Məhkəmə qərarları › İş №2(102)-5116/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5116/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5116/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, iddia müddətinin tətbiqi, sübutetmə) 26.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehin vəkili XXX oğlunun iştirakı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il i tarixli, 2(104)3783/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Re spublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri XXX saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh 39000 ABŞ dolları məbləğində pul borc vermişdir. Borc pul 39000 ABŞ dolları şəklində verilmiş, həmin günün manatla kurs üzrə (1 ABŞ dolları=1,05 manat) 39900,00 manat təşkil etməsi qeyd edilmişdir. “Borc alan” krediti xx xxxx 2016-cı il tarixədək “Borc verən”ə hər ay 6650 manat ödəmək şərtilə “Borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc məbləği ki mi 38000 ABŞ dolları, əldən çıxmış fayda kimi 7000 manatı, pulun alınması üçün yola, telefon zənglərinə və sairə çəkilən xərc kimi 500 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 38000 ABŞ dolları və 7530 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri XXX saylı notariat kontorunda təsdiq olunmuş kredit müqaviləsi üzrə cavabdehə xx xxxxxxxx 2015-ci il tarixdə xx xxxx 2016-ci il tarixə kimi 39000 ABŞ dolları məbləğində borc pul vermiş, lakin borclu öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, aldığı puldan yalnız xx xxxxxx 2018-ci il tarixdə 1000 ABŞ dolları ödəmişdir. İddiaçı borcluya dəfələrlə pulu vaxtında qaytarması barə də telefonla zəng etmiş, bir neçə dəfə görüşüb pulu istəməsinə baxmayaraq o, hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu ödəyəcəyinə söz vermişdir. Eyni zamanda o, iki dəfə ağır əməliyyat keçirmiş, sonradan isə fiziki və psixoloji durumu xeyli pisləşmişdir. Birinci instansiya məhkəməsinin icraatında Cavabdeh ərizə ilə müraciət edərək, iddia tələbinə etiraz etmiş və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(021)-2346/2019 nömrəli qətnaməsi ilə (hakim Ə.V.Kərimov) iddia rədd edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki mülki mübahisə kredit müqaviləsindən irəli gələn öhdəliklə bağlı yaranmışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, mübahisəyə Mülki Məcəllənin 373.2-ci m addəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apelyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(021)-2346/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il i tarixli, 2(104)-3783/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən Ə.İ.Məmmədov, hakimlər R.Ş.Muradov, İ.Ə.Şəfiyev) apelyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(021)-2346/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 38000 ABŞ dolları borcun icra olunan günə olan məzənnə ilə manatla, bundan əlavə ödənilmiş dövlət rüsumunun ə vəzi kimi 30 manat məbləğində pulun alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehə 39000 ABŞ dolları məbləğində borc verdiyi təsdiq olunduğundan həmin məbləğdə borcu qaytardığını sübut etmə yükü cavabdehin üzərinə düşür. İşə birinci instansiyası məhkəməsində baxılarkən cavabdeh iddiaçıdan aldığı borcu tamamilə qaytardığını iddia etsə də, bu halı təsdiq edə bilən heç bir mötəbər sübutu təqdim edə bilməmişdir. Məhkəmədə iddiaçının da bildirməsindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan aldığı borcdan yalnız 1000 ABŞ dollarını qaytarmışdır. Ona görə də, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıdan borc aldığı 39000 ABŞ dolları məbləğində puldan 3 8000 ABŞ dolları məbləğində borcunun qaytarmadığı barədə birinci instansiyası məhkəməsinin nəticəsi doğru olmuşdur. Lakin iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə apelyasiya məhkəməsi razılaşmamışdır. Belə ki, həmin məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan kredit müqaviləsindən müəyyən edildiyi kimi, müqavilənin müddəti xx xxxx 2016-cı il tarixdə bitmişdir. XXX Tibb Mərkəzi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı 05 mart – xx xxxxx 2019-cu il tarixlərdə həmin Mərkəzində müayinə və müalicədə olmuşdur. Göründüyü kimi, iddiaçı kredit müqaviləsinin bitməsinə bir neçə gün qalmış insanın daxili orqanlarının xəstəlikləri diaqnozu ilə tibb müəssisəsində müalicə almışdır. Bu səbəbdən məhkəmə Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 382-ci maddəsinə istinad edərək, iddia müddətinin buraxılmasını üzrlü hesab etmişdir. Daha sonra, apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, kredit müqaviləsinin 6-cı bəndinə əsasən “Borc verən”müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Yəni tərəflər razılaşmışlar ki, pulun ödənilməsi barədə qeydiyyat “Borc verən” tərəfindən icra ediləcəkdir. Məhkəmə qeyd etmişdir ki, müqavilənin üzərində olan, iddiaçının xx xxxxxx 2018-ci il tarixdə cavabdehdən 1000 ABŞ dolları məbləğində pul aldığı barədə olan qeydin məhz iddiaçı tərəfindən aparılması müqavilənin 6-cı bəndinin şərtlərinə uyğundur ki, belə olan halda Mülki Məcəllənin 380-ci maddəsinin tələblərinə əsasən iddia müddətinin ax ımı xx xxxxxx 2018-ci il tarixdən kəsilmiş olur. Nəhayət apelyasiya instansiyası məhkəməsi iddiaçının əldən çıxmış fayda və əlavə xərclər tələblərini əsassız hesab etmiş və iddianı həmin hissələrdə təmin etməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il i tarixli, 2(104)-3783/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ziddiyyətlidir, maddi və prosessual hüquq normalarının pozulması il ə qəbul edilmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin xx xxxxxx 2018-ci il tarixdə 1000 ABŞ dolları məbləğində pulun ödənildiyini əsas götürməklə razılaşmışdır ki, iddia müddəti borc müqaviləsinin qurtardığı xx xxxx 2016-cı il tarixdən deyil, xx xxxxxx 2018-ci il tarixdən başlanmalı idi. Lakin digər tərəfdən məhkəmə iddiaçının iddia müddətini ötürməsini üzrlü hesab etmişdir. XXX Tibb Mərkəzi tərəfindən verilmiş arayış iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı sübut qismində qiymətləndirilə bilməz. Bundan əlavə iddiaçının adından kredit müqaviləsində 1000 ABŞ dollarının alınması ilə bağlı qeyd sübut kimi qəbul olunmamalıdır. Belə ki, həmin qeyddə cavabdehin imzası yoxdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili XXX oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı gəlməmiş, vəkilin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin edilsə də, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kasasiya şikayətini cavabdeh vermiş və iddianın təmin olunmuş hissəsini mübahisələndirmişdir. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin yalnız mübahisələndirilən (iddianın təmin olunmuş) hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tət biq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1 və 380.2-ci maddələrinə əsasən Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəli k, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticə sində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməm əsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzg ün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apely asiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyinin tam icra etməməsinə dair apelyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olmuşdur. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməsini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi mövcud prosessual hüquq normalarına uyğun, əsaslı olaraq iddiaçının ödəniş kimi qəbul etdiyi 1000 manat məbləği çıxmaqla, cavabdehin 38000 manat borclu olması qənaətinə gəlmişdir. İddia müddətinin tətbiqinə dair kasasiya şikayətinin dəlilləri ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiq edilməməli olmasına dair iki əsas müəyyən etmişdir ki, onları hər biri müstəqil olaraq cavabdehin ərizəsinin rədd olunması və iddianın təmin olunması üçün əsasdır. Apelyasiya instansiyası əsaslı olaraq tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndinə istinad etmiş və borcverənin müqavilə üzərində qeydini əsas götürərək iddia müddətinin axımının xx xxxxxx 2018-ci il tarixdən kəsilmiş hesab etmişdir. Digər tərəfdən iddia müddətinin axımı müqavilənin bitməsi tarixdən hesablanmalı olduğu halında apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-in 382- ci maddəsi ilə ona verilmiş səlahiyyətlərdən istifadə edərək, iddiaçının xəstələnməsi ni və müalicə almasını əsas götürərək, ötürülmüş müddəti üzrlü hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili XXX oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il i tarixli, 2(104)-3783/2019 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar