Məhkəmə qərarları › İş №2(102)-5119/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5119/2020

26.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5119/2020 26.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı “mənzildən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(108)-54/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzi bati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 07-xx xxx 2011-ci il tarixlərdə aramsız yağan yağışlar nəticəsində ünvan 1 bir neçə sakininə, o cümlədən İddiaçı məxsus yaşayış evi uçaraq yararsız vəziyyətə düşmüşdür. Bu barədə Şahbuz rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunmuş xx xxx 2011-ci tarixli akt tərtib olunmuşdur. İddiaçı 2011-ci ildə baş verən sürüşmə nəticəsində dövlət tərəfindən ünvan2 yaşayış evi ilə təmin olunmuşdur. İddiaçının oğlu X5 və cavabdeh arasında xx xxxxxx 2012-ci ildə rəsmi nikah bağlanmışdır. Nikaha daxil olduqdan sonra cavabdeh həmin zaman Şahbuz rayon İcra Hakimiyyətinin balansında olan ünvan2 yerləşən fərdi yaşayış evinə köçmüşdür. Şahbuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə X5 və Ca vabdeh arasında xx xxxxxx 2012-ci ildə bağlanmış XXX saylı nikah aktı qeydi pozulmuş, xx xxxxxx 2013-cü təvəllüdlü X4, xx xxxxxx 2015-ci ildə anadan olmuş X2 və xx xxxxx 2018ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında saxlanılmaları, xx xxxx 2019-cu il tarixdən hesablanmaqla azyaşlıların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün X1 ayda hər uşağın saxlanılmasına 80 manat, ümumilikdə 240 manat alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir. Şahbuz Rayon XXX bələdiyyəsinin xx xxxxxx 2019-cu il, tarixli 08 saylı iclasının qərarı ilə İddiaçı ünvan2 istifadəsində olan 923,67 kv.m torpaq sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilmiş və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan2 ümumi sahəsi 85,86 kv.m. olan fərdi yaşayış evi və 0,0923 ha. torpaq sahəsi İddiaçı mülkiyyəti kimi dövlət reyestrində xx xxxxxxxx 2019-cu il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 torpaq sürüşməsi nəticəsində cavabdehə verilən Şahbuz rayon İcra Hakimiyyətinin balansındakı mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X5 2012-ci ildə Cavabdeh ilə rəsmi nikaha girməklə ailə qurmuş, birgə nikahlarından üç uşaqları anadan olmuşlar. İddiaçının oğlu ilə cavabdehin nikahları 2019-cu ilin iyul ayında Şahbu z Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Mübahisəli ev icra hakimiyyəti tərəfindən iddiaçıya ayrılsa da, oğlu nikaha daxil olduqdan sonra həmin evdə sonuncu və ailəsi yaşamışdır. Onlar boşandıqdan sonra isə birlikdə yaşamaları mümkün olmamış, iddiaçının oğlu evdən çıxaraq iddiaçının yaşadığı evə gəlmiş, cavabdeh isə evi zəbt edərək iddiaçıya həmin evdə yaşamaqda maneçilik törətmişdir. Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(090)-242/2019 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Bağırov) İddiaçı iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh 2012-ci ildə ailə həyatı qurandan sonra qayınatasına dövlət tərəfindən əvəzsiz olaraq tikilib verilən fərdi yaşayış evinə keçmiş həyat yoldaşı ilə birlikdə köçmüş, sonuncu ilə birlikdə yaşamış dır. İddiaçı həmin evdə yaşamamışdır. Cavabdehin 3 övladı həmin evdə dünyaya gəlmiş, evi və təsərrüfatı idarə etmişdir. Cavabdehin deməsinə görə onun qalacaq hər hansı bir evi yoxdur, atası XXX evi isə onların yaşamasını qeyri-mümkün edir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh yaşayış sahəsinə olan ehtiyacını İddiaçı evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olduğundan, onun həmin evdən istifadə hüququ saxlanılmalıdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apelyasiya şikayəti verərək, Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(090)-242/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020ci il tarixli, 2(108 )-54/2020 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Şahbuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(090)-242/2019 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iddia təmin edilərək, cavabdeh İddiaçı mülkiyyətində olan ünvan2 0,0923 ha. torpaq sahəsində yerləşən ümumi sahəsi 85,86 kv.m. olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını qət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh 2012-ci ildə iddiaçının oğlu X5 ilə nikaha girdikdən sonra yaşadığı ev iddiaçının uçmuş evinin əvəzinə dövlət tərəfindən tikilib verilmiş ev olmaqla iddiaçının sahibliyində və istifadəsində olmuş, iddiaçının həmin yaşayış evinə sərəncam hüququ olmamışdır. Həmin ev mülkiyyət hüququ üzrə daşınma z əmlakın dövlət reyestrində xx xxxxxxxx 2019-ci ildə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını tam və hərtərəfli araşdırmamış,hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin normalarına deyil, Mülki Məcəllənin normalarına istinad etməklə mаddi hüquq nоrmаlаrını düzgün tətbiq etməmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edərək hesab etmişdir ki, cavabdeh iddiaçının ailə üzvü olmadığından ona məxsus evdən istifadə hüququna malik deyil. İddiaçının cavab dehə məxsus evdə yaşaması sonuncunun mülkiyyət hüquqlarını məhdudlaşdırır, əmlakına sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Apelyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə üç azyaşlı uşaq cavabdehin himayəsinə verilsə də, tərəflərin izahatlarından, həmçinin Şahbuz Rayon İcra və Probasiya Bölməsinin xx xxx 2020-ci il tarixli qərarının surətindən aydın olur ki, cavabdeh ərizə ilə həmin Bölməyə müraciət edərək könüllü olaraq övladları XXX, XXX və XXX ataları XXX himayəsinə verdiyini bildirmişdir. Hazırda azyaşlı uşaqlar anası ilə birlikdə həmin evdə yaşamırlar və onların evdən çıxarılmaları mübahisələndirilmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cav abdeh kasasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(108)-54/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarlarına istinad edilərək, onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh, habelə vəkilləri məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və kasasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının həd ləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kasasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qər arı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın xx xxxx 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.4-cü maddəsinə əsasən mülk iyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəm əsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2014-cü il tarixli qərarındaqeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka fak tiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəllə sinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansi hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları).... Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci mad dəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olu nmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsin in qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya instansiyası qüvvədə olan prosessual hüquq normalarını və Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər kimi qəbul edərək, əsaslı olaraq hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etmiş, mübahisələndirilən yaşayış sahəsinin iddiaçının mülkiyyətində olduğunu, cavabdehin isə ailə qanunvericiliyin tələblərinə əsasən onun ilə üzvü olmamasını əsas nəzərə alaraq, iddianı təmin etmişdir. Cavabdehin kasasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayət Konstitusiya Məhkəməsinin bir sıra qərarlarının sadalanmasından ibarətdir və apelyasiya instansiyası məhkəməsinin məhz hansı hüquq normalarının pozulması qeyd olunmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla, qətnamənin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020ci il tarixli, 2(108)-54/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar