Məhkəmə qərarları › İş №2(102)-511/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-511/2022

24.01.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-511/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Əmrin ləğv edilməsi və işə bərpa edilməklə iş buraxılma günləri üçün məcburi əmək haqqı ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və X2 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1094/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2022-ci il tarixdə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 1997-ci ildən "xxxx" MMC-də çilingər kimi işləmişdir. Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin Mərkəzi Təmir sexinin rəisi Müslüm Nəsibovun 14.10.2020-ci il tarixli təqdimatında qeyd edilmişdir ki, sexin işçiləri F.A.Zülfüqarov, İddiaçı və N.E.Novruzov verilmiş tapşırıqları 12.10.2020-ci il tarixdə yerinə yetirməmişdirlər. Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin baş mühəndisinin təmir üzrə müavini Namiq Lətifovun, Mərkəzi Təmir sexinin rəisi Müslüm Nəsibovun və Mərkəzi Təmir sexinin ustası Zaman Məmmədovun 13.10.2020-ci il tarixdə tərtib etdikləri akta əsasən müəyyən olunur ki, Mərkəzi təmir sexinin Qazan və Köməkçi Avadanlıqların Təmir sahəsinin Qazan hissəsinin Təmir briqadasının ustası Fəaliyyət Zülfüqarov, RHQ paketlərinin təmiri və Qaz hava yollarının Təmiri briqadasının, qazan sexi avadanlıqlarının təmiri üzrə çilingəri İddiaçı və Qaynaq sahəsinin əl ilə elektrik qaynaqçısı Nicat Novruzova 5-ci enerji blokunun qazan avadanlığının ocaq hissəsində zədələnmiş boruların təmiri və boruların dəyişdirilməsi, yüksəklikdə aparılan təmir işləri üçün taxtabəndlərin quraşdırılması işləri tapşırılmışdır. Lakin onlar işlərinə etinasız yanaşaraq, verilən tapşırıqları yerinə yetirməmişlər. Nəticədə təmir sexində, enerji blokunun qazan hissəsində təmirin gecikdirilməsi səbəbindən təmirin ümumi icra intizamı pozulmuş və 30.07.2019-cu il tarixdə müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş təmir qrafikində nəzərdə tutulmuş təmir müddətinin 3 gün uzanmasına sə bəb olmaqla, digər təmir işlərinin gedişini pozmuşdur. 14.10.2020-ci il tarixdə tərtib olunmuş aktda qeyd edilmişdir ki, İddiaçı və digərlərinin verilmiş tapşırıqlara etinasız münasibət göstərərək, vəzifələrini yerinə yetirməməsi səbəbindən təmir qrafiki 3 gün müddətində gecikdirilmiş, yəni 10.10.2020-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuş təmir işləri ancaq 13.10.2020-ci il tarixdə təhvil verilmişdir. İddiaçı və "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə 15.10.2020-ci il tarixdə 231/Ş saylı əmrə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin onun işdən azad edilməsi barədə 15.10.2020-ci il ta rixli, 231/Ş saylı əmrinin ləğv edilib, işə bərpa edilməklə iş buraxılma günləri üçün məcburi əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin məhkəməsində verdiyi izahatında göstərmişdir ki, 12.10.2020-ci il tarixdə ölkədəki diplomatik korpusların rəhbərləri, səfirlər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələrinin rəhbərləri, o cümlədən "xxxx" ASC-nin rəhbərliyi Mingəçevir şəhərinə səfər etmişlər. Həmin səfərə hazırlıq zamanı iş yoldaşı olan usta Fəaliyyət Zülfüqarov yorğun olduğu üçün həmin qonaqlar üçün hazırlanmış stolda oturmasına görə Təhmasib Hüseynov ona şifahi irad bildirmişdir. Onun isə bu hərəkətə heç bir aidiyyəti omadığından Təhmasib Hüseynov ona heç nə deməmişdir. 14.10.2020-ci il tarixdə onu sahə rəisi Müsl üm Nəsibov otağına çağırmış, işdən çıxmaq üçün gedib kadrlar şöbəsində ərizə yazmağını bildirmişdir. Ərizəsini yazmadıqda Müslüm Nəsibov ona “onsuzda çıxarılacaqsınız” demiş, ərizəsini yazdıqda isə iki aydan sonra özlərinin onu işə bərpa edəcəklərini bildirmişdir. Bundan sonra o və onunla birgə çıxarılan digər əməkdaşlar həmkarların rəhbərinin yanına getmişlər, sonuncu isə onları öz otağında qəbul edərək onların haqsız işdən çıxarıldığını və əlindən gələn köməyi edəcəyinə dair söz vermişdir. Həmkarların keçirdiyi iclasda iştirak etməmiş, hətta həmin iclasın keçirildiyini məhkəmə zalında "xxxx" MMC-nin nümayəndəsi izahatında göstərən zaman öyrənmişdir. 15.10.2020-ci il tarixdə müəsissəyə çağırılaraq onlara əmək müqavilələrinə xitam verilməsi barədə məlumat verilmiş, elə həmin gün də əmək ki tabçaları onlara təqdim edilməsinə baxmayaraq əmri onlara verməkdən imtina etmişlər. Yalnız 29.10.2020-ci il tarixdə poçt vasitəsi ilə əmrləri əldə etmək mümkün olmuşdur. Ona görə də "xxxx" MMC-nin onun işdən azad edilməsi barədə 15.10.2020-ci il tarixli əmrinin ləğv edilib, işə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək izahatında göstərmişdir ki, İddiaçı iddia tələbinni əsaslandırdığı hallar əsassız və qanunsuzdur. Belə ki, 15.10.2020-ci il tarixdə İddiaçı kadrlar şöbəsinə dəvət edilmiş, əmrlə tanış edilmişdir. Lakin o, əmri oxuyub imza etməkdən imtina etmişdir. Eyni zamanda o na əmək kitabçasının təqdim olunması barədə “Əmək kitabçalarının qeydiyyatı kitabı”nın 53-cü səhifəsində 293 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən müəyyən olunur ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən bir təqvim ayı müddətində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən isə hüququn pozulduğunun aşkar edildiyi gün dedikdə işçiyə əmək kitabçasının, haqq-hesab sənədlərinin, əmrin, sərəncamın verildiyi gün başa düşülür. Mingəçevir Şəhər Məhkəməsinin (hаkim Ələkbər Hüseynov) 02 mart 2021-ci il tarixli, 2(051)-340/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC-nin 231/Ş saylı, 15 oktyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-yə çilingər işinə bərpa edil məsi, İddiaçı 15 oktyabr 2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Əmək Məcəlləsinin 185ci maddəsinin 1-ci hissəsinə əsasən 24 il həmin müəssisədə öz əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsinə görə dəfələrlə mükafatlandırılmasına baxmayaraq onunla MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İşə götürən İddiaçı barəsində tənbeh tədbiq edərkən onun şəxsiyyətini yəni, ailəli olmaqla himayəsində 3 nəfər uşağı olmasını ailədə yeganə gəlir gətirən şəxs olmasını, peşakarlıq səviyyəsinin yəni 24 illik əmək stağını və həmin müddət ərzində dəfələrlə mükafatlarndırılmasını, onun törətdiyi xətanın xarakterini yəni, əmək vəzifəsini kobud surətdə pozub-pozmamasını, onun hərəkəti nəticəsində mülkiyyətciyə hansı ziyanın vurlumasını və həmin ziyanın dərəcəsini araşdırmadan Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutlan daha yüngül inzibati məsuliyyətin (töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, cərimə etmək) tətbiq edilməsinin mümkünlüyünün həmkarlar ittifaqı ilə müzakirə etmədən Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə əmək müqvilsini ləğv etmişdir. Məhkəmə qeyd etmişdir ki, 14.10.2020-ci il tarixdə "xxxx" MMC-nin direktoru Təhmasib Hüseynov tərəfindən verilmiş təqdimat natamam əsaslandırılmış, İddiaçı tərəfindən məhz hansı əmək funksiyalarının və əmək müqaviləsi üzrə öhdəliklərinin yeri nə yetirilmədiyi göstərilməmişdir. Bundan başqa qanunvericiliklə həmkarlar ittifaqı təşkilatı tərəfindən işçinin əmək müqaviləsi Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilən zaman qərarın verilməsi üçün 10 gün müddətmüəyyən edilməsinə baxmayaraq "xxxx" MMC həmkarlar ittifaqı təşkilatı tərəfindən qərar elə təqdimatın daxil olduğu gün işəgötürənə verilmiş, qərarın qəbul edilməsi zamanı keçirilmiş iclasa barəsində qərar verilən işçi İddiaçı dəvət edilməmiş, onun münasibəti öyrənilməmişdir. Bu da İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsaslı olub-olmamasının həmkarlar ittifaqı təşkilatı tərəfindən ətraflı araşdırılmadığını, yalnız formal şəkildə keçirilmiş iclas nəticəsində qərar verilmişdir. Bundan əlavə məhkəmə hesab etmişdir ki, işə götürən qərar qəbul edərkən Azərbayc an Respublikasında baş verən COVİD-19 pandemiyasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda baş verən müharibə şəratini nəzərə almamışdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi də təmin edilməlidir. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işç inin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Vəzirxan Məlikov sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Elçin Hüseynov) 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iddiaçının işdən çıxarılmasının heç bir əsası yoxdur. Onun işdən çıxarılması barədə cavabdeh tərəfi ndən verilmiş əmr qanunsuz qəbul olunmuşdur. İddiaçı işdən azad olunmasının hər hansı əsası olması əmri verən cavabdeh tərəfindən sübut olunmadı. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddia müddəti cavabdehin əsaslandırdığı kimi əmək kitabçasını aldığı vaxtdan deyil işə götürən tərəfdən çıxarılmış əmrin əmrin, əmək kitabçasının, haqq hesab sənədlərin hər birinin birlikdə işciyə rəsmi qaydada təqdim edildiyi vaxtdan hesablanmalıdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, işçi hüququnun pozulduğu gün əmrin, əmək kitabças ının, haqq hesab sənədlərin hər birinin birlikdə ona təqdim edildiyi gündür. Belə ki işçinin əmək kitabçasında deyil, məhz əmrin mətində hansı pozuntuya yol verilməsi müəyyənləşdirilir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsi ardıcıllığna görə də pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin ona verldiyi gün hesab edilir. İş materiallarındanda görünür ki, işciyə bütün bu sənədlərin hər birinin birlikdə vaxtında verilməsi işə götürən tərəfindən təmin edilməmişdir. Əmək Məcəlləsinin 296.-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasını n aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi r. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində irəli sürülən tələbi isə məhz birinci və apellyasiya instansiya məhkəməsində irəli sürülümüş və kassasiya şikayətində təkrarlanmış, yəni müddətin ötürülməsi barədə dəlilidir. İstər birinci instansiya məhkəməsində, istər apellyasiya instansiya məhkməsində cavabdeh təşkilatın iddiaçının işə bərpa edilməməsinin yeganə əsası kimi müddəti göstərmiş, yəni işçinin guya qanunla müəyyən edilmiş bir ay müddəti ərzində iddia ərizəsi ilə müraciət etmədiyini qeyd etmişdir. Cavabehin şikayətinin məhz bu dəlili onu görsədir ki, həqiqətən iddiaçının işdən çıxarılması barədə əmr qanunsuz olmuş, lakin iddiaçı həmin qanunsuz əmri vaxtında güya mübahisələndirmişdir. Bu cür daxilən ziddiyətli olan cavabdehin arqumentləri məhz iddiaçının hüquqlarının pozulmasını təsdiq edir. Aşağı instansiya məhkəmələri tərəfindən aparılmış araşdırma zamanı iddiaçının qanunla müəyyən edilmiş qaydada ona müvafiq ərizə ilə müraciət edib, əmri surətini aldıqdan dərhal sonra məhkəməyə müraciət etməsi öz təsdiqini tapmışdır. Digər tərəfdən əmr əsaslandırılmamış, yəni şablon ifadə və sözlərlə gostərilmiş, konkret əsas və fakt göstərilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə

70. Bənd "ç". İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə

71. Bənd

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv ed ilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə

71. Bənd

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə

72. Bənd “e”. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halları işçi t ərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə

186. Bənd

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi inzibati tənbeh verə bilər. Maddə 300.1 Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71,76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə x itam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Maddə 296.2 Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3 Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozuldu ğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməs i ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ha lları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1094/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar