Məhkəmə qərarları › İş №2(102)-5111/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-5111/2020

17.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5111/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 vəkili Vəkil Babaəli oğlunun, cavabdehlər Cavabdeh2 nun, Cavabdeh1 nun və onların vəkili Şərifov Vaqif İsgəndər oğlunun iştirakları ilə, cavabdehlər Cavabdeh2 nun, Cavabdeh1 nun və onların vəkili Şərifov Vaqif İsgəndər oğlunun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2(107)-416/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(054)-458/2019 saylı qətnaməsi ilə (hakim K.Ş.Süleymanov) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh2 nun və Cavabdeh1 nun Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, 13.05.2011-ci il tarixli, ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədinə əsasən İddiaçı4 xüsusi mülkiyyətində olan 0,12 hektar, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədinə əsasən İddiaçı3 xüsusi mülkiyyətində olan 0,12 hektar, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydi yyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədinə əsasən İddiaçı2 xüsusi mülkiyyətində olan 0,12 hektar və 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,12 hektar-cəmi 0,48 hektar həyətyanı torpaq sahələrindən çıxarılmaları, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin boşaldılaraq İddiaçı4, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəs inin boşaldılaraq İddiaçı3, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin boşaldılaraq İddiaçı2 və 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin boşaldılaraq İddiaçı1 təhvil verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2(107)-416/2020 saylı qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və G.Q.Abbasov), cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apelyаsiyа şikayəti qismən təmin edilərək, Oğuz Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(054)-458/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələblərinin qismən təmin edilməsi, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən 13.05.2011-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı4 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m.) həyətyanı torpaq sahəsinin 170,31 kv.m. (18,92 m x 9 m) hissəsindən Cavabdeh1, 138,50 kv.m. (21,14 m x 6,55 m) hissəsindən Cavabdeh2, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı3 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m.) həyətyanı torpaq sahəsinin 470,22 kv.m. (29,38 x 16 m) hissəsindən Cavabdeh1, 728,75 kv.m. (29 m x 26,16 m) hissəsindən Cavabdeh2, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m.) həyətyanı torpaq sahəsinin 754,05 kv.m. (38,76 m x 19,45 m) hissəsindən Cavabdeh1, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m.) həyətyanı torpaq sahəsinin 1170 kv.m. (39,4 m x 29, 69 m) hissəsindən Cavabdeh1 nun çıxarılmaları, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş torpaq sahələrinin boşaldılaraq həmin torpaq s ahələrinin mülkiyyətçiləri olan İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 təhvil verilməsi, iş üzrə məhkəmə xərci olan torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza tədqiqatının dəyəri olan 212.7 manat məbləğində pulun 106 manatının müştərək qaydada iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1, 106,7 manatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ndan tutulması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına ödənilməsi qət edilmişdir. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Şəki Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti Ali Məhkəmənin hakiminin 22 sentyabr 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilərək baxılması üçün 17 noyabr 2020-ci il tarixə təyin olunmuşdur. Kassasiya icraatı zamanı iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verildiyindən həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün kassasiya kollegiyası hesab edir ki, mülki iş kassasiya baxışından çıxarılıb Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Şərifov Vaqif İsgəndər oğlu kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 vəkili Vəkil Babaəli oğlu mülki işin kassasiya baxışından çıxarılması məsələsinin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll olunmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin kassasiya şikayətinin icraata qəbul olunması haqqında 22 sentyabr 2020-ci il tarixli qərardadı ləğv olunmalı və iş kassasiya baxışından çıxarılmaqla Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmasını, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsini müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, adı çəkilən şikayət apelyasiya instansiyası məhkəməsi tərəfindən müzakirə olunmadan hazırkı kassasiya şikayətinə məhkəmə iclasında baxıla bilməz və ona görə də icraata qəbul qərardadı ləğv olunaraq həmin iş məhkəmə baxışından çıxarılmalı, kassasiya şikayəti mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 411, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şəki Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2(107)416/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunması haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin 22 sentyabr 2020-ci il tarixli, 2(102)-5111/2020 saylı qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar