Məhkəmə qərarları › İş №2(102)-5117/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5117/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5117/2021 08.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiyanın yolverilməzliyi, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2(103)3754/2021 nömrəli qətnaməsindən i ddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(008)4858/2020 nömrəli qətnaməsi ilə “Azəriqaz” İB-nin iddiası qismən təmin edilmiş, Cavabdeh “Azəriqaz” İB-nə vurulmuş 210 manat məbləğində zərərin, 3 manat dövlət rüsumunun məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2(103)-3754/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(008)-4858/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyşdirilmədən saxlanılmışdır. İddiaçı “Azəriqaz” İB kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1.3-cü maddəsinə əsasən kassasiya şikayətində şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəməni n adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti göstərilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, kassasiya şikayəti qaytarılır. Müəyyən olunmuşdur ki, hazırki iddia “Azəriqaz” İB-nin Cavabdeh qarşı olsa da, işə iddiaçı X1 cavabdeh “Azəriqaz” İB-yə qarşı Bakı Apellyasiya Məhkəməsinin 06 may 2021ci il tarixli, 2(103)-327/2021 nömrəli qətnaməsindən cavabdehin kassasiya şikayəti əlavə olunmuşdur. Başqa sözlə hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2(103)-3754/2021 nömrəli qətnaməsindən iddiaçının kassasiya şikayəti iş materiallarında mövcud deyildir. M əhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 17 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməli və “Azəriqaz” İB-nin kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Azəriqaz” İB-nin kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2021-ci il tarixli, 2(102)-5117/2021 nömrəli qərardadı ləğv edilsin. “Azəriqaz” İB-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2021-ci il tari xli, 2(103)-3754/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar