Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5122/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5122/21 (Açar sözlər:: işə bərpa barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh MMC-nin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)4613/2021 saylı qətnaməsindən Cavabdeh MMC kassasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh MMC qarşı iddia qaldıraraq, işəgötürənin 08 sentyabr 2020-ci il tarixli, 403/K saylı əmrinin ləğv edilməsi, onun Cavabdeh MMC əvvəlki işinə, yəni “satış üzrə nümayəndə” vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günləri üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.M.Mustafayev) iddia təmin edilərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 08 sentyabr 2020-ci il tarixli, 430/K saylı əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC Satış Departamentində “satış üzrə nümayəndə” vəzifəsinə bərpa edilməsi, 08 sentyabr 2020-ci ildən qətnamə qanuni qüvvəyə minənədək olan dövr ərzində məcburi işburaxmaya görə əmək haqqının hesablanmaqla Cavabdeh MMC tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı cavabdehdə “satış üzrə nümayəndə” vəzifəsində işləyib. İşəgötürənin 08 sentyabr 2020-ci il tarixli, 430/K saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Həmin əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsas kimi 23 iyul 2020-ci il tarixli xəbərdarlıq bildirişi göstərilib. Hansı ki, həmin xəbərdarlıq bildirişi iddiaçıya çatdırılmayıb. Həmçinin, müəyyən olunur ki, iddiaçı ona göndərilmiş, lakin çatmamış bildirişin tərtib olunduğu 23 iyul 2020-ci il tarixdən 4 gün sonra, yəni 27 iyul 2020-ci ildə “koronavirus” diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İddiaçı, 10 avqust 2020-ci ildə xəstəxanadan 14 günlük ev şəraitində karantinə göndərilib və 24 avqust 2020-ci il tarixədək evdən çıxmamağa dair xəstəxana qarşısında öhdəlik götürərək bu barədə iltizama imza edib. Lakin, iddiaçıya lazımi qaydada çatdırılmamış xəbərdarlıq bildirişi onun işdən çıxarılması üçün əsas hesab edilə bilməz. Eyni zamanda, yuxarıda göstərilən əsaslar iddiaçının səbəbsiz yerə işburaxması halını inkar edir. Ona görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməklə, ona 2020-ci ilin sentyabr ayından qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72-ci maddəsinin “a” bəndinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72-ci maddəsinin “a” bəndinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edi lib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh MMC-nin vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məc əlləsi: Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 71.2 və 71.3-cü maddələrinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıq la əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxırkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, iddiaçı cavabdehdə “satış üzrə nümayəndə” vəzifəsində işləyib və işəgötürənin 08 sentyabr 2020-ci il tarixli, 430/K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə və 70-ci maddəsinin “ç” bəndinə əsasən 08 sentyabr 2020-ci il tarixdən xitam verilib. Əmrin verilməsinə əsas kimi 23 iyul 2020-ci il tarixli xəbərdarlıq bildirişi göstərilib. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçının rəsmi qeydə alındığı Naxçıvan şəhəri, Bulqan kəndinə ünvanlanmış 23 iyul 2020-ci il tarixli xəbərdarlıq bildirişi ilə müəyyən olunur ki, iddiaçı 02 iyul 2020-ci ildən işə gəlmir və dəfələr lə onunla telefon əlaqəsi saxlanılsa da işə çıxmayıb. Ona xəbərdarlıq edilib ki, məktub ona çatdığı andan etibarən 2 iş günü müddətində işə gəlməməsinin səbəbləri ilə bağlı müvafiq sənədləri təqdim etmədiyi halda, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəkdir. “Alex Express” poçt xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş 07 sentyabr 2020-ci il tarixli aktla isə müəyyən olunur ki, 24 iyul 2020-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktub qeydiyyatda olduğu ünvanda yaşamadığına görə ona çatıdırılmamışdır. Daha sonra, M.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanası tərəfindən iddiaçının adına açılmış 27 iyul 2020-ci il tarixli “əmək qabiliyyətinin olmaması vərəqəsin”dən görü nür ki, iddiaçı 27 iyul 2020-ci ildən 11 avqust 2020-ci il tarixədək “koronavirus” diaqnozu ilə xəstəxana rejimində müalicə alıb. 10 avqust 2020-ci il tarixdə iddiaçı xəstəxanadan evə buraxılıb və o, 24 avqust 2020-ci il tarixədək evdən çıxmamağa dair öhdəlik götürməsi barədə yazılı iltizam imzalayıb. Göründüyü kimi iddiaçının xəstəxanaya yerləşdirilənədək 25 gün, habelə tibbi müalicənin bitdiyi 24 avqust 2020-ci il tarixdən sonra ötən 14 gün, cəmi 39 gün müddət ərzində heç bir üzrlü səbəb olmadan işə gəlməməsi işin mübahisə olunmayan halıdır. İddiaçı özü də iddia ərizəsində, izahatında bu halı inkar etməyib. Habelə, cavabdeh də etiraz ərizəsində, apellyasiya və kassasiya şikayətlərində iddiaçının heç bir üzrlü səbəb olmadan 39 iş günü müddəti ərzində işə gəlmədiyini göstərib iddiaya etira z edir. Əmək Məcəlləsinin 10-cu maddəsinin b) və f) bəndlərinə əsasən, əmək intizamına və müəssisədaxili intizam qaydalarına, habelə əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən sayılır. Həmin Məcəllənin 11-ci maddəsinin b) və d) bəndlərində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək; həmçinin işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından sayılır. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin a) bəndinin tələblərinə görə, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozu lmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi əmək vəzifələrinin kobud şəkildə pozulması Əmək Məcəlləsinin 70ci maddəsinin “ç”bəndi ilə işəgötürənin əmək müqaviləsini ləğv etməsi üçün əsasdır. Əmək Məcəlləsinin 72-ci maddəsində isə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilən halların dairəsi müəyyən edilib göstərilib. Bu hallardan birincisi kimi işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi çıxış edir. Sözügedən maddə təsbit edir ki, bu halda əmək müqaviləsinə xitam verilməsinə işçi üzrlü səbəb olmadan və yalnız bütün iş günü ərzində işə gəlmədikdə yol verilir. Digər tərəfdən, əmək qanunvericiliyinə görə, işçi üzrlü səbəblərdən iş günü işə gəlməməsini sübuta yetirdiyi halda, onunla bağlanmış əmək müqaviləsinə bu əsasla xitam verilə bilməz. Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndində cəmi üç üzrlü hal müəyyən edilib göstərilib: birincisi işçinin özünün xəstə olması; ikincisi yaxın qohumunun xəstə olması; üçüncüsü yaxın qohumunun vəfat etməsi. Yalnız bu üç üzrlü hal olduqdan işçi, işəgötürəni qabaqcadan xəbərdar etməklə bütün iş günü işə gəlməyə bilər. Bütün bu halları müvafiq olaraq sübut etmə yükü işəgötürənin deyil, işçinin üzərinə düşür və məhz işçi bütün iş günü işə gəlməməsinin üzrlü səbəblərdən baş verdiyini sübut etməlidir. İşçinin bütün iş günü işə gəlməməsinin üzrlü olub-olmamasını isə işəgötür ən, əmək mübahisələri zamanı isə mübahisəyə baxan məhkəmə müəyyən etməklə qiymətləndirməlidir. Hazırki halda apellyasiya instansiyası məhkəməsi, sadalanan maddi hüquq normalarının tələblərini pozaraq, iddiaçının xəstəxanaya yerləşdirilənədək 25 gün, habelə tibbi müşahidənin bitdiyi 24 avqust 2020-ci il tarixdən sonra ötən 14 gün, cəmi 39 gün müddət ərzində heç bir üzrlü səbəb olmadan işə gəlməməsinin səbəblərini araşdırmadan, onun bu müddət ərzində əmək intizamına və əmək qanunvericiliyinin tələblərinə əməl etməklə bağlı vəzifələrini yerinə yetirmədiyini və nəticədə vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, əmək intizamının normal ahənginin pozulduğunu nəzərə almadan və beləliklə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci madd əsinin a) bəndində və 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əsasların olub-olmadığını yoxlamadan, yalnız cavabdehin iddiaçıya ünvanladığı xəbərdarlıq bildirişinin ona çatdırılmadığını və həmin bildirişin əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab edilmədiyinə istinad edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, işəgötürən əmrdə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanuni əsası kimi sözügedən xəbərdarlıq bildirişinə deyil, Əmək Məcəlləsinin qeyd olunan normalarına istinad edib. Göründüyü kimi yuxarıda göstərilən əsaslar iddiaçının səbəbsiz yerə işburaxması halını inkar etmir və işəgötürən, xəbərdarlıq bildirişini iddiaçının qeydiyyatda olduğu ünvana məhz onun işə gəlməməsinin səbəblərini aydınlaşdırmaq və bu barədə müvafiq sənədləri təqdim etmək üçün göndərib. Əmək Məcəlləsinin 12-ci maddəsinin c) bəndində göstərilir ki, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən sayılır. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi isə ona intizam tənbehi verilməsini istisna etmir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, mübahisələndirilən əmrin məzmununda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə və 70-ci maddəsinin ç) bəndinə ist inad olunduğundan, intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin iddiaçıdan yazılı izahat verməsini tələb etməsi barədə ona göndərdiyi xəbərdarlıq bildirişi, əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi qimətləndirilə bilməz. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununu tənzimləyən Əmək Məcəlləsinin 84-cü maddəsinin, habelə əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrini tənzimləyən həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinin tələbləri ilə əsaslandırmağa çalışsa da, işəgötürənin sözügedən əmrinin məzmununda hansı məlumatları göstərmədiyini və əmək müqaviləsinin ləğv edilməsinin hansı qaydalarına işəgötürənin əməl etmədiyini qətnamədə kifayət q ədər əsaslandırmayıb. Halbuki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 20 05-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında b axılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)-4613/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5122/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5122/2021
16.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver