Məhkəmə qərarları › İş №2(102)-5108/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5108/2021

21.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5108/2021 21.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3246/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şika yəti üzrə işə 21 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Tərəflərin nikahları 10.09.2019-cu il tarixdə pozulmuşdur. Mübahisəli mənzil nikahdan əvvəl iddiaçı tərəfindən dəyəri 2009-cu ildə tam ödənilməklə "xxxx" MTK-dan alınmış və mülkiyyətinə keçmişdir. 02.07.2009-cu il tarixli mənzil tikintisi haqqında müqavilə və RX seriyalı, ******* nömrəli, 05.03.2013-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış bunu təsdiq edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)1724/2019 saylı 14.03.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi təmin edilərək, iddiaçının mübahisəli mənzilə istif adə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mübahisəli mənzilə dair istifadə hüququ yaranmışdır. "xxxx" MTK-nın 06.05.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh faktiki olaraq 2019-cu ilin fevral ayından İddiaçı mülkiyyətində olan ünvan 1, 65 saylı mənzildə yaşamır. Fərdi qaydada fəaliyyət göstərən sahibkar X1 və “New House” daşınmaz əmlak agentliyi tərəfindən verilmiş 16.11.2020-ci il tarixli arayışlardan görünür ki, ünvan 1, 65 saylı mənzilin orta aylıq icarə haqqı 300 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 10.06.2020-ci il tarixli arayışlardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 3142ci məhəllə, Mirəli Seyidov küçəsi, ev 19A, 65 saylı mənzilin orta aylıq icarə haqqı 500 manat təşkil ed ir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququn xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin, onun mülkiyyətində olan ünvan 1, 65 saylı mənzilə istifadə hüququna xitam verilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1, 65 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh 7.500 manat məbləğində kompensasiya ödəməklə, onun mülkiyyətində olan ünvan 1, 65 saylı mənzilə istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barə də qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 yenidən iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh 10.000 manat məbləğində kompensasiya ödəməklə, İddiaçı mülkiyyətində olan ünvan 1, 65 saylı mənzilə istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 65 nömrəli mənzili 12.07.2009-cu il tarixli mənzil tikintisi haqqında müqavilə əsasında dəyəri tərəfindən 2009-cu ildə tam ödənilməklə "xxxx" MTK-dan almışdır. Daha sonra mənzilə mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli, 05.03.2013-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Bakı şəhəri Yas amal Rayon Məhkəməsinin 2(004)2138/2019 nömrəli, 14.06.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında 31.03.2012-ci ildə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və ona nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahlarından uşaqları olmamışdır. Nikahın məhkəmə qaydasında pozulmasından xeyli müddət əvvəl faktiki olaraq bir yerdə yaşamamışlar. Cavabdehə məxsus olan və mənzildə qalan şəxsi əşyalarının götürülməsi üçün şərait yaratmışdır. Cavabdeh və onun qohumları ilə hal-hazırda münasibətim yoxdur. Özü 2018-ci ilin avqust ayından İctimai Televiziya və Radio Yayımları Şirkətində İctimai-Siyasi Verilişlər Departamentində çalışır, RADİUS həftəlik hərbi-analitik verilişin müəllifi və aparıcısı, hərbi məsələlər və regional təhlükəs izlik üzrə ekspertdir. Gündəlik işi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və digər güc strukturları ilə yaxın təması və məlumat mübadiləsini, demək olar ki hər həftə cəbhə xəttinə ezamiyyətləri nəzərdə tutur. Evində rəqəmsal və kağız daşıyıcılarında həssas və hərbi sirr təşkil edən məlumatlar var. Hal-hazırda cavabdehin və qohumlarının ona qarşı qərəzli olduqları halda, mənzildə qeydiyyatda qalması, mənzildən istifadə hüququna malik olması onu narahat edir. Cavabdeh əlil deyil, ali təhsillidir, əmək qabiliyyətlidir, atasının Bakı şəhərində mənzili və bağ evi var. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-2258/2020) iddia tələbi təmin edilərək, Cavabdeh 10.000 (on min) manat məbləğində kompensasiya ödəməklə, İddiaç ı mülkiyyətində olan ünvan 1, 65 saylı mənzilə istifadə hüququna xitam verilməsi və Cavabdeh ünvan 1, 65 saylı mənzildən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmənin qənaətinə görə, iddiaçı tərəfindən cavabdehə təklif edilən 10 000 manat məbləğində pul vəsaiti ilə davamlı surətdə və müəy yən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Apelyasiya instansiyası məhkəməsində icraat Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2258/2020 saylı, 25.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasıya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli Qərarında kompensasiyanın miqdarının müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı nı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3142-məhəllə, 19a saylı evin 2 otaqlı, ümumi sahəsi 84,4 kv.m. sahədən İbarət 65 saylı mənzili İddiaçı adına 05.03.2013-cü il tarixdə qeydiyyatda alınmışdır. Yəni, İddiaçı daşınmaz əmlaka mülkiyyət hüququnu birgə nikah müddətində əldə etmişdir. Məhkəməyə təqdim edilən "xxxx" MMC-nin 10.06.2020-ci il tarixli 00102\İN\06-2020 saylı Qiymətləndirmə hesabatında qiymətləndirmə sahəsində ixtisaslaşdırılmış təşkilat icarə haqqı məbləğini əs aslandıraraq qeyd edir ki, İddiaçı məxsus ünvan 2 ünvanında 2 otaqlı, ümumi sahəsi 84,4 kv.m. sahədən ibarət 65 saylı mənzilin icarə dəyəri 500 (beş yüz) manat həcmində müəyyən edilir. İddiaçının məhkəməyə təqdim etdiyi fərdi qaydada fəaliyyət göstərilən sahibkar və Daşınmaz Əmlak agenti tərəfindən tərtib edilmiş mənzilin orta aylıq kirayə haqqının 300 manat təşkil etməsi barədə arayışlarda isə onun şəraiti və evin yerləşdiyi ərazi nəzərə alınmamış və ümumiyyətlə 300 azn kirayə haqqı həmin evdə 2 otaqlı mövcud mənzillərin aylıq kirayə haqlarının həqiqi qiymətlərindən və ümumiyyətlə reallıqdan kənardır. Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaq əli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Tərəflərin məhkəməyə təqdim etdikləri kompensasiya məbləğini müəyyənləşdirən arayışlarda əhəmiyyətli dərəcədə fərqli məbləğlərin əks edildiyini nəzərə alaraq məhkəmə öz təşəbbüsü ilə mübahisəli mənzilə dair kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə qətnaməsində ünvan 3 ünvanında 2 otaqlı, ümumi sahəsi 84,4 kv.m. sahədən ibarət 65 saylı mübahisəli mənzilin orta aylıq kirayə haqqı məbləği hansı məbləğ 300 yoxsa 500 təşkil etdiyi qeyd olunmur. Ümumiyyətlə qətnamədən aydın olmur hansı əsaslara görə məhkəmə belə nəticəyə gəlmişdir ki, 10 min manat kompensasiya məbləği bazar qiymətinə uyğundur. Buna baxmayaraq məhkəmə Cavabdeh qızma 10.000 manat məbləğində kompensasiya ödəməklə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, 3142 məhəllə, Mirəli Seyidov küçəsi, ev 19A, 65 saylı mənzilə istifadə hüququna xitam vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasıya Məhkəməsi Plenumunun 26.09.2007ci il tarixli Qərarında göstərib “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olm uş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Əgər məhkəmə mənzilin orta aylıq kirayə haqqı məbləğini 300 manat kimi əsas götürürsə onda cavabdeh əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilmədən başqa yerdə 33 ay müddət ərzində mülkiyyətçinin hesabına olsa belə aşağı şəraitdə kirayə yaşamağa məcbur edilmiş olur. Bu cür halın baş verməsi isə yuxarıda qeyd etdiyim Azərbaycan Respublikasının Konstitusiyasıya Məhkəməsi Plenumunun tələblərinə uyğun deyil. Məhkəmə həmçinin iddiaçının ödəniş qabiliyyətli olmasını da nəzərə almalıdır. Misal üçün, məhkəməyə iddiaçı tərəfindən təqdim olunan İddiaçı "xxxx" MTK ilə bağladığı 12.07.2009 tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 2 ünvanında 2 otaqlı, ümumi sahəsi 84,4 kv.m. sahədən ibarət 65 saylı mübahisəl i mənzili həmin kooperativdən birdəfəyə tam ödəməklə almışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-3246/2021) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2258/2020 saylı, 25.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə ox şar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2( 004)-1724/2019 saylı, 14.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, iddiaçı Cavabdeh İlyas qızının Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3142-ci məhəllə, 19 A saylı evin 65 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindiyindən, hazırda işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətə malikdir. Mülki Prosessual Məcəllənin 82.3cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası birinci instansiy a məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, Cavabdeh 10.000 (on min) manat məbləğində kompensasiya ödəməklə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3142-ci məhəllə, 19 A saylı evin 65 saylı mənzilinə istifadə hüququna xitam verilməsi və cavabdehin həmin mənzildən çıxarılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaq la ləğv edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3246/2020 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil2 Xəili oğlu izahatında kassa siya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının vəkili Vəkil1 izahatında kassasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmə lidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. 29-cu maddəsinə görə də hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəm əsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəliləri ilə eyni olmuş və müəyyən olunmuş kompensasiyanın məbləği ağlabatan olmaqla müəyyən müddət ərzində cavabdehin özünü yaşayış sahəsi ilə təmin etmək üçün kifayət edən məbləğdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun poz untularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3246/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar