Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-511/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Hüccət oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: miras əmlaka vərəsəlik hüququnun tanınması 31.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Hüccət oğluna qarşı mirasın qəbul edilməsi, miras əmlaka olan paya vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1705/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əhədov X5 Heyran Əhməd qızı ilə nikahlarını 11 oktyabr 1956-cı il tarixdə rəsmiləşdirməklə ailə qurmuşlar. İddiaçı və cavabdeh onların birgə nihakdan anadan olmuş övladlarıdır.
2. Əhədov Hüccət Fətulla oğlu 30 iyun 2010-cu il tarixdə, X10 isə 29 noyabr 2020-ci il tarixdə ölmüşlər. Onlardan Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında Əhədov Hüccət Fətulla oğlunun adına rəsmiləşdirilmiş 0.288 hektar həyətyanı torpaq sahəsində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48.4 m2, yardımçı sahəsi 36.5 m2, ümumi sahəsi 84.9 m2 olan fərdi yaşayış evi, saray, hamam, tövlə, ayaqyolu və hasardan ibarət həyətyanı tikililər miras qalmışdır. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanında mərhum Əhədov Hüccət Fətulla oğlunun mülkiyyətində olan 0,288 hektar həyətyanı torpaq sahəsində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48,4 m2, yardımçı sahəsi 36.5 m2, ümumi sahəsi 84,9 m2 sahəsi, saray, hamam, tövlə, ayaqyolu və hasardan ibarət olan fərdi yaşayış evindən vərəsələr arasında payların bölüşdürülməsi, iddiaçıya düşən torpaq sahəsindən və fərdi yaşayış evindən payının müəyyən edilməsi, həmin payın mülkiyyət hüquqlarının tanınması və adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, atası Əhədov Hüccət Fətulla oğlu 30 iyun 2010-cu il tarixdə, anası X10 isə 29 noyabr 2020-ci il tarixdə ölmüşlər. Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında mərhum Əhədov Hüccət Fətulla oğlunun mülkiyyətində olan 0.288 hektar həyətyanı torpaq sahəsində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48.4 m2, yardımçı sahəsi 36.5 m2, ümumi sahəsi 84.9 m2 olan fərdi yaşayış evi, saray, hamam, tövlə, ayaqyolu və hasardan həyətyanı tikililər miras qalmışdır.Atası ölümündən əvvəl miras qalmış torpaq sahəsindən ona 0,4 hektar torpaq sahəsi vermişdir. O, 2016-cı ilə kimi Rusiya Federasiyasının Tümen şəhərində yaşayıb, işləmişdir.
5. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh Hüccət oğlu izahat verərək göstərmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, X2 30 iyun 2010-cu il tarixdə öldükdən sonra ondan miras qalmış fərdi yaşayış evində o, ailəsi ilə birlikdə yaşamaqla, fərdi yaşayış evini və torpaq sahəsini idarə etmişdir. Bir müddət bacısı ilə aralarında mübahisə yarandığı üçün evi tərk etmişdir. Hazırda həmin evdə yaşayır və evin bütün kommunal xərclərini ödəyir.
6. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X12 izahat verərək bildirmişdir ki, iddiaçı və cavabdeh onun doğma qardaşlarıdır. Miras qalmış fərdi yaşayış evində digər qardaşları və bacıları ilə birgə yaşamışlar. Fərdi yaşayış evi atasının adına ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. X8 yaşadığı müddətdə Cavabdeh Hüccət oğlunu evdən qovmuşdur. X2 30 iyun 2010-cu il tarixdə ölmüşdür. Atasının ölümündən sonra anası X1 Pərvaz Hüccət oğlu ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçı 2016-cı ilə kimi daimi olaraq Rusiya Fede rasiyasında yaşamışdır.
7. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X6 izahat verərək bildirmişdir ki, miras qalmış fərdi yaşayış evi atasının adına rəsmiləşdirilmişdir. Atasının ölümündən sonra həmin evdə Cavabdeh Hüccət oğlu anası ilə birlikdə yaşamışdır. İddiaçı uzun müddət Rusiya Federasiyasında yaşamışdır.
8. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 fevral 2022-ci il tarixli 2(018)-91/2022 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, miras qalmış 0.288 hektar torpaq sahəsində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48.4 m2, yardımçı sahəsi 36.5 m2, ümumi sahəsi 84.9 m2, saray, hamam, tövlə, ayaqyolu və hasardan ibarət olan fərdi yaşayış evi Əhədov Hüccət Fətulla oğlunun adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ******* nömrəli çıxarışı ilə rəsmiləşdirilmişdir. Əhədov Hüccət Fətulla oğlu 30 iyun 2010-cu il tarixdə, onun arvadı X10 isə 29 noyabr 2020-ci il tarixdə ölmüşlər. İddiaçı həmin torpaq sahəsinin və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin onun tərəfindən miras faktı kimi qəbul edilməsini, eyni zamanda vərəsələr arasında payların bölüşdürülməsini məhkəmədən xahiş etsə də, məhkəmədə aydın oldu ki, onun bu tələbi əsassız olmasına görə təmin edilə bilməz. Çünki iddiaçının iddia tələbi ilə iddia ərizəsinin məzmunu arasında ziddiyyət yaranmışdır. Belə ki. İddiaçı uzun müddət, 2016-cı ilə kimi daimi olaraq Rusiyya Federasiyasında yaşadığından, 2010-cu ildən onun atasından miras qalmış əmlakı da qəbul edə bilməzdir. Yəni o, miras qalmış əmlakı faktiki olaraq qəbul etməmişdir. Şahidlərin izahatlarından isə məlum olur ki, miras əmlakı iddiaçı deyil, Cavabdeh Hüccət oğlu qəbul etmişdir. Bundan başqa miras qalmış əmlakda vərəsələrin payları müəyyən edilmədiyindən vərəsələr arasında paylar bölüşdürülə bilməz.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məccəlləsinin 6.1, 139.1, 146, 152.1, 157.2, 213.2, 213.5, 220.1, 220.2, 220.3, 220.4, 223.2, 223.3, 223.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.2, 217.4, 218.3cü madələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnaməs inin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1705/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X7 (sədrlik edən və məruzəçi), X9 və X3) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 2(018)-91/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti nə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, miras qoyan Əhədov Hüccət Fətulla oğlunun xx.xx.2010-cu ildə vəfat etməsi ilə miras açıldığından birinci növbədə qanun üzrə vərəsəlik zamanı Cavabdeh Hüccət oğlunun hərəkətləri ilə miras əmlakın faktiki qəbulu müəyyən edilmişdir. Digər vərəsə İddiaçı miras açıldıqdan sonra mirasın qəbul edilməsi ilə bağlı 6 ay müddət ərzində öz hüquqlarından istifadə edərək mirası əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etməmiş və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirilməsi iş materialları ilə sübut olunmur. Əksinə iş üzrə şahid qismində ifadələri alınmış X12 və X6 ifadələrində miras qalmış fərdi yaşayış evinin atasının adına rəsmiləşdirildiyini, atasının ölümündən sonra həmin evdə Cavabdeh Hüccət oğlunu n anası ilə birlikdə yaşadığını, İddiaçı uzun müddət Rusiya Federasiyasında yaşadığnı, yalnız 2016-cı ildə Azərbaycana gəldiyini göstərmişlər. Bundan başqa İddiaçı atası Əhədov Hüccət Fətulla oğlundan ölümündən sonra miras qalmış Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında 0.288 hektar torpaq sahəsi üzərində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48.4 m2, yardımçı sahəsi 36.5 m2, ümumi sahəsi 84.9 m2 sahəsi, saray, hamam, tövlə, ayaqyolu və hasardan ibarət olan fərdi yaşayış evi ( Əhədov Hüccət Fətulla payına münasibətdə) üzərində mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətdə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməməsi, miras əmlakın faktiki qəbulu üzrə konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini n açıq-aşkar təsdiqlənməməsi, onun atası mərhum Əhədov Hüccət Fətula oğlunun payına münasibətdə bu hüququn vaxtından əvvəl xitamına səbəb olmuşdur.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia olunan miras əmlak ər-arvadın birgə nikahı dövründə əldə olunmuş və həmin əmlakın yarısı mərhum Hüccət yarısı isə mərhum Heyrana məxsus olmuşdur. Belə olan halda mərhum Hüccət 2010-cu ildə ölmüş və ona düşən paya münsaibətdə vərəsələrin o, cümlədən mərhumun arvadı Heyranın miras əmlak əldə etmək hüquqları yaranmışdır. Həmin vaxt Cavabdeh Hüccət oğlu hüquqlarından istifadə edərək mərhum anası ilə birlikdə miras əmlakı faktiki qəbul edərək faktiki idarəçiliyi həyata keçirmiş, digər vərəsə İddiaçı miras açıldıqdan sonra mirasın qəbul edilməsi ilə bağlı 6 ay müddət ərzində öz hüquqlarından istifadə edərə k miras əmlakı əldə etmək və almaq niyyətini ifadə etməmiş və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirilməmiş, həmçinin digər vərəsələr Hüccət Əhədovdan miras qalan əmlak ilə bağlı mübahisə açmamışlar. Daha sonra isə X10 29 noyabr 2020-ci il tarixdə öldüyündən ona düşən paya münsaibətdə vərəsələrin miras əmlak əldə etmək hüquqları yaranmışdır. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı mərhum atası Əhədov Hüccət Fətulla oğlundan miras qalmış ona düşən hissədə payın müəyyən edilməsi və mülkiyyətinə verilməsini tələb etdiyindən məhkəmə məhz iddiaçının mərhum atası Hüccət Fətulla oğluna münasibətdə onun ölümündən sonra ondan qalan mirasın qəbulu ilə bağlı mübahisəyə hüquqi qiymət vermişdir. Bu halı İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında da təsdiq etmişdir. O, həmçinin qeyd etmişdir ki, onun hazırki iddiası mərhum atasının ölümündən sonra onun payına münasibətdə mirasın qəbulu ilə bağlıdır. O, bu mübahisədən sonra mərhum anasının ölümündən sonra miras əmlakla bağlı məhkəmədə mübahisə açmaqla iddia qaldıracaq.
16. Məhkəmə kollegiyası onu da vurğulamışdır ki, İddiaçı atası mərhum Əhədov Hüccət Fətulla oğlundan qalan mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə hüququndan istifadə etməməsi, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməməsi, miras əmlakın faktiki qəbulu üzrə konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməməsi, onun atası mərhum Əhədov Hüccət Fətula oğlunun payına münasibətdə bu hüququn vaxtından əvvəl xitamına səbəb olmuşdur. Bu isə mərhum anası X4 29 noyabr 2020-ci il tarixdə ölmündən sonra onun vərəsəsi kimi Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında mərhum Əhədov Hüccət Fətulla oğlunun mülkiyyətində olan 0.288 hektar həyətyanı torpaq sahəsində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48.4 m2, yardımçı sahəsi 36.5 m2, ümumi sahəsi 84.9 m2 olan fərdi yaşayış evinin anasına məxsus payından iddiaçının vərəsə olaraq pay almaq hüququnu aradan qaldırmır. Mərhum anası X4 29 noyabr 2020-ci il tarixdə ölmündən sonra onun vərəsələri tərəfindən miras payın qanunla müəyyən edilmiş qaydada qəbul edilib-edilməməsi məsələsi də öz həllini tapmalıdır. Buna yalnız iddiaçının anasından miras qalmış əmlaka dair iddiası olduğu halda qanunvericiliyin tələbinə uyğun hüquqi qiymət verilə bilər. Belə olan halda İddiaçı mərhum atası Hüccət Əhədovdan miras qalmış mübahisəli mərhum Əhədov Hüccət Fətulla oğlunun mülkiyyətində olan 0.288 hektar həyətyanı torpaq sahəsində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48.4 m2, yardımçı sahəsi 36.5 m2, ümumi sahəsi 84.9 m2 olan fərdi yaşayış evindən atasına münasibətdə miras əmlak kimi ona düşən payın müəyyən olunaraq verilməsi tələbi təmin oluna bilməz.
17. Kollegiya həmçinin nəzərə almışdır ki, iddiaçının mərhum atası Əhədov Hüccət Fətulla oğlunun ölümündən sonra ona münasibətdə ondan qalan mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə hüququndan istifadə etməməsi, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməməsi, miras əmlakın faktiki qəbulu üzrə konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməmə si, onun iddia tələbində göstərdiyi digər xahişlərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məccəlləsinin 213.1, 213.2, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1255, 1272, 1322-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.4-cü madələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırıl mışdır ki, Hüccət Əhədovun ölümü ilə xx.xx.2010-cu ildə açılmış vərəsəlikdə torpaq sahəsinin və evin yalnız ona məxsus 1/2 hissəsi miras kütləsinə daxil olub, qalan 1/2 hissə isə ər-arvadm ümumi birgə mülkiyyətindən Heyran Əhədovaya aid paydır. Məhkəmə hesab edib ki, Hüccət Əhədov öldükdən sonra ondan miras qalan 1/2 hissə payı oğlu Cavabdeh və arvadı Heyran Əhədova həmin evdə yaşamaqla və təsərrüfat aparmaqla faktiki olaraq bərabər paylarla qəbul ediblər. Belə olan halda Heyran Əhədovanın torpaq sahəsində və evdəki payı 3/4 hissə (1/2+1/4) təşkil edib (1/2 hissə ər-arvadın ümumi birgə mülkiyyətindən qalan pay və 1/2 hissə miras payının yarısı, yəni 1/4 hissəsi). Heyran Əhədova xx.xx.2020-ci ildə vəfat edib və onun ölümü ilə torpaq sahəsinin və evin 3/4 hissəsinə vərəsəlik açılıb (AR MM-in 1145-ci maddəsi). İddaçı anası Heyran Əhədovanın qanun üzrə bərabər pay hüquqlu birinci növbə vərəsəsidir (AR MM-in 1159.1.1-ci maddəsi). Onun atasının mirasını qanunla müəyyən edilmiş müddətdə qəbul etməməsi anasından qalan mirasa vərəsəlik hüququndan məhrum olunması üçün əsas ola bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almamış və tərəflər arasındakı mübahisəni yalnız Hüccət Əhədovun mirasına (torpaq və evin 1/2 hissəsinə) münasibətdə həll etmişdir. Halbuki iddiaçı torpaq sahəsinin və evin 1/2 hissəsini deyil, tam hissədə vərəsələr arasında bölünərək həmin əmlakdan miras payının müəyyən olunmasını məhkəmə qaydasında tələb etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh Hüccət oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şika yətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
23. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
24. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
25. Maddə 1146 Miras qoyanın öldüyü gün və ya fi ziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
26. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
27. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
28. Maddə 1159.1.1 birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
29. Maddə 1243 Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verd ikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
30. Maddə 1246 Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
31. Maddə 1262 Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
32. Maddə 1263 Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.
33. Maddə 1273-1 Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdırara q hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
47. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (37-38)
48. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, miras qoyan Əhədov Hüccət Fətulla oğlunun xx.xx.2010-cu ildə vəfat etməsi ilə miras açıldığından birinci növbədə qanun üzrə vərəsəlik zamanı Cavabdeh Hüccət oğlunun hərəkətləri ilə miras əmlakın faktiki qəbulu müəyyən edilmişdir. Digər vərəsə İddiaçı miras açıldıqdan sonra mirasın qəbul edilməsi ilə bağlı 6 ay müddət ərzind ə öz hüquqlarından istifadə edərək mirası əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etməmiş və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirilməsi iş materialları ilə sübut olunmur. Əksinə iş üzrə şahid qismində ifadələri alınmış X12 və X6 ifadələrində miras qalmış fərdi yaşayış evinin atasının adına rəsmiləşdirildiyini, atasının ölümündən sonra həmin evdə Cavabdeh Hüccət oğlunun anası ilə birlikdə yaşadığını, İddiaçı uzun müddət Rusiya Federasiyasında yaşadığnı, yalnız 2016-cı ildə Azərbaycana gəldiyini göstərmişlər. Bundan başqa İddiaçı atası Əhədov Hüccət Fətulla oğlundan ölümündən sonra miras qalmış Astara şəhəri, Heydər Əliyev küçəsi, 257 C ünvanında 0.288 hektar torpaq sahəsi üzərində yerləşən 01 mərtəbəli, 03 otaqlı, yaşayış sahəsi 48.4 m2, yardımçı sahəsi 36.5 m2, ümumi sahəsi 84.9 m2 sahəsi, saray, hamam, tövlə, ayaqyolu və hasardan ibarət olan fərdi yaşayış evi ( Əhədov Hüccət Fətulla payına münasibətdə) üzərində mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətdə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməməsi, miras əmlakın faktiki qəbulu üzrə konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməməsi, onun atası mərhum Əhədov Hüccət Fətula oğlunun payına münasibətdə bu hüququn vaxtından əvvəl xitamına səbəb olmuşdur.
49. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı mirası nə faktiki, nə də notarial ərizə verməklə qəbul etmədiyini bildirsə də bu halı yalnız şahid ifadələri ilə əsaslandırmışdır. Həmin şahid ifadələrində göstərilmiş məlumatlar isə həm şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmamış, həm də işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır.
50. Belə ki, şahid qismində ifadələri alınmış X12 və X6 ifadələrində iddiaçının uzun müddət Rusiya Federasiyasında yaşadığını, yalnız 2016-cı ildə Azərbaycana gəldiyini göstərmişlər.
51. Halbuki, iddiaçı verdiyi apellyasiya şikayətində 2016-cı ildən Rusiya Federasiyasında yaşadığını göstərmişdir.(iş v. 51)
52. Apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətin səbəblərini araşdırmamış, heç bir əsaslandırma aparmadan şahid ifadələrini iddiaçının ifadəsindən daha üstün tutaraq onlara mötəbər sübut kimi istinad etməklə apellyatorun şikayətini rədd etmişdir.
53. Bundan başqa iddiaçı iddia ərizəsində və birinci instansiya məhkəmə sində verdiyi ifadəsində mübahisəli miras əmlakda yaşadığını və miras əmlakı faktiki olaraq qəbul etdiyini, eyni zamanda atasının ona ölümündən öncə miras əmlakdan 0.4 hektar torpaq sahəsi verdiyini göstərsə də apellyasiya instansiyası məhkəməsi qeyd edilən dəlillərlə bağlı heç bir araşdırma aparmamış və onlara hüquqi qiymət verməmişdir.
54. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə həmin sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
55. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
56. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
57. Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır.
58. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran s übutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).
59. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı mərhum atası Əhədov Hüccət Fətulla oğlundan miras qalmış ona düşən hissədə payın müəyyən edilməsi və mülkiyyətinə verilməsini tələb etdiyindən məhkəmə məhz iddiaçının mərhum atası Hüccət Fətulla oğluna münasibətdə onun ölümündən sonra ondan qalan mir asın qəbulu ilə bağlı mübahisəyə hüquqi qiymət vermişdir.
60. Halbuki iddiaçı verdiyi iddia ərizəsində mübahisəli miras əmlakın atası Əhədov Hüccət Fətulla oğlundan miras qalmış hissəsinə deyil, bütövlükdə miras əmlakın vərəsələr arasında bölünərək həmin əmlakdan miras payının müəyyən olunmasını məhkəmə qaydasında tələb etmişdir.
61. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
62. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbi üzrə, yəni bütövlükdə mübahisəli miras əmlakın qəbulu ilə bağlı mübahisəyə hüquqi qiymət verməli olduğu halda yalnız mübahisəli əmlakın iddiaçının atasından miras qalmış hissəsinə münasibətdə qətnamə çıxarmaqla prosessual pozuntuya yol vermişdir.
63. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə iddiaçının verdiyi tələbə tam hüquqi qiymət verməmiş nəticədə apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
64. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
65. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı k assasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1705/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.