Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5122/2020 03.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər X9 və Cavabdeh2 İsrafil oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5122/20 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1712/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, əvvəllər Gəncə şəhər «Mərkəzi Kolxoz» bazarında yerləşən topdan satış mağazasında işləmişdir. Mağazada hər növ siqaret satışı ilə məşğul olmuşdur. O, cavabdeh X5 Kəpəz rayonu “Pasyolka” adlanan ərazidə köşk mağazası işlətdiyinə görə tanımışdır. Cavbadeh R.Səfərovun köşkünü gah özü, gah da qohumu (yəni yeznəsi) Cavabdeh2 İsrəfıl oğlu işlətmişdir. Ruslan Səfərov onun mağazasından siqaret mallarını nisyə alıb, öz mağazasında satmış və pulunu hissəhissə ödəmişdir. Ondan malı gah Ruslan, gah da Anar götürmüşlər. Sonradan nisyə çox yığıldığından və bir müddət pul verilmədiyindən yəni 6247 manat borcun yarandığını görüb, o, cavabdehə mal verməmiş və nisyə verdiyi malların pulunu tələb etmişdir. Həmin vaxt Ruslan bildirmişdir ki, borcu yığıld ığını bilir və tezliklə ödəyəcəkdir. Lakin bir müddətdən sonra Ruslan ona bildirmişdir ki, həmin məbləğdən 2147 manatı ona aiddir və qalan məbləği Anara aiddir. Halbu ki, Anar Ruslanın mağazasında satıcı işləmişdir və o siqaretləri Ruslanın sifarişi ilə satıcısı Anara vermişdir. O, dəfələrlə Ruslandan ondan aldığı malların dəyərini tələb etdikdə hər dəfə müxtəlif bəhanələr edərək maşınını satıb onun pulunu qaytaracağını bildirmişdir. Lakin keçən müddət ərzində R.Səfərov ona borclu olduğu pulu qaytarmadığı üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (h akim C.Tağıyev, iş № 2(043)-2958/2019) iddia təmin edilmiş, cavabdeh X2 6247 (altı min iki yüz qırx yeddi) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,0 manat alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli Cavabdeh2 İsrafil oğlunun ərizəsinə görə, İddiaçı qaynı X3 vasitəsi ilə 10 il bundan öncə tanımışdır. O, qaynının Gəncə şəhəri Texnologiya Universitetinin qarşısında yerləşən icarəyə götürdüyü köşkdə satıcı kimi işləmişdir. Həmin vaxt mağazaya Ruslan malları yazdırıb gedəndən sonra, gedib «Mərkəzi Kolxoz» bazarında mağazada satıcı işləyən İddiaçı malları sayıb qəbul edib, gətirib Ruslanın köşkündə ona təhvil vermişdir. Həmin mallar müxtəlif növ siqaretlər olub. O, malları Ziyabildən təhvil alan zaman sonuncuya heç bir pul verməmişdir. Bildiyinə görə Ruslanın 6000 manata yaxın Ziyabilə borcu yaranmışdır. X8 aldıqdan sonra satıb, pulunu Ziyabilə deyil, bir neçə bankda olan borcunu bağlamışdır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə görə, İddiaçı xx.xx.1961-ci ildə Goranboy rayonunda anadan olmuş, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, ev 105/55, mənzil 9-da qeydiyyatdadır. Birinci instansiya məhkəməsi iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda nisyə olaraq siqaret alıb pulunu müəyyənləşdirilmiş müddətdə qatarmağı öz öhdəsinə götürmüşdür, iddiaçı iddia edir ki, cavabdeh ondan nisyə aldığı siqaretlərin pulunu ödəməmiş, üzərinə düşən öhdəliyi icra etməkdən yayınmışdır. Cavabdeh isə xx xxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə hazırlıq icla sında izahatında iddiaçıdan nisyə aldığı siqaretə görə 1000 manatdan bir qədər artıq borcu olduğunu qalan borcun ona aid olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisə olunmayan hallarından görünür ki, cavabdeh həqiqətən iddiaçıdan nisyə olaraq siqaret almış lakin həmin siqaretə görə iddiaçıya 1000 manatdan bir qədər artıq borcu olduğunu və qalan borcun ona aid olmadığını bildirsə də qalan borcun ona aid olmamasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditor un) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya veril dikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə A pelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və Ş.Rzaquliyev, iş № 2(104)-1712/2020) cavabdeh X4 apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(043)-2958/2019 saylı qətnaməsi cavabdeh X2 5247 (beş min iki yüz qırx yeddi) manat pulun alınaraq İddiaçı xeyrinə verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan yəni 1000 (min) manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 567, 600.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2-ci maddələrini tətbiq etmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə iddianı təmin etməkdə qismən düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı iddiasında cavabdeh Səfərov Ruslanın ondan ümumilikdə 6247 manat məbləğində siqaret mallarını nisyə almasını göstərmişdir. Lakin iddiaçı cavabdehə 6247 manat məbləğində nisyə mal verməsini göstərsədə həmin dəyərdə nisyə malın cavabdehdə olması barədə nə birinci instansiya məhkəməsinə nədəki məhkəmə kollegiyasına heç bir sübut təqdim edə bilməmişdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh izahatında İddiaçı 1000 manat borcu qaldığını etiraf etmişdir. Bu səbəbd ən də iddiaçı 1000 manat məbləğində pulun cavabdehə verilməsini sübut etmək vəzifəsindən azaddır. Apelyasiya instansiya məhkəməsi cavabdehin məhkəmə kollegiyasına iddiaçıya 1000 manat borcunun olması barədə vermiş olduğu izahatını əsas tutub iddianın həmin hissədə təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X6) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. b) Kassasiya şikayətin ə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X6 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
24. Azərbay can Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 26.1. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır Maddə 30. bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 417.1.3. kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 418.4.9. işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apelyasiya istansiya məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1712/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Hazırkı işin hallarından görünür ki, iş üzrə iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmış İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (VÖ EN **********), cavabdeh isə 12 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmış (VÖEN **********) X7r. İşin halları ilə müəyyən olunur ki, tərəflər arasında tütün məmulatlarının nisyə alqısatqısı ilə bağlı öhdəlik hüquq münasibətləri yaranmış, Ruslan Səfərov iddiaçının mağazasından siqaret mallarını nisyə alıb, öz mağazasında satmış və pulunu hissə-hissə ödəmişdir. Tərəflər arasında nisyə alqı-satqı münasibətlərinin olması işin mübahisələndirilməyən halıdır. Cavabdehin mübahisələndirdiyi işin halı borc məbləğinin tələb olunan həddə deyil, daha az məbləğdə olması ilə bağlıdır. Beləliklə işə baxan məhkəmələr isə iddianın predmetini, hüquq münasibətlərinin xarakterini və müqaviləni bağlamış şəxslərin subyektiv tərkibini nəzərə almamış, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olmasını aydınlaşdırmamış, işə həmin məhkəmədə mahiyyəti üzrə baxılmasını davam etdirmiş, həmin məhkəmədə işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1712/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.