Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5108/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə tələbi) 03.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh və onun vəkili Vəkil Şirzad oğlunun iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-986/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş halları: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, onun Mənzil Kommunal İstehsalat Birliyinin balansında olan Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən yaşayış sahəsi 35 kv.m. olan yataqxana 2,21 saylı otağa köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını rəsmi qaydada qeydiyyatdan keçirməklə ailə həyatı qurmuşlar. Rəsmi nikahdan 3 övladları var. Onlardan xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatmamışdır. Münasibətləri pozulduğundan aralarında olan nikah Sumqayıt şəhər məhkəməsinin qətnaməsi ilə pozulmuş, uşaqlar cavabdehin himayəsinə verilmiş və onların saxlanması üçün ondan hər uşağa görə 160 manat aliment tutularaq cavabdehə verilməsi qət edilmişdir. O, cavabdehlə nikahda olduğu dövrlərdə Mənzil Kommunal İstehsalat Birliyinin balansında olan Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən yaşayış sahəsi 35 kv.m. olan yataqxana 2,21 saylı otaqda yaşamışdır. O, nikah pozulduqdan sonra müvəqqəti kirayədə yaşayır, lakin orada yaşamaq üçün normal şərait yoxdur. Maddi imkanı və yaşayış yeri olmadığından, o, həmin evə köçmək istəyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhəri Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Məmmədov, iş № 2(060)-9102/2019) İddiaçı Mənzil Kommunal İstehsalat Birliyinin balansında olan Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən yaşayış sahəsi 35 kv. metr olan yataqxana 2 ünvanınd a yerləşən 21 saylı otağa köçürülməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 1348 saylı, xx.xx.2019-cu il tarixli məktubuna görə, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən yaşayış sahəsi 35 kv. metr olan yataqxana 2, 21 saylı otaq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Tağıyeva X1 şəhəri, 18-ci məhəllədə yerləşən yaşayış sahəsi 35 kv. metr olan yataqxana 2, 21 saylı otaqda 2000-ci ildən qeydiyyatdadır, əri İddiaçı, 3 övladı ilə birlikdə həmin mənzildə yaşayır. İddiaçı həmin yataqxanada faktiki yaşasa da qeydiyyatda deyildir. Həmçinin həmin yataqxana ilə bağlı Cavabdeh və İddiaçı adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Sumqayıt Ş əhər Məhkəməsinin 2(060)-4609/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, tərəflər arasında xx xxxxxx 1999-cu ildə bağlanmış nikah pozulmuş, xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 cavabdehin yanında qalmaları, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər a hər uşağa görə 160 manat alimentin iddiaçıdan tutularaq cavabdehə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normalarını əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icar ə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəlləsinin 40-cı maddəsinə əsasən Azərbaycan SSR-də mənzil sahəsi norması adambaşına on iki kvadratmetr m üəyyən edilir. Mənzil sahəsi normasından artıq yaşayış sahəsi həmin sahə bir otaqdan (bir otaqlı mənzildən) ibarət olduqda, yaxud müxtəlif cinsdən olan şəxslər üçün ayrıldıqda (42-ci maddənin birinci hissəsi), habelə bu Məcəllənin 43-cü maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallarda verilə bilər.Həmin Məcəllənin 42-ci maddəsinə əsasən yaşayış sahəsi verilərkən müxtəlif cinsdən olan doqquz yaşından yuxarı şəxslərin, əf-arvad istisna edilməklə, bir otağa köçürülməsinə yol verilmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazır ki, mübahisənin predmeti olan mənzil 35 kv.metrdən ibarətdir və orada Cavabdeh 3 övladı ilə birlikdə yaşayır. Tərəflər arasında olan nikah pozulub. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsinə əsasə n Azərbaycan Respublikası SSR-də mənzil sahəsi norması adambaşına on iki kvadrat metr müəyyən edilmişdir. Belə olan halda həmin yaşayış sahəsinə İddiaçı köçürülməsi qanuna uyğun deyildir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən yaşayış sahəsi 35 kv. metr olan yataqxana 2, 21 saylı otaq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Belə olan halda Cavabdeh hazır ki, iddia tələbi üzrə cavabdeh olması düzgün deyildir. Belə ki, həmin mənzil cavabdehin mülkiyyətində deyildir, cavabdeh yalnız həmin mənzildə qeydiyyatdadır və orada övladları ilə birlikdə yaşayır. Hesab olunur ki, iddiaçı qeyd olunan mənzilə köçürülməsi üçün həmin mənzilin balansında olan təşkilata müraciət etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov, iş № 2(105)-986/2020) İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməsi, İddiaçı Mənzil Kommunal İstehsalat Birliyinin balansında olan Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən yaşayış sahəsi 35 kv. metr olan yataqxana 2 ünvanında yerləşən 21 saylı otağına köçürülməsi qət edilmişdir. Tərəflər arasında mübahisə predmeti təşkil edən yaşayış sahəsi ilə bağlı hüquq münasibətinin 2009-cu il tarixdən əvvəl yarandığından, apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir. Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində, yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdir. Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilmiş hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz (Mənzil Məcəlləsinin 10-cu maddəsi). Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifad ə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (Mənzil Məcəlləsinin 53-cü maddəsi). Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci bəndinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanunun mənasına görə dövlət mənzil fondunda olan mənzildə hər hansı şəxsin istifadə hüququnun tanınması üçün həmin mənzilin icarədarı olan şəxsin razılığı ilə həmin mənzilə köçürülməli və onunla birgə həmin mənzilin təsərrüfatının idarə edilməsində iştirak edilməsi ilə şərtləndirilmişdir. İddiaçı həmin mübahisəli, dövlət mənzil fondunda olan Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən yaşayış sahəsi 35 kv.m. 2 saylı yataqxananın 21 saylı otağına cavabdehin razılı ğı ilə ailə üzvi (əri) kimi köçərək yaşıdığını və nikahları pozulanadək təsərrüfatın birgə idarə edilməsində iştirak etməsini göstərsə də, cavabdeh bunu inkar edən hər hansı bir sübut təqdim etməmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli yaşayış sahəsinə cavabdehin razılığı əsasında ailə üzvü kimi köçərək təsərrüfatı onunla birgə idarə etdiyindən, sonuncunun Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən yaşayış sahəsi 35 kv. metr olan 2 saylı ünvanda yerləşən yataqxananın 21 saylı otağına istifadə hüquq yaranmış və iddiaçı haqlı olaraq bu hüququn realizə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil Şirzad oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-986/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahat ları Cavabdeh vəkili Vəkil Şirzad oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-986/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquq i məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməs i tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilənlərə münasibətdə qeyd edir ki, iddiaçı mübahisəli yaşayış sahəsinə cavabdehin razılığı əsasında ailə üzvü kimi köçərək təsərrüfatı onunla birgə idarə etdiyindən, sonuncunun Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən yaşayış sahəsi 35 kv. metr olan 2 saylı ünvanda yerləşən yataqxananın 21 saylı otağına istifadə hüquq yaranmışdır. Mübahisəli mənzilə köçürülməsinə dair tələbi düzgün olmayan cavabdehə qarşı irəli sürülməsinə münasibətdə qeyd edilməlidir ki, işin faktiki halları baxımından iddiaçının mübahisəli mənzilə köçürülməsinə mane törədən işə cəlb olunmayan digər şəxs deyil, məhz cavabdehdir. Bu baxımdan mənzilin balans saxlayıcısına qarşı tələbin irəli sürülməli olması yolverilən deyildir. Mənzilin yaşayış sahəsinin iddiaçının köçüb yaşaması üçün kifayət edilməməsinə münasibətdə isə qeyd edilməlidir ki, tərəflər mübahisəli mənzildən istifadə etdiyi şərtlər daxilində yaşamaları onların mənafeyinə uyğun hesab edilməlidir. Apelyasiya ins tansiya məhkəməsi haqlı olaraq istinad olunan normaların tələbləri və istifadə hüququnun əldə edilmə müddətini nəzərə almaqla tərəflər arasında olan nikahın pozulmasının iddianın təmin olunmasına mane törədən amil kimi nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-986/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul e