Məhkəmə qərarları › İş №2(102)-5109/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5109/2019

11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5109/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh1 iştirakı ilə, Cavabdeh1 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)730/2019 nömrəli iş üzrə 28 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şəmkir rayon məhkəməsinin (hakim Nemət Paşayev) 05 oktyabr 2018-ci il tarixli 2(076)-3254/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək c avabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2500 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Rəhman Muradov sədrlik edən və məruzəçi, Ədil Məmmədov, Fikrət Mehtiyev) 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir rayon məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 manat, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, cəmi 1530 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmış ki, 1500 manat dəyərində iribuynuzlu heyvanı otarmaq üçün çobanlıqla məşqul olan cavabdehlərə vermişdir. 11 may 2018-ci il tarixdə cavadehlər Cavabdeh1 və Cavabdeh2 ona bildirmişlər ki, inək qayadan düşərək beli sınıb. İnəyi evə gətirdikdən 10 gün sonra ölmüşdür. Cavabdehlərdən inəyi yenisi ilə əvəz etmələrini tələb etsə də, lakin sonuncular müxtəlif bəhanələrlə onu aldatmışlar. Şəmkir RPŞ-nə şikayət etmiş və cavabdehlər qeyd olunanları etiraf etmişlər. İnək boğaz olmuş və hazırda bala vermiş olsaydı dəyəri 2500 manatadək bahalaşmış olardı. Cavabdehlərin səhlənkarlığı nəticəsində ona 2500 manat maddi ziyan dəymişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi mülk i kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsinin iddia tələbinin qismən təmin edilməsi hissədə ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı inəyin boğaz olmasını göstərmişdir. Lakin inəyin boğaz olmasını sübut edən bir dənə də olsun sübut, dəlil yoxdur. İddiaçı inəyin qiyməti barədə heç bir arayış, mütəxəssis rəyi və sair təqdim etmədən inəyi 2500 manat qiymətləndirmiş, məhkəmə isə bunu mötəbər bir sübut kimi qəbul etmişdir. Bununla da cavabdehlərin hüquqları pozulmuşdur. Tərəflərin izahatları: Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 2018-ci ilin may ayının əvvəllərində İddiaçıla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında olan razılaşmaya əsasən sonuncular iddiaçıya məxsus bir baş inəyi ayda doqquz manat haqq ödənilməklə otarmağı öhdələrinə götürmüşlər. Tərəflər arasında razılaşma olduğundan iddiaçı 05 mart 2018-ci il tarixdə inəyi cavabdehlərə təhvil vermiş, 11 may 2018-ci il tarixdə isə cavabdehlərin nəzarətsizliyi üzündən inək sürüdən kənarlaşaraq qayadan yıxılmış və 10 gündən sonra isə aldığı xəsarətdən ölmüşdür. “xxxx” MMC-nin 4 oktyabr 2018-ci il tarixli 09 nömrəli rəyindən görünür ki, 17-18 litir süd verən bir baş inəyin qiyməti 2500-2700 manat arasında satılır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386, 425, 442, 777, 779, 783, 786 maddələri nə istinadən iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə isə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 786.1-cı maddəsinə əsasən, tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Həmin Məcəllənin 779.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 783.1-ci maddəsinə görə, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf inəyi boğaz vəziyyətdə 1500 manata aldığını, inək doğacağı halda isə qiymətinin 2500 manat olmasını qeyd etsə də, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə sadalanan normalara istinad edərək 1500 manat pulun cavabdehlərdən müştərək qaydada tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə tam, hərtərəfli və obyektiv baxaraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-730/2019 nömrəli iş üzrə 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar