Məhkəmə qərarları › İş №2(102)-512/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-512/2025

05.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-512/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma 05.03.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(103)4817/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X10 xx.xx.2015-ci li tarixdə rəsm i nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X12 anadan olmuşdur.

2. İddiaçı və onun ailə üzvləri Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən ünvan 4 blokunda yerləşən 511 saylı xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin edilmişlər. Sonradan “D” blokunda yerləşən 511 və 543 saylı mənzillərə dair müqavilələr dəyişdirilərək, xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 4 blokunda yerləşən 543 saylı, 2 otaqlı mənzil onların istifadəsinə verilmişdir. Xüsusi Təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi İddiaçı əri X10 ilə bağlanılmış, onun və uşaqlarının adı kirayə müqaviləsində göstərilmişdir.

3. Borc verən Cavabdeh ilə borc alan X15 arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə borc verən borc alana 30.000 manat kredit vermiş, borc alan krediti xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

4. Cavabdeh, X və X tərəfindən imzalanmış aktda göstərilmişdir ki, İbişov X9 Sahib Hacı oğluna 35.000 manat verərək nəvəsi X 543 nömrəli evini aldı.

5. Bakı Şəhəri, Xətai Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-4145/2020 nömrəli qətnaməsi ilə İddiaçı X8 qarşı iddiası təmin olunaraq İddiaçı azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 4 blokunda yerləşən 511 saylı mənzilə köçürülmələri qət edilmişdir. Həmin mənzil sonradan 543 saylı mənzil ilə dəyişdirildiyindən, qətnamənin icrası mümkün olmamışdır.

6. X1 və X7 üzrə Dövlət Komitəsinə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən imtina etməsi barədə notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizə ünvanlamışdır.

7. Bakı Şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-148/2023 nömrəli qətnaməsi ilə İddiaçı yetkinlik yaşına çatmayan övladları- xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 4 blokunda yerləşən 543 saylı mənzilə köçürülmələri qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı və onunla birlikdə yaşayan azyaşlı övladlarının sözügedən mənzilə istifadə hüququ yaranmışdır. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(011)-148/2023 nömrəli qərardadı ilə Cavabdeh Bakı şəhəri, Xətai Rayon məhkəməsinin 2(011)- 148/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qətnamənin onun hüquq və vəzifələrinə toxunması barədə sübutlar əlavə edilmədiyindən geri qaytarılmışdır.

8. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Füzuli rayonundan məcbur köçkün Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır, ünvan 4 blokunda yerləşən 543 saylı mənzildə faktiki olaraq məskunlaşmışdır.

9. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 235 saylı arayışından görünür ki, Füzuli rayonundan məcburi köçkün Cavabdeh ünvan 5 ünvanında ailə üzvləri: X, X, X, X, X, X, X, X ilə birlikdə 2018-ci ildən etibarən X məxsus evdə qeydiyyatsız yaşayır.

10. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, X10 xx.x x.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində məcburi köçkün kimi ona verilmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən hündürmərtəbəli yaşayış kompleksi, D bloku, 543 saylı mənzildən imtina etdiyindən onunla bağlanılmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdeh və ailə üzvləri 543 nömrəli mənzili zəbt edərək qeyri-qanuni məskunlaşıblar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı (Qaçqınların və X7 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 4 blokunda yerləşən 543 saylı mənzildən çıxarılması barədə qə tnamənin qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X8 qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində mənzilə köçürmə barədə iddia qaldırmışdır. Məhkəmənin 2(011)4145/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, onun və azyaşlı övladları X11 və X3 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/20348 saylı, məhəllə D blokunda yerləşən 511 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və həmin ilin dekabr ayında icraya yönəlmişdir. İddiaçı hal-hazırda atasına məxsus İsmayıllı rayonu Xankəndi kəndində yerləşən kiçik və darısqal evdə azyaşlı övladları ilə yaşamaq məcburiyyətində qalmışdır. Onlar üçün həmin evdə yaşamaq çox çətindir. Ev darısqaldır, qardaşları və bacıları da həmin evdə ya şayırlar. Qeyd olunan evdə uşaqlarının tərbiyəsi ilə məşğul ola bilmir, onlar psixoloji cəhətdən pozulmaq təhlükəsi qarşısındadır. Dəfələrlə Xətai rayon İcra və Probasiya şöbəsinə müraciət etmişdir. Bütün müraciətləri baxılmamış qalmışdır. Xətai Rayon Məhkəməsində mülki işə baxılarkən məhkəmənin sorğusuna cavab olaraq Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Xətai rayonu üzrə sektoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli A-1174 nömrəli arayışda onun və övladlarının ünvan 6 ünvanda qeydiyyatda olduqları göstərilmişdir. Yenidən xx.xx.2020-ci il tarixli 1115 nömrəli AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışda onun həmin 511 nömrəli mənzildə yaşadığı qeyd edilmişdir. Bununla əlaqədar iddiaçı yenidən Xətai Rayon Məhkəməsində iddia qaldıraraq onun övladları ilə birlikdə Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhəllə, D bloku, 543 nömrəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2(011)-148/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Həmin qətnamə icraya yönəldikdən sonra qeyd olunan mənzildə qeydiyyatsız və heç bir əsas olmadan yaşayan Cavabdeh qeyd olunan qətnamədən şikayət vermiş, qətnamənin ləğvini tələb etmişdir. Lakin məhkəmənin 2(011)-148/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Şikayətin geri qaytarılması üçün əsas ondan ibarət olmuşdur ki, həmin mənzildə yaşaması üçün heç bir hüququ əsas yoxdur və həmin qətnamədə göstərilən hallar onun hüquqlarına toxunm ur. Cavabdeh halhazırda da həmin mənzildə yaşamağa davam edir və onun mənzilə köçürülməsinə maneçilik törədir. Mübahisəli mənzilə köçülməsi üçün illərdir ki məhkəmələrdə iştirak edir. Onun keçmiş əri X Xonu aldadaraq uşaqları ilə birlikdə atasının evinə göndərmiş, mübahisəli mənzili isə ondan xəbərsiz Cavabdeh satmışdır. Onun övladları ilə birgə yaşamağa yeri yoxdur. Onun mübahisəli mənzilin Cavabdehsatılmasına razılığı olmamışdır, o bununla bağlı heç bir sənəd imzalamamışdır.Hesab edir ki, heç bir hüquqi əsası olmadan onun köçürülməyi barədə qətnamə qəbul edilmiş mənzildən Cavabdeh çıxarılmalıdır.

13. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, o, mənzili iddiaçının həyat yoldaşı XX30.000 manat verməklə almışdır. Mənzili aldıqdan sonra əsaslı təmir işlə ri aparmışdır və mənzildə öz ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı mənzilin satılmasından xəbəri olmuşdur. O, mənzilin satılmasına razı olmuşdur. Sonradan əri ilə münasibətləri pozulduğuna görə hazırda güya mənzilin satılmasından xəbəri olmadığını deyir.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1803/2024 nömrəli iş üzrə 29 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Abdullayeva) iddia qismən təmin edilmiş, cavabdehin Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhəllədə, D blokunda yerləşən 543 saylı mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X10 2015-ci ildə iddiaçı ilə nikaha daxil olaraq ailə qurmuşdur və onların birgə nikahlarından Əsnad və Eşqin adlı iki övladları anadan olmuşdur. Onlar Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən ünvan 4 blokunda yerləşən 511 saylı xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin edilmişlər. Sonradan “D” blokunda yerləşən 511 və 543 saylı mənzillərə dair müqavilələr dəyişdirilərək, xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 4 blokunda yerləşən 543 saylı, 2 otaqlı mənzil onların istifadəsinə verilmişdir. Xüsusi Təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi X10 ilə bağlanılmışdır. X10 ilə iddiaçı arasında mübahisəli mənzilə köçürülmə ilə bağlı məhkəmə mübahisələri olmuşdur və qanuni qüvvəsini almış Bakı şəhəri, Xətai Rayon məhkəməsinin 2(011)-4145/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2(011)-148/2023 saylı, xx.x x.2023-cü il tarixli qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ vardır və o, həmin mənzilə övladları ilə birlikdə köçürülməlidir.

16. Cavabdehin iddia tələblərinə qarşı irəli sürdüyü etiraza münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən mənzil xüsusi təyinatlı yaşayış sahəsi olmaqla X8 müvəqqəti istifadə üçün verilmişdir və sonuncunun həmin mənzilə öz istəyinə uyğun sərəncam vermək və mənzili özgəninkiləşdirmək kimi səlahiyyətləri olmamışdır. Həmçinin iş materiallarında olan Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh və ailə üzvləri 543 nömrəli mənzili zəbt edərək qeyriqanuni məskunlaşıblar. Bununla da iddiaçının yaşayış sahəsindən məhrum olunması qanunsuzdur. Məhrum etmə o halda qanuni o la bilərdi ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən mənzilə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Əksinə, tərəflərin izahatları və iş materialları ilə təsdiq olunur ki, iddiaçının mübahisəli sahəyə istifadə hüquqları yaranmışdır, cavabdeh isə sahəni qanunsuz zəbt etmişdir. Bununla da, iddiaçının mübahisəli mənzildən istifadə hüququnun olması qanuni qüvəsini almış məhkəmə aktları ilə təsdiq edildiyindən, cavabdeh isə mübahisəli sahənin üzərində qanuni sahiblik hüquqlarını təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiyindən, id dia tələbləri cavabdehin mübahisəli sahədən çıxarılması hissəsində təmin edilməlidir.

17. Məhkəmə həmçinin “cavabdehin ailə üzvlərinin mənzildən çıxarılması” barədə iddia tələbini araşdıraraq qeyd etmişdir ki, cavabdehin ailə üzvlərinin siyahısı iddiada dəqiq göstərilmədiyindən, yəni həmin tələb qeyri-müəyyən olduğundan, cavabdehin ailə üzvlərinin mənzildən çıxarılması hissəsində iddia tələbləri təmin edilməməlidir.

18. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 43cü, Mülki Məcəllənin 11.1-ci, Mənzil Məcəlləsinin 60.1, 60.2, 68.1, 68.2, 91.1.5, 96-cı, habelə Mülki Prosessual Məcəllənin 13.4, 13.5, 82.3, 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzil xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Qaçqınların və X7 üzrə Dövlət Komitəsi, Mənzil İstismarı Departamenti tərəfindən X4 istifadəsinə kirayə müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə verilmiş 543 saylı mənzildir. O Telnov küçəsi, 2347/20348 ci məhəllə D blokunda yerləşən 543 saylı mənzilə 2018-ci ilin oktyabr ayının sonunda köçmüşdür. Həmin mənzili ona X, İddiaçı və X5 iştirakı ilə 35.000 manata satmış, elə həmin vaxtda mənzili təhvil verərək Ramana qəsəbəsində ondan aldıqları pula alınmış evlərinə köçmüşlər. Sonradan onda olan məlumata görə Raman a qəsəbəsində aldıqları evi girov qoyub kredit götürdükləri və krediti ödəmədikləri üçün həmin ev də əllərindən alınmışdır. İddiaçı Sahibli X6 rayonuna ata evinə köçmüşdür. Hazırki mübahisəli 543 saylı mənzilə köçdükdən sonra həmin mənzili təmir edərək hal-hazıra kimi orada yaşayır. Qeyd edilən mənzildə yaşamağı Qaçqın və X7 üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmışdır, qətnamədə bu barədə məlumat təsvir olunmuşdur. Mənzilin bütün kommunal xərcləri onun tərəfindən ödənilir. 2023-cü ildə ona məlum olmuşdur ki, İddiaçı X qarşı mənzilə köçürmə ilə baglı iddia qaldırmış, həmin mənzili ona satdıqlarını, 543 saylı mənzildə ailə üzvləriylə birgə yaşadığını, mənzildən 2018-ci ildə çıxdıqlarını məhkəmədən gizlətmişdir. İddiaçı məhkəməyə yalan məlumatlar vermiş, hətta iddia müddətinin keçirilməs inin gizlədilməsi üçün yanlış tarix yazmış, mübahisəli mənzildən nə vaxt, hansı səbəblərlə köçməsini, halhazırda mənzildə kimlərin və hansı əsaslarla yaşamasını göstərməmiş, bu səbəbdən də Bakı Şəhəri Xətai Rayon Məhkəməsi qəbul etdiyi qətnamə ilə onun hüquq və vəzifələrinə toxunmuşdur. Qeyd etdiyi kimi, 2018-ci ilin oktyabr ayında X15 ilə kredit müqaviləsi bağlamış ona 30.000 manat bir və əlavə 5.000 manat olmaqla cəmi 35.000 manat pul vermişdir. Həmin pul onun 2018-ci ilin oktyabr ayından hal-hazıra kimi yaşadığı mübahisəli mənzil olan ünvan 7 ünvan üçün verilib. O, X10 və İddiaçı ilə mənzilin satılması üçün razılığa gəlmişdir. Razılaşdıqları və kredit müqaviləsi kimi sənədləşdirdikləri pul ondan qəbul edilərək X8 verilmiş, o da sayaraq İddiaçı vermişdir. Pulun verildiyi gün xx.xx.2018-c i il tarixdə cavabdeh ailə üzvləri ilə həmin mənzilə köçmüşdür. Hal-hazıra kimi həmin mənzildə yaşayır. Sonradan ona məlum olmuşdur ki, həmin mənzil xüsusi təyinatlı mənzil olduğu üçün alqı-satqı predmeti ola bilməz. Ona görə də Qaçqınlar və X7 üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılmış və belə qərara gəlinmişdir ki, hüquqi yol kimi X10 notarial qaydada təsdiq olunmuş ərizə ilə Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinə müraciət etsin və kirayə müqaviləsi onunla bağlansın. xx.xx.2021-ci il tarixdə X10 belə bir ərizə ilə müraciət etmişdir. xx.xx.2018-ci ildə onlar mübahisəli mənzilə köçməmişdən bir neçə gün əvvəl mənzili boşaldaraq onlara təhvil vermişdilər. Sonradan ona məlum olmuşdur ki, onlar hətta Ramana qəsəbəsində özləri üçün ondan aldıqları pulla ev də alaraq orada yaşamışlar. Ramanad a yaşayan zaman onların arasında ailə problemləri yaranmış, nikahları pozulmuşdur. Bütün bunlar Xətai Rayon Məhkəməsi işə baxdıqdan və icra sənədi icraçılar tərəfindən ona bildirildikdə məlum olmuşdur. İddiaçı 2018-ci ilin oktyabr ayında mənzildən könüllü olaraq çıxdığı yəni, ona sataraq çıxdığı halda əvvəlki iddia ərizəsində də yalan məlumat yazaraq 2019-cu ilin dekabr ayının 27-də çıxdığını göstərməklə buraxılmış iddia müddətini gizlətmək məqsədi güdmüş, digər halda isə həqiqəti məhkəmədən gizlətməklə Xətai Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə də məhkəmədə iştirakının təmin olunmamasına nail olmuşdur. Məhkəmə qətnamədə X xx.xx.2021-ci il tarixli notarial qaydada imzalanmış ərizəsini qeyd etsə də, hüquqi qiymət verməmişdir. Məhz həmin ərizə əsasında X10 ilə bağlanmış kirayə müqavil əsi pozulmuşdur. Məhkəmənin Azərbaycan Respublikası Qaçqınlar vəX7 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı və qətnamədə təsvir olunmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Xətai Rayonu Telnov küçəsi hündür mərtəbəli yaşayış kompleksi, D bloku 543 saylı mənzildən X10 notarial qaydada təsdiq olunmuş ərizə ilə imtina etdiyi üçün onunla bağlanmış kirayə müqaviləsi etibarsız hesab edilmişdir. Məhkmə nəzərə almamışdır ki, Xi ilə kirayə müqaviləsi etibarsız hesab edildiyi üçün iddia yalnız mənzilin sahibi-Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət komitəsinin Mənzil istismar Departamenti tərəfindən qaldırıla bilər. Halbuki, iddia müddətinin ötürülməsi və iddiaçının əsl olmaması barədə məhkəmədə fikir bildirmişlər. İddiaçı məçburi köçkün deyil və xüsusi təyinatlı mənzilə iddia qaldırmaq hüququ yoxdur. Maraqlarına toxunan üçüncü şəxs kimi prossesə cəlb edilmədiyi üçün işin bütün faktiki halları araşdırılmamışdır. Eləcə də cavabdehin iştirakı təmin olunmadan araşdırılma aparılmışdır. Qeyd edilən hər iki xüsusat məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4817/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), S.R.Səlimova və A.Ə.İsgəndərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(011)1803/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamən i onunla əsaslandırmışdır ki, iddiaçı ilə X10 2015-ci ildə nikaha daxil olmuş, birgə nikahdan iki övladları doğulmuşdur. Onlar Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən ünvan 4 blokunda yerləşən 511 saylı xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin edilmişlər. Sonradan “D” blokunda yerləşən 511 və 543 saylı mənzillərə dair müqavilələr dəyişdirilərək, xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 4 blokunda yerləşən 543 saylı, 2 otaqlı mənzil onların istifadəsinə verilmişdir. Xüsusi Təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi X10 ilə bağlanılmış, iddiaçının və uşaqların adı kirayə müqaviləsində göstərilmişdir. Qanuni qüvvəsini almış Bakı Şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2(011)-148 /2023 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ vardır və o, həmin mənzilə övladları ilə birlikdə köçürülməlidir. Eyni zamanda, hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Qaçqınların və X7 üzrə Dövlət Komitəsi məhkəməyə məktub ünvanlayaraq göstərmişdir ki, cavabdeh və onun ailə üzvləri 543 nömrəli mənzili zəbt edərək orada qeyri-qanuni məskunlaşmışlar.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sözügedən Komitə məktubunda X4 həmçinin 543 saylı mənzildən imtina etdiyindən onunla bağlanılmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi etibarsız hesab edildiyini göstərsə də, Bakı Şəhəri, Xətai Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-148/2023 nömrəli qətnaməsini onun maraqlarına toxunan şəxs kimi mübahisələn dirməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə istinad olunduğundan və hazırki iş üzrə qətnamə Komitəyə rəsmi qaydada göndərildiyindən, onun xx.xx.2023-cü il tarixli qətnamədən məlumatı olmuşdur.

24. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə göstərilən şəxslər sırasına aid deyil. Belə ki, cavabdeh iddiaçının ailə üzvü və ya qohumu deyil, habelə məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvü hesab edilməmişdir.

25. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq hüququ olmadığından, iddiaçını n mübahisəli mənzilə məhkəmə qətnaməsi ilə istifadə hüququ tanındığından, habelə onun və uşaqlarının mənzilə köçürlməsi qət edildiyindən, iddiaçının cavabdehin həmin mənzildən çıxarılması barədə iddia irəli sürməyə subyektiv hüququ vardır.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd etmişdir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

27. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 384.0.4-cü, Mənzil Məcəlləsinin 60.1, 68.1, 68.2, 68.3, 91.1.5, 99.1, 99.5-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.9, 3.3-cü bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X10 xx.xx.2018-ci ildən hal-hazırda cavabdehin yaşadığı xüsusi təyinatlı 543 nömrəli evi arvadı İddiaçı ilə birli kdə cavabdehə satmış və elə həmin gün mənzili cavabdehə təhvil vermişlər. X10 xx.xx.2021-ci ildə Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə notarial qaydada təsdiq olunmuş ərizə verərək mübahisəli 543 saylı mənzildən imtina etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

31. Maddə 157.2. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Resp ublikasının Mənzil Məcəlləsi

32. Maddə 60.1. Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir.

33. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

34. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

35. Maddə 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər.

36. Maddə 91.1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir.

37. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə or qanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

38. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:

39. Bənd 2.9. Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir.

40. Bənd 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhk əməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

53. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

54. Belə ki, apelyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ilə X 2015-ci ildə nikaha daxil olmuş, birgə nikahdan iki övladları doğulmuşdur. Onlar üçüncü şəxs tərəfindən mübahisəli xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin edilmişlər. Xüsusi Təyinatlı yaşayış sahələrinin kirayə müqavi ləsi iddiaçının əri X ilə bağlanmış, iddiaçının və uşaqların adı kirayə müqaviləsində göstərilmişdir. Qanuni qüvvəsini almış Bakı Şəhəri, Xətai Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-148/2023 saylı qətnaməsi ilə həmçinin müəyyən edilmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ vardır və o, həmin mənzilə övladları ilə birlikdə köçürülməlidir. Eyni zamanda, üçüncü şəxs məhkəməyə məktub ünvanlayaraq göstərmişdir ki, cavabdeh və onun ailə üzvləri 543 nömrəli mənzili zəbt edərək orada qeyri-qanuni məskunlaşmışlar.

55. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, üçüncü şəxsin məktubunda X həmçinin 543 saylı mənzildən imtina etdiyindən onunla bağlanılmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi etibarsız hesab edildiyini göstərsə də, Ba kı Şəhəri, Xətai Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-148/2023 saylı qətnaməsini onun maraqlarına toxunan şəxs kimi mübahisələndirməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə istinad olunduğundan və hazırki iş üzrə qətnamə üçüncü şəxsə rəsmi qaydada göndərildiyindən, onun xx.xx.2023-cü il tarixli qətnamədən məlumatı olmuşdur.

56. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə göstərilən şəxslər sırasına aid deyil. Belə ki, cavabdeh iddiaçının ailə üzvü və ya qohumu deyil, habelə məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvü hesab edilməmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq hüququ olmadığından, iddiaçının mübahisəli mənzilə məhkəmə qətnaməsi ilə istifadə hüququ tanındığından, habelə onun və uşaqlarının mənzilə köçürlməsi qət edildiyindən, cavabdehin həmin mənzildən çıxarılması barədə iddiaçının iddia irəli sürməyə müvafiq subyektiv hüququ vardır.

57. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd etmişdir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

58. Göstərilənlərə əsasən, kass asiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəh bər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(103)-4817/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar