Məhkəmə qərarları › İş №2(102)-5116/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5116/2021

17.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5116/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı; Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququ) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ba kı şəhəri, A.Mustafayev küç 37 nömrəli evin 35 nömrəli mənzili 03.06.2000-ci ildən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh isə onun keçmiş gəlinidir. Belə ki, Cavabdeh 05.04.2015-ci ildə ilkin iddiaçının oğlu Elşad Şirəliyevlə nikaha daxil olmuşdur. Nəsimi Rayon Məhkəməsinin 05.06.2020-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Cavabdeh ailə qurduqdan sonra bir müddət əri ilə birlikdə X1 yaşasa da sonradan geri dönmüş və hazırda mübahisəli mənzildə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh uşağı X4 ilə birlikdə x-ə dair olan istifadə hüququnun olmaması və qeyd edilən mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmi şdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, oğlu ilə aralarında yaranmış mübahisə ilə əlaqədar olaraq cavabdeh xarici ölkədən qayıtmış və 2019-cu ilin noyabr ayından mübahisə predmeti olan evə gəlib yenidən orada yaşamağa başlamış və iddiaçının qeyd edilən evə daxil olmağına maneələr yaratmışdır. Aralarında mübahisə yaranmasın deyə İddiaçı qeyd edilən evə daxil olmur. Ancaq cavabdeh qeyd edilən mənzildə yaşayır. Digər tərəfdən, Cavabdeh qızı X4 ilə qeyd edilən mənzildə pasport qeydiyyatında olması iddiaçının bir mülkiyyətçi kimi qeyd edilən mənzilə sərəncam vermək hüququnun həyata keçirilməsini imkansız edir. Bu da mənzilə mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdırır.

4. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında iki azyaşlı övladı ilə yaşama və istifadə hüququ və cavabdehdən onun ünvan 1 ünvanında iki azyaşlı övladı ilə yaşama və istifadə hüququna xitam veriləcəyi təqdirdə 16200 AZN məbləğində kompensasiya məbləğinin və mübahisəli mənzilə təmir üçün xərclədiyi 18000 AZN pulun əvəzinə amortizasiya xərci çıxılmaqla 5000 AZN məbləğində təmir xərci ilə birlikdə cəmi 31200 AZN məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir

5. Cavabdeh işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, yeni ailə qurduqları zaman yoldaşının imkanı zəif olmasından şəraitlərinin yaxşılaşdırılması üçün valideynləri tərəfindən sözü gedən mənzilin əsaslı t əmirinə 18.000 AZNdən çox vəsait sərf edilmişdir və mübahisəli mənzildə bütün ev məişət, yataq, qonaq, mətbəx əşyaları nə varsa hamısı ona məxsus cehiz əşyalarıdır. Sözü gedən mənzildə 23.06.2015- ci il təvəllüdlü qızı X5 dünyaya gəlmişdir. Ailə vəziyyətinin aşağı gəlirli olması səbəbindən 2016-cı ildə işləmək üçün ilk həyat yoldaşı Şirəliyev Elşad ABŞ-a getmiş və 2016-cı ilin axırlarında təxminən onun gedişindən 6-7 ay sonra 2016-cı ilin axırlarında onu yanına müvəqqəti kömək üçün çağırmışdır. Orada ona məlum olmuşdur ki, Şirəliyev Elşad orada siyasi sığınacaq istəmiş, özünü müxalifət qüvvələrinə qoşmuşdur. O, x anasının, bacısının, atasının Azərbaycan Respublikasının çörəyini yeyərək ölkəmizə etdiyinin xəyanət olmasını bildirsə də, mütəmadi olaraq döyülüb vurulmuşdur. Buna görə ABŞ-da po lisə belə şikayət etmişdir. Bundan sonra əlinə imkan düşən kimi x orada olan övladını çıxarma izni aldığı vaxtdan Azərbaycan Respublikasında daimi yaşadığı əhəmiyyətli dərəcədə valideynləri tərəfindən təmir olunmuş və bərabər təsərrüfat apardığı mənzilə maneəsiz qayıdıb yaşamağa davam etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh oğlunun arzu olunmaz müxalifətçilərə qoşulması və onunla birgə yaşamaq istəməməsini bildiyindən onu mənzildən iki azyaşlı övladı ilə çıxarmaq istəyir. Sözügedən mənzilin mülkiyyətçisinin cavabdeh olması və onun vaxtı ilə şəxsən icazəsi ilə mənzilin yalnız onlar tərəfdən idarə olunması onların olmadıqları vaxt kommunal xərclərin təqribi sıfırı göstərməsidir. Yuxarıda yazdıqları, cavabdehin ailə üzvü olaraq birgə təsərrüfat aparmalarını, külli miqdarda təmirə pul qoyma ları, onu və mülkiyyətçinin icazəsi ilə qeydiyyata düşmələri mənzildən istifadə və mənzildə yaşamaq hüququ yaratmışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Mustafayeva) 12 noyabr 2020-ci il tarixli, xx nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Cavabdeh və X2 x- dən istifadə hüququnun olmadığı müəyyən edilmiş, Cavabdeh 23 iyun 2015-ci il təvəllüdlü X4 ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmiş, qarşılıqlı iddia təmin olunmamışdır.

7. Məhkəmə Mülki Məcəllənin mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh ilə X3 arasında olan nikaha məhkəmə qətnaməsi əsasında xitam verilmiş və beləliklə də İddiaçı ilə evdən yaşayış sahəsi kimi istifadə edən ilkin iddia üzrə Cavabdeh arasındakı ailə münasibətlərinə son qoyulmuşdur. İddiaçı ilə Cavabdeh arasında sonuncunun mübahisə li evdən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığından Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququ da yaranmamışdır. Cavabdeh mübahisəli evin mülkiyyətçisi İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) 10 mart 2021-ci il tarixli, xx nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə r azılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddia tələbi ilə eyni məzmundadır. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı mübahisəli mənzildə heç vaxt yaşamamışdır. Cavabdeh həmin evə gəlin köçmüşdür, bu günə qədər həmin mənzildə yaşayır və himayəsində iki azyaşlı övladı var. Onun iddiası apellyasiya məhkəməsində düzgün araşdırılmamışdır və natamam qərar verilmişdir. İşdən görünür ki, keçmiş əri Elşad Şirəliyevlə 05.04.2015-ci il tarixdən həmin mənzildə yaşamışlar. Qarşı tərəfin apellyasiya məhkəməs inə təqdim etdiyi sübutlar da əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

16. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

17. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaş ayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarını n pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, məhkəmələr tərəfindən mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiq edilməklə ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi əsaslı olmuşdur (§ 16-17). 24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlan an müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Həmin qərara əsasən mənzil məcəlləsinin 30.1. maddəsinin ikinci cümləsinin “digər qohumlar “ ifadəsi ailə məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

25. Mübahisəli mənzilin xüsusi mülkiyyətçisi İddiaçı ailə münasibətlərindən irəli gələn hər hansı öhdəliyə görə Cavabdeh saxlamaq vəzifəsi yoxdur. Belə olan halda, İddiaçı iradəsi xaricində Cavabdeh və uşağının mənzildə saxlanılması mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması anlamına gəlir.

26. Məhkəmə kollegi yası hesab edir ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

27. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar