Məhkəmə qərarları › İş №2(102)-5119/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5119/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5119/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə (Yasamal Rayon İcra və Probasiya Şöbəsi və Maraqlı şəxs Hacıbala oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracların, hərracın keçirilməsinə dair tərtib edilmiş protokolların və həmin hərracların nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X2, vəkili Əzimov Rauf Nəriman oğlunun, 3-cü şəxsin vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2584/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Hacıbala oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli 2(004)-156/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, 420000,00 manat əsas borc, 192542.00 manat faiz borcu, (müqavilə müddət üçün) 83339.6 manat qanun üzrə faiz borcu, 150000 manat cərimə borcu olmaqla cəmi 845.881,60 (səkkiz yüz qırx beş min səkkiz yüz səksən bir manat 60 qəpik) manat və id dia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumuna görə 22,2 manat cavabdeh Maraqlı şəxs tutularaq iddiaçı "xxxx" ASG-yə ödənilməsi, Məhkəmə mühasibatlıq və xəttşünaslıq ekspertizası xərclərinə görə cavabdeh Maraqlı şəxs 111 (yüz on bir) manat, iddiaçı "xxxx" ASC-dən 39 (otuz doqquz) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi, girov predmetinin qiymətləndirilməsi ilə bağlı ekspertiza xərclərinə görə cavabdeh Maraqlı şəxs 436,6 (dörd yüz otuz altı manat 60 qəpik) manat, iddiaçı "Yunayted Kredit Bank ASC-dən 153.4 (yüz əlli üç manat 40 qəpik) manat məbləğində pul vəsaiti tutularaq “Əmlak Bazarı İştirakçıları İctimai Birliyinə ödənilməsi, Maraqlı şəxs tutma ona məxsus, Azərbaycar Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24 iy ul 2006-cı il tarixdə qeydə alınmış Mənzil sertifikatında (seriya MS-N 000134 qeydiyyat № 08/5-003: emitent - "Afina' MMC) qeyd olunan və Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arası, 610-cu məhəllə, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv m olan qeyriyaşayış sahəsinə olan sahiblik hüququna və Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24 iyul 2006-cı ıl tarixdə qeydə alınmış Mənzil sertifikatında (seriya MS-N 000168, qeydiyyat № 08/5-003: emitent - “Afina’ MMC) qeyd olunan və Bakı şəhəri, C Cabbarlı və Z.Əhmədbəyov küçələri arası 610-cu məhəllə, 2 saylı binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m. olan qeyri-yaşayış sahəsinə olan sahiblik hüququna yönəldilməsi və girov predmetlərinin açıq hərrac da satış yolu ilə realizə edilməsi, girov predmetlərinin hər birinin ilkin satış qiymətinin 160 000 (yüzaltmış min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli 2(103)-8286/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-156/2016 saylı iş üzrə 16 iyun 2016-cı il tarixli qətnaməsi Maraqlı şəxs "xxxx" ASC-nin xeyrinə 150000 (yüz əlli min) manat cərimə (dəbbə) borcunun tutulması hissəsində dəyişdirilərək, cərimə borcu 50000 (əlli min) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 aprel 2017-ci il tarixli, 2(102)-2368/2017-ci il tarixli qərar ının surətindən görünür ki, "xxxx" ASC-nin nümayəndəsinin və Maraqlı şəxs kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin hazırki iş üzrə 21 noyabr 2016-cı il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 15 noyabr 2017-ci il tarixli açıq hərracın keçirilməsinə dair 04/154 №-li bildirişin surətindən görünür ki, Yasamal Rayon İcra Şöbəsinin 30.10.2017 tarixli, 17/72- 23905017/23-31303 saylı sifariş məktubu və Bakı Apelyasiya Məhkəməsinin Forma №3, 2(103)8286/2016 saylı icra vərəqəsi üizrə ipoleka qoyan Maraqlı şəxs Hacıbala oğlunun mülkiyyətində olan ünvan 1 ünvanlı 1-ci mərtəbədə ümumi sahəsi 80 kv.m olan qeyriyaşayış sahəsinin (tutma yönəldilmişdir) açıq hərracda satılması ilə əlaqədar hərracın keçirilməsi 15 dekabr 2017-ci il tarixə saat 11:00-a təyin edilmişdir. 27 dekabr 2017-ci il tarixli Açıq hərracın keçirilməsinə dair 04/154-1 №-li bildirişin surətindən görünür ki, Yasamal Rayon İcra Şöbəsinin 30.10.2017 tarixli, 17/72- 239.05017/23-3i303 saylı sifariş məktubu və Bakı Apelyasiya Məhkəməsinin forma №3, 2(103)8286/2016 saylı icra vərəqəsi üizrə ipoteka qoyan Maraqlı şəxs Hacıbala oğlunun mülkiyyətində olan ünvan 2 ünvanlı 1-ci mərtəbədə ümumi sahəsi 80 kv.m olan qeyriyaşayış sahəsinin (tutma yönəldilmişdir) açıq hərracda satılması ilə əlaqədar hərracın keçirilməsi 25 yanvar 2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Cavabdeh MMC-nin 06.11.2020-ci il tarixli məlumatı ilə müəyyən olunur ki, Yasamal Rayon İcra və probasiya şöbəsinin göndərdiyi 04.01.2018-ci il tarixli 17/72-239050-17/2306 saylı məktubuna əsasən qeyd edilən qeyri-yaşayış sahəsin in satışı dayandırılmışdır. Qeyd edilən əmlakla bağlı hərrac yekunlaşmamış və yekunları barədə protokol tərtib edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı X1 Cavabdeh MMC-yə qarşı ( Yasamal Rayon İcra və Probasiya Şöbəsi və Maraqlı şəxs Hacıbala oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracların, hərracın keçirilməsinə dair tərtib edilmiş protokolların və həmin hərracların nəticələrinin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)8286/2016 saylı, 28.11.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Yasamal rayon İcra və Probasiya şöbəsinin sifariş məktubuna əsasən girov qoyan Maraqlı şəxs Hacıbala oğluna məxsus Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış Mənzil sertifikatlarında qeyd olunan mənzillərə olan sahiblik hüququnun açıq hərracdan satışına dair Cavabdeh MMC tərəfindən keçirilmiş hərracların, həracların keçirilməsinə dair tərtib edilmiş protokolların və həmin hərracların nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı X3 Bakı Apelyasiya Məhkəməsinin 2(103)8286/2016 saylı icra sənədinə əsasən cavabdeh Maraqlı şəxs Hacıbala oğlundan LPO "Yunayted Kredit Bankı” ASC-nin xeyrinə 420000 manat əsas borcun, 192542 manat faiz borcunun, 50000 manat cərimənin və 22.5 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın iddiaçı qarşısında yüklü edil miş girov predmetlərınə yönəldilməsi və onların açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8286/2016 saylı icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Yasamal Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra Yasamal Rayon İcra və Probasiya şöbəsinin 30.10.2017-ci il tarixli, 17/72-239050-17/23-31303 saylı, sifarişinə əsasən aşağıda adları göstərilən girov predmetləri "X5” MMC tərəfindən hərraca çıxarılmışdır: Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24 iyul 2006-cı il tarixdə qeydə alınmış Mənzil sertifikatında (seriya MS-N 000134; qeydiyyat № 08/5-003; emitent - "xxxx" MMC) qeyd olunan və Bakı şəhəri. C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı, 610-cu məhəll ə, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən 80 kv.m həcmində qeyri-yaşayıs sahəsinə olan sahiblik hüququ; Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24 iyul 2006-cı il tarixdə qeydə alınmış Mənzil sertifıkatında (seriya MS-N 000168; qeydiyyat № 08/5-003; emitent – “Afina" MMC) qeyd olunan və Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasındakı 610-cu məhəllə. 2 saylı binanın, 2-ci mərtəbəsində yerləşən 80 kv.m həcmində qeyri-yaşayış sahəsinə olan sahiblik hüquqi. Yasamal rayon icra şöbəsi qanunsuz olaraq hərracın keçirilməsi barədə sifarişi fond birjasına deyil, "X5” MMC-yə göndərmiş, “X5" MMC isə ona verilmiş lisenziyada səlahiyyətlərində nəzərdə tutulmayan qanunsuz və əsassız hərrac keçirdiyindən, həmin hərracın nəticələri etibarsız hesab edilməl i və həmin girov predmetlərinin qiymətli kağız kimi hərracı fond birjasında yenidən təşkil edilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş № 2(005)-1545/2020) iddia qismən təmin edilərək, Yasamal rayon İcra və probasiya şöbəsinin 30.10.2017-ci il tarixli 17/72-239050-17/2331303 saylı sifariş məktubu əsasında Maraqlı şəxs Hacıbala oğluna məxsus Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24.07.2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arası, 610-cu məhəllə, 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m olan qeyri-yaşayış sahəsinə və Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 24.07.2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan Bakı şəhəri, C. Cabbarlı və Z.Əhmədbəyov küçələri arası, 610-cu məhəllə, 2 saylı binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m olan qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracların etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, adlı qiymətli kağız olan girov predmeti icra məmurunun investisiya şirkətinə verilən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə, girov müqaviləsi ilə qiymət müəyyən edilmədikdə isə qiymətli kağızlar nominal dəyərlə fond birjasında satışa çıxarılır. Girov predmeti fond birjasında satılmadıqda girov pred metini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunmalıdır. İşin hallarından göründüyü kimi qanunvericiliyin tələbləri pozulmuş, Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən qiymətli kağızalar üzrə sahiblik hüquqları nə nominal dəyərlə, nədə girov müqaviləsinin müəyyənləşdirilmiş qiyməti ilə satışa çıxarılmamışdır. Əksinə olaraq qiymətləndirilmiş sahiblik hüquqları əvəzinə əmlakların özü satışa çıxarılmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Hacıbala oğlu apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1545/2020 saylı iş üzrə 11.11.2020-ci il tarixli qətnaməsininin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi bar ədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs apelyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1545/2020 saylı 11.11.2020-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində qanunsuz və əsassız olduğundan ləğv edilməli, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qətnamədə iddia tələbinin qismən təmin edilməsinin əsası kimi qeyd edilmişdir ki, '‘Qanunvericiliyin tələbindən göründüyü kimi, adlı qiymətli kağız olan girov predmeti icra məmurunun investisiya şirkətinə verilən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə, girov müqaviləsi ilə qiymət müəyyən edilmədikdə isə qiymətli kağızlar nominal dəyərlə fond birjasında satışa çıxarılır. Girov predmeti fond birjasında satılmadıqda girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunmalıdır. İşin hallarından göründüyü kimi qanunvericiliyin tələbləri pozulmuş, Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən qiymətli kağızalar üzrə sahiblik hüquqları nə nominal dəyərlə, nədə girov müqaviləsinin müəyyənləşdirilmiş qiymətilə satışa çıxarılmamışdır. Əksinə olaraq qiymətləndirilmiş sahiblik hüquqları əvəzinə əmlakların özü satışa çıxarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hərrac düzgün olmayaraq qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Odur ki, iddia "keçirilmiş hərracların etibarsızlığı” hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə "həracın nəticələri üzrə tərtib edilmiş protokolların və həmin hərracın nəticələrinin etibarsız hesab olunması" hissəsində iddia tələbilə bağlı qeyd edir ki, 'X5” MMC-nin 06.11,2020-ci il tarixli iddia ərizəsinə etirazından göründüyü kimi qeyd edilən əmlakla bağlı hərrac yekunlaşmamış və yekunları barədə protokol tərtib edilməmişdir. Belə olan halda mövcud olmayan protokolun və nəticənin etibarsızlığı ilə bağlı iddia əsaslı hesab edilə bilməz. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. ” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qan unun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005- ci il tarixli 4 nömrəli Plenum qərarının 2-ci maddəsinin 4cü bəndində qeyd edilir ki, " Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə adi edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun". Qanunun tələbindən göründüyü kimi, məhkəmə qətnamə çıxararkən həm iddiaçı, həm də cavabdeh tərəfin gətirdiyi arqumentlərə qiymət verməlidir. Lakin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005) -1545/2020 saylı 11.11.2020-ci il tarixli qətnaməsində iddia ərizəsinə qiymət verilməyərək maddi və prosessual hüquq normaları pozulmaqla əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Yasamal Rayon İcra və probasiya şöbəsinin göndərdiyi 04.01.2018-ci il tarixli 17/72-239050-17/23-06 saylı məktubuna əsasən qeyd edilən qeyri-yaşayış sahəsinin satışının dayandırıldığını qeyd etmişdir. Qeyd edilən əmlakla bağlı hərrac yekunlaşmamış və yekunları barədə protokol tərtib edilməmişdir. Yəni, iddiaçının iddia tələbində qeyd etdiyi xüsusatlar üzrə hərrac keçirilməmişdir. Belə olan halda isə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli qətnaməsi ilə keçirilməmiş hərracın nəticələri etibarsız edilmişdir. Məhkəmə qətnaməsində iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə bild irir ki, həmin qiymətli kağızlar üzrə hərracın Cavabdeh MMC tərəfindən keçirilməsi barədə məktub Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmişdir. Sonradan isə Yasamal Rayon İcra və probasiya şöbəsinin göndərdiyi 04.01.2018-ci il tarixli 17/72-239050-17/23-06 saylı məktubuna əsasən qeyd edilən qeyriyaşayış sahəsinin satışı dayandırılmışdır. Belə olan halda hesab edir ki, hazırki mübahisəyə iddia icraatı qaydasında baxılmalı deyildi. Məhkəmə iddia tələbini rədd etməklə, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinin tələblərinə uyğun olaraq icra məmurunun hərəkət və ya hərəkətsizliyindən icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilməsi hüququ izah edilməlidi i di. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev, iş № 2(103)-2584/2021) müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Hacıbala oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2(005)1545/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətb iq olunmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Hacıbala oğlu (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2584/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 3-cü şəxsin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi X4 və vəkili Əzimov Rauf Nəriman oğlu kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş m ateriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız 3-cü şəxs kassasiya şikayəti vermişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi 3-cü şəxsin şikayəti əsasında yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 416-cı maddəsinə əsas ən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 1078-1.2-ci maddəsinə əsasən daşınmaz əmlak sertifikatı adlı qiymətli kağızdır. Daşınmaz əmlak sertifikatlarının buraxılışı, dövlət qeydiyyatına alınması və tədavülü qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. 1078-2.3-cü maddəsinə əsasən girov kağızı girov qoyanla, o borclu deyilsə, həm də borclu ilə girov saxlayan arasında əmlakın və hüquqların girova qoyulmasını və bundan irəli gələn hüquq və öhdəlikləri təsbit edən adlı qiymətli kağızdır. 1078-23.1-ci maddəsinə əsasən Qiymətli kağızlar girovla və bu Məcəllədə nəzərdə tutulm uş digər öhdəliklərlə yüklənə bilər və belə yüklənmə qiymətli kağızlar üzrə depozitar sistemində qeydiyyata alındığı andan qüvvəyə minir. 1078-23.10-cu maddəsinə əsasən Borclu öhdəliyi icra etmədikdə girov saxlayan girov predmetinə tutmanın yönəldilməsi haqqında girov qoyana aşağıdakı məlumatları özündə əks etdirən bildiriş göndərməlidir: 1078-23.11-ci maddəsinə əsasən Girov saxlayan girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi girov qoyana göndərildiyi tarixdən etibarən yeddi iş günü ərzində mərkəzi depozitara göndərilməlidir. 1078-23.12-ci maddəsinə əsasən Mərkəzi depozitar üç iş günü ərzində bildirişi qeydə alır, girov qoyulmuş qiymətli kağızlarla əməliyyatları dayandırır və bu barədə girov saxlayana məlumat verir. 1078-23.14-cü maddəsinə əsasən Məhkəmə girov predmetinin sa tışı barədə qərar qəbul etdikdə, girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasında girov müqaviləsində göstərildiyi qiymətə fond birjasında satışa çıxarılır. 1078-23.15-ci maddəsinə əsasən Girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə, qiymətli kağızlar nominal dəyər ilə satışa çıxarılır. 1078-23.16-cı maddəsinə əsasən Girov predmeti fond birjasında satılmadıqda, girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunur. 1078-23.17-ci maddəsinə əsasən Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə koll egiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Apellyasiya insansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəillərinə münasibətdə qeyd etmişdir ki, «… qanunvericiliyin tələbindən göründüyü kimi, adlı qiymətli kağız olan girov predmeti icra məmurunun investisiya şirkətinə verlən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə, girov müqaviləsi ilə qiymət müəyyən edilmədikdə isə qiymətli kağızlar nominal dəyərlə fond birjasında satışa çıxarılır. Girov predmeti fond birjasında satılmadı qda girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunmalıdır. İşin hallarından göründüyü kimi qanunvericiliyin tələbləri pozulmuş, Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən qiymətli kağızalar üzrə sahiblik hüquqları nə nominal dəyərlə, nədə girov müqaviləsinin müəyyənləşdirilmiş qiyməti ilə satışa çıxarılmamışdır.» Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Hacıbala oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. B akı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2584/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar