Məhkəmə qərarları › İş №2(102)-5121/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5121/2021

17.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5121/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının, istifadə olunmamış məzuniyyət haqları, son haqq hesab pulunun və maddi yardım pulunun indeksasiya edilməklə birdəfəlik ödənilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh X X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Mə hkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının qardaşı X4 1994-cü ildə Kəlbəcər istiqamətində Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. İsmayıllı Rayon Məhkəməsinin 01.10.2007-ci il tarixli qətnaməsi ilə X7 20.02.1994-cü il tarixdə Kəlbəcər istiqamətində Murovdağ uyğunda gedən döyüşlərdə itkin düşlüyü üçün ölmüş elan olunmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən iddiaçının qardaşı x “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilmişdir.

2. X4 birinci Qarabağ müharibəsinə getməmişdən əvvəl X6 işləmiş, itkin düşdüyünə görə iş yerindən əmək kitabçasını və son haqq hesabını ala bilməmişdir. Bakı şəhəri 40 saylı notariat ofi si tərəfindən verilmiş 21.10.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 01.10.2007-ci il tarixdə ölmüş X2 vərəsəsi onun qardaşı İddiaçı hesab edilmişdir və onun almalı olduğu miras əmlak "xxxx" MMC-nin 31.07.2019-cu il tarixli, 105-1-118104 saylı məktubuna əsasən 105.914 (bir yüz beş min doqquz yüz on dörd) (köhnə) Azərbaycan manatı vəsaitindən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı Telefon Rabitəsi MMC-dən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uyğunda gedən hərbi əməliyyatlar zamanı 20.02.1994-cü il tarixdə şəhid olmuş qardaşı X2 əmək kitabçası, ona ödənilməli olan 105914 köhnə Azərbaycan manatı məbləğində müavinətin (əmək haqqının, istifadə olunmamış məzuniyyət haqları, son haqq hesab pulunun) indeksasiya olunaraq və 5000 manat maddi yardımın cəmi 23.328 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, həmin pul vəsaitinin 22.11.1993-cü il tarixdən hesablanmış olmasını və həmin müddətdən bu günə kimi ölkədə manatın denominasiya olduğunu, eyni zamanda bir neçə dəfə manatın devalvasiyaya uğraması nəticəsində həmin pul məbləğinin indeksasiya olunaraq neçə manat təşkil etməsi ilə bağlı müvafiq dövlət orqanlarına vəkili tərəfindən müraciətlər edilmişdir. Həmin orqanlardan və xüsusi ilə də Dövlət Statistika Komitəsindən alınmış sorğuya cavab məktubundan da məlum olmuşdur ki, bu gün həmin pul vəsaiti indeksasiya olunmaqla təxminən 18328 manat təşkil edir.

5. İddiaçının nümayəndəsi AR MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilat tərəfindən ödəməli olan 105.914 köhnə Azərbaycan manatının indeksasiya olunmaqla 3 misli miqdarında pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı etiraz təqdim etməmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Abdullayev) 20 noyabr 2020-ci il tarixli, x nömrəl i qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 3882,46 (üç min səkkiz yüz səksən iki manat qırx altı qəpik) manat məbləğində pulun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə Mülki Məcəllənin 1124-cü və Əmək Məcəlləsinin 77-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mərhum qardaşı işlədiyi yerdən son haqq-hesabı almadığı üçün və müharibədə itkin düşüb ölmüş elan olunduqdan sonra onun işlədiyi yerdən almalı olduğu pula iddiaçının vərəsəlik hüquqları tanındığı üçün, iddiaçı həmin pulu ona ödənilməsini tələb etməkdə tam hüququ var. İddiaçının qardaşının 1994-cü ildə almalı olduğu pul vəsaiti hazır da dəyərdən düşdüyü üçün, cavabdeh təşkilat ödəməli olduğu pulu istehlak qiymətləri indeksi nəzərə alınmaqla həyata keçirməlidir. Ödənilməli olan ödənişlərin indeksləşdirilməsi üçün onun İstehlak qiymətləri indeksinə münasibətdə olan dəyəri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi isə istehlak qiymətləri indeksinin göstəricisini hesablayan rəsmi dövlət orqanı olduğu üçün məhkəmə hesab etmişdir ki, iddiaçıya ödənilməli olan pul məbləğinin indeksləşdirilməsi Dövlət Statistika Komitəsinin müəyyən etdiyi istehlak qiyməti indeksinin nisbəti nəzərə alınmaqla həyata keçirilməlidir. Lakin məhkəmə eyni zamanda qeyd etmişdir ki, məbləğin indeksləşdirilməsi həyata keçirilərkən Azərbaycan manatının 01.01.2006-cı ildə denominasiyası da nəzərə alınmalıdır. b) Apellyas iya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) 13 aprel 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, x saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilməsi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 3972,6 (üç min doqquz yüz yetmiş iki manat altmış qəpik) manat məbləğində pulun tutulması qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi pulun qismən tutulmalı ol masına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan pulun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə pulun tutulmalı olan məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil ünvanlanmış 20.11.2020-ci il tarixli məktubundan görünür ki, istehlak qiymətləri indeksi 2020-ci ilin oktyabr ayında 1993-cü ilin noyabr ayına nisbətən 18753,9 faiz təşkil etmişdir. Beləliklə, iddiaçıya ödənilməli olan 105914 köhnə Azərbaycan manatının indeksləşdirilməsi bu yolla həyata keçirilməlidir: 105914x18753,9 faiz/100=19863005,6 manat (köhnə Azərbaycan manatı). x manat. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şika yətinin dəlilləri

11. Elsəvər Məmmədov kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəni araşdıran apellyasiya məhkəməsinin mülki kollegiyası apellyasiya şikayətini təmin etmək əvəzinə qanunsuz və əsassız olaraq ziddiyyətli nəticəyə gələrək qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı onun mərhum qardaşının müharibədə itkin düşdüyü və işlədiyi yerdən son haqq hesabı almadığı üçün, qardaşının vərəsəsi kimi vərəsəlik şəhadətnaməsinin əsasında onun almalı olduğu pula vərəsəlik hüququ əldə etmişdir. Lakin miras əmlak hesab edilən və "xxxx" MMC-nin 31.07.2019-cu il tarixli, 105-1-11-8104 saylı məktubum əsasən hesablanmış məbləğ -105.914 (köhnə manatla) manat hazırda inflasiyaya və denominasiyaya uğramışdır. Həmin halları nəzərə alaraq o, qardaşının almalı olduğu məbləği inflyasiya nəzərə alınmaqla ona ödənilməsini cavabdehdən tələb etsə də, sonuncu ödənilməli olan məbləği inflyasiya nəzərə alınmadan ona ödəyir. Bu səbəbdən iddiaçı ona ödənilməli olan 105.914 köhnə Azərbaycan manatı məbləğində müavinətin indeksasiya olunaraq 3 misli həddində ona ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının mərhum qardaşı işlədiyi yerdən son haqq-hesabı almadığı və müharibədə itkin düşüb ölmüş elan olunduqdan sonra onun işlədiyi yerdən almalı olduğu pula iddiaçının vərəsəlik hüquqları tanındığı üçün, iddiaçının həmin pulu ona ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının almalı olduğu pul məbləği – 105.914 köhnə Azərbaycan manatı hazırda manatın d enominasiyası nəzərə alınmaqla cəmi 21 manat təşkil edir. Lakin qeyd olunmalıdır ki, 1994-cü illə müqayisədə həmin məbləğ hazırda istehlak indeksi nəzərə alınmaqla dəyərdən düşmüş və çox cüzi bir məbləğ təşkil edir. Bununla da məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə kollegiyası indeksləşdirilmiş pulun 3 misli həddində müavinətin tutulması barədə iddiaçının tələbi üzrə qeyd edir ki, iş materiallarında cavabdeh təşkilat tərəfindən həmin məbləği Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.7-ci maddəsinə uyğun hesablanması və həmin məbləğlə bağlı iddiaçım məlumatlandırılması müəyyən edildiyindən bu hissədə tələb təmin edilməməlidir. Amma göründüyü kimi məhkəmə kollegiyasının əsaslandırdığı bu nəticə məntiqsiz və əsassız olmuşdur və heç bir sübuta söykənməmişdir. Məhkəmə kollegiyası id diaçının almalı olduğu pul məbləği – 105.914 köhnə Azərbaycan manatın tərkibində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.7-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqının 3 misli miqdarında hesablanmasını göstərdikdə bunu hansı hal ilə müəyyən edərək (məhkəmələr bu günədək mərhumun əmək haqqı tabel cədvəl üzrə aldığı əmək haqqı miqdarını tələb etmir, 105.914 köhnə Azərbaycan manatı müavinətin daxilinə hansı son haqq hesab, orta əmək haqqı və s. daxil olunmasını müəyyən etməyərək) necə bu nəticəyə gəlirlər maraqlıdır? Heç bir hal müəyyən etməmiş, yalnız formal mülahizə ilə. Beləliklə də, məhkəmə kollegiyasının iddianı qismən təmin etməklə çıxardığı qətnamə qanunvericiliyin tələblərinə cavab vermir. Birincisi iddia ərizəsində və iddia tələbində iddiaçı mərhum qardaşının cavabdeh təşk ilatda saxlanılan əmək kitabçasını da tələb etmişdir. Nümayəndə iddia tələbinin həcminin artırılması haqqında məhkəməyə ərizə verərək pul vəsaiti ilə bağlı iddianın həcmini və əsasını dəyişdirərək 105.914 köhnə Azərbaycan manatının indeksasiya olunmaqla Azərbaycan Respublikası ƏM-nin 77.7-ci maddəsinin tələbləri baxımından 3 misli miqdarında cavabdehdən tutulmasını tələb etmişdir. Bu da ki, o anlama gəlməyə əsas vermir ki, əmək kitabçısının tələb edilməsi iddia tələbindən xaric edilmişdir. Belə ki, qarşı tərəf olan təşkilat məhkəməyə cəlb edildikdən sonra məhkəməyə sənədlər təqdim edərək iddiaçının mərhum qardaşının tutduğu vəzifəyə uyğun olaraq əmək haqqı cədvəli üzrə hansı miqdarda orta əmək haqqı almış olduğunu məhkəmə kollegiyası tələb etmək əvəzinə onun izahatını dinləməklə və inandır ıcı hesab etməklə yarımçıq mübahisəyə nəticə vermişdir. Məhkəmə kollegiyası müəyyən etməmişdir ki, mərhum şəhidin əmək haqqısı, onun istifadə edilməmiş məzuniyyət pulları, son haqq hesabı və beləliklə də dəqiqləşdirilərək qardaşına ödəniləcək müavinətin 105.914 köhnə Azərbaycan manatı təşkil etməsinin (nə təşkil edir, nələr daxildir bura?) düzgün hesablanmasını araşdırılmalı idi. Ondan sonra həmin məbləğin düzgün olaraq 105.914 köhnə Azərbaycan manatı təşkil edildiyi müəyyən edildikdən sonra iddiaçının qardaşının ölüm faktı İsmayıllı məhkəməsinin müvafiq qətnaməsinə əsasən 01.10.2007-ci il tarixdə qeyd olunduğundan qüvvədə olan Azərbaycan Respublikası ƏM-nin 77.7-ci maddəsinə əsasən indeksasiya olunmuş pul vəsaiti 3 misli miqdarında mənə ödənilməsi barədə qətnamə çıxarılmalı idi. Beləliklə də, işin faktiki hallarından və məhkəmə qətnaməsindən məlum olduğu kimi məhkəmə kollegiyası heç bir araşdırma aparmadan səthi olaraq mülki işi araşdırmış və natamam nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası iddiaçı tərəfindən irəli sürülən dəlilləri və sübutları hansı səbəbdən əsaslı hesab etmədiyini göstərmədən onları rədd etməklə Azərbaycan Respublikası MPM-nin məhkəmə qətnaməsi haqqında normalarının tələblərini də pozmuşdur. Məhkəmə kollegiyası hazırki iş üzrə özü maddi hüquq normalarını yalnış tətbiq etməklə birinci instansiya məhkəməsinin buraxdığı səhvləri təkrarlamışdır, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməməklə, qanunu düz təfsir etməmişdir. Ona görə də, iddiaçının tələbini tam təmin etməyən məhkəmə kollegiyası yuxarıda gö stərilən faktları araşdırmamış, işin faktiki hallarım tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasına dair Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin, tərəflərin izahatlarının işdəki digər sübutlarla yoxlanılması və qiymətləndirilməsinə dair MPM-nin 106.1-ci maddəsinin tələblərinə əməl etməmiş və nəticədə qanuna zidd qətnamə çıxarmaqla göstərdiyim maddələrin tələblərini pozması ilə yanaşı həmin Məcəllənin 217-220-ci maddəsinin də tələblərini pozmuşdur. Beləliklə də iddianın qismən təmin edilməsi barədə nəticəyə gələrkən mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış mübahisə işdəki faktlar nöqteyi-nəzərindən və qanuni baxımından mahiyyəti üzrə düzgün həll edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

15. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

16. Maddə

77. Bənd

7. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin c, 74cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam veril dikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “ç” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylı əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsin in aktı bütövlükdə yoxlanılır.

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməs i ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

23. İddiaçının qardaşı X4 1994-cü ildə Kəlbəcər istiqamətində Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. İsmayıllı Rayon Məhkəməsinin 01.10.2007-ci il tarixli qətnaməsi ilə X7 20.02.1994-cü il tarixdə Kəlbəcər istiqamətində Murovdağ uyğunda gedən döyüşlərdə itkin düşlüyü üçün ölmüş elan olunmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən iddiaçının qardaşı x “ Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilmişdir. Bundan başqa, iddiaçının qardaşı X4 birinci Qarabağ müharibəsinə getməmişdən əvvəl X6 işləmiş, itkin düşdüyünə görə iş yerindən əmək kitabçasını və son haqq hesabını ala bilməmişdir. Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən verilmiş 21.10.2019- cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 01.10.2007-ci il tarixdə ölmüş X3 vərəsəsi onun qardaşı İddiaçı hesab edilmişdir və onun almalı olduğu miras əmlak "xxxx" MMC-nin 31.07.2019-cu il tarixli, 105-1-118104 saylı məktubuna əsasən 105914 (bir yüz beş min doqquz yüz on dörd) (köhnə) Azərbaycan manatı vəsaitindən ibarətdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi pulun qismən tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan pulun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə pulun tutulmalı olan məbləği hissəsində dəyişdirilməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı onun mərhum qardaşının müharibədə itkin düşdüyü və işlədiyi yerdən son haqq hesabı almadığı üçün, qardaşının vərəsəsi kimi vərəsəlik şəhadətnaməsinin əsasında onun almalı olduğu pula vərəsəlik hüququ əldə etmişdir. Lakin miras əmlak hesab edilən və "xxxx" MMC-nin 31.07.2019cu il tarixli, 105- 1-11-8104 saylı məktubuna əsasən hesablanmış məbləğ – 105914 (köhnə manatla) manat hazırda inflasiyaya və denominasiyaya uğramışdır. Həmin halları nəzərə alaraq o, qardaşının almalı olduğu məbləği inflyasiya nəzərə alınmaqla ona ödənilməsini cavabdehdən tələb etsə d ə, sonuncu ödənilməli olan məbləği inflyasiya nəzərə alınmadan ona ödəyir. Bu səbəbdən iddiaçı ona ödənilməli olan 105914 köhnə Azərbaycan manatı məbləğində müavinətin indeksasiya olunaraq 3 misli həddində ona ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının mərhum qardaşı işlədiyi yerdən son haqq-hesabı almadığı və müharibədə itkin düşüb ölmüş elan olunduqdan sonra onun işlədiyi yerdən almalı olduğu pula iddiaçının vərəsəlik hüquqları tanındığı üçün, iddiaçının həmin pulu ona ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının almalı olduğu pul məbləği - 105914 köhnə Azərbaycan manatı hazırda manatın denominasiyası nəzərə alınmaqla cəmi 21 manat təşkil edir. Lakin həmçinin qeyd edilmişdir ki, 1994-cü illə müqayisədə həmin məbləğ hazırda istehlak i ndeksi nəzərə alınmaqla dəyərdən düşmüş və çox cüzi bir məbləğ təşkil edir.

26. İstehlak qiymətləri indeksi (İQİ) — istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyərinin dəyişməsini xarakterizə edən nisbi göstəricidir. Bu göstərici müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. İQİ-nin başlıca təyinatı istehlak mallarının və xidmətlərinin qiymət dinamikasını müəyyənləşdirməkdən ibarətdir. Ümumiyyətlə, İQİ müəyyən edilmiş məhsul və xidmətləri özündə birləşdirən səbətin cari və baza qiymətinin nisbətidir. Respublikada İQİ-nin hesablanması üçün məsul orqan Dövlət Statistika Komitəsidir (DSK)

27. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçının qardaşının 1994-cü ildə almalı olduğu pul vəsaiti hazırda dəyərdən düşdüyü üçün, cavabdeh təşkilat ödəməli olduğu pulu istehlak qiymətləri indeksi nəzərə alınmaqla həyata keçirməlidir. Ödənilməli olan ödənişlərin indeksləşdirilməsi üçün onun İstehlak qiymətləri indeksinə münasibətdə olan dəyəri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi isə istehlak qiymətləri indeksinin göstəricisini hesablayan rəsmi dövlət orqanı olduğu üçün məhkəmə hesab etmişdir ki, iddiaçıya ödənilməli olan pul məbləğinin indeksləşdirilməsi Dövlət Statistika Komitəsinin müəyyən etdiyi istehlak qiyməti indeksinin nisbəti nəzərə alınmaqla həyata keçirilməlidir.

28. Məbləğin indeksləşdirilməsi həyata keçirilərkən Azərbaycan manatının 01.01.2006-cı ildə denominasiyası da nəzərə alınmalıdır. Azərbayca n Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil ünvanlanmış 20.11.2020-ci il tarixli məktubundan görünür ki, istehlak qiymətləri indeksi 2020-ci ilin oktyabr ayında 1993-cü ilin noyabr ayına nisbətən 18753,9 faiz təşkil etmişdir. Beləliklə, iddiaçıya ödənilməli olan 105914 köhnə Azərbaycan manatının indeksləşdirilməsi bu yolla həyata keçirilməlidir: X faiz X manat (köhnə Azərbaycan manatı). X manat.

29. Beləliklə, iddia tələbi müavinətin ödənilməsi hissəsində qismən təmin edilməli və iddiaçıya vəfat etmiş qardaşına ödənilməli olan əmək haqqının, istifadə olunmamış məzuniyyət haqların və son haqq-hesab pulunun əvəzi kimi 3972,6 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası indeksləşdirilmiş pulun 3 misli həddində müavinətin tutulması barədə iddiaçının tələbi üzrə qeyd etmişdir ki, iş materiallarında cavabdeh təşkilat tərəfindən həmin məbləği Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.7-ci maddəsinə uyğun hesablanması və həmin məbləğlə bağlı iddiaçını məlumatlandırılması müəyyən edildiyindən bu hissədə tələb təmin ediməməlidir.

30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

31. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar