Məhkəmə qərarları › İş №2(102)-512/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-512/2022

24.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-512/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, torpaqdan istifadəyə olan maneənin aradan qaldırılması, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyul 2021-ci il tarixli, 2(104)2081/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, 10-cu dalan, ev 1 X1, X2, Cəfərova təranə İsax qızının və İddiaçı paylı mülkiyyətində olmaqla, faktiki sonuncunun istifadəsindədir. Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, 10-cu dalan, ev 2 və 0,04 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətləri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 8 may 2020-ci il tarixli rəyinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 1 ünvanındakı 2 ədəd bayır darvazası İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 10-cu dalan, 1 saylı evdən istifadə etməsinə və giriş-çıxışına maneçilik törətmədiyi müəyyən olunur. İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 15 oktyabr 2020-ci il tarixli 10/1373 saylı ekspert rəyində qeyd olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən İddiaçı ünvan 1 ünvanındakı 2 ədəd bayır darvazası, cavabdehlər tərəfindən ümumi istifadədə olan dalanda yerləşən mübahisəli torpaq sahəsi cavabdehin texniki pasportunun məlumatlarında göstərildiyi müəyyən edilir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən İddiaçı ünvan 2 ünvanındakı 2 ədəd bayır darvazasının yerləşdiyi torpaq sahəsi, cavabdehə məxsus texniki pasportun məlumatlarına uyğun gəldiyi müəyyən edilir. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə, sonradan MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, habelə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əlavə cavabdehlər qismində cəlb edilməklə, cavabdehlər tərəfindən Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 10-cu dalanda ümumi istifadədə olan torpaq sahəsi üzərində qanunsuz tikilmiş barı, həmçinin iki bayır qapısının (darvaza) cavabdehlərin hesabına sökülməsi, eləcə də Cavabdeh1 ilə onun həyətlərini ayıran barının üzərinə sonradan tikilməklə kərpicdən artırılmış hissəsinin Cavabdeh1 hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsi ilə birlikdə yaşadığ ı Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 10-cu dalan, 1 saylı ev cavabdehlərə məxsus mənzillə qonşuluqda yerləşdiyi üçün onların giriş-çıxışı eyni dalana açılır. Cavabdehlər özlərinə məxsus olmayan, dalanın torpaq sahəsini 6,60 metr hissəsini zəbt edib, həmin zəbt olunmuş ərazidə barı hörmüş, zəbt torpağı iki hissəyə bölməklə iki çıxış qapısı qoymuşlar. Nəticədə iddiaçının mənzilindən istifadəsinə məhdudiyyətlər yaranmışdır. Belə ki, hazırda ona məxsus mənzilin bayır qapısı birbaşa olaraq həyətyanı sahəyə deyil, mənzilin içərisinə (aynabəndə) açılır. Lakin əslində evin planı üzrə bayır qapısı onun həyətyanı sahəsinə, yəni qonşu tərəfindən zəbt edilmiş yola açılmalıdır. Həmin hissə cavabdehlər tərəfindən zəbt edildiyinə görə o, ora çıxış qapısı qoya bilmir. Bundan başqa mənzilinə gələn su və kanalizasiya xətti həmin zəbt olunmuş hissədən keçir. Cavabdehlər iddiaçının mülkiyyətinə qanunsuz müdaxilə edir və mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırırlar. Bundan başqa iddiaçıdan icazə alınmadan cavabdeh tərəfindən onun həyətini ayıran barı kərpiclə artırılaraq hörülmüş, həmin əlavə hörgü evindən həyətinə doğru tikilmiş talvara birləşdirilmiş və nəticədə həyətinə düşən günəş şüasının qarşısını almışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(044)96/2021 nömrəli qətnaməsi ilə (hakim K.Z.Hüseynov) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 həyətlərini ayıran hasarın dalana baxan tərəfinin 2 metr 20 santimetrdən yuxarı kərpicdən artırılmış hissəsinin Cavabdeh1 hesabına sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət e dilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1, 71.2, 73.1-ci, Mülki Məcəlləsinin 157.2, 157.4, 170.1, 170.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, İddiaçıla Cavabdeh1 həyətlərini ayıran hasarın dalana baxan tərəfinin 2 metr 20 santimetrdən yuxarı kərpicdən artırılmış hissəsi Cavabdeh1 hesabına sökülməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlər tərəfindən ümumi istifadədə olan dalanın zəbt edilərək barı çəkildiyini və 2 ədəd darvaza qoyulduğunu, buna görə də həyətyani sahəsindən giriş-çıxış qapısı aça bilmədiyini, onun mülkiyyətinə qanunsuz müdaxilə olunduğunu və mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırdığını bildirmişdir. Bununla belə məhkəmə iş üzrə təyin olunmuş ekspert rəyinə istinad etməklə göstərmişdir ki, cavabdehlər tərəfindən ümumi istifadədə olan dalan zəbt edilməmiş, həmin torpaq sahəsi cavabdehlərin texniki pasportlarında göstərilmişdir. Həmçinin ekspert məhkəmə iclasında iddiaçının texniki pasportunda həyətyani torpaq sahəsində giriş-çıxış qapısının mövcud olmadığını bildirmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(044)-96/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyul 2021-ci il tarixli, 2(104)-2081/2021 nömrəli qətnaməsi ilə (hakim Ə.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və F.Ə.Mehtiyevdan ibarət tə rkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli,2(044)96/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi iki mübahisəli darvazanın yerləşdiyi torpaq sahəsi cavabdehə məxsus texniki pasportda öz əksini tapmışdır. İşin bu halı məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyləri ilə təsdiqini tapmışdır. Apellyasiya məhkəməsi həmçinin göstərmişdir ki, apellyator şikayətində ümumi istifadədə olan dalanın torpaq sahəsinin cavabdehlərin texniki pasportuna hansı əsasla salınmasını müəyyən edilmədiyini göstərmişdir. Lakin qeyd edilən m əsələ hazırki məhkəmə baxışının predmeti olmadığından apellyatorun bu dəlilinə qiymət verilməsi MPM-in tələbləri baxımından yolverilməzdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyul 2021-ci il tarixli, 2(104)-2081/2021 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh ümumi istifadədə olan yolun yerləşdiyi torpaq sahəsini öz texniki pasportuna salmış, lakin məhkəmə həmin halı araşdırmamış, arxiv sənədlərini tələb etməmişdir. Məhkəmə yalnız ekspert rəyinə istinad edərək iddianı rədd etməklə, iddiaçının hüquqlarını pozmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilsə də, cavabdeh həmin məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya baxışının predmetini iddiaçının apellyasiya şikayəti üzrə iddianın təmin olunmamış hissəsini təşkil etmişdir. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini eyni dəlillərlə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkə mənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan t am ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əs asən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edi lmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və ikinci apellyasiya baxışı zamanı müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiy ası bir daha da qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən sonuncuların torpaq sahəsinə gedən yolda darvaza qoymaqla, onun hüquqlarının pozulmasını iddia etsə də, həmin hal iş üzrə məhkəmə araşdırmaları zamanı, o cümlədən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyləri ilə sübut olunmamışdır. Əksinə müəyyən olunmuşdur ki, cavabdehlərin quraşdırdıqları darvaza sonuncuların mülkiyyətində olan torpaq sahəsinin texniki pasport məlumatlarına uyğundur. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İddiaçı cavabdehlərin texniki pasportunda olan qey dlərin həqiqətə uyğun olmadığını kassasiya şikayətində göstərsə də, məhkəmə kollegiyası izah edir ki, həmin sənəddə olan məlumatların əsaslılığının yoxlanılması hazırki mülki mübahisəsinin predmetini təşkil etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyul 2021-ci il tarixli, 2(104)-2081/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar