Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5110/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi birgə mülkiyyətdə olan əmlaka payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh vəkili X8 iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-687/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh nikah müddətində alqı-satqı müqaviləsinə əsasən əldə etdikləri, tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə iddiaçının payının müəyyən edilməsi, Cavabdeh həmin mənzildən iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (mənzilə daxil olmağa qoymamaq) son qoyulması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1995-ci il tarixdə Cavabdeh ilə nikah bağlamışdır. Cavabdehlə nikahda olduqları müddətdə, yəni xx xxxx 1996-cı il tarixdə alqısatqı müqa viləsinə əsasən ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzil əldə etmişlər. Həm o, həm də cavabdeh halhazıradək həmin mənzildə qeydiyyatdadırlar. 2000-ci ilin dekabr ayında iş üzrə Cavabdeh qeyd olunan evi tərk edərək, yaşamaq üçün Bakı şəhərinə getmiş, özü isə 2002ci ilədək qeyd olunan mənzildə yaşayışını davam etdirmişdir. O, 2002-ci ildə səhhətində baş vermiş problemlər və işsizliklə bağlı olaraq Rusiya Federasiyasına getmiş və 2018-ci ilədək orada yaşamışdır. 2018-ci ilin sonlarında Azərbaycan Respublikasına qayıtmış və mənzildən istifadə etmək istədikdə, görmüşdür ki, Cavabdeh onun razılığı və icazəsi olmadan həmin evə qanunsuz olaraq kirayəçi yerləşdirmiş və dolayısı ilə də həmin mənzildən onun sahiblik, istifadə və sərəncam vermək hüququnu məhdudlaşdırmışdır. Bundan sonra, o, cavabd ehlə nə qədər əlaqə yaratmağa və mənzilə sahiblik, o cümlədən istifadə hüququnu təmin etməyə cəhd etsə də, buna nail ola bilməmişdir. O, bu ana qədər ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bilməmişdir. Daha sonradan ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 214/2005 iş nömrəli qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Vəkil sorğusu əsasında əldə olunmuş sənədlərdən məlum olmuşdur ki, qeyd olunan mənzil üzərində hüquqlar xx xxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Onun hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi nin səbəbi Cavabdeh ilə birgə nikah müddətində alqı-satqı müqaviləsinə əsasən əldə etdikləri ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə payının müəyyən edilməsi, cavabdehin həmin mənzildən onun istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (mənzilə daxil olmağına qoymamaq) son qoyulması və həmin mənzilə köçürülməsi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov, iş № 2(019)-968/2019) iddia təmin edilməmiş, hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx xxxx 1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasə n X3 şəhəri, R. Səmədov küçəsi 41/20 ünvanında yerləşən mənzili Cavabdeh satmışdır. RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa görə, ünvan 3 ünvanında yerləşən 20 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh xüsusi mülkiyyətidir və Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə 3 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-14/2005 nömrəli qiyabi qətnaməsinə görə, iddiaçı X10 cavabdeh X4 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, X15 ilə cavabdeh X5 arasında bağlanmış xx xxxxxx 1995-ci il tarixli, 13 saylı nikah qeydi ləğv edilmişdir. xx xxxxxx 2005-ci il tarixli AZ-İ 024573 n ömrəli nikahın pozulması haqqında şəhadətnaməyə görə, X2 X15 ilə olan nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2005-ci ilin fevral ayının 23 günündə 16 nömrə ilə qeyd edilmişdir. Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 3659 №-li arayışına görə, İddiaçı həqiqətən şəhərin A.Məmmədov küçəsi 33 №-li evində yaşayır. Balakən Mənzil-İstismarı Müəssisəsinin xx.xx.2019-cu il tarixli, 285 №-li arayışına görə, Cavabdeh Balakən şəhəri, H.Əliyev 41/21 (keçmiş R.Səmədov) ünvanındakı mənzildə tək qeydiyyatdadır, keçmiş yoldaşı İddiaçı 1996-2002-ci ildə yaşamasına baxmayaraq, qeydiyyatda olmamışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbi q edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddəl ərinin şərh edilməsinə dair» xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 225.4-cü maddəsinə müvafiq olaraq ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (a rvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsası nda tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verildiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.1 və 8.2-ci maddələrinə əsasən, pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur; iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Həmin Məcəllənin 36.9-cu maddəsində nəzərdə tutulan ümumi əmlakın bölünməsi haqqında tələblərə 3 illik iddia müddətini tətbiq edərkən, bütün hallarda Mülki Məcəllənin qaydalarının rəhbər tutulmalı olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulmasından 2019-cu ilin aprel ayında xəbər tutması barədə göstərdikləri əsaslı və qaneedici hesab edilə bilməz. Belə ki, iddiaçı Rusiya Federasiyasında yaşamış olsa da, Balakən rayonu ilə onu bağlayan bir sıra amillərin mövcudluğu - ailə üzvlərinin valideynlərinin olması, onlarla müt əmadi olmasa belə əlaqə saxladığı nəzərə alınsa, İddiaçı Cavabdeh ilə nikahının pozulduğu faktını bilməməsi demək olar ki, mümkünsüzdür. Həmçinin məhkəmə iddiaçının faktiki olaraq 2000-ci ildən faktiki ər-arvad münasibətlərində olmadığı və ayrı yaşadığı Cavabdeh nikah qeydinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi ehtimalının qeyri-mümkün hal kimi dəyərləndirməsini və bundan 14 il sonra xəbər tutmasını ağlabatan hesab etmir və qeyri səmimi verilmiş məlumat kimi qəbul edir Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tərəflər arasında nikah 2005-ci ilin yanvar ayının 05-də pozulduğundan və işdəki bir sıra müəyyən edilmiş hallara- iddiaçı ilə cavabdehin nikah münasibətlərinə faktiki olaraq 2000-ci ildə son qoyulduğu, nəticədə ca vabdehin 2000-ci ildə iddiaçıdan ayrılaraq Bakı şəhərinə yaşamaq üçün getdiyi, 2002-ci ildə isə iddiaçının Rusiya Federasiyasına işləmək və yaşamaq üçün getdiyi, iddiaçının nikahın pozulduğu 2005-ci il yanvar 05-də Balakən şəhərində ailə üzvlərinin-valideynlərinin olması, onlarla mütəmadi olmasa belə əlaqə saxlaması hallarına görə İddiaçı 2005-ci ilin yanvar ayının 05-dən onunla Cavabdeh arasında nikahın pozulduğunu, qanuna görə həmin müddətdən başlayaraq 3 illik iddia müddəti ərzində ümumi əmlakın bölünməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət edilməli olduğunu bilməli idi. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilə cavabdeh X12 nikah müddətində alqı-satqı müqaviləsinə ə sasən əldə etdikləri, tərəflərin iddia edilən ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə iddiaçının payının müəyyən edilməsi, əmlakın bölünməsi ilə əlaqədar iddia müddəti keçmişdir. Cavabdeh də iddia müddətinin tətbiqi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iddia üzrə iddia müddətinin keçdiyini bildirərək, iddia müddətinin tətbiq edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də iddia müddəti keçdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə yazılı ərizə verdiyindən iddiaçının mənzildən payının müəyyən edilməsi, mənzilə köçürmə və s.barədə iddia tələbi rədd edilməlidir. Belə ki, mənzilə köçürmə və digər tələb iddiaçının ümumi mənzildə olan payının müəyyən edilməsi tələbi ilə bağlıdır və mənzildən payın müəyyən olunması tələbi təmin edilmədiyi təqdirdə, digər tələblər də təmin edilə bilməz. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, belə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı nikah müddətində alqı-satqı müqaviləsinə əsasən əldə etdikləri, tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə iddiaçının payının müəyyən edilməsi, Cavabdeh həmin mənzildən iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (mənzilə daxil olmağa qoymamaq) son qoyulması və iddiaçının həmin mənzilə köçürülməsi tələbinə dair iddiası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu madd əsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddəti tətbiq edilməklə iddia müddəti keçdiyindən və əsassız olduğundan təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov, iş № 2(107)687/2020) İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmuş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-968/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlaka payın müəyyən edilməsi, qəsdə son qoyulması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, tərəflər in ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə İddiaçı ½ payının müəyyən edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzildən istifadə və sahiblik etməsinə qarşı mənzilin giriş-cıxış qapısının açarını dəyişərək iddiaçının həmin mənzilə daxil olmasına mane olmaq məqsədi ilə iddiaçıya həmin açarı verməməklə Cavabdeh tərəfindən yönəlmiş qəsdə son qoyulması, İddiaçı ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə köçürülməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi hazırki işin hallarını ümumilikdə düzgün müəyyən etsə də, iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh xx xxxxxx 1995-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Tərəflər birgə nikahda olduqları dövrdə Cavabdeh xx xxxx 1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən mənzili X1 almışdır. 2000-ci ilin dekabr ayında iş üzrə Cavabdeh qeyd olunan mənzili tərk edərək, yaşamaq üçün Bakı şəhərinə getmişdir. İddiaçı isə 2003-cü ilədək qeyd olunan mənzildə yaşamış, 2003-cü ildə Rusiya Federasiyasına getmiş və 2018-ci ilədək orada yaşamışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-14/2005 nömrəli qiyabi qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah ləğv edilmişdir. ünvan 3 ünvanında yerləşən 20 nömrəli mənzil 2016-cı ilə qə dər qeydiyyatdan keçirilməmiş, xx.xx.2016-cı il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı 2018-ci ilin sonlarında Rusiya Federasiyasına gedib, 2019-cu ilin ortalarında Azərbaycan Respublikasına qayıdaraq həmin mənzildən istifadə etmək istədikdə, görmüşdür ki, Cavabdeh həmin mənzildən onun sahiblik, istifadə və sərəncam vermək hüququnu mənzilin girişçıxış qapısının açarını dəyişməklə məhdudlaşdırmışdır. Bu səbəbdən də, hazırki iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə nikah müddətində alqı-satqı müqaviləsinə əsasən əldə etdikləri, tərəflərin ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə iddiaçının payının müəyyən edilməsi, Cavabdeh həmin mənzildən iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (mənzilə daxil olmağa qoymamaq) son qoyulması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hazırki iddia tələbinin iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməsi ilə bağlı gəldiyi qənaəti ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Hazırki halda İddiaçı Cavabdeh ilə aralarında olan nikahın pozulmasından xəbərinin olmaması tam olaraq sübuta yetirilir. Belə ki, Balakən Rayon Məhkəməsi onların arasında olan nikahı pozarkən cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən işə qiyabi icraat qaydasında baxmış və xx xxxxxx 2016-cı il tarixli, 2-14/2005 nömrəli qiyabi qətnaməsini qəbul etmişdir. İddiaçı bütün bu baş verən proseslərdən 2019-cu ildə xəbərdar olmuşdur. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər-hansısa bir sü but məhkəməyə təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X14) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh vəkili X14 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normaları nı düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktlar ın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasi ya şikayəti qismən təmin edilməli, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-687/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli mənzilin birgə nikah müddətində və birgə vəsait əsasında alınması işin mübahisəsiz halıdır. Tərəflərin bu barədə hər hansı etirazları yoxdur. İşin mübahisləndirilən halı tərəflər aras ında nikahın pozulmasından üç ildən çox müddətin keçməsi səbəbindən Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbləri baxımından birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü ilə bağlı tələb etmə müddətinin ötürülməsi ilə bağlıdır. İddiaçı tərəfin mövqeyinə görə 2000-ci ildə onlar faktiki olaraq ayrılmışlar. 2002-ci ildə səhhətində baş vermiş problemlə və işsizliklə bağlı olaraq Rusiya Federasiyasına getmiş, 2018-ci ilədək orada yaşamışdır. 2018-ci ildə mənzildən istifadə etmək istədikdə cavabdeh buna mane törətmişdir. Daha sonra ona məlum olmuşdur ki, Balakən rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Mübahisəli mənzil üzərində hüquqların qeydiyyatı barədə reyestr çıxarışı cavabdehin adına xx xxxx 2016-cı ildə verilmişdir. Onlar a rasında olan nikahın pozulması isə bu yaxınlarda ona məlum olmuşdur. Cavabdeh tərəfin mövqeyinə görə onlar xx xxxxxx 1995-ci ildə evlənmişlər. Mübahisəli mənzil xx xxxx 1996-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə olunmuş və alqı-satqı müqaviləsi məhz həmin vaxt qeydiyyata alınmışdır. Tərəflər arasında ər-arvad münasibətlərinə 2000-ci ildə son qoyulmuşdur. İddiaçı 2002-ci ildə Rusiya Federasiyasına köçmüş və orada yaşamışdır. Onlar arasında nikah məhkəmə qaydasında pozulmuş və nikah pozulması akt qeyd xx.xx.2005-ci ildə qeydə alınaraq ona şəhadətnamə verilmişdir. X7 vətəndaşlığını qəbul edərək xx.xx.2002-ci ildə qeydiyyata alınmışdır. X7 vətəndaşlığını qəbul edərkən subay olmasını təsdiq edən sənəd təqdim etməli idi və bu sənədi mütləq təqdim etmişdir. O, 14 ildən sonra hazırkı t ələbi irəli sürdüyündən müddəti ötürmüşdür. Apelyasiya məhkəməsinin müddətlə bağlı mövqeyindən görünür ki, «… İddiaçı Soltanəhməd oğlu 2018-ci ilin sonunda Rusiya Federasiyasına gedib, 2019-cu ilin ortalarında Azərbaycan Respublikasına qayıdaraq həmin mənzildən istifadə etmək istədikdə görmüşdür ki, Cavabdeh həmin mənzildən onun sahiblik, istifadə və sərəncam vermək hüququnu mənzilin girişçıxış qapısının açarını dəyişməklə məhdudlaşdırmışdır.» Daha sonra apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, «… hazırkı halda İddiaçı Cavabdeh ilə aralarında olan nikahın pozulmasından xəbərinin olmaması tam olaraq sübuta yetirilir. Belə ki, Balakən rayon Məhkəməsinin onların arasında olan nikahı pozarkən cavabdehin məhkəmə iclasında iştirak etmədiyindən işə qiyabi icraat qaydasında baxmış və xx x xxxxx 2016cı il tarixli 2-14/2005 nömrəli qiyabi qətnaməsini qəbul etmişdir. İddiaçı bütün bu baş verən proseslərdən 2019-cu ildə xəbərdar olmuşdur. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansısa bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddəsinin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunmuşdur. Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən, pozu lmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Göründüyü kimi, qanunverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan ümumi əmlakın bölünməsi haqqında tələblərə 3 illik iddia müddətini tətbiq edərkən, bütün hallarda Mülki Məcəllənin qaydalarının rəhbər tutulmalı olduğunu müəyyən etmişdir. Ailə Məcəlləsinin 8.2-ci maddəsi imperativ olmaqla blanket xarakterli normadır. Belə normalar başqa hüquq mənbələrinə istinad etməklə konkret ictimai münasibətləri tam və ya qismən digər müvafiq qanunvericilik aktı ilə tənzimləmək məqsədini daşıyır. Qeyd edilməlid ir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Mülki Məcəllənin 367.1-ci maddəsinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddiaya baxarkən müvafiq tərəflərin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etməli, işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməli idi. Təsadüfü deyildir ki, Konstitusiya Məhkəməsinin Plenumunun «Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2019-cu il tarixli qərarında mövqeyinə görə Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır; Konstitusiya Məhkəməsinin istinad olunan qərarında olan mövqeyinə istinadən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi iddia müddətinin tətbiqinin mümkün olmaması nəticəsinə gəlmişdir. Bu mövqeyini cavabdeh tərəfindən zəruri sübutların təqdim olunmaması ilə əsaslandırmışdır. Lakin apelyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflər 1995-ci ildə nikaha daxil olmuş, 2000-ci ildə ər-arvad münasibətlərini faktiki olaraq kəsmiş, xx.xx.2005-ci ildə nikahları rəsmi qaydada pozulmuş, xx.xx.2005-ci ildə cavabdehin müraciəti əsasında nikah akt qeyd qeydə alınaraq şəhadətnamə verilmişdir. İddiaçıya isə birgə nikah müddətində əmlak (mübahisəli mənzili) əldə etmələri, birgə mülkiyyətçi olması mübahisəsiz qaydada aşkar olmuşdur. Qeyd edilməlidir ki, iddiaçının 2002-ci ildə Rusiya Federasiyasına getməsi və Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməsi də aşkardır. Apelyasiya instansiya məhkəməsi isə işdə olan və istinad olunan sübutların mövcudluğuna əhəmiyyət verməmiş, onların qarşılıqlı aydınlaşdırılmasını təmin etməmiş, faktiki olaraq işdə olan digər sübutlarla dəstəklənməyən nəticəyə gələrək cavabdehin 2018-ci ildə Rusiya Federasiyasına getməsi, 2019-cu ilin ortalarında Azərbaycan Respublikasına gəlməsini qeyd etmiş, məhz həmin vaxt cavabdeh tərəfindən mənzilə buraxılmamasından sonra boşanmadan və mənzilin rəsmi reyestrində cavabdehin adına qeydiyyata alınmasından məlumatlı olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası mübahisəli mənzilin xx xxxx 1996-cı ildə alqı-satqı müqaviləsi əsasında əldə olunmasına baxmayaraq hansı səbəbdən 2016-cı ildə rəsmi qeydiyyata alınasının faktının möhtəbərliyini araşdırmamışdır. Məhkəmə mübahisəli mənzilin iddiaçının göstərdiyi kimi 2016-cı ildə qeydə alınması nəticəsinə gələrkən digər tərəfin də etirazının dəlillərinin aydınlaşdırılması məqsədi ilə təklif edə bilərdi ki, həmin faktın düzgünlüyünü təsdiq edilsin. Belə araşdırmanın nəticəsi isə iş materiallarında olan reyestr çıxarışının ilkin və ya təkrar v erilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarış olması, alqı-satqı müqaviləsinin ilkin olaraq nə vaxt daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ondan sonrakı ardıcıllıqlar müəyyən edilə bilərdi. Məhkəmə yalnız iddiaçı tərəfin mülahizələri ilə kifayətlənmiş, cavabdeh tərəfin bunlarla bağlı dəlillərini qiymətləndirməmiş saxlamışdır ki, bu isə düzgün olmayan nəticəyə gəlməyə səbəb olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçının Rusiya Federasiyasının vətəndaşı olmasını mübahisəsiz hal kimi qəbul edir. Cavabdeh tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, o, (yəni cavabdeh) Azərbaycan Respublikası vətəndaşlığından çıxarkən müvafiq icra hakimiyyəti orqanında subay olması ilə bağlı sənədlə təmin olunmuşdur. Məhz həmin dəlillin və boşanma ilə bağlı məhkəmə qətnaməsinin iddiaçı t ərəfindən ərazi qeydiyyat şöbəsinə təqdim edilərək öz adına nikahın pozulması ilə bağlı şəhadətnamənin alınıb-alınmaması aydınlaşdırılmamış qalmışdır. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı olaraq belə nəticəyə gəlir ki, Ailə Məcəlləsinin 8.2ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin (mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günü) axımının başlanması müəyyən etmək mümkünsüzdür. Məhkəmənin həmin hissə ilə bağlı gəlmiş olduğu nəticəsi isə ziddiyyətlidir və işdə olan sübutların məcmusuna uyğun deyildir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin ə saslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətna mədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin s əbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəl lənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası qeyd edir ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, mübahisələndirilən hissə il ə bağlı dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-687/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.