Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5117/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X5 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi 22.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Əliabbas oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(103)4298/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etid: İşin halları 07 dekabr 1994-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü mədən, A.Rzayev küçəsi 126 saylı evin 02 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Xoxlin (Bakurova) Tatyana Valentinovnanın anası X2 adına qeydə alınıb və 22 mart 2002-ci il tarixdə X7 ölüb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 23 iyul 2019-cu il tarixli arayışına görə, X3, X11, X12, Cavabdeh3, X8, X13, X6, X9, Cavabdeh2, X10, X4 mübahisəli mənzildə daimi qeydiyyatdadırlar, Cavabdeh3 və X10 iddiaçının bacılarıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər X10, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdehlər) qarşı iddia qaldıraraq, cavabdehlərin o nların sahibliyində və istifadəsində olan Bakı şəhəri, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi 126 saylı evin 2 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, pasport qeydiyyatında olduğu mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə daimi yaşayır. Məlum yaşayış sahəsi mərhum anası X2 mülkiyyətində olub və bu barədə onun adına 07 dekabr 1994-cü il tarixli Çıxarış verilib. Həmin mənzildə ailə üzvlərindən başqa yaxın qohumları- cavabdehlər pasport qeydiyyatındadırlar. Həmin şəxşlər təxminən 2017-ci ilin yay ayında Azərbaycan Respublikasından daimi yaşamaq məqsədi ilə X1 Vilayətinə köçüblər. Hazırda həmin şəxslər Rusiya Federasiysının vətəndaşlığını qəbul ediblər və Xabarovsk vilayətində yaşayırlar. Adıçəkilə n şəxslərin sözügedən mənzildə pasport qeydiyyatında qalmaları onun və ailə üzlərinin mülki hüquqlarını həyata keçirməsinə mane olur. Cavabdehlərin sahibliyində və istifadəsində olan sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmaları ilə bağlı 17 iyul 2021-ci il tarixli ərizə ilə Suraxanı rayon Polis İdarəsinə müraciət edib, lakin İdarə 26 iyul 2021-ci il tarixli məktubu ilə onun xahişini təmin etməyib. Cavabdehlərin mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə vəzifəli şəxsin hərəkətsizliyinə dair 20 avqust 2021-ci il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib və həmin məhkəmə iddianın mümkünsüzlüyü barədə 03 noyabr 2021-ci il tarixli qərardad qəbul edib. Sözügedən yaşayış sahəsi ilə bağlı əmlak hüququna malik olmayan cavabdehlərin mənzildə pasport qe ydiyyatında qalmaları, onun həmin mənzil üzərində əmlak hüquqlarını kobud şəkildə pozur. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisəli mənzil iddiaçının anası Svetlana Sidorenkonun xüsusi mülkiyyətindədir və sonuncu 22 mart 2002-ci il tarixdə ölüb. İddiaçı, o cümlədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mərhumə Svetlana Sidorenkonun övladları, digər Cavabdeh2 isə nəvəsidir. Belə olan halda iddiaçının müvafiq subyektiv hüququ yoxdur. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.5, 157.4, 178.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya insta nsiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci inastansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırıb və daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçüb getdikləri üçün cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsini iddia edir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev sədrlik edən, məruzəçi, Ş.Məmmədova və R.Eyvazov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. Apellyasiya instan siya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni düzgün əsaslandırmayıb və gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmayıb və sübutlara düzgün hüquqi qiymət verməyib. Belə ki, iddiaçı mənzilə faktiki istifadə və sahiblik etidyindən, onun hazırki iddianı qaldırmağa müvafiq subyektiv hüququ olub. Lakin, tərəflər arasında mübahisəli hüquq münasibəti yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Bundan əlavə, iddiaçı mücərrəd olaraq qeyd etmişdir ki, cavabdehlər daimi olaraq yaşamaq üçün başqa ölkəyə köçüblər. Lakin, bununla bağlı nə müvafiq sübutları, nə də cavabdehlərin dəqiq ünvanlarını təqdim etməyib. Digər tərəfdən, iddiaçı tərəfin bildirdiyinə görə cavabdeh-bacıları anaları 2002-ci ildə rəhmətə gedəndən sonra 2017-ci ilə qədər qeyd olunan mənzildə yaşayıblar. Belə olan halda, cav abdeh bacıların (və övladlarının) da mərhum analarının mülkiyyətində olan və miras qalmış həmin mənzili faktiki olaraq miras əmlak kimi qəbul etmələri istisna olunmur. Bu səbəbədən də iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, cavabdehlər kirayəçi deyillər və onların sahiblik və istifadə hüququ əldə etmələri üçün hər hansı kirayə müqaviləsi bağlanmayıb. Belə ki, cavabdehlər analarının ailə üzvləri ol ublar və bu əsasla onlar mənzildən sahiblik, istifadə hüququ əldə ediblər. Cavabdehlər yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçüb gediblər. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutları qərəzsiz və obyektiv araşdırmayıb və həmin sübutlara qeyri-obyektiv, habelə qərəzli hüquqi qiymət verib. Həmçinin, tərəflər arasında münasibətlər, yəni yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə münasibətlər cavabdehlərin ölkə sərhəddinin hüdudlarını tərk etdikləri andan, yəni 26 iyul 2017-ci il tarixdən yaranıb. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin sahiblik və istifadə hüquqularının yaranması anı ilə onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi anını fərqləndirə bilməyib. İddiaçı həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində cavabdehlərin dəqiq ünvanları barədə yalnız onların Rusiya Federasiyasının Xabarovsk Vilayətində daimi yaşamaqlarına dair məlumatın olmasını bildirib, həmçinin cavabdehlər barəsində daha dəqiq məlumatların əldə olunması ilə bağlı aidiyyatı qurumlara sorğu göndərilməsini xahiş edib, lakin işə baxan məhkəmələr buna məhəl qoymayıblar. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (mübahisəli hüquq münasibəti əmələ gələrkən qüvvədə olan) 60-c ı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 87-ci maddəsinə görə, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razıl aşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 07 dekabr 1994-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Suraxanı qəsəb əsi, 4-cü mədən, A.Rzayev küçəsi 126 saylı evin 02 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə XX anası X2 adına qeydə alınıb və 22 mart 2002-ci il tarixdə X7 ölüb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 23 iyul 2019-cu il tarixli arayışına görə, X3, X11, X12, Cavabdeh3, X8, X13, X6, X9, Cavabdeh2, X10, X4 mübahisəli mənzildə daimi qeydiyyatdadırlar, Cavabdeh3 və X10 iddiaçının bacılarıdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmaqla orada yaşadığınd an və həmin mənzili faktiki idarə etdiyindən, onun hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüququ olub. Dövlət Sərhəd Xidmətinin 01 fevral 2022-ci il tarixli arayışına görə, sözügedən mənzildə qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və XX2 6 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasınin ərazisini tərk ediblər. Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb, sözügedən mənzilə dair istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasındakı mübahi səli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə görə, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı m addəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvercilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi, qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsi nə köçməsi ilə şərtləndirir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir; hazırki işdə isə belə sənədlər mövcud deyildir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, iddiaçı mücərrəd olaraq göstərir ki, cavabdehlər daimi olaraq yaşamaq üçün başqa ölkəyə köçüblər. Lakin, bununla bağlı nə müvafiq sübutları, nə də ki, cavabdehlərin dəqiq ünvanlarını təqdim etmir. Belə vəziyyətdə isə hazırki iddia iddiaçının irəli sürdüyü mücərrəd arqumentlərə əsasən təmin oluna bilməz. Digər tərəfdən, iddiaçı tərəfin bildirdiyinə gör ə cavabdeh-bacıları anaları 2002-ci ildə rəhmətə gedən sonra 2017-ci ilə qədər qeyd olunan mənzildə yaşayıblar. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının iddia etdiyi hazırki əsaslarla iddia təmin oluna və cavabdehlərin sözügedən mənzildən istifadə hüquqlarına xitam verilə bilməz. Bundan başqa, cavabdeh bacıların (və övladlarının) mərhum analarının mülkiyyətində olan və miras qalmış həmin mənzili faktiki olaraq miras əmlak kimi qəbul etmələri də istisna olunmur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu, cavabdehlərin daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçüb getdiklərini və sair göstərs ə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlid ir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(103)-4298/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5117/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5117/2022
22.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver