhkəmə kollegiyası, Cavabde h1 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 8, blok 7-də yerləşən üç otaqlı mənzilin dəyərini təşki edən 215.000 ABŞ dollarını "xxxx" Tikinti Şirkətinə ödəməsinə dair dəlillərini inandırıcı hesab etmir. Belə ki, sonuncu, bu halı təsdiq edən (kassa mədaxil orderinin surətini) sənədləri məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan başqa, həmin mənzil üzrə öhdəliklərin ilk iddiaçı X39 olduğu halda, həmin mənzil üzrə ödənişlərin Cavabdeh1 tərəfindən aparılmasını inandırıcı hesab etmək olmaz. Bu əsaslandırma açıq-aydın səhv, gəlinən nəticə isə yarımçıqdır. Çünki sözügedən müqavilədən görünür ki, Cavabdeh1 "xxxx" Tikinti Şirkəti ilə bağlanmış 24.09.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 8, blok 7-də yerləşən üç otaqlı mənzilə hüquq və vəzifələrə malik olmuşdur (2-ci cild səh. 67). Bu halda, mənzilin alğı-satqı müqaviləsi bağlanan zaman mənzilin qiymətinin nə qədər müəyyən olunması, hüquq və öhdəliklərin ötürülməsi barədə 07.04.2017-ci il tarixli müqavilə bağlanana qədər mənzilin dəyərindən nə qədər pulun və kim tərəfindən ödənilməsi işin düzgün həlli üçün əhəmiyyətli hal olmaqla, araşdırılmalı idi. Bu xüsusilə ona görə əhəmiyyətli idi ki, işin 5-ci cildinin 156-cı səhifəsinə əlavə olunmuş, "xxxx" ASC-nin Cavabdeh1 verdiyi 24.09.2014-cü il tarixli, 9465 saylı maliyyə arayışında göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937 saylı məhəllədə inşa edilmiş yaşayış binasının 8-bina, 7-blok, 1-ci mərtəbədə, 135,02 kv.m ümumi sahəsi olan 792 saylı mənzilə dair heç bir borcu yoxdur. İşə baxılarkən tərəf öz təşəbbüsü ilə qeyd olunan mənzilin alğı-satqısına dair sənədlərin baxış keçirilməsi üçün məhkəməyə təqdim edilməsi barədə xahişlə "xxxx" ASCnə müraciət etmiş, lakin ASC həmin sənədlərin yalnız məhkəmənin sorğusu əsasında təqdim edilməsinin mümkün olduğunu bildirmişdir (2-ci cild səh. 62). Birinci instansiya məhkəməsi sözügedən sənədlərin məhkəməyə göndərilməsi barədə "xxxx" ASC-yə məktub yazaraq, çatdırılması üçün Cavabdeh1 təqdim etmişdir. Lakin həmin məktuba cavab verilməmişdir və birinci instansiya məhkəməsinin və sonradan apellyasiya instansiyası məhkəməsinin bununla bağlı təkrar sorğu verməsi iş materiallarından müəyyən olunmur. Bundan başqa, şahid X9 ifadəsində göstərmişdir ki, o, “Lexsus” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2010-2011-ci illərdə İntiqamdan almış, 2015ci ilin mart ayında isə Şaban Məmmədova 16.000 manata satmış, həmin vaxt 7.000 manatını İntiqam vermiş, qalan məbləği isə razılaşdıqları kimi hər ay 1.000 manat olmaqla Şaban İntiqama, sonuncu da ona vermişdir. Digər şahid X21 ifadəsində göstərmişdir ki, o, pərdə quraşdırılması ilə məşğul olur, pərdə dükanı Ərkivan qəsəbəsində yerləşir. İntiqamı uzun müddətdir ki, tanıyır, ondan 3 il əvvəl pərdə və jalüz almış, həmin pərdələrin və jalüzin zəhmət haqqı ilə birlikdə cəmi dəyəri 9.937 manat olmuş, pərdələri İntiqamın dostunun Mahmudavar kəndində yerləşən evinə quraşdırmışdır. Məhkəmə kollegiyasının bu ifadələrə verdiyi qiymət də anlaşılmazdır. Qeyd olunanlara əsasən Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(1 06)-31/2021 saylı qətnaməsi, Masallı Rayon Məhkəməsinin 2(050)2593/2017 saylı, 16 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətin təmin edilməməsi və qətnamə dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməlidir. 2-ci iş üzrə Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 2-ci iddia üzrə gəldiyi nəticə ilə razılaşır. Çünki məhkəmənin müəyyən etdiyi kimi “QKQ” Western Union DP Vostok” MMC tərəfindən verilmiş və işdə olan 20 iyun 2017-ci il tarixli, 2524/1-17 nömrəli Western Union sistemi üzrə pul köçürmələrinə dair hesabdan çıxarışdan görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh1 İrac oğlunun adına 21.10.2012-ci ildən 11.02.2016-cı il tarixədək olan müddət ərzində cəmi 50000 ABŞ dolları məbləğində pul göndərilmiş və sonuncu tərəfindən q əbul edilmişdir. İddiaçı1 tələb etdiyi bu vəsaitin İddiaçı2la bağlılığı müəyyən olunmur. Həmin iddia üzrə iddia müddətinin tətbiqi barədə məsələyə də apellyasiya instansiyası aydınlıq gətirərək bildirmişdir ki, İddiaçı1 hissə-hissə olmaqla Cavabdeh1 50 min ABŞ dollarını hissə-hissə olmaqla 11 fevral 2016-cı il tarixdə göndərib qurtarmışdır. İşdən müəyyən olunduğu kimi İddiaçı1 Cavabdeh1 qarşı hazırki iddia tələbi ilə məhkəməyə 16 noyabr 2017-ci il tarixdə müraciət etmişdir. 3-cü iş üzrə Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 Cavabdeh3 qarşı iddiasının rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 birinci mülki iş üzrə ilk İddiaçı2 qarşı olan qarşılıqlı iddiasında “X59” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili 73 min ABŞ dollar a İddiaçı2 ona göndərdiyi pul hesabına Qeysər üçün alındığını göstərsə də, hazırki iddia tələbində mübahisəli avtomobil üçün ödənilmiş pulun özünün olduğunu göstərmiş və həmin pulun Cavabdeh3 alınıb ona verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki tələb üzrə Cavabdeh3 iddia tələbini qəbul etməməsinin motivindən asılı olmayaraq iş materialları ilə (birinci mülki iş üzrə) tam sübut olunur ki, “X59” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil birinci mülki iş üzrə ilk İddiaçı2 tərəfindən göndərilmiş pula alınmışdır. Cavabdeh3 kollegiya iclasında verdiyi izahatından müəyyən olunur ki, həmin avtomobil Qeysərin tapşırığına əsasən Cavabdeh1 alınıb və onun göstərişinə əsasən özgəninkiləşdirilmişdir. Qeyd edildiyi kimi, birinci mülki iş üzrə Cav abdeh1 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərkən “Land Cruser-200” markalı avtomobili İddiaçı2 ona göndərdiyi pulla 73.000 ABŞ dolları məbləğində pula aldığını göstərsə də, hazırda əsassız olaraq birinci mülki iş üzrə İddiaçı2 vəsaiti hesabına alınmış avtomobilin pulunu əsassız olaraq hazırki iş üzrə cavabdeh olan Cavabdeh3 tələb etməsi qanunsuzdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Xüsusilə qeyd olunmalıdır ki, məhkəmə “X59” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin birinci mülki iş üzrə ilk İddiaçı2 tərəfindən göndərilmiş pulla alındığını müəyyən etmişdir və Qeysər Abdullayev və ya Cavabdeh3 qətnamənin bu hissəsini mübahisələndirməmişlər. Buna görə də işə yenidən baxılarkən işin bu halı, qarşılıql ı iddianın dəlilləri kimi nəzərə alınmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(106)31 /2021 saylı qətnaməsi, İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X46, X20, X26, X38, X10 Cavabdeh1 pul tələbinə dair ilk iddia, Cavabdeh1 İddiaçı2 qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə hissədə (Masallı Rayon Məhkəməsinin 2(050)-2593/2017 saylı, 16 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması hissəsində) ləğv edilsin. Həmin hissədə iş yenidən baxılması üçün göndərilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(106)31/2021 saylı qətnaməsi qalan hissədə (Masallı Rayon Məhkəməsinin 2(050)-170/2018 saylı, 23 yanvar 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti nin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasl, Masallı Rayon Məhkəməsinin 2(050)-1606/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili R.Alışov tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi Cavabdeh1 Cavabdeh3 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.